Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə111/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   107   108   109   110   111   112   113   114   ...   135

Bədbəxtsən, əl atma suyə, yandurar səni,

Xoşbəxtlik gədayi-dəri-bəxtəvərdədür.

Dərdün olanda çarə sorarsan təbibdən,

Bidərd olanda sormısan,

 əslən zərərdədür. 



Zalim, sənün ümmidün əgər növki-tiğdür,

Məzlumun ümidi naleyi-ahi-səhərdədür.

Zər həll edər nə növ` ilə gər olsa müşkilün,

Həllali-müşkilat demə boş hünərdədür.

Tövbə məasidən eləyürsən sən ol zəman,

Canun yetibdü dodağuva, keçməz, xətərdədür.

Ümmidvar olma bu xümsü zəkatüvə,

Nəfsün sənün ki, hər nəfəs hər şurü şərdədür.

Bir cami-badə iç, özüvi imtəhan qıl,

Mə`lum edər təbiətüvi nə əsərdədür.

Hər inqilab olsa məgər xudsəranədür,

Sərriştəsi bu gərdişi-dövri-qəmərdədür.

Napak tüxmi Adəm əküb, əkmiyeydi kaş,

Xasiyyətün bədi, şəri nəsli-bəşərdədür.

Zalım təbiətini dəgişməz ölincə heç,

Əqrəb kimi həmişə gözi niştərdədür.

Nəxli-həyati qəhrlə hər dəmdə yandırur,

Əfsus eyləməz, nə deməz kim səmərdədür.

Sərraf gəzmə mülki-Yəməndə əqiq içün,

Hicrində ol məhün tökərəm çeşmi-tərdədür.

Saqi, hərifi-badə degül rindi-mədrəsə,

Qüdrət bu dəşt içində məni-şiri-nərdədür.

Pabəstə olma dəhri-dəni dunpərəstə kim,

Hər bir nəfəsdə meyli anun özgə ərdədür.

 Soruşmursan



519


Sorson əgərçi var vətənün oğlı, bəs hani,

Xainlərün əlilə gedüb, dərbədərdədür.

Çox vermə tul mətləbə, kutah qıl sözi,

Saqib, sözün şərafəti bir müxtəsərdədür.



İSTƏR

Dünyayə gələn cib dolusı simü zər istər,

Xali ola zərdən, başı tiğü təbər istər.

Həqqün kişilikdə ola bilməz ki, zərün yox,

Simü zər ilə doldura cib, şiri-nər istər.

Gər çəkməyəsən zəhməti, zər səndə tapulmaz,

Tab eyləməgə zəhmətə ancaq hünər istər.

Qarə daşı lə`l etmək olar, leyk çətindür,

Dərya dolusı xalis xuni-cigər istər.

Dikmə gözüvi, naxələf övladdən əl çək,

Daim özinə düşmən ümmü pədər istər.

Dutsun atanun, ümmün əlin vəqti-zərurət,

Canım ona qurban, xələf bir pəsər istər.

Xacə sana sərmayə verüb eylə ticarət,

Xeyr eylədigündən onı sən bil, əsər istər.

Bir zərrə zərər eyləsən, itməz aradən,

Cəm` eyləgilən xatirüvi sərbəsər istər.

Sən keyfüvi çək, fikr eləmə, nə olur olsun,

Yox eybi qucağunda yata simü bər istər.

Ta sübh ləbün lə`li-ləbində ola sərməst,

Dil hər nə təmənna edə, get, qorxma, ver istər.

İç saqi əlindən gecə-gündüz meyi-nabi,

Bir ləhzə ayıq olma, ayıqlıq zərər istər.

Müzd meyə nəqd olmasa, ver dinüvi əldən,

Məhşər güni yaddan çıxacaqdur, keçər, istər.

520



Yol verməgilən dərdü qəmə, eyşü nişat et,

Təqva yolını dutmagilən, dərdi-sər istər.

Nisyə dalıyca getməgilən, nəqd var əldə,

Heyhat, ona yetməgə çox-çox səfər istər.

Mətruk olunub yaxşı, fərqi yox hərgiz,

Yaxşı-yəmanun fərqi nədür, kim məgər istər?

Ovqatuvi təlx eyləmə meyxanə yanında,

Dur, get, çağırur saqi ki, vəqtün itər istər.

Leyla tələbin eyləmək asanmı sanursan,

Məcnun də gər olson, genə rahi-xətər istər.

Məcnun bu yolı gedməlidür, sən dəxi tərk et,

Simürğ tək əflakə uçan balü pər istər.

Hər mö`min olan həqqə, Əbazər ola bilməz,

Xətmi-nəbi Əhməd kimi bir rahbər istər.

Əmrə Əlinün qollarıdi zərbəti vırdı,

Hərgiz demə zərbət ona, tiği-düsər istər.

Məğlub yədullah qolı hərgiz ola bilməz,

Hər ləhzə ona Həqq özi fəthü zəfər istər.

Dana nə əcəbdür ki, içər xuni-cigərdən,

Nadan nə içün ləzzəti-qəndü şəkər istər.

Hər kəs çəkə bilməz qəzəli rişteyi-nəzmə,

Versün ona tərbiyyəti sahibnəzər istər.

Yusifdən alub tərbiyəti qəmzədə Saqib,

Ruhinə anun rayihə, reyhani-tər istər.



“...SİMÜ ZƏRDƏDÜR...”

  

Xəlqün həyatı səcdədə yox, simü zərdədür,



Zahid inanmayur, deməz əqli hədərdədür.

Huri-behişt simü zərün dəstgirüdür,

521



Gəlsün sübut edüm mən ona, həq nə tərdədür.

Nəylə Mühəmməd(s) eylədi isbat həqiqəti,

Ey bilməyən həqiqəti, fəhmün xətərdədür.

Simü zəri-Xədicə ilə ol Nəbiyyi-Həqq,

İsbat həqqin eylədi, doğrı xəbərdədür.

Kəskinligi qılınc eləmüb, yaxşı fikr ver,

Qövli-Əlini get oxı, tiği-düsərdədür.

Həllali-müşkilat qızıldur deyüb Əli,

Simü zərün nihalı bütün bu səmərdədür.

Olmaz bədəndə qüvvə qiyami-rüku` ilə,

Zərdən səvayi qeyriləri dərdi-sərdədür.

Bir loğma nani-cov sana möhkəm həsar olar,

Cov kəsbini qızıldur edən, bu hünərdədür.

Gər olmasa bədəndə rəməq tiği neyləyür,

Dutmaz əlün qılıncı, əgərçi kəsərdədür.

Bir loğma ta ki, nani-covı meyl eylədün,

Şəmşir əlün onda görərsən əsərdədür.

Zəntəb`lər əhatə edüb külli-aləmi,

Simü zərün güciylə cəhan dərbədərdədür.

Böhtan degül bu söz, səni, gör, kim əsir edüb,

Can vermərəm yüzinə onun nəzərdədür.

Rüstəm nəyün gücilə qoyub ad zəmanədə,

Rüstəm bəhanə, qüvvəsi dürrü gühərdədür.

Keyxosrovun xəzinəsi məmluvvi-simü zər,

Müflis nə eyləsün, hərəkatı kədərdədür.

Düşməndən intiqamı alursan sən ol zəman,

Həmyan içində simü zərün var, kəmərdədür.

Şəxsün müqərrəb olmağını kəşf etmisən,

Həqqün yanında cümlə fəzilət pədərdədür.

522



Səhv etmisən bu sözdə, əzizim, degül belə,

Başdan-əyağə bu sözün, əl çək, zərərdədür.

Şəxsün təqərrübi əməl ilə olur yəqin,

Şirin olanda meyvə fəzilət şəcərdədür.

Allahi-zülcəlal desəm gər qızıl pula,

Hərgiz məlamət etmə məni, söz dəgərdədür.   

İt ağzına qızıl pulı ver, canuvı alar,

Qul eyləyər səni qızıl ol bəxtəvərdədür.

Vay halinə o padşəhün kim, zəmanədə,

Yoxdı cibində varü yoxı, yeksər süvərdədür.

Xərc et yerində, aləm olar canfəşan sana,

Sərf eyləmə fəna yolına, meyli şərdədür.

Məzlumə açma dəsti-təərrüz, qıl ehtiraz,

Ümmidgahi naleyi-ahi-səhərdədür.

Bağlandı, Saqiba, dəri-ümmid, müxtəsər,

Yox cibdə simü zər, dəxi işlər xətərdədür.



EY ZƏR

 

Xudayi-ləmyəzəlisən əgər desəm, ey zər,



Məlamət etmə məni, söləmə, get, ey kafər.

Sən olmason, əbəda, xəlqdə həyat olmaz,

Sən olmason, olar aləm yə`ni ki, zirü zəbər.

Sən ilə almaq olur intiqam düşməndən,

Sən ilə zəhri-bəla, bil, olur nəbatü şəkər.

Sən ilə fəth eləyər həft kişvəri sultan,

Bəhanədür duta kim əldə nizəvü xəncər.

Sən ilə açılur hər babi-qəl`eyi-fulad,

Sən olmason, dağılur padşahdən ləşkər.  

Zər olmasa qədəmin qoysa piri-meyxanə

Şərabxanəyə, salmaz ələ sınıq sağər.

523



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə