Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə21/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   17   18   19   20   21   22   23   24   ...   135

Ey dil, vəfa nədür nə bilür hüsni mahlər.

Qafil oturma gərdişi-dövri-zəmanədən,

Biqiymət oldı qibleyi-aləmpənahlər.

Pamal oldı xarun əyağiylə qönçələr,

Bazar içində əl-ələ vermiş giyahlər.

Bir meyvəni ağacdan əgər dərsə padşəh,

Zülm ilə bağı tapdar əyağ ilə sipahlər.

Saqib, ləçək zəmanəsidür, zəntəbiət ol,

Bir pulə yox alan, yerə girmiş külahlər.

* * *


 

Saqi, açılmaz həşrə kimi qaşü qəbağlər,

Sən, bari, badə ver ki, tər olsun dəmağlər.

Zahid məlamət eyləməsün məsti-badəyəm,

Bağlandı tazədən genə bu əl-əyağlər.

Doldur əyağuvi, məni yıx xüm əyağinə,

Başə çıxıbdur imdi ki, çirkin əyağlər.

Var eylə qolçomağ ki, salub xəlqi heyrətə,

Rüsvayi-aləm oldı əbəs, qolçomağlər.

Ey söləyən mana, nə içün tən-bərəhnəsən,

Soydı-apardı var-yoxı tazə qonağlər.

Çıxsun canun, yıxılsun əgər heç əcəb degül,

Əl atma heç yerə, dəxi sınmış dəyağlər.

Ol qəm ki, məndə var, ona kim bir də tab edər,

Bir zərrəsinə tab eləməz cümlə dağlər.

* * *


Verəni dil sana, ey sərvqədi-siminbər,

Yüzə xunabeyi-həsrət tökərəm şamü səhər.

Gözlərün baxmağıdur məndən alan arami,

91



Biri yüz qan eləyibdür, birisi nərgisi-tər.

İki ay parəsi tək hüsnüvi qafil görə kim,

Tazədən münşəq edüb mahi deyər, Peyğəmbər.

Açma rüxsaruvi çox bir də, müsəvvir görsə,

Məst olar, qaş yerinə hüsnüvə şəmşir çəkər.

Eşidüb abi-həyatun suyı zülmatdədür,

Yetmədi məqsədinə, getdi əbəs İskəndər.

Çeşməsi abi-həyatun ləbi-meygunündür,

Ey xoş ol kəs, ləbüvi gahi sorar, gahi öpər.

Görmisən bir məni bu hüsnüvün  heyranı olub,

İtiribdür özini əldə qələm surətgər.

Badə nəhy olmaz idi şər`idə, ey şirinləb,

Öpməseydi ləbüvi badə içəndə sağər.

Mümkin olmaz sorasən lə`li-ləbi-dildari,

Kasə-kasə gecə-gündüz yeməsön xuni-cigər.

Naqə əğyar evinə Leylini çəkdi axir,

Ey cərəs, lal olasan, yetmiyə Məcnunə xəbər.

Qanmaza söləmə həqqün sözini, ey Saqib,

Gündə min mö`cizə göstərsön əgər, etməz əsər.

* * *


Ta key gəlib-gedər belə leylü nəharlər,

Yoxsa gedüb əlindən onun cümlə varlər.

Mən kimi yox əlində məgər ixtiyari heç,

Keçmiş kimün əlinə məgər ixtiyarlər.

Meyxanəyə çağırma məni, saqi, əl gətür,

İçdikcə artırur qəmi bu zəhrimarlər.

Əğyar yetdi vəslinə ol sərvqamətün,

Hicrində oldı qismətimiz ahü zarlər.

Tə`sir naləm etmədi, ey səngdil, sana,

92



Halım görüb fəğanə gəlür çəngü tarlər.

Ətfal ruzgarun əlində əsir ikən,

Məndən gətürmür əl xəmi-giysuyi-yarlər.

Sınmış piyalə dün mana göstərdi kuzəgər,

Biixtiyar ah çəkərdi həzarlər.

Aldım xəbər, səndə bu nə ahi-suzdür,

Yansun oda dedi, fələki-kəcmədarlər.

Rüxsari-Leylini elədim cami-meykədə,

Məcnuni xişt çəkməyə çox intizarlər.

Şirinləbləri budur əldə piyalədür,

Fərhad xüm səbu çəkər meygüsarlər.

Zərrin qədəh olub məhi-Kən`anun arizi,

Sağər Əyaz rətlgiran şəhriyarlər.

Dami-bəlayə Saqibi salson, degül əcəb,

Gəlməz kəminə öz əyağilə şikarlər.

 

Damani-nakəsə yapuşub etmə iltica,



Canun da çıxsa, yoxdur ona, etmə e`tibarlər.

Dövran biz ilə böylə müdara gər eyləsə,

Zülmün oduyla məhv olacaq hər diyarlər.

* * *


Vıranda həlqə yüzündə girəh giysulər,

Vırar kəməndə özin mülki-Çində ahulər.

Təəccüb eyləmirəm padşahsən hüsnə,

Satar cəmalun əksini xəlqə güzgulər.

Şəh olmason nə içün hüsnüvi əhatə edüb,

Verübdür əl-ələ, bir-bir qulami-hindulər.

Əgərçi xal oxunur cümlə xəlq arasında,

Bu tə`nədür, mana eylər müdam bədgulər.

Görəndə qaşlarıvun tərhini sənün, ey məh,

93



Düşərlə səcdəyə yer-yer kəmanəbrulər.

Qədün görəndə rəvan eyləyərəm gözüm yaşın,

Ki, bağban verür sərvə rəsmdür, sulər.

Hekayəti-şəbi-hicranuvə dəvam etməz,

Çəkər bu bari-girani necə tərazulər.

Vəfa hanı bu gözəllərdə, Saqiba, əl çək,

Olurlar maili-əğyar bu səmənbulər.

* * *


Dili-üşşaqdən qanlar içür bu tiğ əbrulər,

İlan tək arizündə həlqələnmiş tar giysulər.

Nə gözdür, gözlərün heyraniyəm mən, ey xətadidə,

Xəta mülkində yatmış naz ilə guya ki, ahulər.

Yetərdim vəslinə ol məhvəşin hər necə olseydi,

Aradə olmaseydi gər süxənçin ilə bədgulər.

Cünun zəncirini Məcnunə verdün, hüsni Leylayə,

Nedim,


 başdan-əyağə fitnəsən, bilməm nədür bulər. 

Zəmanə gərdişi bağrımi qəmlə qanə döndərmiş,

İlahi, söndürərmi bu odı gözdən axan sulər.

Gədayə taci-zər qismət, mənə viranələr künci,

Görən söylər, budur, məskən dutub virani bayqulər.

Salubdur heyrətə bu könlümi xalü xətün fikri,

Hücum etmiş diyari-Rumə yeksər sanki hindulər.

Təmaşa etməgə biz gəlmişik ancaq bu dünyayə,

Olub sahibxəzinə, neyləmək, cümlə cəfaculər.

Könül vermək əbəsmiş, afəti-can eşqdür, ey dil,

Qocaltdı Saqibi bu sərvqamətlər, səmənbulər.

* * *

Pərişan eylədi rüxsarə Leyli, tökdi giysulər,



 Nə edim


94


Cünunsən, daminə Məcnun kimi ram oldı ahulər.

Nigara, kuyüvə gəlmək müyəssər məndə olseydi,

Gecə ta sübh olunca kim çəkərdi ahü yahulər?

Təbiba, eşq zail olmaz hiç tədbir ilə, əl çək,

Tilsimi-eşqi kim batil edüb, heyrandu cadulər.

Əcəbdü sürmətək çəksəm gözə bu xaki-kuyindən,

Yatub topraq içində sərvqədlər, ya səmənbulər.

Nihan dut hüsnüvi ol türreyi-pürpiçü tab içrə,

Müqabil durma, uğrar əksi-hüsnün görsə güzgulər.

Qaşun tərhin görən fəhm eyləyər kim, bu qılınclardur,

Kəmandur əhli-dil mehrabidür, ey məh, bu əbrulər.

Sevər Leylani Məcnun, Saqiba, Fərhad Şirini,

Bəli, pərvanə şəm`i sən kimi viranə bayqulər.

* * *


     

Etmiş əhatə aləmi giysubüridələr,

Bir böylə fitnə görməyüb heç afəridələr.

Bazari-hüsni Yusifə yeksər kəsad edüb,

Azəristandə gül kimi tazərəsidələr.

Çox cilvələnmə göz qabağında, hilali-nov,

Müjgan oxın vırar sana əbruxəmidələr.

Bağrım qan oldı lə`li-ləbün arizusinə,

Ətrafuvi əhatə edüb ləbi məkidələr.

Ey məh, nə oldı səndəki ol zülfi-tabdar,

Ram olmış idi onda hər ahurəmidələr.

Ey dil, inanma var bu gözəllərdə e`tibar,

Salmış cəhanə fitnə bu peymandəridələr.

Xüm qaldı, saqi, xali meyi-lə`lfamdən,

Avarə düşdi rənc ilə sağərkəşidələr.

İbrət göziylə eylə nəzər xaki-kuyüvə,

95



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə