Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə78/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   74   75   76   77   78   79   80   81   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
282 
sovlarını qurutmazdan əvvəl onları qaynadırlar. 
Xalq təbabətində sarıkökdən qankəsici, ağrı sakitləşdi-
rici, maddələr mübadiləsini tənzimləyən,  yorğunluğu aradan 
qaldıran,  ödqovucu  və  s.  xəstəliklərin  müalicəsində  istifadə 
olunur. 
Hazırda  dünyanın  20-dən  çox  ölkəsində  sarıkökdən 
müxtəlif növ dərman preparatları hazırlanır. 
 
Zəfəran 
 
Zəfərandan  hələ  qədim  zamanlardan  başlanmış  XX 
əsrin  əvvəllərinə  kimi  yun,  ipək  məmulatlarının  boyadılma-
sında geniş istifadə olunmuşdur.  
Hələ qədim zamanlarda el arasında zəfərandan dərman 
kimi də istifadə edilirdi. İndi də təbabətdə  müalicə məqsədi 
kimi tətdiq olunur. Belə ki, əsəb sakitləşdirmədə, qıcolmada, 
ağrıkəsmədə,  ürək  ağrılarında,  himeopatiyada,  göy  öskü-
rəkdə, mədə və göz xəstəliklərində və s.-də işlədilir. 
Zəfərandan hazırlanan çay ətirli olmaqla bərabər, böy-
rək  və sidik kisəsi ağrılarına  müsbət  təsir edir.  Bunun üçün 
3-5  ədəd  zəfəran  əzilib  toz  halına  salınır  və  50-60  dərəcə 
istilikdə 3-5 dəqiqə dəmlənir. 
Zəfəranın  dişicik  tellərinin  tərkibində  11,5-11,7%  su, 
5,85-6,21% kül, 0,4-,3% efir yağı, 3,5% boyayıcı maddələr – 
krosin,  pikrokrosin  (o  cümlədən  1,5%  karotinoidler),  9,8-
10,94% azotlu maddə, 16,86-21,9% şəkər, 8,9% sellüloz  və 
5,1-5,3 mq % B2 vitamini və s. vardır. 
Azərbaycan zəfəranı öz keyfiyyətinə görə ölkədə, eləcə 
də  bir  sıra  xarici  ölkələrdə  şöhrət  qazanmışdır.  Hazırda 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
283 
zəfərandan  ətriyyat  və  yeyinti  sənayesinin  bir  çox  sa-
hələrində, qənnadı məhsulları istehsalında, aşpazlıqla, yağ və 
pendir istehsalında və s. istifadə olunur. 
Qənnadı sənayesində zəfəran məhsula xoş rəng və ətir 
vermək üçün işlədilir. 
Azərbaycan  kulinariyasında  zəfəran  əlavə  edilməklə 
50-dən çox müxtəlif xörək və 10-dan artıq müxtəlif şirniyyat 
məmulatı  hazırlanır.  Milli  xörəklərin  (plov,  piti,  bozbaş  və 
s.) hazırlanmasında zəfərandan daha çox istifadə ediir. Ət və 
balıq  xörəklərinə  zəfəranın  sulu  məhlulu  əlavə  edildikdə 
həmin məhsullar xoşagələn rəng alır, dadlı, xoş ətirli olur. 
Zəfəranın  başqa  bir  əhəmiyyətli  növü  də  vardır.  Buna 
gözəl zəfəran deyirlər. Bu növ zəfəranın öyrənilməsi ədviy-
yat və qida boyağı kimi böyük əhəmiyyət kəsb edə bilər. 
 
Sumaq 
 
Xalq  təbabətində  sumaq  yarpaqlarından  və  meyvə-
lərindən  çay  dəmləyib  qarın  ağrısında,  ishala  və  dizinteri-
yaya  qarşı  işlədirlər.  Meyvəsindən  ədviyyat  kimi  ən  qədim 
zamanlardan  hazırki,  dövrə  qədər  müxtəlif  xörəklərin  –  ət, 
piti,  tikəkabab,  lüləkabab,  qutab  və  s.  tərkibinə  qatqı  kimi 
əlavə  edilir.  Meyvəsinin  qabığı  kəskin  tamlı  ədviyyat  kimi 
kulinariyada  geniş  istifadə  olunur.  Sumaqdan  hazırlanan 
ədviyyat  iştahartırıcı,  həzmyaxşılaşdırıcı  xüsusiyyətlərə 
malikdir. 
 Sumaq  qan  təzyiqi  yuxarı  olanlara  dərmandır.  15-20 
gün  ərzində  hər  gün  bir  stəkan  qaynadılmış  suya  bir  xörək 
qaşığı sumaq töküb, axşamdan səhərə qədər ağzı qapalı sax-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
284 
lamaq,  sonra  onu  yeməkdən  qabaq  üç  dəfəyə  içmək  qan 
təzyiqini normal hala salır. 
 
Cirə 
 
Cirənin  toxumları  ətirli  və  müalicəvi  xüsusiyyətlərə 
malikdir.  Quru  meyvəsinin  tərkibində  2,2-6%-ə  qədər  efir 
yağı  vardır  ki,  bunun  da  80-90%-ni  anetol  təşkil  edir.  Bun-
dan  əlavə,  10%-ə  qədər  metil-avikol,  cirə-keton,  cirə  alde-
hidi,  pinen,  kamfen,  18-28  %  piyli  yağ,  18%  zülal,  3-5% 
şəkər,  furfurol,  kafein  və  xloregen  turşuları  və  s.  maddələr 
vardır. Cirə  yağı şəffaf,  rəngsiz, özünəməxsus  ətrə və şirin-
təhər  dada  malikdir.  Aşağı  temperaturda  ağ  rəngli  kristal 
kütləyə çevrilir. Yağından əsasən ətriyyatda və kosmetikada 
istifadə olunur. 
Yağından  naşatırlı  cirə  damcısı,  sinə  məlhəmi,  gigi-
yena preparatları (diş pastaları, tozları və ətirli  su) və s. ha-
zırlanmasında  qatqı  kimi  istifadə  edilir.  Bundan  başqa,  cirə 
çörək-bulka,  unlu  qənnadı  məmulatında  və  müxtəlif  xö-
rəklərin  hazırlanmasında  işlədilir.  Şorabaya  qoyulmuş 
xiyarın,  pomidorun,  tutmanın  tamını  və  keyfiyyətini  yaxşı-
laşdırmaq  üçün  istifadə  edilir.  İştahı  artırmaq  üçün  də  işlə-
dilir. Bunun üçün cirə natamam üyüdülür, xörək duzu qatılıb 
nahardan qabaq bir az çörəklə yeyilir. Efir yağından bronxit 
və  öskürəkdə  bəlğəmgətirici  vasitə  kimi,  boğaz  vəzilərinin 
soyuqdəyməsində,  səsin kallaşmasında, zəif görmədə, həzm 
olunmanın yaxşılaşdırılmasında və preparatların hazırlanma-
sında istifadə edilir. Xalq təbabətində cirə meyvəsi astmanın 
qarşısını  alan,  eləcə  də  xroniki  mədə-bağırsaq  xəstəliklərini 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
285 
müalicə  edən  bir  dərman  kimi  işlədilir.  Bunun  üçün  15-20 
qram qurudulmuş cirə bir litr suda çay kimi dəmlənir, gündə 
iki  dəfə,  hər  dəfə  yarım  stəkan  qəbul  edilir.  Bundan  əlavə, 
cirənin  razyana  ilə  bərabər  hissədə  qarışdırılıb  dəmlənməsi 
mədə  xəstəliklərinə  müsbət  təsir  göstərir.  Meyvəsindən 
hazırlanan  çay  ana  südünün  artmasına  kömək  edir.  Cirədən 
hazırlanan sulu cövhər əlləri dizinfeksiya edir və ağcaqanadı 
qovur.  Yağından  isə  lak-boya  və  sabunbişirmə  sənayesində 
istifadə olunur. 
Cirə  toxumundan  ən  çox  ədviyyə  kimi  istifadə  edilir. 
Döyülmüş tozundan müxtəlif piroq içi, peçenye, qoğal, keks, 
şəkərbura və s. şirniyyat növlərinin hazırlanmasında istifadə 
edilir. 
 
Limon 
 
Bitkilərinin meyvə və qabıqlarının ədviyyat kimi müx-
təlif  içkilərin  hazırlanmasında,  xörəklərin  tərkibinə  qatıl-
masında  istifadə  edilir  və  iştahartırıcı  kimi  süfrənin  yanına 
qoyulur.  Meyvələrinin  qabıq  hissəsindən  1-2%-ə  qədər  xoş 
iyə  malik  efir  yağı  alınır.  Efir  yağının  tərkibində  90%-ə 
qədər  terpen  limonen,  3-5%  sitrol  aldehidi  və  1%  gerani-
lasetat  maddələri tapılmışdır ki,  bunlar da  limon  yağının ən 
qiymətli  tərkib  hissəsi  hesab  olunur.  Meyvəsinin  lət  hissə-
sindən  8-9%  limon  turşusu,  100  mq  %-ə  qədər  askorbin 
turşusu, C, A, B və P vitaminləri də aşkar edilmişdir. 
Sitrus  bitkiləri  mədə  şirəsinin  fəaliyyətinin  artırıl-
masına,  eləcə  də  həzm  sisteminin  yaxşılaşdırılmasına  kö-
məklik  göstərir.  Sitrus  bitkilərinin  meyvəsindən  təzə  halda 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə