Təşkilat Haqqında



Yüklə 6,8 Kb.
tarix24.02.2018
ölçüsü6,8 Kb.

Təşkilat Haqqında

Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyəti 2005-ci il Azərbayacan Respublikası Milli Məclisinə Seçkilər ərəfəsində ilkin olaraq təşəbbüs qrupu kimi yaradılmışdır.Təşəbbüs qrupuna ilkin olaraq Elçin Sadigov ,Emil Qurbanov , Mətin Əsgər , Ramil Əzizov və başqa bir sıra hüquqüşnaslar qoşulmuşdur. İlkin işimizi Sumqayıt şəhəri 3-cü seçki dairə sakinlərini maarifləndirmə işi ilə başlamışıq. Bu məqsədlə əhali arasında insan hüquqları və seçki hüququnun təbliğatı ilə məşğul olmuşuq.Bir neçə şəxsə pulsuz hüquqi yardım göstərmişik və 2005-ci il Deputat Seçkilərində ictimai nəzarət olaraq müşahidə aparmışıq. 2005-ci il dekabr ayından bu ictimai fəaliyyətimizi davam etdirmək məqsədi ilə Hüquqi Müdafiə və Maarifləndirmə Cəmiyyətinin təsis edilməsi qərarına gəlmişik və təşkilatın təsis sənədlərini və nizamnaməsini hazırlayaraq 16 yanvar 2006-cı ildə Təsisçilərin ümumi yığıncağının protokolu əsasında HMMC təsis edilmişdir. Təsisçilər Elçin Sadıqov və Emil Qurbanovdur.


Təşkilatı yaratmaqda əsas məqsədimiz vətəndaş cəmiyyətinin inkişafı,hüquqi dövlət quruculuğu, demokratiyanın bərqərar edilməsi,əhalinin hüquq düşüncəsinin yüksəldilməsi, İnsan hüquq və azadlıqlarına hörmət olunmasının təmin edilməsi və Azərbaycanın Qərbə inteqrasiyasını gücləndirməkdən ibarətdir. Bundan əlavə Gəncə regionunun inkişafdan geri qalması,orada əhalinin hüquq düşüncəsinin zəif olmasını , regionda insan hüquqlarının tez-tez pozulması hallarını, demokratiyanı və şəffaflığı təmin etmək məqsədi ilə biz təşkilatımızı məhz Gəncə bölgəsində fəaliyyət göstərməyi nəzərə aldıq.

Təşkilatın təsis sənədləri dövlət qeydiyyatına alınması üçün 22 yanvar 2006-cı ildə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edilib.Amma bürokratik səbələr üzündən 2006-cı il mart ayının ortalarında Ədliyyə Nazirliyi heç bir qanuni əsas gətirmədən qeydiyyatdan imtina etdi.


28 mart 2006-cı ildə təəşkilat yeidən təsis edilərək 30 mart 2006 –cı ildə sənədlər yenidən Ədliyyə Nazirliyinə təqdim edildi.Nazirlik qeydiyyatı qanunsuz olaraq gecikdirirdi buna görədə Təşkilatın prezidenti Sadıqov Elçin Ədliyyə Nazirliyinin qanunsuz hərəkətlərindən (Azərbaycan Respublikası Konstitusiyasının 58 ci(birləşmək hüququ) və İnsan Hüquqları Üzrə Avropa Konvensiyasının 11 ci-ci maddəsinin (birləşmək hüququ) pozulmasından) Məhkəməyə və eyni vaxtda Ombudsmana müraciət etdi və nəhayət Ombudsmanın köməyi ilə Təşkilat 19 aprel tarixində dövlət qeydiyyatına alındı amma buna baxmayaraq Ədliyyə Nazirliyi dövlət qeydiyyatından çıxarışı 01 iyun 2006 cı ildə verdi.
Həmin tarixdən birlik Gəncə fəaliyyət göstərir bu müddət ərzində onlarla Xanlar sakinin hüquqlarını müxtəlif instansiyalarda müdafiə etmişdir. Gəncə Bölgəsi üzrə İnsan Hüquqları Mərkəzi Layihəsi NED-in müzakirəsindədir.


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə