Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə74/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   70   71   72   73   74   75   76   77   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
266 
qaynanmış suya 10 ədəd ətirşah yarpağı və yaxud çiçəyindən 
götürüb  əlavə  edin,  zəif  od  üzərinə  qoyub  qaynayana  qədər 
saxlayın. Sonra dəmləməni götürüb üzərinə 1 çay qaşığı bal 
əlavə edib qarışdırın. Alınmış məhlulu axşam ay bütöv olan 
zaman gecədən səhərə qədər saxlayıb sonra istifadə edin. 
Kulinariya sahəsində isə efir  yağından çörək-bulka sə-
nayesində,  meyvə,  cem,  sərinləşdirici  içkilərin  tərkibinə 
əlavə edilir. Bir sıra xalqların kulinariyasında ətirşahın cavan 
yarpaq və zoğlarından müxtəlif xörəklərin tamının  yaxşılaş-
dırılmasında ədviyyat qatqısı kimi istifadə edilir. 
Ətirşahdan alınan efir yağından da ətriyyat, kosmetika, 
kulinariya və tibb sahəsində geniş istifadə edilir. 
 
Novruzçiçəyi 
 
Cinsin dünya florasında 600-ə qədər növü  yayılmışdır. 
Novruzçiçəyi  gözəl  dekorativ  bitki  kimi  diqqəti  cəlb  edir, 
lakin  bu  məqsədlə  çox  az  istifadə  olunur.  Onun  bir  çox 
növləri isə müalicə əhəmiyyətli bitkilərdir. Rusiyanın Avro-
pa  hissəsində  yayılan  dərman  novruzçiçəyindən  hələ  çox 
qədim  zamanlardan  xalq  təbabətində  müalicə  məqsədləri 
üçün  istifadə  olunmuşdur.  Ondan  sinir  sisteminin  möhkəm-
ləndiricisi,  tərlədici  vasitə  kimi,  döş  qəfəsi  xəstəliklərində, 
öskürək  və s. əleyhinə geniş istifadə olunmuşdur. Köklərin-
dən  alınan  cövhər  isə  bronxit  xəstəliklərinin  müalicəsində 
tətbiq edilir. 
Novruzçiçəyinin  bir  neçə  növü  vitaminlərlə  zəngindir 
və qida məqsədləri üçün istifadə oluna bilər. 
Voronov novruzçiçəyi – Bitki Azərbaycanın Böyük və 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
267 
Kiçik  Qafqaz  ərazilərində  yayılmışdır.  Bundan  başqa  ona 
dağ  meşələrində,  kolluqlarda  rast  gəlinir.  Yaşıl  kütləsinin 
tərkibində 500-600 mq% C vitamini, 3 mq%-ə qədər karotin, 
2% saponin, şəkər, aşı maddələri, nişasta, pektin, piy, qətran 
və s. aşkar olunmuşdur. 
İnsan 1-2 ədəd novruzçiçəyi yarpağını yedikdə bir gün-
də  C  vitamininə  olan  tələbatını  ödəyir.  Hazırda  Hollandiya 
və  İngiltərədə  onu  tezyetişən,  vitaminlərlə  zəngin  tərəvəz 
bitkisi kimi əkib becərirlər. 
Novruzçiçəyinin  vitaminlərlə  zəngin  olan  yaşıl  hissə-
sindən müxtəlif salatlar hazırlanır. 
Novruzçiçəyi növlərini bostan sahələrində, eyvanlarda, 
dibçəklərdə,  qutularda  və  s-də  asanlıqla  becərmək  olar. 
Bitkinin  köklərinin  tərkibindəki  xoş  ətirli  maddədən 
(yağdan) limonad və likörda iştahgətirici və tamverici vasitə 
kimi istifadə edirlər. Bundan başqa onu xörəklərin, çaxır və 
çayın tərkibinə də əlavə edirlər. 
İrikasacıqlı  novruzçiçəyi  –  İrikasacıqlı  novruzçiçəyi 
Rusiyanın Avropa hissəsində yayılmış dərman novruzçiçəyi-
nə həm quruluşu, həm də kimyəvi tərkibinə görə çox oxşar-
dır. Belə ki, onun da tərkibində saponinlər, qlükozidlər, fla-
vonoidlər tapılmışdır ki, bunlardan hazırlanan preparatlardan 
sidikqovucu vasitə kimi istifadə olunur.  
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
268 
AĞARTI MƏMULATLARI 
 
Ayran. Susuzluğu aradan qaldırır, bədənin temperatu-
runu  tənzimləyir.  Yuxugətirmə  qabiliyyətinə  malikdir.  Təzə 
ayran  ağız,  dil,  dodaq  qurumasının  qarşısını  alır,  qan  təz-
yiqini tənzimləmək qabiliyyətinə də malikdir. 
Ağsoğalaq.  Tünd  sarımsaqlı  qatığın  üzərinə  yağı  dağ 
edib tökməklə hazırlanır. Ən çox köçəri-tərəkəmə və dağ ra-
yonlarında  yaşayan əhali içərisində geniş  yayılmış xörəkdir. 
Hazırlanması  çox  asandır.  Ağsoğalaq  müalicə  əhəmiyyətli 
xörəkdir. 
Uzun müddət ac qalan, iştahası olmayan, başağırların-
dan  şikayətlənən,  halsız  olan  adamlara  hər  səhər  ağsoğalaq 
yemək məsləhətdir. 
Ağsoğalaq  ağız  boşluğunda  əmələ  gələn  yaralar  (sto-
matit), dişdibi ətinin xəstələnməsinə qarşı tətbiq edilir. 
Ağsoğalaq  qanaxmaya,  ishala,  mədə-bağırsaq  iltihabı 
və  xorasına,  soyuqdəyməyə,  daxili  xəstəliklərə,  qida  boru-
sunda əmələ gələn iltihaba, sinə ağrılarına, şiş xəstəliklərinin 
müalicəsinə  yaxşı  təsir  edir.  Ümumi  halsızlığı  –  zəifliyi, 
iştahasızlığı  aradan  qaldırır,  insanda  şən  əhvali-ruhiyyə 
yaradır və fizioloji cəhətdən onu aktivləşdirir. 
Qatıq. Qatığın müalicəvi əhəmiyyəti loğman babaları-
mıza  çoxdan  məlumdur.  Qatıq  həm  iştahanı  artırır,  həm  də 
rahat  yatmaq  üçün  yuxugətirmə  xassəsinə  malikdir.  Qatıq-
dan və onun atlamasından ağız boşluğundakı qurumaya qarşı 
geniş  istifadə  olunur.  O,  susuzluğu  azaldır,  ağızda  olan 
vəziləri tənzimləyir. Bir çox şiş xəstəliklərinə, həşərat sanc-
malarına, zəhərlənmələrə qarşı xalq təbabətində çox istifadə 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
269 
olunur. 
Qatıqdan hazırlanmış ağartılar – pendir, süzmə, ayran, 
dələmə,  atlama,  süddüsümən,  körəməz  və  s.  müalicəvi 
əhəmiyyətə  malikdir.  Qatıq  mədə-bağırsaq  xəstəliklərinin 
müalicəsində yaxşı təsir göstərir. 
Qatıq saçın gur, təmiz saxlanılması üçün də gərəklidir. 
Müdrik  nənələrimiz  saçlarını  uzatmaq  üçün  saç  dibində 
qovağın  (kəpək)  olmaması  üçün  qatığı  yumurta  sarısı  ilə 
qarışdırıb  saçlarını  yumuşlar.  Bu,  saçı  qurumağa  qoymur, 
saçın  dibini  bərkidir,  saçın  vaxtından  əvvəl  ağarmasının 
qarşısını  alır,  saçda  sirkə  və  bitin  olmasına  imkan  vermir. 
Bədəndə  yanıq  əmələ  gələndə,  qatıq  yaxması  müalicəvi 
əhəmiyyətlidir.  Xüsusilə  uşaqlarda  qurd  xəstəliklərinin 
qarşısını  almaq  üçün  10-15  gün  axşam  yatmazdan  əvvəl  və 
sübh tezdən onlara bir stəkan tünd sarımsaqlı qatıq içirtmək 
məsləhətdir. Bu, həm də dişdibini bərkidir, diş  ətinin şişini, 
zədələrini müalicə edir. Sarımsaqlı qatıq axşam-səhər içilər-
sə,  mədə-bağırsaq  xəstəliklərinin  qarşısı  alınar.  Ümumiy-
yətlə,  qatıq  yeyən  adam  uzunömürlü,  gümrah,  görmə 
qabiliyyəti  yaxşı  olur.  Üzdə  və  bədəndə  şiş  və  ya  səpgilər 
əmələ  gələrsə,  qatıq  və  ya  süzmədən  övkələmə  üsulu  ilə 
təpitmə  etmək  məsləhətdir.  Bunu  2-3  gün,  15-20  dəqiqə 
müddətində təkrar etmək məsləhətdir. 
Qurud.  Qatıq  süzməsindən  hazırlanır,  uzun  müddət 
xarab olmur. Ən çox maldar-köçəri tayfalara məxsus qidadır. 
Qurud diş ətini, ağız boşluğundakı səpgiləri müalicə edir, 84 
tüpürcək  vəzisinin  işini  tənzimləyir,  iştahanı  artırır, 
susuzluğu  aradan  qaldırır.  Qaraciyər,  mədə-bağırsaq  xəstə-
liklərinin  müalicəsinə  müsbət  təsir  göstərir.  Qurudu  sarım-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə