Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə84/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   77   78   79   80   81   82   83   84   85

__________________________________ Nübar Həkimova 
 
 
303 
taya  qatıb  təpitmə  kimi  qoymaq  dəri  üzərindəki  çatlara 
xeyirli hesab olunur. 
Noxud  –  bədənə  istilik  və  quruluq  verir,  sinəni,  sinir 
sistemini möhkəmləndirir, təmiz qan yaradır. Mədə qurdunu 
təmizləmək  üçün  səhər-səhər  acqarına  həll  bişmiş  noxud 
yemək faydalıdır. Damaq şişi və diş ağrısı zamanı təzə, göy 
noxudu əzib şirəsi ilə qarqara etmək məsləhətdir. 
Paxla – paxla yedikdə mədədə tez aşağı yatır, ona görə 
də  ondan  ishal  və  ürəkbulanma  zamanı  istifadə  edirlər. 
Sinəni  və  ağciyəri  təmizləyir,  öskürəyi  sakitləşdirir.  Yanıq 
yaraları üzərinə yarpaqlarından təpitmə qoymaq yaxşı nəticə 
verir. 
 
 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
304 
XÖRƏKLƏRİN HAZIRLANMASINDA 
 İSTİFADƏ OLUNAN ƏDVİYYATLAR 
 
Bu  da  ədviyyatların  kulinariyada  oynadıqları  rolun 
əhəmiyyətinin  aydınlaşdırılmasına  imkan  verir.  Bir  çox  əd-
viyyat  xammalları  bizim  mətbəximizdə  rast  gəlinmir.  Bun-
ların əhəmiyyətini biz çox vaxt qiymətləndirə bilmirik. 
Bataqlıq  zanbağı  –  şorba,  balıq,  bulyon,  souz,  xörək 
şirəsində,  ağ  və  qırmızı  kələmin,  yağlı  ət  qızartmalarında, 
kartof  və  tərəvəz  qızartmalarında  ədviyyat  qatışığı  kimi 
istifadə  olunur.  Bu,  şirin  xörəklərin,  meyvə  suplarının  və 
salatların tamını yaxşılaşdırır. 
Cirə – müxtəlif piroqların, baldan hazırlanan peçenye, 
şirin qoğal, şirin cirə, keks, milad peçenye, qatı süd supunun, 
yulaf  sıyığı,  düyüdən  hazırlanan  şirin  xörəklərin,  kükü, 
meyvə  salatların,  krem  və  tortların  tərkibinə  qatılır.  Cirə 
həmçinin çuğundur, qırmızı baş kələmin, xiyar, kök, meyvə 
kompotlarının tərkibinə də əlavə edilir. 
Reyhan  –  tərəvəzdən  hazırlanan  bütün  xörəklərin  – 
paxla, lobya,  maş, noxud, turş kələm, tomatdan hazırlanmış 
xörəklərin, konservaya qoyulmuş xiyar, balqabaq, sup, xörək 
şirələrinin,  ispanaq,  küftə,  qara  ciyərdən  hazırlanmış  xö-
rəklərin,  kolbasa,  donuz  ətindən  hazırlanmış  kotletin,  kəs-
mik, yağ, omlet, salat, qoyun ətindən hazırlanmış xörəklərin, 
ətirli  sirkələrin,  makaron  xörəklərin  və  s.  məhsulların  tərki-
binə qatılır. 
Vanil – şirin qənnadı məhsulların, bulkaların, çörəyin, 
peçenyenin,  qoğalın,  ruletin,  vanil  və  şokoladdan  hazır-
lanmış  şirələrin,  gavalı  sıyığının,  şirin  yoqurd,  kəsmiyin, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
305 
tortların, konfetin, likör və s. tərkibinə qatılır. 
Mixək  –  likörlərin  hazırlanmasında,  isti  çaxırların, 
meyvə şirələrinin, kompotun, konservləşdirilmiş meyvələrin 
tərkibinə qatılır Bundan başqa turş kələmin, qırmızı kələmin, 
donuz və qoyun ətinin quş, qatı şirələrin, şorbaya qoyulmuş 
siyənək  balığının  hazırlanmasında  istifadə  olunur.  Bundan 
əlavə  turşuya  qoyulmuş  göbələklərin,  ət  məhsullarının, 
paştetin  (qiymə),  balıq  məhsullarının,  şorbanın,  kolbasanın 
tərkibinə daxil edilir. 
Ağ  və  qara  xardal – toxumlarından tərəvəz, göbələk, 
balıq  konservlərinin,  tərəvəz  xörəklərinin,  ağ  və  qırmızıbaş 
kələmdən hazırlanan xörəklərin, döyülmüş ət və supun, hazır 
xardaldan  ədviyyat  kimi  ət,  şorba  salatların,  mayonezin  və 
müxtəlif ət məhsullarının tərkibinə qatılır. 
Zəncəfil – quru peçenye, kükü, şirniyyatların, kompot-
ların,  konservləşdirilmiş  balıqların,  xiyarın,  marmaladın, 
jelenin,  şəkərləşdirilmiş  meyvələrin,  meyvə  suplarının, 
düyüdən,  quş,  toyuq  xörəklərinin,  donuz  qızartmalarının, 
doğranmış ətin, pendirin tammm yaxşılaşdırılmasında, balıq, 
toyuq və tərəvəz xörəklərinin tərkibinə qatılır. 
Hil  –  milad  və  baldan  hazırlanmış  peçenyenin,  piroq, 
kompot, meyvə xörəklərinin, sup, şorba, xörək şirəsinin, do-
nuz, qoyun, quzu və doğranmış ətin, quş, qulyaş, dana ətin-
dən hazırlanmış plovun, balıq qızartmasının, ət  həlimlərinin 
tərkibinə qatılır. 
Keşniş – salatların, düyü xörəklərinin, donuz qızartma-
larının, kolbasa, balıq, şorba, və ya qulyaşın tərkibinə qatılır. 
Bundan  başqa  peçenye,  baldan  hazırlanan  pryanikin, 
marsipanın  (konfeti),  bulka  məhsulunun,  eləcə  də  noxud, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
306 
lobya,  mərci,  həmçinin  kələmdən,  çuğundurdan,  alma  pü-
resinin,  kök,  toyuq  içinin,  paştet,  toyuq  və  ov  quşlarından 
hazırlanmış xörəklərin tərkibinə qatılır. 
Darçın  –  meyvə  suplarının,  kompotların,  kükü,  mey-
vədən  hazırlanmış  lay-lay  formasında  şirin  çörəyin,  piroq, 
süd məhsullarının, likörun, yandırıcı çaxırların, quş ətlərinin, 
qaz, ördək, bişirilmiş balıq, dana və donuz ətlərinin tərkibinə 
qatılır. Ət məhsullarından hazırlanan paştetlərin, kabab üçün 
istifadə olunan ətin tərkibinə əlavə edilir. 
Vəzəri  (kress  salat)  ürək  otu,  su  vəzərisi  –  supun, 
şorbanın, salatların, qəlyanaltının, salatların, qızardılmış ba-
lıqların, kəsmiyin keyfiyyətinin  yaxşılaşdırılmasında, pendi-
rin, balıqdan hazırlanmış salatların, soyuq qəlyanaltıların və 
s. tərkibinə qatılır. Bundan əlavə soğanın, qara istiotun, qır-
mızı bibərlə çörəyin, pendirin, qızardılmış donuz piyinin  və 
s.  dadının  və  keyfiyyətinin  yaxşılaşdırılmasında  qatqı  kimi 
istifadə edilir. Bundan başqa supun, şorbanın, quş ətinin, sa-
latın, noxud, tomat, kartofun, duzlu omletin, pendir,  yumur-
ta, yaşıl yağın tərkibinə əlavə edilir. 
Sarıkök – supun, qayğanağın, şorbanın, salatların, dü-
yunun,  dəniz  xərçənginin,  qoyun  və  mal  ətindən  hazırlanan 
xörəklərin,  yeyilən  dəniz  iblizlərindən  hazırlanan  qida 
məhsullarının, çörək məhsullarının tərkibinə qatılır. 
Lakanda  –  hisdə  qurudulmuş  ət  məhsullarının,  yaşıl 
yağın, tərəvəz xörəklərinin, şorba və balıq suplarının tərkibi-
nə qatılır. 
Dəfnə  yarpağı  –  quş  ətindən  hazırlanmış  salatların, 
bişirilmiş  balığın,  sərinləşdirici  içkilərin,  xörək  şirələrinin, 
qızardılmış  ətin,  kartofdan  hazırlanmış  supun,  xərçəng, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə