Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə76/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   72   73   74   75   76   77   78   79   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
274 
cüzi  miqdarda  istifadə  etməyi  məsləhət  görürlər.  Çünki  bu 
ədviyyatların  içərisində xəstələrə  mənfi  təsir göstərən xüsu-
siyyətlərə  də  rast  gəlmək  olur.  Buna  görə  də  həkimlər  xəs-
tələrə ədviyyatlardan istifadə etməməyi və pəhriz saxlamağı 
məsləhət  görürlər.  Bir  sıra  dietoloqlar  xəstələr  üçün  tər-
kibində ədviyyat qatılmış qida məhsullarının hazırlanmasına 
çox diqqət verirlər. Ədviyyatlardan insanlar arasında tez-tez 
başverən  qrip,  qızdırma,  soyuqdəymə  və  s.  istifadə  etməyi 
məsləhət  görürlər.  Ədviyyat  qatışıqlarının  əksəriyyətinin 
kimyəvi  tərkibi  tam  öyrənilmədiyindən  onlardan  istifadə 
edən zaman ehtiyatlı olmaq lazımdır. 
Şəkər  xəstəliyində  istifadə  olunun  ədviyyat  bitkiləri: 
adi reyhan, vanil, mixək, zəfəran, kerri, dəfnə, limon, lyubis-
tok,  mərzə,  bədrənc,  adi  ardıc,  muskat  tozu,  qırmızı  istiot, 
cəfəri,  adi  yovşan,  rozmarin,  kərəviz,  zirə,  şüyüd,  nanə, 
sürvə. 
Həzm  sistemi  normal  fəaliyyət  göstərən  insanlar  istə-
nilən ədviyyatlardan istifadə edə bilər. Lakin kəskin acı tam-
lı ədviyyatlardan – qıtıqutu, acı  istiot, kayen bibəri  və s. az 
hallarda  istifadə  edilməlidir.  Aşağıdakı  ədviyyatlardan  isti-
fadə  etməyi  məsləhət  görürlər:  mixək,  zəncəfil,  darçın,  və-
zəri,  dəfnə,  adi  soğan,  muskat  qozu,  cəfəri  (kökündən),  kə-
rəviz, şüyüd, sarımsaq. 
Qaraciyər və öd kisəsi xəstə olan, həmçinin pəhriz sax-
layan  insanlara  orqanizmin  normal  fəaliyyəti  üçün  aşağıda 
qeyd  etdiyimiz  ədviyyatlardan  istifadə  etməyi  məsləhət 
görürlər: cirə, reyhan,  vanil, mixək, zəncəfil, keşniş, darçın, 
kuprıç, dəfnə yarpağı, soğan, rozmarin, zirə, şüyüd, bədrənc, 
qıtıqotu,  lyubistok,  mərzə,  bədrənc,  muskat  qozu  və  çiçəyi 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
275 
(az miqdarda), ardıc (qənaətlə), xiyarotu, ətirli istiot, qırmızı 
bibər  (az  miqdarda),  cəfəri  (kökündən),  sitrus,  nanə,  sürvə, 
tərxun. 
İnfarkt  və  damar  xəstəlikləri  zamanı  profilaktik  məq-
sədlər  üçün  aşağıdakıları  istifadə  etməyi  məsləhət  görürük: 
cirə,  reyhan,  vanil,  mixək,  zəncəfil,  cədo,  keşniş,  darçın, 
kerri,  dəfnə  yarpağı,  limon,  soğan,  mərzə,  muskat  qozu  və 
çiçəyi,  xiyarotu,  qara  istiot,  rozmarin,  timyan,  zirə,  şüyüd, 
bədrənc, sarımsaq, sürvə, şüyüd. 
Böyrəkləri xəstə olan və pəhriz saxlayanlar üçün məs-
ləhət  görülən  ədviyyat  bitkiləri.  Böyrək  xəstəliyi  olanlar 
istənilən ədviyyatlardan, duzdan başqa, istifadə edə bilərlər: 
reyhan,  vanil,  mixək,  darçın,  kuprıç,  soğan,  lyubistok,  mər-
zə, ardıc, muskat qozu və çiçəyi (az miqdarda), xiyarotu, qır-
mızı  (şirin)  bibər  (qənaətlə),  cəfəri  (kökündən),  rozmarin, 
zirə,  şüyüd,  bədrənc,  qıtıqotu,  sitrus  meyvələri,  nanə, 
sarımsaq, tərxun. 
 
Darçın 
 
Darçına ancaq mədəni halda rast gəlirik. Ən geniş  ya-
yılan  növü  Çin  və  Seylon  darçınlarıdır.  Xalq  təsərrüfatında 
hər iki növ darçının qabığından istifadə olunur. Çin darçının 
qabığının görünüşü boru və yaxud nov şəkillidir, qalınlığı 1-
3 mm-dir, içəridən tünd qəhvəyi  rəngdə,  lələkşəkilli  mantar 
qatla örtülmüşdür. İstifadə edilən zaman mantar təbəqə kənar 
edilir.  Meyvəsi  ətirli,  dadı  şirintəhər,  xoşagələn  və  azca 
büzüşdürücüdür. 
Seylon  darçınının  qabığı  Çin  darçınının  qabığından 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
276 
keyfiyyətcə üstün hesab olunur. Darçının qabıq hissələrini və 
yeni  əmələ  gələn  budaqlarını  uzunluğu  1-2  metrə  çatan  za-
man  toplayırlar.  Bundan  sonra,  soyulmuş  qabıq  hissələrini 
iki və üç dəfə buraraq onu boru şəklinə salır və günəş altında 
qurudurlar.  Qurudulmuş  qabıq  hissələri  nazik  və  açıq 
qəhvəyi rəngdə olur. Çin darçınının qabığında 1-2%-ə qədər 
efir  yağı  vardır.  Efir  yağının  90%-i  darçın  turşusunun 
aldehidindən ibarətdir. 
Darçını  dəmləyib  içmək  susuzluğu,  ağız  qurumasının 
qarşısını alır, oynaqlarda, mədə-bağırsaqda, döş nahiyəsində 
baş  verən  şiddətli  ağrıları  azaldır,  bədənin  temperaturunu 
tənzimləyir, ağızdan gələn pis qoxunu aradan qaldırır.  
 
Mixək 
 
Mixək  ağacının    hündürlüyü  10-12  metrə  qədər  çatır. 
Yuxarı hissə piramida formasında, sıx kölgəlik əmələ gətirən 
həmişəyaşıl ağacdır. 
Yarpaqları  qarşı-qarşıya  düzülmüş,  enli  lansetvan,  bü-
töv,  tünd  yaşıl,  dərivari  parlaqdır.  Çiçəkləri  budaqların  yu-
xarı  hissəsində  mürəkkəb  çətirdə  toplanmışdır.  Çiçəkləri 
parlaq  qırmızı  rənglidir.  Erkəkcikləri  çoxsaylı  olub,  aşağı 
hissədə bitişikdir. 
Mixəyin  vətəni  Cənubi-Şərqi  Asiyanın  bir  çox  tropik 
ölkələri  hesab  edilir.  Buna  eyni  zamanda  Afrikanın  şərq 
sahillərində,  Zanzibar,  Yamayka,  Braziliya  və  s.  ölkələrin 
ərazilərində də rast gəlmək olar. 
Mixəkdən ədviyyə və dərman kimi hələ çox qədim za-
manlardan istifadə edirdilər. Ondan müalicə məqsədləri üçün 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
277 
Hindistanda,  Yaxın  Şərq  ölkələrində,  Misirdə,  Çində  və  s. 
ölkələrdə istifadə olunmuşdur. Mixək bitkisi haqqında elmə 
birinci  məlumatı  dünya  səyahətinə  çıxmış  İtaliya  səyyahı 
Piqafet vermişdir. O, buna birinci dəfə Moluk adalarında rast 
gəlmişdir. 
Hazırda  mixəyin  qönçələrindən  ədviyyə  kimi  istifadə 
edilir. Onun qönçələri çiçək açmamış halda toplanır. Qırmızı 
rəngli qönçələri quruduqdan sonra tünd qonur rəngə çevrilir. 
Mixəyin  qönçələri  mıx  formasında  (ona  görə  bu  adı 
vermişlər) 1-1,5 sm uzunluğundadır. 
Mixəyin  kəskin  iyi,  xoş  ətri  vardır.  Dadı  büzüşdürücü 
və ədviyyəlidir. Meyvəsinin uzununa kəsiyinə lupa vasitəsilə 
baxsaq, orada efir yağı ilə dolu iri dairələr görərik. Efir yağı 
ilə  dolu  belə  dairə-şəkilli  kisələr  çiçək  yatağının  silindrvari 
hüceyrələrinin kənar hissələrində daha çoxdur. 
Mixək  meyvəsinin  keyfiyyətini  yoxlamaq  üçün  onu 
suya  salırlar.  O,  suda  başıaşağı  şaquli  vəziyyətdə  durursa, 
deməli onun tərkibi efir yağı ilə zəngindir. 
Mixək  qan  təzyiqi  yüksək  və  gicgahlarında  şiddətli 
ağrılar olan xəstələrə kömək edir.  
 
Badyan 
 
Bitki  toxum  və  yaxud  vegetativ  orqanları  vasitəsilə 
çoxalır.  Beş  ildən  sonra  meyvə  verir.  Bol  məhsul  verməsi 
12-15 ildən sonra başlayır. 100 il meyvəvermə qabiliyyətinə 
malikdir.  Meyvəsinin  tərkibində  5-7%-ə  qədər  müalicəvi 
əhəmiyyətə  malik  efir  yağı  vardır.  Bu  yağın  90%-i  anetel 
birləşmələridir.  Qalan  birləşmələri  isə  terpenlər,  xniken, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə