Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə37/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   33   34   35   36   37   38   39   40   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
140 
Aqillərin  inamına  görə:  kim  il  təhvil  olarkən  qapı 
dibində oturarsa, uğuru xeyir tapmaz. 
Aqillərin inamına görə: il təhvil olarkən qarğış qarğa-
mazlar.  Qarğış  adamı  tutar.  Niyyəti  gözündə  qalar.  Alqış 
etsə arzu-istəyinə çatar, uğuru xeyir tapar. 
Aqillərin  inamına  görə:  təndir  yaparkən  təndirin  ya-
nında  duran  oğlan  uşağı  yapılan  təndirə  baxarsa,  təndir 
çörəyi küt gedər. 
Aqillərin  inamına  görə:  uşağı  olmayan  ər-arvad  su 
çərşənbəsi axşamı içində ilan qabığı olan qızdırılmış suda çi-
mərlərsə, övladları olar. 
Aqillərin  inamına  görə:  şər  qarışanda  evdən  un,  çö-
rək, taxıl, pul verən, evin bərəkətini verər. Süd-qatıq, pendir, 
üz,  qaymaq  verənin  damazlığı  kəsilər,  ailə  ağartıya  həsrət 
qalar. 
Aqillərin inamına görə: hər gün bir dolça yemişan ye-
yən adamın qan təzyiqi aşağı düşər, qırmızı yemişan yeyənin 
təzyiqi yuxarı qalxar. 
Aqillərin  inamına  görə:  təngnəfəs-astma,  sinə  ağrısı, 
bəlğəm,  ağızda  xora  səpgiləri  olanlara,  əzab  çəkənlərə  30 
gün hər gün yeməkdən əvvəl üç dəfə bir fincan reyhan şirəsi 
qəbul etmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  vərəm,  soyuqdəymə,  təng-
nəfəs xəstəliyindən əziyyət çəkənlərə 15-20 gün, dəvədabanı 
dəmləyib  gündə  yeməkdən  əvvəl  üç  dəfə,  bir  fincan  içmək 
məsləhətdir. 
Aqillərin inamına görə: ağciyər, mədə-bağırsaq xəstə-
liyindən əziyyət çəkənlərə 15-20 gün ətirşah dəmləyib gündə 
yeməkdən əvvəl üç dəfə, bir fincan içmək məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
141 
Aqillərin  inamına  görə:  boğaz  ağrısından,  iltihabın-
dan  əziyyət  çəkən  adamlara  10-15  gün  hər  dəfə  yeməkdən 
əvvəl  bir  çay  qaşığı  göy  soğan  suyunu  qəbul  etmək  məs-
ləhətdir. 
Aqillərin  inamına  görə:  şəkər  xəstəliyindən,  kəskin 
böyrək ağrılarından əziyyət çəkən xəstələrə hər gün lobya qu-
rusunu hədik kimi bişirib qabıqlı-qabıqlı yemək məsləhətdir. 
Aqillərin inamına görə: qan laxtalanmasından əziyyət 
çəkən adamlara 10-15 gün hər gün yeməkdən əvvəl üç dəfə, 
nanə dəmləyib içmək məsləhətdir. 
Aqillərin inamına görə: yuxuda qaşın qaşınması çox-
dan  bəri  görüşmədiyin  dostuna,  əzizinə  rast  gəlmək  kimi 
yozulur. 
Aqillərin  inamına  görə:  ilk  dəfə  xəmir  yoğurmaq 
üçün evə gətirilmiş un çuvalının ağzını açarkən unu üç dəfə 
ovuca  götürüb  çuvala  qaytarıb,  sonra:  "Bərəkətin  çuvalda 
qalsın!"  –  dedikdən  sonra  xəmir  yoğurmaq  üçün  un 
götürülür. 
Aqillərin  inamına  görə:  selləmə  yağış  yağanda,  mis 
qazanı boş ağzı üstə çevirəndə yağış kəsər. 
Aqillərin  inamına  görə:  ürəyi  tez-tez  döyünən  zəif 
adamlara çayı az içmək, əvəzində süd, səhər, günorta, axşam 
yeməkdən  əvvəl  meyvə  şirəsi  içmək  məsləhətdir.  Kök  və 
tərəvəz çuğundurunu ətçəkən maşında çəkib, şirəsini hər gün 
yeməkdən əvvəl üç dəfə, bir fincan içmək də ürəyin ağrısını, 
döyüntüsünü sakitləşdirir. 
Aqillərin  inamına  görə:  astma  xəstəliyindən  əziyyət 
çəkənlərə gündə üç dəfə yeməkdən əvvəl təzə dərilmiş vəzərini 
ətçəkən maşında çəkib bir fincan şirəsini içmək məsləhətdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
142 
Aqillərin  inamına  görə:  yuxusuzluqdan,  ürəkdöyün-
tüsündən,  başağrısından  əziyyət  çəkənlərə  təzə  dərilmiş 
keşnişi ətçəkən maşında çəkib, şirəsini tənzifdən keçirib, hər 
gün yeməkdən əvvəl üç dəfə bir fincan içmək məsləhətdir. 
Aqillərin  inamına  görə:  mal-qaranın,  ilxının,  qoyun 
sürüsünün  ortasından  keçmək  günahdır,  yaxşı  olar  ki,  sürü, 
mal-qara,  ilxı  keçəndən  sonra  keçəsən.  Əks  halda  evin 
bərəkəti kəsilər, həmin adamın ailəsinin var-yoxu əldən gedər. 
Aqillərin  inamına  görə:  baş  darağını  başqasına  ver-
mək  olmaz,  arada  söz-söhbət  olar,  həmin  gün  daraq  sahibi 
kiminləsə bəd danışar, qanqaralığı olar. 
Aqillərin inamına görə: şər qarışanda nə qonşuya qa-
zan,  ver, nə də qazan al. Əks halda şərə düşərsən. Ev-eşiyə 
bədxahlıq üz verər. Səhər üzünə xoş xəbərlə açılmaz. 
Aqillərin  inamına  görə:  Novruzda  il  təhvil  olunan 
vaxtı ailənin ən kiçik oğul övladı, nəvəsi şamı yandırmalıdır 
ki, ailənin işığı  yeddi arxadan keçənə qədər  yandırılsın. Hə-
min oğlan uşağı həm də niyyətlə alınmış bardaq, sənək, ku-
zədə gətirilmiş pak, təmiz sudan ailə üzvlərinə, xüsusilə, ağır 
xəstəyə bir dolça su verməlidir. İnama görə: bu su ömür-gün 
uzadan, dərdə əlac edən dirilik suyu kimi qəbul edilir. Yeni 
ilin ilk günündə qapıdan bayıra çıxan adamın arxasınca evin 
kiçik oğul övladı üç dəfə su atır. Bu su uğur suyu adlanır. 
Aqillərin  inamına  görə:  kim  Novruzun  il  təhvil  olu-
nan  axşamı  yaşadığı  evdən  süd,  qatıq,  pendir,  yağ  verərsə, 
sağmalının  südü  kəsilər.  Evdən  od,  duz,  çörək,  un,  taxıl 
verilərsə, evin bərəkəti olmaz. Bu axşam bütün evlərdə səhə-
rəcən  işıq  yandırılmalıdır.  Əks  halda,  işıq  olmayan  yerdə, 
evdə, otaqda əcinnələr-cin-şeytan, ərdov, hal olur. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə