Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə79/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   75   76   77   78   79   80   81   82   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
286 
meyvə  şirələrinin,  kompotların  hazırlanmasında  istifadə 
edilir.  Bu  meyvələrdən  müxtəlif  növ  likörların,  içkilərin, 
ənənəvi  spirtsiz  sərinləşdirici  məmulatların  və  s.  hazırlan-
masında istifadə olunur. Sitrus meyvələrindən ədviyyat kimi 
müxtəlif  şirniyyat  məmulatların,  şorabaların,  balıq,  quş  və 
düyüdən  hazırlanan  xörəklərin  tərkibinə  qatılır.  Mey-
vələrindən  meyvə  salatların  hazırlanmasında  geniş  istifadə 
edilir. 
Bundan  əlavə,  limon  meyvələri  anginada,  avitaminoz-
da  çox  faydalıdır.  Qurudulmuş  meyvə  qabıqları  iştahartırıcı 
xassəyə  malikdir.  Limon  şirəsi  mədə  turşusunun  azlığında, 
revmatizm və padaqra xəstəliyində məsləhət görülür.  
 
Rozmarin 
 
Dünya  florasının  tərkibində  5  növü  yayılmışdır.  Qaf-
qazda, o cümlədən də Azərbaycanda növünə təsadüf edilir. 
Rozmarin – həmişəyaşıl sıxbudaqlanan, hündürlüyü 1-
1,5  m  olan  koldur.  Budaqları  ensiz,  xətvari,  kənarları  bü-
külmüş, aşağı hissəsi ağımtıl keçə ilə örtülmüş yarpaqlardan 
ibarətdir.  Yarpaq  qoltuğunun  dar  hissəsində  mavi  və  yaxud 
bənövşəyi,  bəzən  ağ  rəngli  salxım  çiçəkləri  toplanmışdır. 
Güclü kök sistemi budaqlanaraq 3-4 m  yerin tərkinə işləyir. 
Çoxillik  budaqlan  tünd  boz,  lay-lay  təbəqədən  ibarət  olan 
qabığı  odunlaşmış,  birilikləri  isə  parlaq-boz  tüklərlə 
örtülmüşdür.  Toxumları  qonurumtul  rəngli  xırda-qozmey-
vədir. 100 ədədinin çəkisi 0,5-1,1 q-dır. 
Qədim  zamanlardan  rozmarin  dərman  bitkisi  kimi  bir 
sıra  xəstəliklərin  müalicəsində  istifadə  edilir.  Bitkidən  ha-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
287 
zırlanan  cövhərdən  baş  ağrılarında,  soyuqdəymədə,  mədə-
bağırsaq  xəstəliklərində,  sidikqovucu  vasitə  kimi,  istifadə 
olunur. Yarpaqlarından papiros preparatları hazırlanıb astma 
xəstəliklərində  istifadə  olunur.  Rozmarin  tonusartırıcı  xü-
susiyyətlərə  malik  olub,  aşağı  qan  təzyiqlərində,  cinsi  zəif-
likdə müsbət nəticələr verir. Bitkidən pəhriz saxlayan şəkərli 
xəstələrə  qaraciyər,  öd  kisəsi,  damar  xəstəliklərində, 
miokarda  istifadə  etməyi  məsləhət  görürlər.  Bundan  başqa, 
yarpağından hazırlanan cövhərindən qadın xəstəliklərində, o 
cümlədən  də  aybaşı  pozğunluqlarında,  əsəb  oyanmalarında, 
qadınlarda  baş  verən  klimakteri  dövründə,  ürək  nevroz-
larında,  halsızlıqda,  baş  gicəllənmələrində,  yaddaşın  zəif-
ləməsində  istifadə  olunur.  Xalq  təbabətində  cövhərindən 
astma,  yuxarı  nəfəs  yollarında,  mədənin  xroniki  kataraktın-
da,  qarın  köplərində  işlədilir.  Mazından  nevralgiyada,  rev-
matizmdə,  tətbiq  edilir.  Vannasından  nevrit,  əsəb,  podaqra, 
soyuqdəymədə, gec sağalan  yaraların və sızanaqların müali-
cəsində  qəbul  edilir.  Rozmarin  öd  ifrazatının  artırılmasına, 
mədə və bağırsağın normal işləməsinə kömək edir. 
Hazırda  bir  sıra  ölkələrdə  rozmarindən  qiymətli  dər-
man bitkisi kimi müxtəlif xəstəliklərin müalicəsində istifadə 
olunur. 
Rozmarin  kəskin  ətirli,  şirintəhər,  azca  kamfora  iyinə 
malik, şam iyini xatırladan və ən yaxşı ədviyyat və azca kəs-
kin  tamlıdır.  Yarpaqlarının  tərkibindən  1,5-2%-ə  qədər  efir 
yağı  aşkar  edilmişdir.  Efir  yağının  əsas  tərkib  hissəsini  25-
30%  pinen,  10-20%  kamfen,  10-30%  cineol,  10-18%  bor-
neol,  6-17%  kamfora  və  6-10%  seskvitterpenlər  təşkil  edir. 
Rozmarinin qurudulmuş yarpaqlarını toz halına salıb az miq-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
288 
darda ədviyyatlara qatıb balıq  və konserva sənayesində isti-
fadə edirlər. Xarici ölkələrdə rozmarin poroşokunu müxtəlif 
nisbətlərdə  ədviyyatlara  qarışdırıb  kompozisiyasını  əldə  et-
məklə  müxtəlif  xörəklərin  tərkibinə  qatırlar.  Bu  kompozi-
siyadan ən çox lobya, noxud, paxla, mərci, badımcan, kələm 
və s. hazırlanan xörəklərdə istifadə edirlər. Bundan başqa ət 
və  toyuqdan  hazırlanan  xörəklərin  tamını  və  iyini  yaxşılaş-
dırmaq  üçün  istifadə  olunur.  Az  miqdarda  qurudulmuş  yar-
pağı  yaşıl  cəfəri  ilə  qarışdırıb  kərə  yağına  əlavə  edib  pasta 
hazırlayırlar.  Alınmış  pastadan  az  miqdarda  götürüb  toyu-
ğun, hinduşkanın, ördəyin və qazın içərisinə qoyub bişirirlər. 
Tomat  və  zoğal.  şorabasının  tərkibinə  qatıb  əvəzi  olmayan 
xoş  ətirli  iy  əldə  edilir.  Bundan  başqa,  döyülmüş  yarpağın-
dan  ədviyyat  kimi  salatların,  döyülmüş  ət  məhsullarının, 
qızardılmış  ət  və  toyuğun,  göbələyin,  pendirlərin,  kartofun, 
dana ətinin, qulyaş, qoyun və s. ətindən hazırlanan xörəklərə 
qatıb onların dadını və tamını yaxşılaşdırırlar. 
 
Azərbaycan «Jenşeni» Şirinbiyan 
 
Biyan  kökündən  hazırlanan  preparatlardan  soyuqdəy-
mə,  spazma,  qıcolma,  orqanların  regenerasiyasının  bərpa 
olunmasında,  mədə  və  onikibarmaq  bağırsaq  yaralarının, 
mədə eroziyası və turşuluğun aşağı salınmasında, ödqovucu, 
sinir sistemi, iflic, xərçəng, SPİD, sarılıq, bir  sıra dəri  və  s. 
xəstəliklərin müalicəsində geniş istifadə olunur. 
Dünya florasının tərkibində Paxlalılar – Fabaceae fəsi-
ləsi 600-dən artıq cinsi, 12000-dən artıq növü əhatə edir. Bu 
növlər  əsasən  ot,  kol  və  ağacdan  ibarət  olub  Yer  kürəsinin 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə