Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə13/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   9   10   11   12   13   14   15   16   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
46 
liklə sağalacağı kimi yozulur. 
Yuxuda  palto  geymək  yuxugörənin  küsülü  olduğu 
adamla barışacağı kimi yozulur. 
Yuxuda palçıq görmək yuxugörənin ev-eşik sahibi ola-
cağı kimi yozulur. 
Yuxuda pendir, çəçil görmək, çətinlik kimi yozulur. 
Yuxuda pələng görmək yuxugörənin kiməsə şər atması 
kimi yozulur. 
Yuxuda pəncərədən baxmaq yuxugörənin bəxtinin açı-
lacağı kimi yozulur. 
Yuxuda plov  yemək,  yuxugörənin ailəsinə pis niyyətli 
qonağın gələcəyi kimi yorulub-yozulur. 
Yuxuda pişik görmək pisdir, yuxugörənin, gördüyü iş-
dən xeyir tapmayacağı kimi yozulur. 
Yuxuda  porsuq  görmək  var-dövlətin  artıq  olacağı, 
yuxugörənin xeyir tapacağı kimi yozulur. 
Yuxuda  piti  yemək,  yuxugörənin  dost-tanışlarının  çox 
olacağı kimi yozulur. 
Yuxuda  sağsağan  görmək  yuxugörənin  xoş  xəbər  eşi-
dəcəyi kimi yozulur. 
Yuxuda  samovar  görmək  yuxugörənin  ailəsi  haqqında 
qeybət kimi yorulub-yozulur. 
Yuxuda  saat  görmək  yuxugörənin  özünün  və  ya  ailə-
dən  kiminsə  can  üstündə  olması,  vəsiyyət  vaxtının  çatdığı 
kimi yozulur. 
Yuxuda  sarımsaq  görmək  ən  yaxın  adamının,  dostu-
nun,  qohum-əqrəbasının  yuxugörənə  qənim,  düşmən  kəsilə-
cəyi kimi yozulur. 
Yuxuda  səhəng  görmək  yuxugörənin  işinin,  uğurunun 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
47 
xeyir tapacağı kimi yozulur. 
Yuxuda sərçə görmək yuxugörənin var-dövlətinə ziyan 
dəyəcəyi kimi yozulur. 
Yuxuda  sini  görmək  yuxugörənin  işinin  uğursuz,  pis 
olacağı kimi yozulur. 
Yuxuda  siçan,  siçovul  görmək  bolluq,  var-dövlət  əla-
məti kimi yozulur. 
Yuxuda soğan görmək  yuxugörənin xeyir xəbər eşidə-
cəyi kimi yozulur. 
Yuxuda  stəkan  görmək  pis  əlamətdir,  yuxugörənin  ən 
əziz, yaxın adamının öləcəyi kimi yozulur. 
Yuxuda stol görmək yuxugörənin evinə, ailəsinə qonaq 
gələcəyi kimi yozulur. 
Yuxuda  stul  görmək  yuxugörənin  ailəsində,  evində 
ziyankarlıq olacağı kimi yozulur. 
Yuxuda  su  görmək  aydınlıq,  uğurun  xeyirliyi  kimi 
yozulur. 
Yuxuda süfrə görmək pisdir, ailədə kasıblıq-qıtlıq ola-
cağı kimi yozulur. 
Yuxuda  süd  görmək  yaxşıdır,  ailədə  bolluq  olacağı 
kimi yozulur. 
Yuxuda  süzmə  görmək  yuxugörənin  tezə  paltar  geyə-
cəyi kimi yozulur. 
Yuxuda  taxt  görmək  yuxugörənin  öz  istəyinə,  arzusu-
na, niyyətinə çətinliklə çatacağı kimi yozulur. 
Yuxuda tərəzi görmək yuxugörəni günah gözləyir kimi 
yozulur. 
Yuxuda  tısbağa  görmək  yuxugörənin  işinin  avand 
olacağı kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
48 
Yuxuda  toyuq  görmək  yuxugörənin  varlanması  kimi 
yozulur. 
Yuxuda toy görmək ailədə xoşbəxtlik kimi yozulur. 
Yuxuda turp görmək  yuxugörənin ziyan tapacağı kimi 
yozulur. 
Yuxuda  tut  görmək  yuxugörənin  yüksələcəyi,  ucala-
cağı,  el-obada,  iş-güc  yerində  böyük  nüfuz,  hörmət  sahibi 
olacağı kimi yozuiur. 
Yuxuda  tülkü  görmək,  yuxugörənin  düşmənindən  in-
tiqam alacağı kimi yozulur. 
Yuxuda ulduz görmək  yaxşıdır,  yuxugörənin dolanışı-
ğının yaxşılaşacağı kimi yozulur. 
Yuxuda  un  görmək  pisdir,  yuxugörənin  ailəsinin 
müəyyən müddət qıtlıq çəkəcəyi kimi yozulur. 
Yuxuda  üzük  görmək,  yuxugörənin  ailəsində  şadlıq, 
şənlik olacağı kimi yozulur. 
Yuxuda üskük görmək yuxugörənin təzə paltar geyəcə-
yi kimi yozulur. 
Yuxuda  fındıq-fısdıq  görmək,  yuxugörənin  işinin  çə-
tinə düşəcəyi, bəd xəbər eşidəcəyi kimi yozulur. 
Yuxuda xalı (gəbə) görmək yaxşıdır, yuxugörənin var-
lanması kimi yozulur. 
Yuxuda xaş görmək, yemək pisdir, yuxugörən haqqın-
da çoxlu dedi-qodu, şayiələr yayılacağı kimi yozulur. 
Yuxuda  xaş-xaş  görmək  yuxugörənin  xeyir  xəbər, 
yaxşı səs-səda eşidəcəyi kimi yozulur. 
Yuxuda  xəngəl  yemək  bədbəxtlik  əlaməti  kimi  yo-
zulur. 
Yuxuda xəncər görmək, yuxugörənin rəqibinə, düşmə-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
49 
ninə qələbə çalacağı kimi yozulur. 
Yuxuda xiyar görmək yuxugörənin evinə əliboş qonaq 
gələcəyi kimi yorulub-yozulur. 
Yuxuda  xoruz  görmək  pisdir,  yuxugörənin  kiminləsə 
savaşacağı kimi yorulub-yozulur. 
Yuxuda kal heyva görmək pisdir, yuxugörənin xəstələ-
nəcəyi kimi yozulur. 
Yuxuda  heybə  görmək  yaxşıdır,  uzaqda  yaşayan  ən 
yaxın qohum-əqrəbanın qonaq gələcəyi kimi yozulur. 
Yuxuda  hinduşka  görmək  yaxşıdır,  yuxugörənə  ağıllı-
kamallı qonaq gələcəyi kimi yozulur. 
Yuxuda  horra  yemək,  görmək  yaxşıdır,  yuxugörənin 
dost-tanışlı, arxalı olacağı kimi yozulur. 
Yuxuda  hörümçək  görmək  yaxşıdır,  yuxugörənin  var-
dövlətinin çoxalacağı, firavan dolanışığı kimi yozulur. 
Yuxuda çaqqal görmək pisdir, özünü dost kimi qələmə 
verən,  kələk  gələcək,  tələ  quracaq,  el  altından  pisliyinə 
çalışacaq kimi yozulur. 
Yuxuda  çaynik  görmək  yaxşıdır,  yuxugörən  xoşbəxt-
liklə qarşılaşacaq kimi yozulur. 
Yuxuda çanaq görmək pisdir,  yuxugörənin  var-dövləti 
əlindən gedəcək, dolanışığı pisləşəcək kimi yozulur. 
Yuxuda çəkic görmək pisdir, qanqaraçılıq kimi yozulur. 
Yuxuda  çayan  görmək  yaxşıdır,  yuxugörənin  xətrini 
istəyənlər çox olacaq kimi yozulur. 
Yuxuda  çiyələk  görmək  yaxşıdır,  yuxugörən  xoşbəxt-
lik tapacaqdır. 
Yuxuda çovdar görmək yaxşıdır, yuxugörənin var-döv-
lət qazanacağı kimi yozulur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə