Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə119/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   115   116   117   118   119   120   121   122   ...   135

Biqərəz insan demiş birsi, olur tabutdə,

Səhvdür tabut, meyyitü qəbrü üqba rəngdür.

Ta əbəd ömr eyləyərdi şəkksiz birənglik,

Qatili-ömri-giranmayə, bu bica rəngdür.

Birsinün rüxsari hərdəm, ayü gün bəhsin edər,

Oxşamaz insanə birsi, ziştü ziba rəngdür.

Cümlə aləmlər, bəli, asan yetərdi həqqinə,

Eyləyən xəlqi məlamət şumi-bica rəngdür.

Hansı bir kəs söləyərdi, bu sənindür bu mənim,

Bu həyasız qismətə lareybü əcza rəngdür.

Mübtəladür birsi fəqrə, birsi dövlət qərqidür,

Müstəhəqqə verməyür bir həbbə ədna, rəngdür.

Kim tökərdi bir kəsün qanın sutək bica yerə,

Eyləyən hər fitnəni aləmdə bərpa rəngdür.

Mətləbi çox açma, qoy, sərbəstə qalsun, vəhm qıl,

Müxtəsər, hər nə yaratmış Rəbbi-Ə`la, rəngdür.

İmdi, ey saqi, aləm rəngdür, ver cami-mey,

İctinab etmək nə hacət, etmə pərva, rəngdür.

Saqiba, çox da qəzəlxansan, qəzəl ustadisən,

Söləyür aləm sana, ey nitqi guya, rəngdür.



ZƏRDƏDÜR

Şəxsün həyatı, hörməti bu simü zərdədür,

Şahun gər olmasa zərü simi, xətərdədür.

Zərsiz zəmanə Rüstəmi olson, nə faidə,

Məğlubsən, əgərçi qılıncun kəsərdədür.

Zərsiz nə dəm vırursan hünərdən, nədür

Məbdə` hünərdən ötri, bu zəri-bəxtəvərdədür.

İnsan özinə kəsb eləyər hər şərafəti,

Hər kim desə, inanma, şərafət pədərdədür.

556



Daşun qərası lə`l olur gərçi səbr ilə,

Sərmayəsini sal ələ, xuni-cigərdədür.

Bil qiymətüvi, nəfsüvə qul olma, heyfsən,

Uyson həvayi-nəfsüvə, qanun hədərdədür.

Dutmış cəhani fitneyi-aşub sərbəsər,

Fitvası dövri-gərdişi-şəmsü qəmərdədür.

Məsnu`ə vermə fikrüvi, sane` xəyalın et,

Fikrün həmişə boş sözə, tərhi-digərdədür.

Sərraf qiyməti verür ustad fəhminə,

Hərgiz demir ləyaqət dürrü gühərdədür.

İqbali-nikü bəd sənü məndə cibillidür,

Bu ixtiyar kilki-qəzavü qədərdədür.

Şiddətlə bağbanlər alur səndən intiqam,

Qət` etmə bisəbəb hər ağac kim, şəhərdədür.

Məzlumə açma, dəsti-təərrüzdən əl gətür,

Hər ixtiyari naleyi-ahi-səhərdədür.

Heç kimsə arizusinə yetmüb, yetən də yox,

Ayineyi-murad həmişə kədərdədür.

Hər yerdə, hər məkandə edər cilvə hüsni-yar,

Gəh Turidəvü gahi görərsən şəcərdədür.

Dünya dolısi düşməni məğlub zər edər,

Fəthün livası, heç demə, tiği-düsərdədür.

İsbat etdi həqq sözini xəlqə simü zər,

Xətmi-Rəsuldən yetişən söz nəzərdədür.

Əl eyşü nuşdən sən haçan çəkmisən məgər,

Əfsus eyləmə Vətənün qeyrilərdədür.

Oğrı yatanlara tapar əl, yatma çox, dedim,

Yatdun, apardı var-yoxı şəhri-şəhərdədür.

Bu kainati zər güci qaimməqam edüb,

Çox mərdi-cənginün zəri yox, dərbədərdədür.

557



DEGÜL

Gərçi məhrulərə dil verməgə əyyam degül,

Kim ki, dilbəstə olubdur bulara, xam degül.

Vəqt özidür səni bu damə keşakeş çəkmiş,

O səbəbdən görürəm mən könül aram degül.

Rəhbərün sevdigüdür, qoydığı qanuni budur,

Eyləyür kim nəyi istər, hanı bədnam degül.

Cür`ətün varsa əgər həq sözüni xəlqə yetir,

Kəsb edüb hörmət öziçün o ki, İslam degül.

Kim hərifə verə namusıni, əhsən eşidir,

Sevünür çoxsı bu gün tabe`i-əhkam degül.

İmtəhan eyləgilən bu sözümi bir dəf`ə,

Həqqi təkzib elə min ləfzilə, düşnam degül.

Degilən birsinə həqqün sözüni tərk etmə,

E`tina eyləməz hərgiz sana sərsam degül.

Gözləyürmiş belə aləmləri çoxlar nə bilüm,

Gözlə bundan bətərin, imdi sərəncam degül.

Qorxma heç aləmi-bə`dün xəbəri böhtandur,

Yandıra kim oda Qur`anı bədəncam degül.

Var-yoxın birsi əgər tərk edə bihudə yerə,

Eyb qılmaz, deyəcəksən kişi nakam degül.

Qibleyi-həqqə desəm bir kəsə, gəl, səcdə elə,

Deyəcəksən mana var fazili-Bistam degül.

Ey bu aləmlərə min şivə ilə fəxr eləyən,

Etmə dilşad özüvi çox belə, bayram degül.

Bilməyürsən nə bəlalər gələcəkdür başuva,

Görəcəksən sana heç kimi dəxi ram degül.

Eylə fikr etməgilən heç nə sana etməzlər,

Əmri-həqq, eylə yəqin, heç kimə əqvam degül.

558



Kim deyübdür sana kəsb etməgilən elmü ədəb,

Dutmısan xəncəri-xunriz ələ, əqlam degül.

Heç nədən yox xəbərün də`viyi-irfanlıq edüb,

Rəngə salma özüvi meykədə həmmam degül.

Xəlqə sən etmə nəsihət, sana eyb eylərlər,

Sən kimi xəlq bədəncami-xunaşam degül.

Xəbərün yoxdur özündən nələri eyləmisən,

Göz qabağında durubdur yeri Ağdam degül.

Elmdən dəm vırar ol kimsə onun var elmi,

Sən nəyün bəhsin edirsən, sana ilham degül.

Sən özündən sözi aç, xəlqün işindən əl çək,

Elm təhsili sənünçün bir əlif-lam degül.

Kasə-kasə sən haçan xuni-dili nuş etdün,

Yetəsən məqəsdüvə badeyi-gülfam degül.

Öldürüb nəfsini təhsil eləyənlər elmi,

Elm ilə fəxr eləyənlər keçəl əllam degül.

Sən hələ şişəyə dut başıni ərbabi-həqün,

Paybəndi-xəmi-giysuyi-güləndam degül.

Etdigün söhbətüvə fikrüvi ver, gör nəyədür,

Gecə-gündüz gətür əl, elm qədəh, cam degül.

Xilənün kəndinə get, gör nələr olmış peyda,

Deyəcəksən genə nahəq yerə e`lam degül.

Şimr ol zülmi rəva görməyüb heç görmüşlər,

Qətl olanlar nə ilan, nə məgəs, əcsam degül.

Sana bu vəhşiligün dairəsi çox xoşdur,

Olarun dutdığı iş nəfsüvə xüddam degül.

Xəlqə eyb eyləmə, eybün bütün aləmdə durub,

Yetənə eyb eləmə sən kimi cüzzam degül.

Saqibə eyb eləyürsən ki, deyür həq vardur,

Həmpiyalə sən ilə olmayacaq, xam degül.

559



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə