Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə83/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   77   78   79   80   81   82   83   84   85

__________________________________ Nübar Həkimova 
 
 
299 
GİLƏMEYVƏLƏR 
 
Böyürtkən  –  qanlı  babasilə  qarşı  işlədilir.  Yara  üçün 
təzə  yarpağı  və  xırda  qol-budağından  döyülüb  alınmış  şirə-
sini  tut,  gavalı  ağaclarının  qabığında  olan  yapışqan  ilə  bir 
qədər qatıb təpitmə kimi istifadə edilir. Bu həm də göz şişi, 
gözətrafı yaralar üçün də məsləhətdir. 
Çiyələk  –  bədənə  soyuqluq  və  rütubət  verir.  Meyvəsi 
dadlıdır,  ürəyi  beyni  qüvvətləndirir.  Qanı  təmizlədiyi  üçün, 
dərinin  rəngini  şəffaflaşdırır,  yaxşılaşdırır,  həzmə  kömək 
edir. Böyrək daşı xəstəliklərinə qarşı istifadə edilir. 
Qarağat – bədənə soyuqluq və quruluq verir, mədə və 
ürək  üçün  xeyirlidir.  Şirəsi  susuzluğu  yatırır,  ürəyi  qüvvət-
ləndirir.  Meyvəsi  və  onun  şirəsi  qan  təzyiqini  aşağı  salır, 
şəkər xəstəliyi olanlar üçün çox faydalıdır. 
Moruq – bədənə quruluq verir. Meyvəsindən soyuqdəy-
mə  hallarında  tərqovucu  vasitə  kimi  istifadə  olunur.  İstər 
yarpağı,  istərsə  də  çiçəyi  mədə-bağırsaq  pozulması  hal-
larından istifadə olunur, şəkər xəstəliyi olanlar üçün xeyirlidir. 
Zirinc – öd üçün olduqca münasibdir, zəfəranla qarış-
dırıldıqda  həzmə  kömək  edir.  Zirinc  şirəsi  qan  təzyiqini 
aşağı  salır.  Soyuqdəymədən  və  ciyər  xəstəliyindən  əziyyət 
çəkənlərə  hər  gün  yeməkdən  qabaq  bir  fincan  qəbul  etmək 
məsləhətdir. 
 
SİTRUS MEYVƏLƏR 
 
Limon – mədə-bağırsaq xorası olanlar turş limon əvə-
zinə  şirindən  istifadə  edə  bilərlər.  Dişlərin  sağlamlığı  üçün 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
300 
həftədə  iki  dəfə  ağzı  limon  suyu  ilə  qarqara  etmək  məs-
ləhətdir. Öskürəyə zərərdir. 
Portağal – portağal yemək sümükləri möhkəmləndirir, 
dəriyə təravət verir. Qanı saflaşdırır. 
Turunc – turuncun yarpağını çeynəmək ağızda xoş ətir 
yaradır.  Onun  quru  qabığını  qaynadaraq  qarqara  edir, 
ağızdan  gələn  pis  qoxuya  qarşı  işlədirlər.  Meyvəsi  bədənə 
soyuqluq  verir,  ürəyi  möhkəmləndirir,  iştaha  gətirir.  Lakin 
sinəyə və sinir sisteminə ziyandır. 
 
QOZMEYVƏLƏR 
 
Badam  (acı)  –  təngnəfəslik,  sinə  şişi  və  ağciyər  üçün 
faydalıdır.  Dalaq  xəstəliyi  və  sarılıqda  bal  ilə  qarışdırıb  iş-
lətmək  məsləhətdir.  Yağı  bədənə  istilik  verir.  Dəriyə  sürt-
dükdə  üzdəki  ləkələri  aparır,  qırış  və  çatlar  üçün  yaxşıdı. 
Ağrı zamanı qulağa damcılatmaq faydalıdır. 
Badam (şirin) – bədənə istilik verir və daxili orqanları 
yumşaldır. Baş-beyin üçün faydalıdır. Şirəsini şəkər ilə qatıb 
yemək  öskürək  zamanı,  sinə  və  nəfəs  yolu  üçün,  mədə 
pozğunluğu hallarının qarşısını almaq üçün yaxşıdır. 
Fındıq  –  bədənə  istilik  və  quruluq  verir,  beyin  fə-
aliyyəti  üçün  münasibdir.  Onun  yarpağını  ayı  piyi  ilə  qatıb 
başa vurmaq, tük tökülməsinin qarşısını alır. 
Qoz  –  Qoz  ləpəsi  şəkər  xəstəliyi  üçün  ən  münasib 
müalicə üsulu hesab edilir. O, mədəni və orqanizmi qüvvət-
ləndirir, insanın cavanlıq qüdrətini saxlayır. Tərəfləri bioloji 
cəhətdən aktivləşdirir. 
Püstə  –  bədənə  istilik  və  quruluq  verir,  öd  yollarının 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
301 
pozulması zamanı faydalıdır, təmiz qan yaradır, bədəni güm-
rahlaşdırır,  kökəldir.  Qaraciyər  ağrısı,  xronik  öskürək,  ürək 
döyüntüsü,  böyrək  zəifliyi,  sarılıq  və  dalaq  xəstəlikləri 
zamanı  müalicə  üçün  faydalı  sayılır,  ürəyi  və  hafizəni 
möhkəmləndirir. 
Şabalıd – bədənə istilik verir, bədəni kökəldir və möh-
kəmləndirir. Şabalıddan çox istifadə etmək, sidik kisəsinə və 
boğaz ağrısına qarşı ziyandır. 
 
DƏNLİ BİTKİLƏR 
 
Arpa – bədənə soyuqluq və quruluq verir. Adamı arıq-
ladır, sidik kisəsinə ziyandır. Ağ rəngli təzə arpa yaxşı hesab 
olunur.  Onun  xəmirini  qıcqırdıb,  ayranda  həll  edib,  bir 
gecədən sonra 300-400 qram içmək bədən xeyirdir. 
Buğda – bədənə istilik verir. Çibanın  yetişib, tezləşdi-
rilməsi  üçün  üzərinə  əzilmiş  buğda  təpitməsi  qoyurlar. 
Buğda  ununu  keşniş  suyu  ilə  şişlər  üzərinə  yaxmaq  fayda-
lıdır.  Yanmış  buğdanı  mum  və  gül  yağı  ilə  qatıb  üzə  sürt-
dükdə üzə təravət, şəffaflıq gətirir. 
Çəltik-düyü – quruluq, soyuqluq və istilik baxımından 
orta vəziyyətdədir. Qanlı ishal, böyrək və sidik kisəsi xəstə-
likləri  zamanı  düyu  xörəkləri  yemək  məsləhətdir.Düyü 
xörəyi  bədəni  yaxşılaşdırır,  yaxşı  yuxu  gətirir,  lakin  oynaq-
larda – xüsusilə kürək nahiyəsində qulunc törədir. 
Dan  –  bədənə  quruluq  verir,  güclü  qəbizlik  xassəsinə 
malikdir.  Bədəni  möhkəmləndirir,  ishala  qarşı  çox  müna-
sibdir. Darıdan çox istifadə etmək böyrək və sidik kisəsində 
daşlaşmaya səbəb olur. Bu zərərli cəhətlərə görə onu bal və 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
302 
şəkərlə birlikdə işlətmək məsləhətdir. 
Günəbaxan – faydalı qida maddəsidir, beyin  və qara-
ciyər  üçün  xeyirlidir.  Günəbaxan  çiçəyi  qızdırmanı  aşağı 
salır.  Kökündən  hazırlanmış  şərbət  ürəyi  möhkəmləndirir. 
Yarpağının təpitməsi oynaq ağrılarmı kəsir. 
Qarğıdalı – bədənə quruluq verir, qəbzlik gətirir, bəl-
ğəm  zamanı  işlədilir.  Onun  bişmişini  sirkə  ilə  təpitmə  dü-
zəldib,  qotur  və  qaşınma,  dəri  çatladığı  hallardan  işlədirlər. 
Qida  maddəsi  kimi  ishal,  vərəm  xəstəliyi  olanlar  üçün 
münasib hesab edilir. 
 
PAXLALI BİTKİLƏR 
 
Acı  paxla  –  bədənə  istilik  verir,  çox  istifadə  etmək 
üzün rəngini saraldır, həzmə ziyandır. Təpitməsi dəri ləkələ-
rini aparır. 
Lobya – göy  lobya faydalı qida mənbəyidir. Qadınlar 
üçün  olduqca  münasibdir,  ana  südünü  artırır.  Göy  lobya 
yemək,  orqanizmi  bir  çox  xəstəliklərə  qarşı  müqavimətini 
artırır,  qanazlığı  və  zəifliyi  zamanı  lobya  xörəkləri  yemək 
faydalıdır. Hafizəni möhkəmləndirir. 
Maş  –  gözün  görmə  qabiliyyətini  yaxşılaşdırır,  əsəbləri 
sakitləşdirir.  Ödü  və  qan  təzyiqini  tənzimləmək  üçün  ondan 
istifadə etmək faydalıdır. Maşla hazırlanan aşa şalğam qatıb si-
nəni yumşaltmaq üçün də istifadə edilir. Ondan hazırlanan plov 
adamı uzun saxlayır. Tərəfləri bioloji cəhətdən aktivləşdirir. 
Mərcimək – bədənə quruluq verir, qaynanmış suyu isə 
mədəyumşaldıcı  xassəyə  malikdir.  Öskürək,  sinə  ağrısı  za-
manı ondan istifadə etmək faydalıdır. Mərciməyi çiy yumur-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə