__________________________________ Nübar Həkimova
289
bütün ərazilərində yayılmışlar.
Fəsiləyə daxil olan növlərin içərisində qida, dərman
əhəmiyyətli, boyaq, aşı, bəzək, nektar təbiətli faydalı bitki-
lərin geniş spektrinə rast gəlmək olar. Bu faydalı bitkilərdən
biri də şirin biyandır.
Azərbaycanda isə 8 növünə təsadüf olunur. Bunlardan
en geniş yayılanı şirinbiyandır. Bunun kök hissəsindən xalq
təsərrüfatının müxtəlif sahələrində geniş istifadə olunur.
Ondan bir çox dərman preparatları hazırlanır. Şirin biyanın
müalicəvi təsiri hələ çox qədim zamanlarda insanlara məlum
olmuşdur. Hələ bizim eramızdan IV əsr əvvəl Teofrast
göstərir ki, bu bitkidən döş və zökəm (öskürək) əleyhinə
istifadə etmək olar. Bunun kök hissəsindən hazırlanan
ekstraktlardan hələ 2800 il bundan əvvəl Çin xalq təba-
bətində istifadə olunmuşdur.
Biyanın kök və kökümsovlarının tərkibindən 0,6-
15,2% qlükoza, 0,3-4,1% fruktoza, 0,3-20,3% saxaroza, 0,1-
0,6% maltoza, 34%-ə qədər nişasta, mannit, 0,035% efir
yağı, üzvi turşular, xolin, betain, C vitamini, karotin, 1,94-
2,39% kumarin, 5,5% aşı maddəsi, 2,02% qlikozid, izok-
versetin, kversetin, meratin, kempferol, 3-lyun-kobiozid, as-
traqalin, monoasetat, astraqalin, izoramnetiri, saporamentin,
izoavrozid (folerozid), liqviritiqenin, izoliqvirtiqenin,
qenvamin, foleroqenin, avrozid, neoavrozid, izoneoavrozid,
qlabranın, pinosembrin, prunetin flavonoidləri, yarpaqların-
dan üzvi turşulardan-fumar, limon, çaxır, alma, quzuqulağı,
kəhrəba, malon, qlukon və s. aşkar edilmişdir.
Hazırki dövrdə şirin biyandan hazırlanan preparatlar-
dan bronxit, göy öskürək, vərəm, mədə yaraları, zəhərlənmə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Nübar Həkimova ___________________________________
290
əleyhinə, xüsusən ət və göbələk zəhərlənmələrinə qarşı
istifadə olunur. Böyük təbib və alim Əbu-Əli İbn Sinanın da
əsərlərində şirin biyanın müalicəvi təsiri barəsində geniş
məlumatlar verilir. Şirin biyan kökündən hazırlanmış
cövhəri içərkən orqanizm (gəncləşir) cavanlaşır.
Birma, Hindistan, Çin və Vyetnam ölkələrində şirin bi-
yan köklərindən hazırlanan cövhərlərlə sarılıq, mədə-bağır-
sağı, xüsusən də qastiriti gözəl müalicə edirlər. Tibet tə-
babətində şirin biyan kökləri ilə vərəm, ürək və soyuqdəymə
xəstəliklərini müalicə edirlər. Bundan başqa, ondan ilan-
vurma, əqrəbsancına, qudurmuş it dişləməsi əleyhinə də
istifadə olunur. Şirin biyandan maddələr mübadiləsinin niza-
ma salınmasında, iflic-sinir xəstəliklərinin müalicəsində
istifadə edilir. Avropa ölkələrində şirin biyandan dərman
vasitəsi kimi XII əsrlərdən istifadə edilməyə başlanmışdır.
Hazırda bütün Avropa ölkələri onu öz dövlət farmakope-
yasına daxil etmişlər. Şirin biyanın müalicəvi xüsusiyyətləri
bizim ölkəmizdə də çoxdan məlum idi. Şirin biyandan
hazırlanmış preparatlar müxtəlif xəstəliklərin müalicəsində
də geniş tətbiq olunur.
Son zamanlarda şirin biyan kökünə olan tələbat xeyli
artmışdır. Bu da ondan üç yeni quruluşlu birləşmələrin əldə
edilməsi ilə əlaqədar olmuşdur. Bu birləşmələrin təsiri isə
böyrəküstü vəzinin ifraz etdiyi hormonun təsir xüsusiyyət-
lərinə olduqca yaxın olmasıdır. Bu birləşmələrin içərisində
ən əhəmiyyətliləri isə qliserrizin və qliserrat turşuları təşkil
edir ki, bunlar da əsasən şirin biyan köklərin-dən alınan
bioloji-aktiv preparatların əsas tərkib hissələrini təşkil edir-
lər. Bunlar hormonal xüsusiyyətli, allergiya, spazma və eləcə
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
__________________________________ Nübar Həkimova
291
də soyuqdəymə xəstəliklərinə qarşı istifadə olunan prepa-
ratlar hesab edilir, Kartizon preparatı xüsusiyyətlərinə malik
olan bu maddələr bir çox xarici ölkələrdə «Addison» vəzinin
fəaliyyətinin pozulması nəticəsində orqanizmdə baş verən su
və mineral maddələrin pozulması əleyhinə işlədilir. Biyanın
kökündən alınmış ekstraktiv və siroplu cövhərlər mədə
yaralarını, onikibarmaq bağırsaq, sinir və sairə xəstəliklərin
müalicəsində istifadə olunur. Bu qlisirrizin xassəli turş
birləşmələr öz kimyəvi xüsusiyyətlərinə görə fenol tərkibli
steroidlərə oxşayırlar. Biyan şirəsi ilə mədə yaralarını
müalicə edən zaman gün ərzində 40 q şirə daxilə qəbul
edilirsə, bu zaman ağrı tezliklə kəsilir, 4 həftədən sonra yara
tamamilə qaysaq bağlayaraq sağalır. Biyan şirəsindən
ekzema və zəhərlənmə əleyhinə də istifadə edilərək müsbət
nəticələr əldə olunmuşdur. Qlisirrizin turşusu soyuqdəymə
əleyhinə də işlədilir.
Prof. V.İ.Litvinenko və onun əməkdaşları tərəfindən
şirin biyanın kökündən flavonoid birləşmələri əldə olunmuş-
dur. Onlar bu maddələrdən yeni dərman preparatları hazır-
layıb onlara linkiviritin və flakorbin adı vermişlər. Yeni
alınmış bu preparatlar Xarkov Kimya Əczaçılıq İnstitutunda
müxtəlif heyvanlar üzərində sınaqdan keçirilərək belə nəticə
alınmışdır ki, yeni dərman preparatları qıcolma, soyuqdəy-
mə, yarasağaldıcı xüsusiyyətlərə malikdir. Biyan kökündən
alınmış şirədən isə mədə-bağırsaq xəstəliklərinin müalicə-
sində istifadə olunur.
Son zamanlar şirin biyandan alınan preparatlar müx-
təlif dövlətlərin farmakopeyasına daxil edilərək bir sıra xəs-
təliklərin müalicəsində geniş istifadə olunur. Şirin biyanın
PDF created with pdfFactory Pro trial version
www.pdffactory.com
Dostları ilə paylaş: |