Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə77/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   73   74   75   76   77   78   79   80   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
278 
karen,  x-tepninol  və  s.  təşkil  edir.  Badyandan  alınan  efir 
yağının  iy  və  tərkib  xüsusiyyətləri  cirə  yağına  yaxın  oldu-
ğundan  çox  vaxt  əczaçılıq  sənayesində  əvəzedici  kimi  iş-
lədilir.  Bunun  toxumundan  alman  efir  yağının  tamı  azca 
turşməzədir.  Yağından  yeyinti,  əczaçılıq,  ətriyyat,  kosme-
tika, sabunbişirmə və s. sənayelərdə geniş istifadə edilir. 
Badyan  ədviyyə  kimi  xəmir  məhsullarının  tərkibinə 
əlavə  edilərək  qoğal,  peçenye,  çörək-bulka  və  s.  bişirilir. 
Müxtəlif meyvə, giləmeyvə və tərəvəzlərdən hazırlanan şirə-
lərin,  sərinləşdirici  içkilərin  tamının  yaxşılaşdırılmasında 
geniş  istifadə  edilir.  Müxtəlif  ət,  balıq  və  tərəvəzdən  hazır-
lanan  xörəklərin  tamının  xoş  ətirli  olması  üçün  əlavə  qatqı 
kimi də işlədilir. 
 
Qara istiot 
 
Qara istiot mixək və muskat qozu kimi qədim ədviyyat 
bitkisi sayılır. 
Qara istiotun ətirli iyi və kəskin büzüşdürücü dadı var-
dır.  Onun  xoş  ətir  verməsinə  səbəb  tərkibində  0,9-2,5%-ə 
qədər efir yağının, kəskin büzüşdürücü xassəsi isə tərkibində 
5-9%-ə  qədər  piperin  alkoqoloidinin  olmasıdır.  Bundan 
başqa,  onun  tərkibində  1-2%  kitrə,  6-12%  yağ  və  çoxlu 
nişasta vardır. 
İstiot ən çox yeyinti sənayesində işlədilir. Ət və tərəvəz 
məhsullarından  hazırlanan  müxtəlif  xörək  növlərinə  və 
kolbasalara xoş ətir, tam vermək üçün ədviyyat qatqısı kimi 
istifadə olunur. Qara istiot iştahanı artırır və həzmi yaxşılaş-
dırır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
279 
Vanil 
 
Ətirli vanilin – Çoxillik, sarmaşan lian bitkisidir. Ətir-
li  vanilinin  100-ə  qədər  növü  vardır.  O,  tropik  zonalarda 
yayılmışdır. 
Becərilən vanilin gövdəsinin uzunluğu 5-10 metrə, ya-
banı halda  isə 25 metrə çatır. Əlavə kökləri  vasitəsilə ağac-
lara sarmaşır. Gövdəsi silindrvari, ətlidir. Yarpaqları parılda-
yan,  iri,  oturan  və  itidir.  Çiçəkləri  15-20  ədəd,  ağımtıl-sarı 
rəngdə  olub,  hamaşçiçəkdə  toplanmışdır.  Meyvələri  qına-
oxşar qutucuq olub uzunluğu 15-25 sm, eni isə 3-8 sm-dir. 
Ətirli vanil bitkisi istilik və kifayət qədər də nəmlik se-
vir. Vətəni sayılan Meksikanın şimal və dağlıq rayonlarında 
ən aşağı temperaturda (-3
°
 -5
°
), illik yağmur 1500-2500 mm 
olan şəraitdə normal  inkişaf  edib  meyvə  verir.      -5
°
  şaxtalı 
küləklərə davamsızdır. 
Vanil epifit bitki olduğundan onu həmişə kakao ağacı-
nın  yanında  əkirlər  ki,  ona  dırmaşsın  və  öz  həyatını  davam 
etdirsin. 
Vanil toxumla çətinliklə əkilib-becərilir. Ən çox vege-
tativ üsulla artırılır. Bu üsul ilə əkilib-becərildikdə vanilin 2-
3  ildən  sonra  meyvə  verməyə  başlayır.  Təbii  halda  bitən 
vanilin həşəratlarla çarpaz tozlanır. 
Bir dəfə  əkilən  vanil sahəsindən 6-7  il  yüksək  məhsul 
alınır.  1  hektar  sahədən  hər  il  150-200  kq  məhsul  yığılır. 
Onun  qurudulmuş  və  fermentləşdirilmiş  meyvələrinin 
tərkibindən  0,75-2,9  faiz  vanilin,  4-oksid,  3-metookil-
benzolaldehidli  maddə,  0,5-0,8  faiz  efir  yağı,  selikli  və  aşı 
maddələri  tapılmışdır.  Yeyinti  sənayesində  bu  maddələrdən 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
280 
ədviyyat kimi istifadə olunur. 
Vanildən alınan preparatlardan tibbdə bir çox xəstəlik-
lərin  müalicəsində  (qızdırmada,  səpgidə,  həzm  pozğunluq-
larında, qanazlığında, əsəbilik,  yuxusuzluq və revmatizmdə) 
istifadə edilir. 
 
Hil 
 
Hil  həzmi  yaxşılaşdırır,  ürəyi  və  mədəni  möhkəm-
ləndirir, əhval-ruhiyyəni yüksəldir. O, eyni zamanda tər iyini 
aparır,  ağız  qoxusunu  ətirli  edir.  Onu  mədə  xəstəliyi,  ürək-
bulanma,  qaraciyər  ağrısı,  böyrək  daşı  zamanı  işlətmək 
xüsusi əhəmiyyətə malikdir. Onu toz halında buruna çəkirlər 
və müxtəlif səbəbdən yaranan baş ağrılarını sakitləşdirməkdə 
istifadə edirlər. 
Bunun  toxumlarından  tibbdə  bir  çox  xəstəliklərin  – 
ödqovucu,  öskürək,  zökəm,  revmatizm  və  s.  müalicəsində 
istifadə olunur. Ədviyyat kimi xörəklərə də əlavə edilir. 
 
Zəncəfil 
 
Zəncəfil çox qədim ədviyyat bitkisi hesab olunur. Quru-
dulmuş kökümsovlarından qiymətli ədviyyat məhsulu istehsal 
olunur.  Belə  ki,  onun  kökümsovlarından  hazırlanmış  prepa-
ratlardan,  eləcə  də  cövhərlərindən  taun,  tif,  qızdırma  və  bu 
kimi xəstəliklərin qarşısının alınmasında istifadə edilmişdir.  
Hazırda  isə  zəncəfildən  ədviyyat  kimi  dünyanın  əksər 
xalqların mətbəxlərində hazırlanmış xörəklərin tamını, ətrini 
və  keyfiyyətini  yaxşılaşdırmaq  üçün  işlədilir.  Ədviyyat 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
281 
qatqısı kimi ən çox qənnadı, çörək-bulka, spirtsiz içkilər, pi-
və istehsalında, ətriyyat sənayesində işlədilir. Zəncəfilin kö-
kümsovlarından alınan ətirli yağlan ən çox qadınlar saçlarına 
sürtürlər. Çünki bu yağ saçları parlaq və çox təravətli edir. 
Çində isə bunun kökümsovlarından hazırlanan ədviyyə 
tozu şəkərli məhsulların tərkibinə daxil edilir. Bundan başqa, 
onun  tozundan  müalicəvi  təsirə  malik  olan  mazların, 
cövhərlərin və iksirlərin tərkibinə qatırlar. 
Zəncəfıl  kökümsovlarından  ətirli  qatran  və  az  uçucu 
olan efir yağı alınmışdır. Qurudulmuş kökümsovlarında 1,8-
3,5%-ə qədər efir yağı vardır. 
Hazırda zəncəfildən dünyanın bir çox ölkəsində xörək-
lərin tamını, ətrini və keyfiyyətini yaxşılaşdırmaq üçün qatqı 
kimi istifadə olunur. 
Zəncəfilin  növ,  forma  və  sortlarının  adları  onların 
əkilib becərildikdəri dövlətlərin adı ilə adlandırılır. 
 
Sarıkök 
 
Sarıkök ədviyyat təbiətli, boyaq əhəmiyyətli və dərman 
xüsusiyyətli  hesab  edilir.  Yeyinti  sənayesində  onun  əsas 
kökündən  xammal  kimi  istifadə  olunur.  Kökümsovlarının 
tərkibində nişasta, 1,5-5 faizə qədər efir yağı, kurkumin adlı 
boyaq,  alkoloid  maddələri,  müxtəlif  duzlar,  qatran,  kalium 
və  s.  vardır.  Qədim  zamanlardan  başlayaraq  hazırki  dövrə 
kimi müxtəlif ölkələrdə sarıkökdən dərman, ədviyyat, boyaq, 
efir yağlı bitki kimi istifadə edilir. 
Sarıkökdən nişasta, reaktivlər, yeyinti və toxuculuq sə-
nayesi üçün boyaq və s. maddələr də almır. Bitkinin köküm-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə