Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə118/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   114   115   116   117   118   119   120   121   ...   135

Nə yaxşı ne`mət imiş bilməmək, nadanlıq aləmdə,

Bilən yox qədrini qanmazlığun, sahibliva gördüm.

Vay olsun haluva, bir zərrə olson əqlü fəhm əhli,

Olub xəlqün içində bədnüma ruyin qəra gördüm.

Sözün həqqin desön, başdan-əyağə xəlq eyb eylər,

Edərlər həddsiz batil sözə canlar fəda gördüm.

Nə hacət dəm urursan boş yerə əmri-həqiqətdən,

Həqiqət yoxdur, həq talibin halın fəna gördüm.

Nədür izhari-həqqiyyətə məgər hər bir yetən eylər,

Çətin bir iş degül, asanü səhlü boş həva gördüm.

Kitabun olsa bəsdür, ya yalan, ya doğrı, get, bəsdür,

Məsiha mö`cizindən bəhs etmə, iftira gördüm.

Mühəmməd(s) zalim olmış, tökdi qanlar şanü şövkətçün,

Sərapa hər nə iş görmiş, bütün buyi-riya gördüm.

Biri namusuvi gər istəsə, ver keç, nə eyb eylər,

Difa`i neyləyürsən, bu difa` içrə bəla gördüm.

Demə verməm, birisi istəsə gər varü yox səndən,

Verən varü yoxın Hatəm kimi sahibəta gördüm.

Nə əqlün kəssə anı, qorxma hərgiz, ixtiyar eylə

Kim, etmüm məsləhət bir əmr içün əhli-ziya gördüm.

Edir irad ol kəs ənbiyayə, bilmür heç kimdür,

Özin başdan-əyağə elmdən boş, binəva gördüm.

İgirmi əsrə çox lazım degül hal əhli olsun xəlq,

Təmami-xəlqi, Saqib, hər nə vardur nabina gördüm.



EYLƏYƏNLƏRDƏN

Soran yox bu sözi aləmdə bu qan eyləyənlərdən,

Həvayi-nəfs içün dünyanı viran eyləyənlərdən.

Neçündür xəlqə mən heç bilmirəm bihəd əziyyətlər,

552



Məgər heç qorxmayurlar ahü əfğan eyləyənlərdən.

Nədür məqsəd süzə, ey əl açanlar xəlqə hər saət,

Nə istərsüz, deyün, çaki-giriban eyləyənlərdən.

Yetər kim zülm əlilə xanəbərduş eylədüz xəlqi,

Genə əl çəkmüsüz

 məskən biyaban eyləyənlərdən.



Əlamət qalmayub diqqətlə hər kim baxsa tarixə,

Hanı asari, göstər, zülmə tüğyan eyləyənlərdən.

Eşitdim bu sözi növ`imdən, öldür növ`ini eyb etməz,

Külahın kəc qoyub də`viyi-irfan eyləyənlərdən.

Gərək keçmişlər içün rəhm etmüb intiqam almaq, 

Əmansız, həqq yolında canı qurban eyləyənlərdən.

Gərək biz gözləyək ad qalmasun aləmdə Qur`andan,

Cibişdan xatiriçün tərki-iman eyləyənlərdən.

Gərək afaqə çoxdan od düşeydi imdi od düşmiş,

Özin nahəq yerə bihəd müsəlman eyləyənlərdən.

Xəbər aldım soğan tək xəlqi soymaqdan nədür məqsəd?

Əlində xəncəri-xunriz talan eyləyənlərdən.

Dedi, bəs, at öləndə itlərə bayram olmazmı,

Təəccübdür məgər bu tərki-vicdan eyləyənlərdən.

Gərək din əhlini məhv eyləmək, bilmərrə yox olsun,

Dəgüb zərbət bizə çox hifzi-Qur`an eyləyənlərdən.

Yetər tez vəqt, Saqib, eyləmək təşviş bicadur,

Alarsan intiqamun həqqə böhtan eyləyənlərdən.



“NƏ GÖRDİ YAXŞIDAN...”

Nə gördi yaxşıdan, əl çəkməyür aləm yəmanlıqdan,

Çəkinməz göz yumub-açınca bir dəm xunfəşanlıqdan.

Kəlimə baxgilən, imanə də`vət eyləmiş xəlqi,

 Çəkmirsiniz



553


Gətürdi boş yerə əl, padşəhlıqdı, şəbanlıqdan.

Kimi Qur`anə də`vət etmisən, ey Xətmi-peyğəmbər,

Özin pak etməyübdür, görməyürsən, meyfilanlıqdan.

Aparmaq ağır idi, çəkmədün Qur`anı qəbr içrə

Özünlə sən, nə hasil eylədün boş imtəhanlıqdan.

Cəhan mülkin qanə qərq edənlər əhli-imandur,

Əgər var əhli-iman, əl gətürsün bəs ziyanlıqdan.

 

Kim ilə söhbət etsön bir nəfəs qəm dəf`in etməkçün,



Verür min qəm sana, fövrən vırar dəm min talanlıqdan.

Qəmü ənduh içində görmüsən bir nəfəs xəndandur,

Cəhani dutdı fitnə sərbəsər sahibqiranlıqdan.

Məni öz sevgilimdən saldı ayrı sadədil Adəm,

Nə gördüm dərdi-sərdən özgə mən pirü cəvanlıqdan.

Həvayi-cənnət ilə başuvı mehrabə çox urma,

Umursan, zahid, əl çək, huri-qılman, nagümanlıqdan.

Mana təklifi-badə etmə, zahid, vermə mey camın,

Durulmaz, min piyalə vergilən könlüm, bulanlıqdan.

Girüb yat qəbr içində, ey düşən təşvişə şahlıqçun,

Olub bərbad yeksər, ad qalubdur bu cəhanlıqdan.

Mana irfan yolıni göstərür naşilər hər saət,

Təəccüb etmərəm hərgiz, deyürlər xurdədanlıqdan.

Bitirdim məktəbi-irfani mən Vasiflə

 keçmişdə,



Dəxi azadəyüz zənciri-damü natəvanlıqdan.

Dəmirlə həmtərazu kimiya heç olmub aləmdə,

Var həqqim, də`vi etsəm bir zəman mö`cüzbəyanlıqdan.

Olur zəhri-bəla, bil, Saqiba, zənbur kamində

Əsəl, bir kəlmə vırsam dəm əgər şirinzəbanlıqdan.

RƏNGDÜR

                              

Səndə, ey Məcnun, bu sövda, eşqi-Leyla rəngdür,

 Kürdəxanılı şair Dadaş Vasifə (1880-1960) işarədir 



554


Vadiyi-heyrətdə sərgərdan sərapa, rəngdür.

Boş yerə bu vadiyi-heyrətdə sərgərdansən,

Əl gətür, biçarə, dəşti-kuhi-səhra rəngdür.

Naqədən, ey bixəbər, Leyla sorağın eyləmə,

Leyli əğyarun evində, olma rüsva, rəngdür.

Tişə vırma başuva Şirin içün, ey kuhkən,

Başuvı qovğayə heç salma, bu qovğa rəngdür.

Rəngdür, dünya yüzin döndərdi qan dəryasinə,

Görmisən birəng heç, ə`lavü ədna rəngdür.

Badədə rəng olmasa yıxmaz səni meyxanədə,

Mürşidi-meyxanə saqi, cami-səhba rəngdür.

Yar kuyin verdi əldən, Adəm almış cənnəti,

Sölər imdi “Rəbbəna inna zələmna”,

 rəngdür.



Adəmün övladinə bax, hər biri bir rəngdə,

Abü atəş, xakü bad, cümlə əşya rəngdür. 

Müxtəlif bu rənglər bir-bir fəsad etməkdədür,

Baxma birsi eyləsə üzdə təbərra rəngdür.

Olsa gər birənglik heç kim təmənna eyləməz,

Bir yerindən canı çıxsa, xud təmənna rəngdür.

Duzəxü cənnət nəhayət rəngdür isbatsız,

Birsi xəlqi qorxuzur, birsi dilara rəngdür.

Turdə Allah yoxdur, yox Kəlimə bir deyən,

Göz qabağında durubdur, Turü Sina rəngdür.

Məryəmə nəfx eylədi kim ruhini, bilmək gərək,

Sölər aləm, yoxsa ol ruhi-Məsiha rəngdür.

Biqərəz insan cəhan mülkində yoxdur, olmayub,

Əqrəbavü aşina, düşmən-əhibba rəngdür.

Ərməni, gəbrü müsəlman, yəhudü bütpərəst,

Məscidü mehrab həm, deyrü kəlisa rəngdür.

 “Ey Rəbbimiz, biz özümüzə zülm etdik...” (Qurani-kərim, Ə`raf, 23)



555


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə