Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə73/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   69   70   71   72   73   74   75   76   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
262 
tətbiq  olunur.  Bu,  bronxlarda,  bağırsaqlarda,  döş  qəfəsində, 
oynaqlarda,  böyrəklərdə  baş  verən  şiddətli  ağrılara  qarşı  da 
effektlidir.  Bağayarpağı  məhlulundan  və  onun  təpitməsin-
dən,  yarpağının gövdəqarışığı əzintisinin  məlhəmindən  ilan, 
əqrəb,  böyə,  çəmbərquyruq,  danadişi,  qırxayaq,  zəhərli  bö-
cəklər,  göyən  (mozalan),  arı  sancmalarına  qarşı  da  müalicə 
üsulu kimi istifadə edilir. 
Bağayarpağının  üzərinə  tabaşir  külü  yaxıb  təpitməsini 
qotur, dəmrov, qurdeşənək kimi çox yayılmış yoluxucu xəs-
təliklərin  müalicəsində  tətbiq  edirlər.  Təpitmə  2-3  saatdan 
bir  dəyişdirilməli,  bağayarpağı  məhlulu  və  ya  onun  dəm-
ləməsi ilə yara isladılıb silinməlidir. Bağayarpağını qaynadıb 
suyunda  çimmək,  25-30  dəqiqə  vanna  qəbul  etmək,  ondan 
dəmləmə  hazırlayıb  içmək  insan  orqanizmindəki  bütün 
ağrıları  yox  edir,  bədən  yumşalır,  insan  gümrahlaşır,  onda 
şən əhvali-ruhiyyə yaranır. 
Bundan başqa, bağayarpağının  yarpaq və cavan zoğla-
rını  ət  maşınından  keçirir,  yumurta  ilə  qarışdırıb  qayğanaq, 
sıyıq, püre və s. xörəklərin, həmçinin giləmeyvə likörlarının 
tərkibinə  daxil  edirlər.  Bağayarpağı  pəhriz  xörəklərinin 
tərkibinə də əlavə olunur. 
 
Qanqal 
 
İkiillik bitkidir. 100-dən artıq növü Yer kürəsinin Av-
ropa, Asiya  və Şimali Afrika ölkələrində  yayılmışdır.  Azər-
baycanda isə 15 növünə rast gəlinir. 
Çöl  qanqalı  –  Toxumlarının  tərkibində  30%-ə  qədər 
yağ,  köklərində  inuliri,  yarpaq  və  gövdəsində  alkoloidlərin 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
263 
izləri müəyyən olunmuşdur.  
Qanqalın bir neçə növündən insan orqanizmi üçün çox 
əhəmiyyətli və dadlı xörəklər hazırlamaq olar. 
 
Yemlik 
 
Yemlik  cinsinin  dünya  florasının  tərkibində  120-dən 
artıq  növü  yayılmışdır.  Azərbaycanda  20-dən  artıq  növünə 
təsadüf etmək olar. 
Yemliyin əksər növləri qida, müalicə, nektar və bəzək 
təbiətli bitkilər hesab edilir. 
Yemliyin  qida  məqsədləri  üçün  aşağıdakı  –  şübhəli 
yemlik  –  taxılyarpaqlı  yemlik  –  T.sosnowskyi  və  s.  növlə-
rindən geniş istifadə olunur. 
Keçmiş zamanlarda yemliyin bir neçə növündən ağciyər 
vərəmini  müalicə  edirmişlər.  Yemlik  xoş  dada  malikdir. 
Pəhriz saxlayan xəstələr üçün gözəl qida mənbəyi ola bilər. 
Tərəvəz  bitkisi  kimi  daha  geniş  istifadə  edilənləri 
taxılyarpaq, torvari və kiçik yemlik növləridir. 
Yemlik  cinsinin  qida  əhəmiyyətli  növlərindən  biri  də 
Yulaf köküdür. 
Kökmeyvəsinin tərkibində çoxlu miqdarda zülali mad-
dələr,  mineral  duzlar,  8%-ə  qədər  şəkərli  xassəyə  malik 
inulin  maddəsi  və  s.  tapılmışdır.  Toxumlarının  tərkibində 
6,17% yağ vardır ki, bu da yodla çox zəngindir. 
Yarpaqlarından  ədviyyə  kimi  müxtəlif  xörəklərə  dad 
vermək  üçün  istifadə  edilir.  Nəticədə  xörəklər  çox  dadlı  və 
ləziz  olur.  Yarpaqlarından  müxtəlif  salat  növləri  hazırlanır. 
Köklərindən qəhvəni əvəz edən qəhvə-surroqat hazırlanır. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
264 
ÇİÇƏKLƏR 
 
Bənövşə 
 
Bu xoş ətirli bitkidən hazırlanan mürəbbə və çay kimi 
dəmləmə  soyuqdəymə,  öskürək,  bəlğəm,  sətəlcəm,  göyös-
kürək,  ishal,  qızdırma-isitmə,  mədə-bağırsaq  xəstəliklərinin 
müalicəsində  tətbiq  edilir,  orqanizmin  temperaturunun  tən-
zimlənməsində böyük effekt verir. 
 
Qızılgül 
 
Mürəbbəsi mədə-bağırsaq ağrılarını, qan təzyiqini tən-
zimləmək  xassəsinə  malikdir,  bal  ilə  qarışdırılıb  içildikdə, 
beynin fəaliyyətini aktivləşdirir, böyrəklərdə, sidik  yolunda, 
oynaqlarda əmələ gələn daşlaşmanı, kirəcləşməni, duzlaşma-
nı  əridir,  böyrəklərin  süzmə  qabiliyyətini  artırır,  oynaqlar-
dakı  ağrıları  tənzimləyir,  sidik  ifrazına  yaxşı  təsir  göstərir. 
Eyni  zamanda  bağırsaqda  əmələ  gələn  köpün,  qəbizliyin 
qarşısını alır. 
Qızılgüldən  çəkilən  gülabın  müalicəvi  əhəmiyyəti  bö-
yükdür.  Şiddətli  göz  ağrısı,  göz  qişalarında  əmələ  gələn  qı-
zartılar,  gözə  qansızma,  gözdən  yaşaxma  olarsa,  10-15  gün 
hər axşam  yatmamışdan əvvəl gülab suyundan  təpitmə edib 
20-25  dəqiqə  qaranlıqda  gözün  üstünə  qoymaq  yaxşı  təsir 
göstərir. 
Gülab  suyundan  3-5  damcı,  bir  xörək  qaşığı  südlə  və 
ya  qaynadılmış  su  ilə  qarışdırıb  içmək  ürəkgetmə,  ümumi 
halsızlıq xəstəliklərinə qarşı müalicəvi əhəmiyyətlidir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
265 
Qaraciyər və dalaq şişərsə, qızılgülün qurudulmuş ləçə-
yini gülab suyu ilə təpitmə edib, həmin yerin üzərinə qoyul-
sa,  ağrıları  azaldır.  Bu  müalicə  üsulunu  10-15  gün  axşam 
yatmazdan əvvəl 20-25 dəqiqə davam etdirmək məsləhətdir. 
 
Ətirşah 
 
Ətirşah  cinsi  350-yə  qədər  növü  özündə  birləşdirir. 
Cinsin içərisində efir-yağlı, boyaq təbiətli, dərman, nektar və 
bəzək üçün yararlı növlərinə rast gəlmək olar. 
Ətirşah  cinsinin  Qafqazda  29,  o  cümlədən  Azərbay-
canda 23 növünə təsadüf edilir. 
Müqəddəs  Marveya  adasının  cadugərləri  hamilə  qa-
dınlara  məsləhət  görürdülər  ki,  doğmağa  bir  ay  qalmış  hər 
gün  qarın  nahiyələrini  ətirşah  yağı  ilə  dairəvi  və  spiral  for-
mada sürtsünlər. Bunu onunla  izah edirdilər ki, ətirşah  yağı 
uşaqda  təhlükə  törədən  şər  qüvvələrin  qarşısını  alır,  onun 
sağlam və ağıllı olmasına şərait yaradır. 
Ətirşahdan  soyuqdəymələr  zamanı  baş  verən  kəskin 
onurğa  ağrılarım  yox  etmək  üçün  həmin  nahiyələrə  ətirşah 
yağı  sürtməklə  müalicə  edirmişlər.  Bitkinin  yarpaqlarından 
alman  dəmləmələrdən  aybaşı  qabağı  baş  verən  ağrıların 
qarşısını almaq üçün daxilə qəbul edirdilər. 
XVI əsrdə rus əczaçıları «atəş zamanı» qulaqlarda baş 
verən  gurultuları  və  ağrıları  ətirşahdan  alınan  ekstraktdan 
damcı  kimi  istifadə  edib  qarşısını  alırdılar.  Göz  qapağında 
baş  verən  xəstəlikləri  aradan  qaldırmaq  üçün  ətirşahdan 
alınan ekstaktın içərisinə azca bal qatıb səhər və axşam vaxt-
ları  yumaqla  müalicə  edirmişlər.  Bunun  üçün  200  ml 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə