Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə25/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   21   22   23   24   25   26   27   28   ...   135

Məsti-layə`qəl edər, içmə, həman səhbadur.

Künhi-zatə əl atursan, özüvi incidmə,

Qərq eylər səni girsön, bu dərin dəryadur.

Sən nə fikr eyləyisən,

 sən deyən olmaz əsla,



Zat özi künhinə, nə oldığına daradur.

Rütbeyi-sane`i-məsnu` nə bilsün naşi,

Hərə bir nəğmə oxur bu sirrə, boş xülyadur.

Kur-kuranə könül verməyüb həqqə həqqbin,

Sən kimi, eylə yəqin, həqqi sevən binadur.

Yaradandur bu təbiət, dedigün bir sözə bax,

Başə düş səhvüvi, səhv eyləmə, kəc mə`nadur.

Ver könül, heç demə Məcnunə gözəldür Şirin,

Deyəcək səhv eləyübsən,  gözəlim Leyladur.

E`tina eyləmə, Saqib, bu səbükraylərə,

Əqli-küll kim ola, divanələrə həmtadur.

* * *


Bilmirəm neyçün mənim könlüm sənün yanundadur,

Səndən heç ayrılmayur, peyvəstə fərmanundadur.

Hardadur sədparə könlüm, sorma məndən, əl gətür,

Səngdil, hər parəsi bu tiri-müjganundadur.

Ləblərün fikrilə hər dəm sən anı qan etmisən,

Çarəsin qıl, bari, ey zalim, bu dərmanundadur.

Çox qəfəs küncində, ey bülbül, şikayət eyləmə,

Cümlə hər təqsirlər bu ahü əfğanundadur.

Sorma neyçün fitnə dutmış aləmi, ey qönçələb,

Fitneyi-aləm sənün bu çeşmi-fəttanundadur.

Xali-gəndümçöhrəvə dil verməmək asan degül,

İmdi də Adəm əli, ey şux, damanundadur.

Bu pərirüxsarə tək bir sən degülsən mübtəla,

 Eyləyirsən



111


Saqiba, xəlqün gözi bu şux cananundadur.

* * *


  

Dil etsə nalə ney kimi hərdəm, yerindədür,

Od dutsa, yansa halinə aləm, yerindədür.

Qəmzön xədəngi min yerə çak etdi bağrımi,

Qaşun qılıncı qılmasa mərhəm, yerindədür.

Çoxdan əsirdür dili-divanə zülfüvə,

Azad qılma, qoy qala möhkəm, yerindədür.

Xalü xətündə qarət olub getdi küfrü din,

Rüsvayi-xəlqdür əgər adəm yerindədür.

Əfşan edəndə hüsnüvə artar gözəlligün,

Çəkmə kənarə, türreyi-pərçəm yerindədür.

Ahim odilə tərləsə gülbərgi-arizün,

Ey məh, təəccüb etmə, bu şəbnəm yerindədür.

Uydun rəqib fitnəsinə, yetdi vəslüvə,

Çəksəm həmişə ahi-dəmadəm, yerindədür.

Ey dil, dedim bu sərvqədün düşmə eşqinə,

Hicründə nalədür sana həmdəm, yerindədür.

Mehrabi-taətə Əli(ə) yox səcdə eyləsün,

Şəmşir əlində urmağa Mülcəm yerindədür.

Saqib, nə qədr möhnət oxın atsa dəhri-dun,

Yox bak məndə, dağ kimi sinəm yerindədür.

* * *


Məhvəşim, qaşun qəmi qəddim kəman etməkdədür,

Lə`li-nabun həsrəti bağrımi qan etməkdədür.

Canımi qurban qaşun tiğinə verrəm, vermərəm,

Ləhzə-ləhzə tiri-qəmzön imtəhan etməkdədür.

Can nədür qurbanun olmaz, ey könüllər behcəti,

112



Canı qurban aşiqün hər bir zəman etməkdədür. 

Türreyi-pürçini açma, yıxma könlüm xanəsin,

Eyləmə avarə bir dəm, qoy, məkan etməkdədür.

Çeşmi-mərdümküşləründən mən necə dad etməyüm,

Səngdil dil kişvərin qarətü talan etməkdədür.

Eşqi təkfir etmə, zahid, guşeyi-mehrabdə,

Vadiyi-heyrətdə Musanı şəban etməkdədür.

Durma yanımda, uzaqdan keç, dutar damanuvi,

Seyl tək giryan gözüm, çün xunfəşan etməkdədür.

Yıx məni meyxanədə, ey saqi, dövri-badəni,

Badeyi-Kövsər içən yoxdur, ziyan etməkdədür.

Saqiba, söz tapmayur Nadir ki, yazsun şe`rdə,

Tapmağa söz cüstücuyi-digəran etməkdədür.

* * *


Dürəfşan zülfi-pürçinün pərişan eyləyən kimdür,

Pərişan eyləyəndə ahü əfğan eyləyən kimdür.

Kəsad etdün cəmali-Yusifi bazari-hüsn içrə,

Məni bu hüsnüvə məbhutü heyran eyləyən kimdür.

Səri-kuyində Adəm aldı cənnət, keçdi kuyindən,

Bu sövdadən sonra anı peşiman eyləyən kimdür.

Məlamət eyləmək Məcnuni olmaz Leyli eşqində,

Məni eşqündə bəs rüsvayi-dövran eyləyən kimdür.

Gülər min naz ilə gülşəndə gül xarun qucağında,

Qəfəsdə əndəlibün bağrıni qan eyləyən kimdür.

Qaşun tərhin görüb mehrabi-taət oldığın bildim,

Qəmindən qəddimi kim bükdi, çövkan eyləyən kimdür.

Qızardı lalətək rüxsarı, güldi ol kəmanəbru,

Dedi, get, get bu sirri kəşfü asan eyləyən kimdür.

Nigarım görmək istər surətin hüsnümdə hər saət,

113



Qul oğlın göz yumub-açınca sultan eyləyən kimdür.

Kim etdi dideyi-Yə`qubi bina bir qəmis ilən,

Züleyxa bağrıni qan, didəgiryan eyləyən kimdür.

Girür hər şəklə ol məhparə, imdi məndə zahirdür,

Belə ziba gözəlçün əmri mizan eyləyən kimdür.

Yazar əş`ari şirin bu əlifba bilməyən Saqib,

Anı tutisifət, şəkkər qəzəlxan eyləyən kimdür.

* * *


Mana hicründə, ey məh, tə`neyi-əğyar həmdəmdür,

Şikayət etmərəm mən səndən hərgiz, sevdigimdəndür.

Nə qədri cövr qılson sən mana, əl çəkmərəm səndən,

Dəmadəm sölərəm, əl çəkmə, bu cövrü sitəm kəmdür.

Azaldar vəsl eşqi, vəslüvə əğyarı qoy yetsün,

Məni ram eyləyən, ey qönçələb, bu zülfi-pərçəmdür.

Həvayi-eşq qoymaz eyləyüm xalun təmənnasın,

Təm`kar ilə həmdəm, həmnəfəs birütbə adəmdür.

Gözüm yaşilə verrəm sərvə su, qədün xəyalilən,

Kəmanəbrulərünçün bari-qəmdən qamətim xəmdür.

Məhəbbət badəsindən içməyüb məst olmıyan zahid,

Meyi-Kövsər xəyalilə həmişə şadü xürrəmdür.

Səbukeş Cəbrəil olmış, Məsiha rindi-meyxanə,

Bəli, meyxanələrdə saqiyi-gülçöhrə Məryəmdür.

Qəzəl tərhini Saqib kəsb edüb Asəf kəlamindən,

Nə hacətdür ki, şahid Nadirə ustadi-ə`zəmdür.

* * *

Bu deyri-fəna mərhəleyi-guşeyi-qəmdür,



Gər abi-həyatı sana versə, genə səmdür.

Vardur qərəzi kim sana bir qətrə su versə,

114



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə