Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə20/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   16   17   18   19   20   21   22   23   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
76 
Sarılıq,  qaraciyər  və  böyrək  ağrılarından  əziyyət  çə-
kənlərə tut bəhməzi yemək məsləhətdir. 
Əsəbləri pozulan xəstələrə tütün (tənbəki) yarpağını və 
gövdəsini  (özəyini)  qaynadıb  10-15  gün,  hər  axşam  30-40 
dəqiqə onun suyunda ayaqlarmı vanna etmək məsləhətdir. 
Ürəyi ağrıyan, qan təzyiqi  yuxarı olan xəstələrə 10-15 
gün (səhər, günorta, axşam) yeməkdən əvvəl heyva çiçəyini, 
heyva  çöpünü  dəmləyib  içmək,  yaxud  heyva  mürəbbəsi  ilə 
çay içmək məsləhətdir. 
Mədə-bağırsaqda əmələ gələn yara-xoraların müalicəsi 
üçün darçını dəmləyib içmək məsləhətdir. 
Oynaqlarında  şiddətli  ağrıları  olan  xəstələrə  hər  gün 
yeməkdən  əvvəl  üç  dəfə  qaymaqçiçəyi  dəmləməsini  içmək 
məsləhətdir. 
Təngnəfəs (astma) xəstəliyindən əziyyət çəkənlərə dağ 
baldırğanmı  maşından  keçirtdikdən  sonra  10-15  gün 
yeməkdən  əvvəl  üç  dəfə  şirəsinə  azca  şəkər  tozu  qatıb,  bir 
fincan  içmək  və  ya  ət  maşınından  keçirilmiş  baldırğanın 
özünü yemək məsləhətdir. 
Qan təzyiqi yuxarı olanlara hər gün yeməkdən əvvəl üç 
dəfə,  10-15  gün  əvəliyin  çiçəyini  (toxumunu)  dəmləyib 
içmək məsləhətdir. 
İshal  xəstəliyinə  tutulanlara  –  bir  həftə  gündə  üç  dəfə 
yeməkdən əvvəl daş armudun (cır, yabanı armudun) ya özü-
nü, ya qaxını ya da şirəsini içmək məsləhətdir. 
Babasil xəstəliyinə tutulanlar – bir ay, hər gün yatma-
mışdan  əvvəl  yarpızın  qaynadılmış  suyunda  vanna  qəbul 
etmək  məsləhətdir.  Bir  aydan  sonra  onu  həftəaşırı  etmək 
baldırında şiş olan xəstələr gülxətmini qaynadıb suyunda xə-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
77 
şil çalıb, sonra şişin üzərinə yaxıb tənziflə sarımaq, üstündən 
corab  geyinmək  məsləhətdir.  Bu  müalicəni  bir  ay  davam 
etdirmək lazımdır. 
Sinəsi  bəlğəmdən  tutulan  adamlara  bir  həftə,  hər  gün 
yeməkdən əvvəl üç dəfə nar çiçəyini dəmləyib bal ilə qarış-
dırıb  içmək  məsləhətdir.  Bu  qəbil  müalicə  üsulu  sinəni 
bəlğəmdən təmizləyir. 
Sinəsi  tutulan,  göyöskürək  və  bəlğəmli  xəstələr  –  bir 
həftə,  her  gün  yeməkdən  qabaq  yasəmən  çiçəyini  dəmləyib 
içmək məsləhətdir. 
Sinəsi  bəlğəmli,  qanlı  öskürəyi  olan  xəstələrə  moruq 
mürəbbəsini  bal  ilə  qarışdırıb  çay  ilə,  yaxud  moruq  mürəb-
bəsini bal ilə şərbət edib axşam yatmamışdan qabaq və səhər 
obaşdan acqarına bir fincan içmək məsləhətdir. 
Sinəsi bəlğəmli, göyöskürəyə tutulanlara dağ baldırğa-
nının gövdəsini qaynadıb suyunu süzdükdən sonra bir həftə 
gündə  üç  dəfə  (səhər,  günorta,  axşam)  bir  fincan  içmək 
məsləhətdir. 
Sarılıq xəstəliyinə tutulanlara –  sərçə  əti  və  yumurtası 
yemək məsləhətdir. 
Sarılıq  xəstəliyinə  tutulanlara  nar  şirəsini  qaynanmış 
südlə qarışdırıb içmək məsləhətdir. 
İshal, qarın ağrısı xəstəliyinə tutulanlara yetişmiş əzgil 
yemək  və  ya  əzgili  qaynadıb  suyunu  gündə  üç  dəfə  ye-
məkdən əvvəl içmək məsləhətdir. 
Qızılca  xəstəliyinə  tutulanlara  gündə  üç  dəfə  əsməgül 
çiçəyi dəmləməsi içmək məsləhətdir. 
Diş ağrısından əziyyət çəkənlərə gündə üç dəfə ağzını 
qızılgül  suyu  ilə  qarqara  etmək  məsləhətdir.  Bu,  həm  də 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
78 
dişdibi yuvaqları və dişdibi ətlərini bərkidir. 
Barmağına dolama çıxan adamlara sərçə və ya sığırçın 
ətini  əzib  dolama  çıxan  barmağın  üstünə  qoyub  sanmaq 
məsləhətdir. Bu, dolamanın sağalmasına kömək edər. 
Bədənindən, ayağından iy gələnlərə 10-15 gün hər gün
sonra  həftəaşırı  axşam  yatmamışdan  əvvəl  təzə  biyan  yar-
pağını  qaynadıb  suyunda  çimmək  məsləhətdir.  Müalicəsi 
effektlidir. 
Baş-beyinində  yorğunluq,  yaddaş  unutqanlığı  əmələ 
gələnlərə 10-15 gün yeməkdən əvvəl, gündə üç dəfə zəfəran 
dəmləyib  içmək  məsləhətdir.  Sonra  bunu  günaşırı  davam 
etdirmək olar. Müalicəsi effektlidir. 
Öd  kisəsi  ağrılarından  əziyyət  çəkənlərə  şaftalı  şirəsi 
içmək məsləhətdir. 
Şəkər xəstəliyinə  tutulanlara hər gün  yeməkdən qabaq 
üç dəfə cəviz (qoz) yarpağını dəmləyib içmək məsləhətdir. 
Tez-tez zökəm xəstəliyinə tutulanlar axşamlar yatanda, 
balıncının  altına  və  ya  yanına  üzü  qabıqdan  təmizlənmiş 
sarımsaq  qoymaq  məsləhətdir.  Belə  müalicə  üsulu  zökəmin 
qarşısını alır. 
Təngnəfəs  olanlara,  nəfəs  alarkən  əziyyət  çəkənlərə 
gündə üç dəfə,  yeməkdən əvvəl  yerkökü şirəsini bal  ilə qa-
rışdırıb ağızı qarqara etmək məsləhətdir. 
Yanıqdan  əziyyət  çəkənlərə  şüyüdü  narın  əzib  bal  ilə 
qarışdırdıqdan sonra yaranın üstünə yaxmaq məsləhətdir. 
Ceviz (qoz) ləpəsini ətçəkən maşında çəkib təmiz balla 
qarışdırıb  bir  ay,  gündə  üç  dəfə  (axşam,  səhər,  günorta) 
yaxmasını  yemək  və  ya  yeməkdən  əvvəl  bir  qaşıq  qəbul 
etmək  qan  təzyiqi  yuxarı  olanlara  çox  xeyirlidir.  Bu,  qan 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
79 
təzyiqini tənzimləyir, xəstədə xoş əhvali-ruhiyyə oyadır. 
Oynaqlarında şiddətli ağrıları olan, həmçinin yel xəstə-
liyindən əziyyət çəkənlərə 20-25 gün axşamlar yatmamışdan 
əvvəl əncir yarpağını qaynadıb suyunda çimmək və ağrı olan 
yerlərə  əncir  yarpağı  qoyub  sarımaq  məsləhətdir.  Bunu 
həftədə iki dəfə təkrar etmək lazımdır. 
Zəncirotu  qönçələnəndə  (yaz  vaxtı)  onun  özəyini  qo-
parıb acqarına südlü saplağını  və gündə üç dəfə isə  5-6 zo-
ğunu  yemək məsləhətdir. Bu, qaraciyər, ürək, böyrək xəstə-
liklərinin müalicəsinə çox xeyirlidir. 
Bağayarpağı  (yaz  və  yayın  əvvəllərində)  yenicə  yar-
paqlayanda onu dərib, xörəyə qatmaq  və  ya kətəsini, sıxma 
pencərini  yemək  bütün  daxili  xəstəliklərə  müalicəvi  kömək 
edir, həmçinin ürək ağrısının, qaraciyərin, dalağın, böyrəklə-
rin,  göz  ağrısının,  görmə  qabiliyyətinin  müalicəsi  üçün  də 
xeyirlidir.  Bağayarpağı  toxumunu  ləklərdə  əkib,  ondan  heç 
olmasa həftədə 2-3 dəfə istifadə etmək məsləhətdir. Bu, min 
bir dərdin dərmanıdır. 
Novruzun son çərşənbə axşamı yerə nəfəs, ağaclara hə-
yat gələndə 21 mart gecə saat 12 radələrində kim tənəyin qol-
budağının  kəsilmiş  yerindən  7  damcı  su  şirəsi  yığıb  içərsə, 
ömrü uzun, dərd-bezardan uzaq olar, arzu-istəyinə qovuşar. 
Boğazı  gələn,  ağrıyan  adama  cunanı  zeytun  yağında 
isladıb boğaza sarımaq məsləhətdir, ağrı tez keçib gedər. 
Sarılıq  xəstəliyinə  tutulanlara  duzsuz  xörək  və  çörək 
yemək məsləhətdir. 
Şəkər  xəstəliyindən  əziyyət  çəkənlərə  tut  yarpağını 
dəmləyib içmək məsləhətdir. 
Böyrək xəstəliyindən əziyyət çəkənlərə bir həftə ardıcıl 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə