__________________________________ Nübar Həkimova
183
TƏRƏVƏZLƏR
Badımcan
Badımcan şirəsi iştahanı artırır, ondan hazırlanan təpit-
mə (maska) üzdə əmələ gələn qırmızı ləkələri təmizləyir.
Bunun üçün axşam yatmazdan qabaq badımcan şirəsindən
hazırlanmış təpitməni üzə çəkmək, 30-35 dəqiqədən sonra
onu ilıq su ilə silmək lazımdır. Müalicəni 14-15 gün davam
etdirmək məsləhətdir.
Kələm
Kələm mədə-bağırsaq xəstəliklərinə, qan təzyiqinin
aşağı salınmasına müsbət təsir edir. Kələmin yuxugətirici
xassəsi güclüdür. Onu qaynadıb həlimini içmək qan damar-
larını genişləndirir. Bu, bəlğəm və göyöskürəyə yaxşı təsir
edir. Bel, boyun, oynaq ağrılarını azaldır. Kələm suyu və
ondan hazırlanmış xörək bədənin temperaturunu tənzimləyir,
lakin kələm həlimini çox içmək qanı qatılaşdıra bilər.
Kələmi bişirib arpa unu ilə təpitmə etdikdə irinli yaraları
sağaldır. Yel xəstəliyi, bel və oynaq ağrıları zamanı da belə
təpitmənin qoyulması məsləhətdir. Kələm təpitməsi yumurta
ağı ilə qarışdırılanda, yanıq yaralarına da yaxşı kömək edir.
Kələm təpitməsi saçın tökülməsinin qarşısını alır.
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
184
İspanaq (şomu)
Sarımsaq-qatıqla yedikdə iştahanı artırır, dişdibi yuva-
ları möhkəmləndirir, mədə-bağırsaq xəstəliklərinə, qurd
tökməyə, daxili qanaxmaya müalicəvi təsir göstərir.
Soğan
Dünya florasında soğanın 500-ə qədər kökümsov və
soğanaqlı növlərinə rast gəlmək olar. Yabanı soğan növləri-
nin içərisində qida əhəmiyyətli, ədviyyat xüsusiyyətli, mü-
alicə və bəzək üçün yararlı nümayəndələrinə tez-tez rast
gəlmək olar.
Soğanın tərkibində insan orqanizmi üçün faydalı olan
qiymətli maddələrdən, 13-20% quru maddə, 3-4% zülal,
18%-dən çox amin turşusu, 2-14% şəkər, 12-16 mq% efir
yağı, inulin, fıtin, saponin, 2-13,9% C vitamini, 1,3-5,9 mq%
provitamin A, B, B
2
, PP, E, H, D, D
2
, B
6
vitaminləri, foli və
pantanen turşuları və s. aşkar edilmişdir. Soğanda həmçinin
az miqdarda raffinoza, ksiloza, arabinoza, riboza və bəzi
polifruktozanlar aşkar edilmişdir ki, bunlar da hidroliz
olunduqda fruktoza və qlükozaya çevrilir. Daxili qatlarda
şəkərin miqdarı xarici qatlara nisbətən 2-3% çoxdur. Acı
soğanda orta hesabla 10%, şirin soğanda isə 5% şəkər vardır.
Soğanın tərkibində olan 0,3-0,15% üzvi turşuların əsa-
sını limon, alma və kəhraba turşuları təşkil edir. Quru qa-
bıqlarda antiseptik xassəli protokatexin turşusu vardır.
Soğanın tərkibində 1,20mq% maqnezium, 0,4mq% dəmir,
0,02mq% manqan, 0,35 mq% mis, 0,24 mq% sink, 0,01
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
185
mq% xrom, 0,02 mq% alüminium, 5 mq% selen, 0,06 mq%
nikel, 0,01 mq% qurğuşun, 0,40 mq% bor və selen elementi
də tapılmışdır.
Acı soğan sortlarına «Arzmas», «Bessonov», «Mi-
terski», «Rostov», «Striqunov», «Poqar», «Ufa», yarımacı
soğan sortlarına «Danilov», «Qızıl şar», «Maykov», «Qri-
bov», «Sitaus», «Belozer», şirin soğan sortlarına «Barleta»,
«Krasnodar-35», «Marcelan», «Yalta», «Conson», «Sarı
ispan» və s. daxildir.
Soğan təzə halda kulinariyada, sirkəyə qoymada və
tərəvəz konservlərinin hazırlanmasında istifadə olunur. Ət
xörəklərinin hazırlanmasında işlədilir. Soğan iştahanı artırır
və başqa qidaların həzminə müsbət təsir göstərir. Bakterisid
xassəyə malik olduğundan bir çox mikroorqanizmləri məhv
edir.
Soğan ən kütləvi tərəvəz bitkisi olmaqla yanaşı, şəfa
verici keyfiyyətə malikdir. Dioskorad özünün «Dərman va-
sitələri» əsərində soğanı iştahaaçan və təmizləyici bir vasitə
kimi göstərmişdir. Qədim Romada hesab edirdilər ki, xörəyə
çoxlu soğan qatdıqda adam qorxmaz və güclü olur. Soğanın
tərkibində olan efir yağı ona kəskin iy və acı dad verir. Bu
da göz bəbəyinin selikli qişasına və yuxan nəfəs yollarına
qıcıqlandırıcı təsir göstərir. Soğanda efir yağının miqdarı nə
qədər çox olarsa, onun dadı bir o qədər acı olur. Efir yağının
çox olması soğanı uzun müddət saxlamağa imkan verir.
Soğanı yağda qızartdıqda belə tərkibindəki efir yağı itmir.
Göy soğan iştahanı artırır, şirələrin axmasını güclən-
dirir və həzm orqanları tərəfindən qida maddələrinin yaxşı
mənimsənilməsinə kömək edir. Soğandan elmi təbabətdə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
186
«Allilçen» və «Allilqliser» adlı preparatlar hazırlanır ki,
bunlardan bir sıra xəstəliklərdə, son illərdə isə mədə-ba-
ğırsaq xoralarına, qrip və anginaya qarşı, eləcə də avita-
minoz zamanı geniş istifadə edilir. Bundan əlavə, bu prepa-
ratlar ümumi əhval-ruhiyyəni yaxşılaşdırır, bağırsaqların
sekretor fəaliyyətinə təkan verir və əzələləri hərəkətə gətirir,
zərərli bakteriyaları məhv edir. Tez-tez qəbzliyə tutulan
adamlara gündə üç dəfə yeməkdən qabaq «allilçen»dən 15-
20 damcı içmək faydalıdır. Bu dərmanı həmçinin ateres-
kleroz və hipertoniya xəstəliklərinin silerotik formalarında
gündə üç-dörd dəfə, hər dəfə 20-40 damcı üç həftə müd-
dətinə qəbul etmək olar.
Soğan xalq təbabətində də geniş istifadə edilir. Soğanın
tərkibində olan fitonsid maddələri göbələkləri və xəstəlik
törədən mikrobları məhv edir.
Qripli zökəm zamanı soğan şirəsi hopdurulmuş pam-
bığı gündə üç dəfə 10-15 dəqiqə burun deşiklərində saxla-
maq yaxşı nəticə verir. Qulaqda iltihab prosesi olduqda bu
üsulla müalicə etmək mümkündür. Angina zamanı təzəcə ha-
zırlanmış soğan şirəsini iyləmək, ağız nahiyəsinin selikli
qişasında yaracıqlar olduqda soğan şirəsindən istifadə etmək
xeyirlidir. Dəridə səpki, sızanaq, piqment ləkələri, yanıq,
ziyil və çil olduqda soğandan istifadə olunur. Bütün üçü
soğanı əzərək həmin yerə qoyurlar. Suda pörtlədilmiş
soğandan isə irinləyən yaraların tezliklə deşilməsində və
barmaqlarda olan döyənəklərin yumşaldılmasında istifadə
edilir. Vitamin çatışmazlığı nəticəsində diş ətində baş verən
sinqa xəstəliyinə qarşı soğan əsas vasitədir. Soğan qabığının
tərkibində 1-3 %-ə qədər boyaq maddə: vardır. Bir qədər
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |