Azərbaycan miLLİ elmlər akademiyasi folklor institutu



Yüklə 4,24 Kb.
Pdf görüntüsü
səhifə81/85
tarix26.09.2017
ölçüsü4,24 Kb.
#1660
1   ...   77   78   79   80   81   82   83   84   85

Nübar Həkimova ___________________________________  
 
 
292 
kök  hissəsindən  hazırlanan  poroşok  quru  ekstrakt,  qatı  eks-
trakt  «pektol»  preparatının  daxilinə  əlavə  olunaraq  yuxarı 
tənəffüs  yolları  xəstəliklərində  bəlğəmgətirici,  sinə  yum-
şaldıcı  kimi  və  soyuqdəymə  əleyhinə  işlədlir.  Bundan  ha-
zırlanan ekstraktlardan  «Daniya kralı» adlanan müalicə pre-
paratının tərkibinə qatırlar. Şirin biyandan hazırlanan «likvi-
riton»  və  «flakarbon» soyuqdəymə, qlaukoma,  mədə qastri-
tində,  mədə  yaralarında,  bronxial  astmada,  dəri  allergiyala-
rında, ekzemalarda tətbiq olunur. «Qlisirenat» preparatından 
isə trixin parazitinin törətdiyi xəstəliklərə, böyrək və xərçəng 
xəstəliklərində və qaraciyər,  «Bioqastron» preparatından işə 
müxtəlif yaraların müalicəsində istifadə olunur.  
Ənənəvi Şərq təbabətində, eləcə də elmi təbabətdə tər-
qovucu,  ağrı  kəsici,  yarasağaldıcı  kimi,  orqanizmin  möh-
kəmləndirilməsində,  tonusun  artırılmasında,  istiliyin  nor-
maya salınmasında, tənəffüs  yolları xəstəliklərində, ağ ciyər 
vərəmində,  laringitdə,  şəkər  xəstəliyində,  kəskin  disper-
siyalarda,  böyrək  xəstəliklərində,  cinsi  fəaliyyətin  artırıl-
masında və s. işlədilir. Qərbi Avropa ölkələrində appendiks-
də,  Hindistanda  halsızlığın  aradan  qaldırılmasında,  xroniki 
sidik-tənasül  xəstəliklərində,  Fransada  infeksiya,  Bolqarıs-
tanda  adenoma  və  s.  Xəstəliklərin  müalicəsində  şirin  biyan 
preparatları  geniş  tətbiq  edilir.  Şirin  biyanın  qlisirenat 
turşusundan  təmizlənmiş  sulu  məhlulundan  orqanizmdə  im-
munitetin  artırılmasında  istifadə  edilir.  Şirin  biyanın  tərki-
bindən  alınan  flavonoid  maddələrindən  hazırlanan  prepa-
ratların  köməyi  ilə  soyuqdəymə,  spazma,  qan  kapillyarları-
nın möhkəmləndirilməsində, eləcə də yara əleyhinə işlədilir. 
Qlissirizin,  qlisirenat  turşuları  və  onların  törəmələrindən 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


__________________________________ Nübar Həkimova 
 
 
293 
hazırlanan preparatlarla qaraciyərdə baş verən kortikosteroid 
proseslərin metabolizmində əmələgələn nazaslıqların aradan 
qaldırılmasında  istifadə  olunur.  Bundan  başqa,  bu  preparat-
ların  köməyi  ilə  endokrin  xəstəliklərinin,  o  cümlədən  də 
Addison,  Şixena,  Otmem  sindromlarının  aradan  qaldırılma-
sında  geniş  tətbiq  edilir.  Şirin  biyandan  hazırlanan  bir  neçə 
preparatlardan  isə  xərçəng  çöplərinin  inkişafının  qarşısının 
alınmasında istifadə olunur. 
Biyan  tibb  sahəsindən  başqa,  xalq  təsərrüfatının  müx-
təlif sahələrində də geniş surətdə işlədilir. Xüsusən də biyan 
kökündən alman ekstraktlar yeyinti sənayesində geniş tətbiq 
edilir. 
Biyan kökündən alınan qliseran maddəsi şəkərdən 500 
dəfə kəsərli və şirindir. Buna görə də biyan kökündən alınan 
ekstrakt  (şirə)  şəkər  əvəzedicisi  kimi  kisel,  kompot,  kofe, 
kakao,  kvas  və  bir  çox  qənnadı  və  biskvit  məmulatlarının 
hazırlanmasında  tətbiq  edilə  bilər.  Bu  məmulatların  ha-
zırlanmasında  şirin  biyan  ekstraktı  (25-50%)  şəkəri  əvəz 
edir.  Bir  çox  xarici  ölkələrdə  biyandan  likör  və  dondurma 
sənayesində  geniş  istifadə  edilir.  Belə  ki,  onun  şirəsindən 
likör  cövhəri,  xüsusən  də  «bonsien»  növünün  «acı  likör» 
hazırlanır, bunlardan da desert məqsədləri üçün istifadə olu-
nur.  Bu  cür  likörlardan  mədə-bağırsaq  xəstəliklərinin  mü-
alicəsində  istifadə  etmək  olar.  Şirin  biyan  şirəsi  «Kiyev 
acısı»,  «Baykal»,  «Artist»  adlı  tonus  artırıcı  içkilərin  hazır-
lanmasında da işlədilir. Keyfiyyətli pivə növlərinin, məsələn, 
«elya»,  keyfiyyətli  ingilis  pivəsi  «qara  pivə»  və  s.  hazır-
lanmasında da istifadə edilir. 
Bundan  başqa,  biyandan  hazırlanan  ekstraktlardan 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Nübar Həkimova ___________________________________  
 
 
294 
Fransada, Almaniyada, ABŞ-da və bir sıra digər xarici ölkə-
lərdə  spirtsiz  içkilər  hazırlanır.  Bavariya  kvası  və  «Koka-
kola»  içkilərinin böyük şöhrət qazanması bunların  tərkibinə 
şirin  biyan  ekstraktı  əlavə  edilməsi  nəticəsində  əldə 
olunmuşdur. 
Biyan kökündən alınan cövhərdən ABŞ-da, İngiltərədə 
tütünlərin  keyfiyyətli  və  ətirli  iyə  malik  olmasında  da 
istifadə edilir. 
Bundan başqa, gövdədən  yüksək keyfiyyətli  sellüloza, 
bundan  da  sap,  ip  və  kisələr  hazırlanır.  Biyan  gövdəsindən 
hazırlanan  ip  və  saplardan  müxtəlif  şotkalar  hazırlanır  ki, 
bunlardan da qənnadı və çörək zavodlarından istifadə olunur. 
Bundan  başqa  biyandan  akvarel  (sulu)  boyalar,  mürəkkəb, 
tuş,  ayaqqabı  mazı  (qutalin),  gön-dəri  aşılamaq  üçün  aşı 
maddələri də hazırlanır. 
Bütün  paxlalı  bitkilər  kimi,  şirin  biyan  da  «yaşıl 
gübrə» kimi böyük əhəmiyyət kəsb edir. Belə ki, o çox gözəl 
azot tənzimedici xüsusiyyətlərinə malikdir. Şirin biyanı «göy 
gübrə» kimi o tam çiçək açan zaman istifadə etmək lazımdır. 
Çünki  bu  zaman  onun  çiçəklərinin  tərkibində  çoxlu  protein 
maddəsi toplanmış olur. 
Ölkəmizin bir çox rayonlarında olduğu kimi, bizim res-
publikamızda  da  biyan  bitkisinin  faydalı  xüsusiyyətlərini 
öyrənmək üçün elmi-tədqiqat işləri zəif də olsa aparılır. 
Hazırda  bir  sıra  xarici  firmaların  əksəriyyətində  qlisi-
rizin  və  qlisiret  turşuları  əsasında  müxtəlif  preparatların 
hazırlanmasına xüsusi fikir verilir. 
Şirin biyan incə ətirə və kəskin şirin daha malik oldu-
ğundan ondan yeyinti və qənnadı sənayesində istifadə edilir. 
PDF created with pdfFactory Pro trial version 
www.pdffactory.com


Yüklə 4,24 Kb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   85




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə