Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə116/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   112   113   114   115   116   117   118   119   ...   135

Bədbəxti heç xəyalinə salmaz nə kimsədür,

Xoşbəxt içün gəzər, dolanar xanə-xanə bəxt.

Xoşbəxtə qəm yüzin duta bilməz əzizdür,

Daim çalar onunçün dəf şadmanə bəxt.

Xoşbəxt bağinə yağsa daş lə`lü nab olar,

Bədbəxtə yağsa lə`l, tökər qeyri kanə bəxt.

Xoşbəxt içsə zəhri dönər şəhdü şəkkərə,

Bədbəxt içün əlində dutub taziyanə bəxt.

Xoşbəxt damənini ələ gər bəxt almasa,

Yatmaz qiyamət olsa da ruzü şəbanə bəxt.

Saqib əyağə düşdi çürük buriya kimi,

Yox çarə, əldə qoymış anı yanə-yanə bəxt.



EYLƏR

Eşqün yüki ağırdur, min Qafı kəman eylər,

Məcnun gətürər tabın, eşq onda ziyan eylər.

Mənsuri çəkər darə, bilməz ki, “ənəlhəq”dür,

Verməz ata İsayə, Musani şəban eylər.



Sən`ani məlamət sən, heç eyləmə, ey zahid,

Saldı oda Qur`anı, qəsdi-dilü can eylər. 

Fərhad haçan bildi eşqün nədür adabi,

Başıni urar taşə, bilməm nə güman eylər.

Pərvanədən ögrənsün eşqün rəvişin bülbül,

Gül yaprağı ağzında fəryadü fəğan eylər.

Urduqca özün şəm`ə, pərvanə deməz yandım,

Əhvalinə şəm` ağlar, göz yaşı rəvan eylər.

Zənciri-cünun eylər, gəh türreyi-pürçini,

Qorxuzmağa üşşaqi, əfsuni-ilan eylər.

Ey dilbəri-məhparə, lə`li-ləbüvün fikri,

Kam almamışam ondan, bağrım niyə qan eylər?

 “Ənəlhəq” (Mən haqqam) nədir



543


Hər tiri-bəla gəlsə, əbruyi-kəmanundan,

Heç yerdə məkan dutmaz, könlümdə məkan eylər.

El damənini dutmış, ey xublərün şahi,

Bu göz yaşım hicründə eylə səyəlan eylər. 

Ey dil, demirəm etmə ney kimi fəğan hərdəm,

Eşq aşiqi güldürməz, giryan, nigəran eylər.

Dövrani-cəfapişə, qoy, bağrımi qan etsün,

Hərgiz demərəm zalim, cövrin nə yəman eylər.

Bir gün yetişər ahim bir od olur aləmçün,

Gülzari-bədəndişi bilmərrə xəzan eylər.

Məqsudə olur yetmək, ey könlümün arami,

Naəhldən hər kimsə sirrini nihan eylər.

İqbalun əgər olsa meyli sana, fikr etmə,

Bir göz yumub-açınca, min piri cəvan eylər.

Sultan eləsün fəxri, qoy, tacinə hər saət,

Tabut edər təxtin, heç bilməz haçan eylər.

Yusif sana ögrətmiş e`cazi-qəzəl, Saqib,

Şe`rün odur hər saət e`cazın əyan eylər.



İNSANLAR

Cəhan mülkini qılmış sərbəsər viranə insanlar,

İçərlər su yerinə qanları, divanə insanlar.

Tökülmiş qanlarə dünyani viran qanə qərq etmiş,

Nərm etməyüb, od yağdırur hər yanə insanlar.

Təəccüb bundadur heç dutdığı işdən xəbər dutmaz,

Qoyar baş səcdəyə, lə`nət oxur şeytanə insanlar.

Cəhani fitnə dutmış, ey ədalətdən vıranlar dəm,

Edüb gül tək cəhani sərbəsər qəmxanə insanlar.

İlanı vırmason vırmaz səni, bu söz degül böhtan,

Günahi yox vırursan nişüvi insanə, insanlar.

544



Degül asan, bir insaf etgilən həmnöv`i öldürmək,

Səni yoldan çıxardub, uyma bu dövranə, insanlar.

Muradun bəs nədür incidməgündən xəlqi hər saət,

Nədür məqsəd sana, qoy zülmüvi bir yanə, insanlar.

Mürüvvət rəsmini mə`nadə etmə növ`ə, rəhm eylə,

Məgər yox e`tiqadun zərrəcə vicdanə, insanlar.

Bəhayimlər də süzdən hər nəfəsdə e`tiraz eylər,

Bu bəd rəftaruvuz xoş gəlməyür heyvanə insanlar.

Ayıl bir xabi-qəflətdən, əsiri-nəfs çox olma,

Bir az ver meylüvi, eyb eyləməz, irfanə insanlar.

Dəlalət eyləyür, gör, bir nəyə xəlqi mürəbbilər,

Əgərçi e`tiqadun olmayub Qur`anə insanlar.

Təsərrüf eylədün dünyani, girəm, xəlqi məhv etdün,

Nə olsun, neyləmək, əfsanədür əfsanə insanlar.

Ə`zası üstüxandur, canə ver, ləhminə meyl etməz,

Hümadən ibrət al, vermür əziyyət canə insanlar.

Haçan rahət yaşar miskin olanlar bəs bu aləmdə,

Nəhayət vergilən, meyl etmə çox tüğyanə, insanlar.

Baş ağrı vermə, Saqib, rəhmə gəlməz Adəm övladı,

İşün yoxdur, qoy olsunlar dəli-divanə insanlar.



QALMIŞDUR

Gözün yum, zahida, bica yerə Qur`anda qalmışdur,

Anun əksini qıldun sərbəsər bir yanda qalmışdur.

Qurı bir ad qalub Qur`andən, dini-Mühəmməddən,

Ədalət qəbr içində məhv olub, bicanda qalmışdur. 

İmami-əsrə uyma, ixtiyarun anə tapşurma,

İnanmaq olmaz anə, hansı bir peymanda qalmışdur.

Kəmalü əqlü fəhmə zərrəcə qiymət qoyan yoxdur,

Kəmalü əqlü fəhmün rütbəsi böhtanda qalmışdur.

545



Məniyyət göstərürsən baş dögəndə taği-mehrabə,

Demişlər bəs məniyyət tinəti-şeytanda qalmışdur.

Girüb gülzar içində xar tapdar qönçələr bərgin,

Qəfəs küncində nalə bülbüli-xoşxanda qalmışdur.

Zəmanə çevrilüb bir özgə rəngi ixtiyar etmiş,

Bu rəngi kim veribdür, əqllər heyranda qalmışdur.

Danışma, ağzuvi yum, yetmiyüb azadəlik vəqti,

Sözin həqqin deyənlər guşeyi-zindanda qalmışdur. 

Əl atma çör-çöpə, çox uzaqsan, getmə sahildən,

Malun kəştisi sınmış, batub ümmanda qalmışdur. 

Demə, dibdən kəsərlər min dilün gər olsa xəncərlə,

Mürüvvət, rəhmü vicdan rəhmdil sultanda qalmışdur.

Səpərsən cənnətə çürmüş sümüklər künci-məsciddə,

Şəhid olmış vətən oğlanları meydanda qalmışdur.

Qutar, çox vəsf qılma, əl gətür kəskin qılınclardan,

Qılıncun sahibi yoxdur, keçən dövranda qalmışdur.

Düşübdür əql ol qiymətindən sorson hər kəsdən,

Hünər sərriştəsini bilmək yədi-nadanda qalmışdur. 

Məlamət etmərəm bica yerə sərgəştə əflaki,

Mənim kimi o da sərgəştə sərgərdanda qalmışdur.

Sənün fikrün qalubdur huridə, qılmanü Kövsərdə,

Mənim çıxmış gözüm bu Azəribaycanda qalmışdur.

Qəzəl bazarıni yıx, de, Füzuli vəqti bitmişdür,

Əlifba bilməyən sərdəftəri-irfanda qalmışdur. 

Təqazayi-zəmanə Saqibə qan içdürür hər dəm,

Təvəkkül eylədikcə dərdi bidərmanda qalmışdur.



GƏRƏK

Ey xacə, etmə fikr, sana taci-zər gərək,

Yox nəf` onda hiç, əbədi bir əsər gərək.

Qəvvasə qəsd bəhrdə xali sədəf degül,

546



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   112   113   114   115   116   117   118   119   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə