Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə29/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   25   26   27   28   29   30   31   32   ...   135

Qılsun yəqin ki, mən kimi bir bəxti-qarədür.

Qoymaz rəqib öpməgə ol xaki-kuyüvi,

Mən bəxti-qarəni, o da səndən işarədür.

Saqib, çox etmə vəsf mana huri-cənnəti,

Meylim mənim bu sərvqədü gülüzarədür.

* * *


 

Xəlqün həyati, dadrəsi simü zərdədür,

Simü zərün də meyli, bəli, bəxtəvərdədür.

Düşməndən intiqam əgər almaq istəsön,

Zər dut əlündə daim, həmişə zəfərdədür.

Muri-zəifi zər güci şiri-jəyan edər,

Zərsiz gər əjdəha ola, axır xətərdədür.

Xovf etmə xəlqi-aləm əgər olsa düşmənün,

Zər var cibündə, tiği-düsərtək kəsərdədür.

Zərdür xərabəni edən abad, şəkk yox,

Bax kainatə, gör bu zəri, gör, nə hünərdədür.

Həddi-kəmalə yetməmisən, səndə yox günəh,

Başdan-əyağə bu günəh ümmü pədərdədür.

Vəqtində tərbiyət sana vermüb əzizi-mən,

Bitərbiyət fələkzədədür, şurü şərdədür.

İzhari-nifrət etgilən bəd mürəbbiyə,

Şərdür vücudi, heç nəyə dəgməz, hədərdədür.

Tə`sir qalmayub demə heç ahü nalədə,

Tə`siri səbr elə ki, ahi-səhərdədür.

Od şö`ləsini görmədi rüxsari-yardə,

Musa(ə) yügürdi görməgə guya şəcərdədür.

Hər rəngə girsə, tanur anı həqqbin göz,

Həqbin çünki həq özi daim nəzərdədür.

Hər bir fəsad zahir özin etsə, Saqiba,

130



Bərbad oleydi, gərdişi-şəmsü qəmərdədür.

* * *


Qiyamət macərası səndəki bu sərvqamətdür,

Qiyamət bir də olmaz, gər qiyam etsə, qiyamətdür.

Xətadur qaş demək, qurban olum mən əgri tağinə,

Ki, qan tökməklik ilə pas dutub tiği, siyasətdür.

Degül şərt gözəllik qaşü göz, ey sərvi-azadım,

Gözəllik cəm`idür rüxsari-alundə məlahətdür.

Əsir etmə dili-divanəmi zülfün kəməndində,

Şəhidi-navəki-müjganuvəm, zalim, kifayətdür.

Qaşun tərhin görəndə zahidə heyranlıq əl verdi,

Rəhi-məscid dutub guya ki, mehrab ibadətdür.

Xəbər alma, rəhi-eşqündə getdi dinü dil məndən,

Xəyali-xalun ilə dinü dil bilmərrə qarətdür.

Kimünçün eyləyürsən, əl gətür, fikri-xilafətdən,

Xəlayiq qəflət içrə sərbəsər, ey dil, cəhalətdür.

Cəhalətdən degülmi, göz yumub-açınca, fikr eylə,

Dəxi tə`mirə gəlməz, çarə yox, viran vilayətdür.

Cəhanə, Saqiba, meyl etmə hərgiz, düşmə təşvişə,

Vəfa bir zərrə yoxdur onda, əl çək, bidəyanətdür.

* * *

Eşq dərdinün əlacı demə Loğmandədür,



Çarəsi bu mərəzün sorulub, canandədür.

Kur idi dideyi-Yə`qub, kim etdi bina,

Düşmə təşvişə, de bircə, necə dərmandədür.

Buyi-pirahəni-ol Yusifi-gümgəştə idi,

Açdı Yə`qub gözin, şahidi Qur`andədür.

Eşq rəsmini gərək kəsb edəsən Məcnundan,

131



Yoxsa kim, bilmisən heç eşq nə mizandədür.

Bağladi iki gözün, görmiyə Leyla üzini,

Görsə gər xəlqə edər faş xunəfşandədür.

Dedilər sən necə Allahi tanursan, Məcnun,

Dedi, Allah mana Leylidür, hər yandədür.

Ey deyən, əl gətür ol sərvqədün eşqindən,

Əl çəküm mən necə, eşqün əsəri candədür.

Dili-divanəmün alson xəbərin, şirinləb,

Məskəni səndəki giysuyi-pəricandədür.

Tiği-əbrulərüvün zəxminə yoxdur çarə,

Mərhəmi versön əgər navəki-müjgandədür.

Ey soran varmı qiyamət, sən əcəb qafilsən,

Əsəri-ruzi-qiyamət şəbi-hicrandədür.

Vətənün cənnəti tərk eyləmək olmaz, ey dil,

Xunbəhasi onun Allahdə, imandədür. 

Şe`ri kəsb eylədi Saqib rəvişi-Yusifdən,

O səbəbdən qəzəli lə`l kimi kandədür.

* * *


Olmaya dami-zülfüvə düşmiş əsiri-bəndədür,

Könlümün oynağı neçün türreyi-pürşikəndədür.

Arizi-aluvi görüb sevdi bu natəvan könül,

Bu gözüm, ey pərivəşim, sanma günah məndədür.

Daneyi-xali-hüsnüvə boş yerə nifrin eyləyür,

Adəm itirdi rütbəsin, təqsir onı səpəndədür.

Fikri-ləbün qan elədi künci-səbudə badəni,

Kakili-ənbərinivün rayihəsi Xütəndədür.

Arizi-rəşki-lalədən eyləmişəm sorağıni,

Bir üzi yasəməndədür, bir üzi də çəməndədür.

Şivə ilə alanda sən dinü dilimi yaxşı idi,

132



Lə`lü ləbün dedim öpüm, yoxdı dedün, Yəməndədür.

İstədi əgri qaş çəkə, məhv elədün müsəvviri,

Qaş yerinə qılınc çəküb, zəxmi dili-həzəndədür.

Qəbrdə alsalar xəbər, hansı yerün sən oğlısan,

Söləyərəm adı onun qanə batan kəfəndədür.

Dil deməz adın onun olsa da parə-parə gər,

Kim verür ixtiyar ona, bəndə düşübdür, bəndədür.

Rütbə verülmiş hər kəsə, Saqib, onı bilən gərək,

Rütbəyə bax ki, Yusifə hüsn ilə pirəhəndədür.

* * *


Demə, ey sərvnazım, səndə kim, bu sərvqamətdür,

Ki, sərvün böylə olmaz qaməti hərgiz, qiyamətdür.

Gözəllik xətmdür səndə, gəzərsən göz qabağında,

Deyürlər xəlq Yusif içün gözəldür, boş rəvayətdür.

Nə hacətdür verürsən zinəti bu mahi-rüxsarə,

Ləbün küncində xalun naz ilə yatmış, kifayətdür.

Kəmanə çox da oxşar, qönçələb, kim qaşlarun tağı,

Eşitsön, zahidə bildirmə, mehrabi-ibadətdür.

Gözün qurbani, gəlmə təngə ney fəğanindən,

Şəbi-hicran əlindən nalə eyləyər, şikayətdür.

Dağıtma könlümün cəm`iyyətin, çox şanə göstərmə,

Pərişan zülfüvə artıq pərişanlıq nə hacətdür.

Əgər Məcnun olson keçgilən sən kuyi-Leyladən,

Degülsən, keçmə, əl çək, tərk qıl, rahi-zəlalətdür.

Biyaban seyrini Leyladən ötri etmə, ey Məcnun,

Yatub əğyar evində naz ilə asudə, rahətdür.

Yetişdün sərhədi-məqsudə, Saqib, şe`rgulıqda,

Verüb tə`lim Yusif, səndə bu kəşfü kəramətdür.

* * *

133



Həmrəng ləblərün ilə meyi-lə`lfamdür,

Kim ayrı içsə lə`li-ləbündən, həramdür.

Göstər xəlayiqə ki, qiyamət olur necə,

Bu sərvi-qamətündə qiyamət qiyamdür.

Fərman alubdur qətlimə müjganlarun oxı,

Heç bilməyür ki neyliyə, əzbəski, xamdür.

Tə`lim etməyüb ona kim, məst gözlərün,

Bir dəm ayıq degül, elə məsti-müdamdür.

Aləm kəman deyür qaşüvə, səhv eyləmiş,

Mehrabi-əhli-halə bu pirü qulamdür.

Yoxdı nəhayət hüsndə gərçi ki, Yusifə,

Başdan-əyağə səndə gözəllik təmamdür.

Gördüm ki, yatmısan gecə, sordum dodağuvi,

Uydun rəqibə, səndən alan intiqamdür.

Divanə könlüm ol xəmi-zülfün əsiridür,

Neyçün təəccübəm belə zəncirə ramdür. 

Ustad Saqibə, gözəlim, hər yetən degül,

Canım fədası, Yusifi-şirinkəlamdür.

* * *

Ey şux, hüsnüvə məhi-taban qərindür,



Bais odur ki, nur saçur, məhcəbindür.

Gər sorsa ləblərün məgəsruh, əcəb degül,

Abi-həyat çeşməsidür, əngəbindür.

Giysuləründə şanə gəzər dil sorağinə,

Çox vırma şanəni, onı tapmaq çətindür.

Min şanə vır bu kakilün piçü tabinə,

Əl çəkgilə, çətin dağıla, çin-çindür.

Ahənrübani kiprigün eylər dəlik-dəlik,

134



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə