Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə71/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   67   68   69   70   71   72   73   74   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
256 
olması onun istənilən xörəyə – sup  və salatlara, balıq və ət, 
fəsəli  içinə,  kəsmik  və  pendir  məhsullarının  tərkibinə  qa-
tılmasına  səbəb  olur  və  onların  tərkibinə  xoş  ətirli  və  iş-
tahgətirici  tam  verir.  Ətirli  yaşıl  şüyüd  isti  buterbroda, 
qoğala, kökəyə, çiy içə, kartof və göbələkdən hazırlanan xö-
rəklərin  tərkibinə  qatılır,  onların  tamını  və  dadını  yaxşılaş-
dırır.  Həvəskarlar  şüyüdü  ədviyyat  kimi  dondurur,  donuz 
piyini  duzlamamışdan  qabaq,  kələm  və  müxtəlif  balıqların 
tərkibinə  qatılır.  Xiyar,  pomidor,  kələm  turşularının  tərkibi 
şüyüdsüz keçməz. Şüyüd nəinki qiymətli tərəvəz və ədviyyat 
bitkisi  olmaqla  yanaşı,  qiymətli  dərman  bitkisi  də  hesab 
edilir. Onun tərkibi makro- və mikro (Ca, Mn, Fe, P, Ci, Mg, 
So  və  s.)  elementlərlə  zəngindir.  Bundan  başqa  şüyüdün 
tərkibi  C,  B,  B
2
,  PP,  P,  karotin  və  s.  kimi  insan  sağlamlığı 
üçün mühüm əhəmiyyət kəsb edən vitaminlərlə də zəngindir. 
Dərman bitkisi kimi onun otu, toxumu, ondan aman efir yağı 
da qiymətli müalicəvi təsirə malikdir. 
Xalq təbabətində şüyüddən hazırlanan preparatlarla qa-
raciyər  xəstəliyində,  arterial  təzyiqin  artmasında,  soyuqdəy-
mədə, qarın ağrı larında, böyrək və sidik kisəsində olan daş-
ların  təmizlənməsində  istifadə  edirlər,  şüyüdün  toxumların-
dan  alınan  efir  yağından  iştahaçıcı,  həzm  sisteminin  yaxşı-
laşdırılmasında,  qurdqovucu  və  sidikqovucu,  köpmənin, 
podaqra və s. xəstəliklərin müalicəsində geniş istifadə edilir. 
Şüyüd  suyu  südverən  qadınların  südünün  artırılmasında, 
orqanizmin  immunnosisteminin  gücləndirilməsində  mühüm 
rol  oynayır.  Buna  görə  də  infeksiyalı  qrip  xəstəliklərində 
şüyüdün dəmləmə və cövhərlərindən istifadə edirlər. 
Şüyüdün  yaşıl  hissəsi,  stenokardiyada,  piylənmədə, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
257 
düz  yığılmalarında,  bronxit  və  qanazlığından  əziyyət  çəkən 
xəstələr üçün daha faydalı hesab edilir. 
 
Reyhan 
 
Ətirli  reyhan  –  Reyhanın  çiçəklərində  0,3-1,5%,  yaşıl 
yarpaqlarında  isə  0,04-0,50%  efir  yağı  vardır.  Ən  çox  efir 
yağı bitki tam çiçək açdığı zaman toplanır. Efir yağının əsas 
komponentləri  evgenol,  metilxavikol,  lina-lool,  kamfora  və 
osimendən  ibarətdir.  Toxumlarının  tərkibində  12-19% 
piyəbənzər yağ maddəsi tapılmışdır. Reyhan yarpaqlarında bir 
sıra  üzvi  maddələr,  16,5%  azotlu  maddə,  4,75%  yağ,  12,5% 
sellüloz,  8,7  mq%  karotin,  150  mq%  rutin,  6% aşı  maddəsi, 
vitaminlər, flavonidlər, üzvi turşular, qatran, boyaq maddələri
qlükozidlər,  turş  xassəli  sapaninlər,  şəkərli  maddələr  də  var-
dır. Reyhanda olan boya maddələri – xlorofil, flavonlar, karo-
tin  tibbi  cəhətdən  çox  faydalıdır.  Bu  maddələr  qanazlığına, 
mədə-bağırsaq  və  avitaminoz  xəstəliklərinə  müalicəvi  təsir 
göstərir.  Reyhan  qida  ilə  qəbul  olunduqda  mədənin  həzm 
prosesinin  fəaliyyətini  artırır,  orqanizmdə  maddələr  müba-
diləsini  yaxşılaşdırır,  qanın  tərkib  hissələrini  normal  vəziy-
yətdə saxlayır, böyrək və sidik yollarının iltihabını aradan qal-
dırır. Bundan əlavə, reyhan qarın köpməsinə, qıcolmaya, mə-
də  soyuqdəymələrinin  xroniki  proseslərinə,  mədə  və  sidik 
kisəsi ağrılarına, yaraların və eləcə də boğaz ağrılarına da mü-
alicəvi təsir göstərir. Bizdə əkilən reyhan növünün tərkibində 
olan  kamfora  maddəsindən  tibbdə  yorğunluq  nəticəsində 
əmələ gələn əsəb  sarsıntılarında,  təngnəfəslikdə,  qan dövranı 
pozğunluqlarında,  ümumi  zəiflikdə  və  eləcə  də  ürək-damar, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
258 
qızdırma,  soyuqdəymə,  sancmalar  və  s.  kimi  xəstəliklərin 
müalicəsində istifadə olunur. 
Adi reyhan – ətirli və ədviyyəli xüsusiyyətə malik bit-
kidir.  Onun  tamı  azca  acımtıl,  qısamüddətli  şirintəhərdir. 
Reyhanın  bir  çox  növləri  xoş  iyinə  görə  mixəyi  və  muskat 
qozunu xatırladır. 
Tərəvəz xörəklərində – noxud, mərci, lobya, pomidor, 
kərəviz  və  s.  ətir,  dad  vermək  və  vitaminlərlə  zənginləş-
dirmək  üçün  reyhandan  qatqı  kimi  istifadə  edilir.  Reyhan 
yayda hazırlanan bir çox xörəklərin – sup, dovğa və s. tamlı 
və  ləzzətli  yeyilməsi  üçün  əlavə  qatqı  kimi  də  istifadə 
olunur. Onun yarpağı kölgəli, daim meh vuran yerdə qurudu-
lur, narın toz halına salınır. Ağzı qapalı xüsusi tünd əngli şü-
şə  qablara  doldurulur.  Əsasən  qış  aylarında  göy-göyərti 
azalan dövrdə xörəklərə əlavə olunur. 
Reyhan  isti  və  işıqsevən  bitkidir.  Toxum  vasitəsilə 
çoxaldılır. Hər hektar sahədən 180-200 sentner yaşıl xammal 
və  yaxud  20-30  sentner  quru  kütlə  məhsulu  əldə  edilir  ki, 
bundan  da  50-54  kq  efir  yağı  almır.  Yaşıl  kütlə  kölgədə  və 
yaxud  32-35°  temperaturda  xüsusi  quruducu  şkaflarda 
qurudulur  və su buxarı  vasitəsilə qoyub efir  yağı alınır. Bir 
hektardan  3-4  sentner  toxum  əldə  olunur.  Ətriyyat  və 
kosmetika  sahəsində  reyhan  cinsinin  yevgenol  növündən 
alınan efir yağından geniş istifadə edilir. 
Yevgenol  reyhan  –  Yaşıl  kütləsindən  efir  yağı  alınır. 
Efir  yağının  tərkibində  7%-ə  qədər  yevgenol,  metilxavikol, 
kamfora  və  osimen  maddələri  vardır.  Efir  yağından  alınan 
yevgenoldan  xoş  ətirli  maddə  kimi  ətriyyat  və  yeyinti 
sənayesində geniş istifadə edilir. Yevgenol dezinfeksiyaedici 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə