Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə72/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   68   69   70   71   72   73   74   75   ...   85

__________________________________ Nübar Həkimova 
 
 
259 
vasitə  olaraq  dişin  dibindən  gələn  xoşagəlməz  qoxuları  yox 
etmək üçün də işlədilir. 
Nanəyarpaq  reyhan  –  Meyvəsi  dörd  çılpaq  üçüzlü, 
qara rəngli fındıqçadan ibarətdir. 100 ədədinin çəkisi 0,5-0,8 
qramdır. Bundan alınan efir yağının tərkibində 60-70% kam-
fora birləşmələri tapılmışdır. 
Reyhan  cinsinin  subtropik  və  tropik  ölkələrdə  xalq  tə-
sərrüfatı  əhəmiyyətli  daha  iki  növünə  –  çılpaq  və  kilimancar 
reyhanına  rast  gəlinir.  Çılpaq  reyhanın  hər  hektar  sahəsindən 
tərkibində 30-35% kamfora maddəsi olan 50 kq efir yağı alınır. 
Kilimancar  reyhanı  –  Bu,  çox  məhsuldar  bitkidir. 
Yaşıl  kütləsinin  tərkibində  0,68-3,3%  efir  yağı  saxlayır  ki, 
onun  da  əsas  hissəsini,  yəni  70%-ni  asan  alınan  kamfora 
maddəsi təşkil edir. 
Müqəddəs  reyhan – Efir  yağının əsas tərkib hissəsini 
yevgenol  maddəsi  təşkil  edir.  Bundan  ədviyyat  və  müalicə 
vasitəsi kimi istifadə edilir. 
Yaşıl reyhan – Bundan alınan efir yağının tərkibindən 
68%-ə qədər timol maddəsi tapılmışdır ki, bundan da zökəm, 
qızdırma, titrəmə və s. xəstəliklərə qarşı istifadə olunur. 
 
Bağayarpağı 
 
Dünya  florasının  tərkibində  bağayarpağının  250-ə  qə-
dər növü yayılmışdır.  
İri  bağayarpağı  –  Xalq  təbabətində  bağayarpağının 
yarpaqlarından  bəlğəmgətirici,  sidikqovucu  vasitə  kimi  və 
sonsuzluğa qarşı istifadə etmişlər. 
Qədim  Yunanıstan  və  Roma  təbabətində  bağayarpağı 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
260 
toxumlarından  ishal  xəstəliyinə  qarşı  istifadə  olunmuşdur. 
İran  və  Ərəbistanın  xalq  təbabətində  bağayarpağından  X 
əsrdə  istifadə  etməyə  başlamışlar.  Rus  xalq  təbabətində  ba-
ğayarpağı  XVII  əsrdən  tətbiq  olunur.  Rusiyada  bitən  bağa-
yarpağının  toxumlarının  tərkibində  çoxlu  selikli  maddə  və 
şirə  olduğundan  ondan  soyuqdəymə  zamanı  mədədə  baş 
verən  pozğunluqların  aradan  qaldırılmasında,  bağırsaq  xəs-
təlikləri və qəbzolma zamanı istifadə olunur. Yarpaqlarından 
şiddətli bronxitdə, kəsiklər, irinli  yaralar, əziklər,  yanıqların 
sakitləşdirilməsində  və  bir  sıra  xəstəliklərin  müalicəsində 
istifadə  olunur.  Kənd  yerlərində  onun  toxumlarından 
hazırlanmış  toz  uzunsürən  ishalda,  bağırsağın  selikli  qişa 
xəstəliyində və eləcə də dizenteriya əleyhinə işlədilir.  
Bağayarpağı  öskürəyə  qarşı  tibbi  preparatların  tərki-
bində geniş tətbiq olunur. Toxumlarından isə spastik və ato-
nik qəbizlikdə zəif  işlətmə dərmanı, eləcə də xroniki mədə-
bağırsaq xəstəliklərində dəmləmə və bişirmələr hazırlanır. 
Son illərdə müəyyən edilmişdir ki, təzə dərilmiş bağa-
yarpağından  alınan  şirə  mədə-bağırsaq  xəstəliklərinin  mü-
alicəsində  çox  faydalı  dərmandır.  Eyni  zamanda  aşkar 
olunmuşdur  ki,  bağayarpağının  sulfanilamid  və  antibiotik 
maddələrlə  birlikdə  olan  preparatı  dizenteriyaya  gözəl  mü-
alicəvi  təsir  göstərir.  Bağayarpağının  dəri  yaralarını  (çiban, 
kəsik  və  irinli  yaraları)  tez  sağaltmaq  xüsusiyyəti  xalq 
təbabətində  çoxdan  məlumdur.  Bu  məqsədlə  təzə  dərilmiş 
bağayarpağını  yaranın  üstünə  qoyub  sarıyır  və  hər  2-3 
saatdan  bir  təzələyirlər.  Bundan  əlavə,  xalq  təbabətində 
ishala,  qanlı  ishala  (dizenteriyaya)  və  bağırsaq  xoralarına 
qarşı da işlədirlər. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
261 
Bu məqsədlə  yarpaqları bitki çiçək açan vaxt toplayır, 
açıq  havada  qurutduqdan  sonra  həvəngdəstədə  əzib  toz 
halına  salırlar.  Həmin  tozdan  gündə  üç  dəfə  1-2  çay  qaşığı 
xəstənin dilinin üstünə tökərək isti çayla içirdirlər. 
Bağayarpağının  yarpaqlarının  sulu  çıxarışından  alınan 
plantaqiyusin preparatından mədə xəstəlikləri və yaralarında, 
onikibarmaq  bağırsaq  xəstəliklərində,  turşuluq  artıqda  və  s. 
istifadə olunur. 
Bitkinin  yarpaqlarından  hazırlanmış  10%-li  mazı  şaf-
talı  yağı  və  vazelinlə qarışdırıb  yaraların  müalicəsində anti-
mikrob kimi istifadə edirlər. 
Bağayarpağının  qurudulmuş  yarpaqlarının  tərkibində 
bir  çox  qiymətli  maddələr:  rinatin  qlükozidi,  karotin,  acı 
maddələr, K və C vitaminləri, 2,5%-ə qədər aşı maddəsi, li-
mon  turşumu,  ferment  və  yapışqanlı  maddə,  karbohidratlar 
və s. vardır.  
Bağayarpağının cavan və zərif yarpaqlarından müxtəlif 
salatlar, soğan, kartof, gicitkən və xardalla qarışığından dadlı 
və ləzzətli qida məhsulları hazırlayırlar. 
Bu  bitki  el  arasında  "min  dərdin  dərmanı"  adı  ilə  də 
məşhurdur.  Bağayarpağının  müalicəvi  əhəmiyyəti  çoxəsrlik 
tarixə  malikdir.  İnsan  bədənində  əzilmə,  göyərmə,  qançır, 
yanıqlar,  irinli  yaralar,  qabarlar,  çiban  və  sızanaqlar  olarsa, 
bağayarpağının  təpitməsindən  istifadə  edilir.  Ulu  baba-
larımız  bağayarpağı  toxumundan  və  onun  məhlulundan, 
dəmləməsindən ishal, qarınağrısı, mədə-bağırsaq pozuntusu, 
sətəlcəm,  soyuqdəymə,  diş  ağrısı,  ifrazat  orqanlarının 
müalicəsində  geniş  istifadə  etmişlər.  Bağayarpağından 
dəmlənmiş çay və onun həlimi sidik yollarının müalicəsində 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə