Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə75/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   71   72   73   74   75   76   77   78   ...   85

Nübar Həkimova ___________________________________  
 
 
270 
saqla birlikdə əzib qarışdırdıqda, bir çox xəstəliklərə: qanax-
ma, şiş (xərçəng), qurd və eyni zamanda qan təzyiqinin tən-
zimlənməsinə, öd şişinin, sətəlcəm-qançır: soyuqdəymə, bəl-
ğəm, göyöskürək, sinə, oynaq ağrılarına, iştahasızlığa, ümu-
mi halsızlığa müsbət təsir göstərir. 
Yuxarıda qeyd edilənlərdən əlavə, aşağıda göstərəcəyi-
miz  bal  (qida),  söyüd  (ağac),  sürmə  (bəzək),  qara  su  (xəs-
təlik) və s. də xalq təbabətində geniş istifadə olunur. 
Bal. Bütün dövrlərdə dərmandır. Ulu, müdrik loğman-
larımızın  belə  bir  tövsiyəsi  var:  "Heç  bir  azar-bezar,  dərd 
görmək  istəmirsənsə,  çox  yaşamaq  istəyirsənsə,  bal  ye". 
Balın həzmi ağır olduğundan onu səhər  yemək  məsləhətdir. 
Bal qaymaq ilə yeyiləndə iştahanı artırır, uzun müddət adamı 
tox  saxlayır.  Ondan  üzün  təravətləndirilməsində  də  istifadə 
olunur. Bir qaşıq balı bir qaşıq su və bir yumurtanın sarısı ilə 
qarışdırıb  həll  etmək  və  alınan  məhlulu  üzə,  ələ,  boyun 
dərisinə  çəkmək,  15-20  dəqiqə  saxlayıb,  sonra  ilıq  su  ilə 
yumaq lazımdır. 
Bir  qaşıq  balı,  yarım  stəkan  bulaqotu  şirəsi  ilə  qarış-
dırıb  üzə  çəkmək,  10-15  dəqiqədən  sonra  onu  ilıq  su  ilə 
yumaq lazımdır. 
10-15 gün müddətində, hər axşam bir qaşıq balı yarım 
qaşıq  döyülmüş  bibərlə  qarışdırıb  saçın  dibinə  sürtdükdə, 
saçın  tökülməsinin  qarşısı  alınır,  saç  dibində  olan  qovaqlar 
təmizlənir. Bir qaşıq bala üç damcı sirkə qarışdırıb, bir həftə 
müddətində  içdikdə  bəlğəm,  öskürək,  göyöskürək  və 
qusmanın qarşısını alır. 
Söyüd. Ayaq barmaqlarının arası bişməcə olan, tez-tez 
tərləyən  adamlara  söyüd  ağacının  qabığını  və  ən  nazik  çu-
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
271 
buqlarını  qaynadıb  bir  az  soyuduqdan  (ilıq)  sonra  ayaqları 
15-20  gün  axşam-səhər  25-30  dəqiqə  vanna  etmək,  sonra 
ayağı  təmiz  qurulamaq  (barmaqların  arası  nəm  qalmama-
lıdır) məsləhətdir. Bu cür müalicə üsulu effektli olur. 
Sürmə. Ondan bəzək kimi istifadə edilsə də, bu, görmə 
qabiliyyətinə  zərərdir.  Sürmə  tər  vasitəsilə  göz  nahiyəsinə 
süzülür,  gözün  selikli  qişaları  vasitəsilə  həll  olunur,  gözdə 
xronoloji  qızarma,  gicişmə,  acışma  əlamətlərini  şiddət-
ləndirir,  nəticədə  göz  bəbəyində  yeyilmə,  nur-qara  su 
xəstəliklərinə çevrilir. 
Gözü təbii şəkildə qoruyub saxlamaq məsləhətdir. 
İlan  qabığı.  Xalq  təbabətində  çox  qədimlərdən,  döş, 
oynaq və bel ağrıları zamanı ilan qabığından istifadə olunur. 
İlanın  qabığını  əzib  beldə,  oynaqlarda  ağrıyan  yerlərə  tə-
pitmə qoymaq, saç tökülməsi zamanı isə başa  yaxmaq məs-
ləhətdir, bu, saçın dibini möhkəmlədir və hətta yeni saçgətir-
mə qabiliyyətinə malikdir. İlan qabığının həbi (balaca, yum-
ru  şəkildə)  daxildə  olan  mədə-bağırsaq,  ağciyər,  qaraciyər, 
dalaq və s.) şişlərin müalicəsi üçün də çox faydalıdır. 
Qara su. Dünyada geniş yayılmış göz xəstəliyidir. Nur 
suyu,  qara  su,  daima  axan  göz  yaşı  xəstəliklərinə  tutulanlar 
50  q  camış  yağı  ilə  bir  yumurta  ağını  qarışdırıb  yaxşı  həll 
etdikdən  sonra,  onun  təpitməsini  hər  axşam  yatmamışdan 
əvvəl  30-35  dəqiqə  (10-15  gün)  gözün  üstünə  qoyduqda 
xəstəliyə yaxşı təsir göstərir. 
Ardıc  –  əsasən  meyvəsindən  istifadə  edilir.  Sidikqo-
vucu  olub,  infeksiya  və  mikrobları  zərərsizləşdirir.  Bal  ilə 
qarışığından dişdibi və damaq yaralarına qarşı istifadə edilir. 
İtburnu – çiçəyi qızılgülə bənzəyir, soyuq və qurudur, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
272 
mədə  zəifliyi  və  sinədən  qanaxma  zamanı  işlənir.  Meyvəsi 
qaraciyər  və ürəyə qarşı istifadə edilir. Meyvənin içərisində 
olan tükcükləri  yaranı bitişdirir.  Meyvə  və şərbəti qaraciyər 
üçün çox faydalıdır.  
Mərsin  –  meyvə  və  çıxıntıları  mədəni  qüvvətləndirir. 
Şərab içməzdən  əvvəl  onun qaynanmış suyundan bir  fincan 
içmək  məst  olmanın  qarşısını  alır.  Qarqarası  isə  boğaz 
mikroblarmı zərərsizləşdirir. 
Yemişan  –  yaxşı  peyvənd  götürür.  Peyvənddən  sonra 
şirin  meyvəsi  olur.  Sinə  üçün  məlhəmdir,  mədə  iltihabını 
aradan  qaldırır.  Onu  qurudub  toz  halında  şirəsini  çıxarırlar. 
Şirəsindən istifadə 30 damcıya qədərdir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
273 
ƏDVİYYAT BİTKİLƏRİNİN MÜALİCƏVİ 
XÜSUSİYYƏTLƏRİ 
 
Ədviyyatlar demək olar ki, mahiyyətcə dərman bitkilə-
ri hesab edilir. Ədviyyat bitkiləri ilə dərman arasında heç bir 
sərhəd  qoymaq  olmaz.  Ədviyyatla  çox  qədim  dövrlərdən 
başlamış  hazırki  dövrə  kimi  hazırlanan  xörəklərin  tamım 
yaxşılaşdırmaq  və  həzm  sistemini  normaya  salmaq 
məqsədilə istifadə edilir. Ədviyyatlar tərkiblərində güclü iyə 
malik  efir  yağı  saxlayır.  Bunlardan  sarımsağı,  soğanı,  mər-
zəni,  kərəvizi,  cəfərini,  şüyüdü,  cirə,  zirə  və  s.  göstərə  bi-
lərik.  Ədviyyatlar  tüpürcək,  mədə  və  öd  kisəsi  vəzilərinə 
təsir edib onların şirə ifraz etmək qabiliyyətlərini gücləndirir 
və bunun nəticəsində qəbul olunan qidalar həzm sistemində 
yaxşı həll olur və maddələr mübadiləsinin düzgün getməsinə 
şərait yaradır. 
Ədviyyat dedikdə dərman xüsusiyyətlərinə malik bitki-
lər  başa  düşülməlidir.  Onlar  orqanizmin  sağlamlığında  mü-
hüm rol oynayırlar. Sarımsaq, qıtıqotu, turp, soğan, xardal və 
s.  antibiotik  təbiətli  bitkilər  olub  qiymətli  müalicəvi  təsirə 
malikdirlər. 
Lyubistok,  mərzə,  cəfəri,  kərəviz  və  ardıc  böyrəyin 
fəaliyyətini nizama salır və orqanizmdə olan artıq suyu kənar 
edir.  Mədə  şirəsinin  ifrazında  cirə,  razyana,  zirə,  qıtıqotu, 
sarıkök, bədrənc, boymadərən mühüm rol oynayırlar. 
Tüpürcək  vəzinin  normal  fəaliyyətində  istiot,  xardal, 
sitrus bitkiləri mühüm əhəmiyyət kəsb edir. Beləliklə, ədviy-
yat bitkilərinin insan sağlamlığında oynadıqları rollardan çox 
danışmaq  olar.  Lakin  bir  sıra  ədviyyatlardan  çox  ehtiyatlı, 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə