Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə80/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   77   78   79   80   81   82   83   84   85

__________________________________ Nübar Həkimova 
 
 
289 
bütün ərazilərində yayılmışlar. 
Fəsiləyə  daxil  olan  növlərin  içərisində  qida,  dərman 
əhəmiyyətli,  boyaq,  aşı,  bəzək,  nektar  təbiətli  faydalı  bitki-
lərin geniş spektrinə rast gəlmək olar. Bu faydalı bitkilərdən 
biri də şirin biyandır.  
Azərbaycanda isə 8 növünə təsadüf olunur. Bunlardan 
en geniş  yayılanı şirinbiyandır. Bunun kök hissəsindən xalq 
təsərrüfatının  müxtəlif  sahələrində  geniş  istifadə  olunur. 
Ondan  bir  çox  dərman  preparatları  hazırlanır.  Şirin  biyanın 
müalicəvi təsiri hələ çox qədim zamanlarda insanlara məlum 
olmuşdur.  Hələ  bizim  eramızdan  IV  əsr  əvvəl  Teofrast 
göstərir  ki,  bu  bitkidən  döş  və  zökəm  (öskürək)  əleyhinə 
istifadə  etmək  olar.  Bunun  kök  hissəsindən  hazırlanan 
ekstraktlardan  hələ  2800  il  bundan  əvvəl  Çin  xalq  təba-
bətində istifadə olunmuşdur. 
Biyanın  kök  və  kökümsovlarının  tərkibindən  0,6-
15,2% qlükoza, 0,3-4,1% fruktoza, 0,3-20,3% saxaroza, 0,1-
0,6%  maltoza,  34%-ə  qədər  nişasta,  mannit,  0,035%  efir 
yağı,  üzvi  turşular,  xolin,  betain,  C  vitamini,  karotin,  1,94-
2,39%  kumarin,  5,5%  aşı  maddəsi,  2,02%  qlikozid,  izok-
versetin, kversetin, meratin, kempferol, 3-lyun-kobiozid, as-
traqalin,  monoasetat,  astraqalin,  izoramnetiri,  saporamentin, 
izoavrozid  (folerozid),  liqviritiqenin,  izoliqvirtiqenin, 
qenvamin,  foleroqenin,  avrozid,  neoavrozid,  izoneoavrozid, 
qlabranın,  pinosembrin,  prunetin  flavonoidləri,  yarpaqların-
dan  üzvi  turşulardan-fumar,  limon,  çaxır,  alma,  quzuqulağı, 
kəhrəba, malon, qlukon və s. aşkar edilmişdir. 
Hazırki  dövrdə  şirin  biyandan  hazırlanan  preparatlar-
dan bronxit, göy öskürək, vərəm, mədə yaraları, zəhərlənmə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
290 
əleyhinə,  xüsusən  ət  və  göbələk  zəhərlənmələrinə  qarşı 
istifadə olunur. Böyük təbib və alim Əbu-Əli İbn Sinanın da 
əsərlərində  şirin  biyanın  müalicəvi  təsiri  barəsində  geniş 
məlumatlar  verilir.  Şirin  biyan  kökündən  hazırlanmış 
cövhəri içərkən orqanizm (gəncləşir) cavanlaşır. 
Birma, Hindistan, Çin və Vyetnam ölkələrində şirin bi-
yan  köklərindən  hazırlanan  cövhərlərlə  sarılıq,  mədə-bağır-
sağı,  xüsusən  də  qastiriti  gözəl  müalicə  edirlər.  Tibet  tə-
babətində şirin biyan kökləri ilə vərəm, ürək və soyuqdəymə 
xəstəliklərini  müalicə  edirlər.  Bundan  başqa,  ondan  ilan-
vurma,  əqrəbsancına,  qudurmuş  it  dişləməsi  əleyhinə  də 
istifadə olunur. Şirin biyandan maddələr mübadiləsinin niza-
ma  salınmasında,  iflic-sinir  xəstəliklərinin  müalicəsində 
istifadə  edilir.  Avropa  ölkələrində  şirin  biyandan  dərman 
vasitəsi  kimi  XII  əsrlərdən  istifadə  edilməyə  başlanmışdır. 
Hazırda  bütün  Avropa  ölkələri  onu  öz  dövlət  farmakope-
yasına daxil etmişlər. Şirin biyanın müalicəvi xüsusiyyətləri 
bizim  ölkəmizdə  də  çoxdan  məlum  idi.  Şirin  biyandan 
hazırlanmış  preparatlar  müxtəlif  xəstəliklərin  müalicəsində 
də geniş tətbiq olunur. 
Son  zamanlarda  şirin  biyan  kökünə  olan  tələbat  xeyli 
artmışdır. Bu da ondan üç  yeni quruluşlu birləşmələrin əldə 
edilməsi  ilə  əlaqədar  olmuşdur.  Bu  birləşmələrin  təsiri  isə 
böyrəküstü  vəzinin  ifraz  etdiyi  hormonun  təsir  xüsusiyyət-
lərinə  olduqca  yaxın  olmasıdır.  Bu  birləşmələrin  içərisində 
ən  əhəmiyyətliləri  isə  qliserrizin  və  qliserrat  turşuları  təşkil 
edir  ki,  bunlar  da  əsasən  şirin  biyan  köklərin-dən  alınan 
bioloji-aktiv  preparatların  əsas  tərkib  hissələrini  təşkil  edir-
lər. Bunlar hormonal xüsusiyyətli, allergiya, spazma və eləcə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
291 
də  soyuqdəymə  xəstəliklərinə  qarşı  istifadə  olunan  prepa-
ratlar hesab edilir, Kartizon preparatı xüsusiyyətlərinə malik 
olan bu maddələr bir çox xarici ölkələrdə «Addison» vəzinin 
fəaliyyətinin pozulması nəticəsində orqanizmdə baş verən su 
və mineral maddələrin pozulması əleyhinə işlədilir. Biyanın 
kökündən  alınmış  ekstraktiv  və  siroplu  cövhərlər  mədə 
yaralarını,  onikibarmaq  bağırsaq,  sinir  və  sairə  xəstəliklərin 
müalicəsində  istifadə  olunur.  Bu  qlisirrizin  xassəli  turş 
birləşmələr  öz  kimyəvi  xüsusiyyətlərinə  görə  fenol  tərkibli 
steroidlərə  oxşayırlar.  Biyan  şirəsi  ilə  mədə  yaralarını 
müalicə  edən  zaman  gün  ərzində  40  q  şirə  daxilə  qəbul 
edilirsə, bu zaman ağrı tezliklə kəsilir, 4 həftədən sonra yara 
tamamilə  qaysaq  bağlayaraq  sağalır.  Biyan  şirəsindən 
ekzema  və  zəhərlənmə  əleyhinə  də  istifadə  edilərək  müsbət 
nəticələr  əldə  olunmuşdur.  Qlisirrizin  turşusu  soyuqdəymə 
əleyhinə də işlədilir. 
Prof.  V.İ.Litvinenko  və  onun  əməkdaşları  tərəfindən 
şirin biyanın kökündən flavonoid birləşmələri əldə olunmuş-
dur.  Onlar  bu  maddələrdən  yeni  dərman  preparatları  hazır-
layıb  onlara  linkiviritin  və  flakorbin  adı  vermişlər.  Yeni 
alınmış bu preparatlar Xarkov Kimya Əczaçılıq İnstitutunda 
müxtəlif heyvanlar üzərində sınaqdan keçirilərək belə nəticə 
alınmışdır  ki,  yeni  dərman  preparatları  qıcolma,  soyuqdəy-
mə,  yarasağaldıcı  xüsusiyyətlərə  malikdir.  Biyan  kökündən 
alınmış  şirədən  isə  mədə-bağırsaq  xəstəliklərinin  müalicə-
sində istifadə olunur. 
Son  zamanlar  şirin  biyandan  alınan  preparatlar  müx-
təlif dövlətlərin farmakopeyasına daxil edilərək bir sıra xəs-
təliklərin  müalicəsində  geniş  istifadə  olunur.  Şirin  biyanın 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə