Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə82/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   77   78   79   80   81   82   83   84   85

__________________________________ Nübar Həkimova 
 
 
295 
Şirin  biyan  kökü  əfsanəvi  jenşenin  xüsusiyyətlərinə 
malik olub insanı gözəlləşdirir və cavanlıq dövrünü uzadır. 
Şirin biyan kökündən hazırlanan preparatlardan bakte-
risid,  soyuqdəymə,  yarasağaldıcı,  bəlğəmgətirici,  yumşal-
dıcı, tərgətirici, sidikqovucu kimi, spazma əleyhinə, antiqis-
tamin,  alukqiya  əleyhinə  istifadə  olunur,  orqanizmdə  gedən 
su-duz mübadiləsini nizamlayır, mədə turşusunu azaldır və s. 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
296 
DƏRMAN KİMİ İSTİFADƏ OLUNAN 
MEYVƏ VƏ TƏRƏVƏZLƏR 
 
MEYVƏLƏR 
 
Albalı –  yel xəstəliyi, oynaq ağrıları, qan-damar siste-
minin pozulması, ürəkbulanması zamanı məsləhət görülür. 
Alça  –  əsəbi  adamlar  üçün  xeyirlidir.  Alça,  həmçinin 
yel xəstəliyinə, qan-damar sisteminin tənzimlənməsində məs-
ləhət görülür. Alça qurusu qanazlığı olanlar üçün faydalıdır. 
Alma – ətirli  və sulu alma iştaha açır. Ürəkdöyüntüsü 
və  təngnəfəslik  hallarında  almadan  istifadə  edirlər.  Şəkəri 
olanlar  da  almadan  istifadə  edə  bilərlər.  Turş  almanın 
şirəsini  şəkər  qatmadan  bişirib,  öd  xəstəliklərində  və 
daşlaşmaya qarşı istifadə edirlər. 
Armud – mədə  və öd kisəsi üçün faydalıdır. Yel xəs-
təliyi olanlar armuddan istifadə edirlər. Meyxoş armud şəkər 
xəstəliyi  olan  adamlar  üçün  münasibdir.  İştahanı  artırır, 
ürəkbulanmasının qarşısını alır. 
Əncir  –  onu  dərdikdən  sonra  parça  üzərinə  sərib,  gü-
nəş şüası  altında saxladıqca onun şəkərliliyi artır. Əncir bə-
dən  hərarətini  və  susuzluğu  yatırır,  tərləməyə  müsbət  təsir 
edir.  Arpa  unu  ilə  ənciri  qatıb,  çiban  üzərinə  təpitmə 
qoyanda, çibanın tez yetişməsinə kömək edir. 
Əzgil – yetişmiş əzgildə şəkər və limon turşusu vardır. 
Meyvəsi  və  yarpağı  qəbizlik  yaradır.  Qanlı  ishala  qarşı 
səhərlər 200-300 q. əzgili qabıqsız  yemək məsləhət görülür. 
Əzgilin tumu döyülüb toz halına salınır, ondan bir çay qaşığı 
götürüb  cəfəri  kökünün  şirəsi  ilə  qatışdırıldıqdan  sonra 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
297 
böyrək və sidik kisəsi daşma qarşı işlədilir. 
Ərik  –  keçmişdə  loğmanlar  əriyi  qan  yaradan  meyvə 
kimi  tanıtmış,  onu  qanın  durulaşması  amili  hesab  etmişlər. 
Ərik  qurusu  öd  ağrılarını  yüngülləşdirir,  qan  təzyiqini  tən-
zimləyir. 
Gavalı –  yeməkdən  əvvəl  qara gavalı işlətmək  başağ-
rısı, öd kisəsinin iltihabı və qızdırmanın qarşısını almaq üçün 
faydalıdır. Gövdəsində olan  yapışqan öskürək, böyrək, sidik 
kisəsi və öddə olan daşa qarşı işlədilir, yaranı bitişdirir. 
Gilas  –  sinəni  yumşaldır,  tez  həzm  olunur.  Qəbzliyi 
aradan qaldırır. Şəkər xəstəliyi olanlara gilasdan istifadə et-
mək faydalıdır. İri gilasın tumunu əzərək üzə sürtdükdə, dəri 
yumşalır və üzün rəngi açılır. 
Heyva – vərəm xəstəliyi üçün məsləhət görülür. Öskü-
rəyi sakitləşdirmək üçün 30 q heyva çiçəyini 1  l suda dəm-
ləyərək  işlədirlər.  Meyxoş  heyva  ürəkbulanmanın  qarşısını 
alır, susuzluğu yatırır, qanaxmanı dayandırır. 
Xirnik – tam yetişmişindən istifadə edilir. Sinəni yum-
şaldır,  bədəni  qüvvətləndirir.  Səhərlər  acqarına  300-500  q 
yemək məsləhətdir. Mürəbbəsi də faydalıdır, iştahaçandır. 
İnnab – sərinləşdirici xassəyə malikdir. Boğaz və sinə-
ni  yumşaldır, böyrək, qaraciyər üçün münasibdir, təmiz qan 
yaradır, onu saflaşdırır. 
İydə  –  meyvəsi  bədəni  qüvvətləndirir,  ödə  yaxşı  təsir 
göstərir, ətirli çiçəyini iyləmək iflic olanlar üçün faydalıdır. 
O,  beyin  və  ürəyi  də  qüvvətləndirir,  böyrəyi  isti  saxlayır, 
sarılığa qarşı xeyirlidir. 
Nar – şirin nar ağciyər, sinə,  mədə  və qaraciyər üçün 
xeyirlidir. Şirin nar şirəsinə şəkər və nişasta qataraq sinə tu-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
298 
tulması  və  öskürək  əleyhinə  işlədirlər.  Turş  narın  şirəsi  ilə 
qarqara etməklə, ağızda olan qaynaşma  yara və şişlərə qarşı 
effektli  mübarizə  aparılır.  Bağırsaqların  daxili  divarlarını 
təmizləmək  üçün  narı  dənələyib  yemək  məsləhətdir.  Nar 
həm də əsəb üçün tövsiyə edilir. 
Şaftalı – mədə üçün münasibdir, qabıqlı yemək məslə-
hətdir, tez həzm olunur, öd xəstəliyi zaman, onun şirəsindən, 
acqarına  içmək  məsləhətdir.  Çiçəyi  və  yarpağı  yumşaldıcı 
xassəyə  malikdir.  Çəyirdəyinin  içini  yarıyanmış  bişirib 
üyüdür və yara üzərinə səpirlər. 
Tut – qaraciyər və dalaq üçün məsləhətdir. Qabığı, kö-
kü  və  yarpağı  sidikqovucu  xassəyə  malikdir.  Yapışqanını 
çeynəmək,  damağı  möhkəmləndirir.  Şaxtutun  (ağ  tut)  mey-
vəsi öd və bağırsaq iltihabı, qanlı ishala qarşı çox faydalıdır. 
Şaxtutun yarpağının dəmləməsi qanda şəkəri aşağı salır. 
Üzüm – qanı saflaşdırır. Çox üzüm yeyən adamlar xər-
çəng  xəstəliyinə  az  hallarda  tutulurlar.  Qan-damar  xəstə-
likləri,  qan  təzyiqi  olanlar  üçün  üzüm  yemək  məsləhətdir. 
Yarpağı da müalicəedici xassəyə malikdir. 25 q tut yarpağını 
bir litr suda dəmləyərək, hər gün yeməkdən əvvəl bir fincan 
islah  və  sarılıq  zamanı  içmək  məsləhətdir.  Böyrək  və  sidik 
kisəsində  daşı  olanlara  hər  səhər  acqarına  bir  qaşıq  üzüm 
mətini  içmələri  məsləhətdir.  Üzüm  qan  yaradır,  böyrəklərin 
fəaliyyətini gücləndirir. 
Zoğal – ishal və mədə yarası üçün məsləhətdir. O həm 
də  mədə-bağırsağı  qüvvətləndirir.  Susuzluğu  yatırır,  qan 
təzyiqini tənzimləyir, öd  üçün faydalıdır. Mürəbbəsi  soyuq-
dəymə  üçün  münasibdir.  Zoğal  qanın  turşuluğunu  azaldır, 
qanı saflaşdırır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə