Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə31/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   27   28   29   30   31   32   33   34   ...   135

Kəmanəbru qaşun mehrabdür ya məh hilalidür.

Məlamət etmək olmaz Adəmi, əl çəkdi cənnətdən,

Anı rüsva edən bu daneyi-xalun xəyalidür.

Qan olmış badə ol lə`lünlə eylər lafi-həmrəngi,

Odur meyxanələrdə min əyağlər paymalidür.

Cəmalun əksi salmış heyrətə surətigəri-Çini,

Hicabi-zülfdən çıx, ayü gün hüsnün misalidür.

Təbiba, heç demə bu dərdi-eşqə çarə müşkildür,

Nə çarə dərdi-eşqə, çarə ol yarun vüsalidür.

Könül, divanələrtək məskən etmə zülfi-yar içrə,

Pərişandur, girəhdür, damidür, həm laübalidür.

Əzizim, buriya tək düşmişəm kuyində yeksanəm,

Könül viranəsi biganədən bilmərrə xalidür.

Küdurət artırur nadan ilə həmsöhbət olmağlıq,

Xərabat əhlinün halın nə bilsün, ol nə halidür.

Cəhanda hər sözə pəjmürdəxatir olma çox, Saqib,

İnanma, bavər etmə ol sözə, əmri-məhalidür.

* * *


Cəhanda fəxri kimün tacdür, kimün fəsdür,

Mənim başimdən, bəli, yar sayəsi bəsdür.

Həyat çeşməsidür ol ləbi-fərəhbəxşün,

Çəməndə sərvi-xuraman qədün görüb pəsdür.

Cəhani əşkilə sirab qıldun, ey çeşmim,

Bu sərv əyağinə tök, bari, sərvi-novrəsdür.

Gətürdi hörməti-mehrabi qaşlarun tərhi,

Zi bəski, ol iki qaşun sənün müqəvvəsdür.

Könül, müqəyyəd olub çəkmə minnət heç kəsdən,

Ələlxüsus, nəmaz əhlidür, müqəddəsdür.

Təvazö` etməgilə cəm`, kimi loğma görüb,

140



Şikəmpərəst utanmaz, qəribə nakəsdür.

Dila, zəmanə bizə cövr ilə keçüb, keçəcək,

Nə nalədür, bu nə fəryadidür, bu nə səsdür.

Kəsadidür bizə bazari-eşq, ey Saqib,

Bu deyri-qəmdə nədür çarə, tale`ün pəsdür.

* * *


Təvafi-Kə`beyi-ərbabi-həq, ey şux, kuyindür,

Qaşun mehrabidür taətgəhim, həm qiblə ruyindür.

Dedim, ey sərvnazım, kuyüvə əğyar yol tapdı,

Dedi, get, eyləyən agəh məni hayi-huyundür.

Ləbün tər qönçə bağrın qan edüb etməz təmənnasın,

Qəfəs küncində bülbül valehi-ruyi-nikuyindür.

Dəmadəm nalə qılsam ney kimi ey şux, var vəchi,

Dələn göz mərdümin neştər kimi, ey şux, muyindür.

Zəmanə, sazigar heç olmadun əhli-hal ilə,

Mana qismət qılan xuni-cigər bu qanlu cuyindür.

Bizə darül-əmandur, Saqiba, meyxanələr künci,

Gətür mey, saqiya, həmdəm mənə camü səbuyindür.

* * *

Sənün bu zülfüvi zəncir edən eşqi-cünunimdür,



Deməz xəm qaşlarun bu qamətimçün rəhnümunimdür.

Ləbündən almadum kam, olmadı əbrulərün mane`,

Gözün qurbanı, mane` kim mənim iqbali-dunimdür.

Sanur mülki-Süleyman(ə) görsə kim viranələr künci,

Sənün eşqündə getdi təxtü tac, sərnigunimdür.

Degül meyxanə içrə cami-mey kim sərnigun olmış,

Əlində saqiyi-gülçöhrənün bəxti-zəbunimdür.

Müsəlmansan, sorar məndən bizim bu zahidi-kəcbin,

141



Nə dəm mən, ey müsəlman, hər nəyəm, sirri-dərunimdür.

Ləbün bimari-eşqə çarədür, Saqibdən heç sorma,

Nə bilsün qədrini, qədrin bilən dərdi-füzunimdür.

* * *


 

Qıldum həzar tövbə mey içmüm, zərər verür,

Rənci-xumarə çarə nədür, dərdsər verür.

Etsəm məgər qiyamət olur, tövbə tövbdən,

Mənsiz həriflər içə, ləzzət məgər verür.

Keçmək olurmı söhbəti-ərbabi-haldən,

Ruhun qəzası yari-müvafiq səmər verür.

Çoxdur cəhanda silsileyi-kimiya əsər,

Yüz min Məsihə ruhi-rəvan sərbəsər verür.

Məcnun, cərəsdən eyləmə Leyli sorağıni,

Hər yerdə olsa, naləm ona tez xəbər verür.

Tuf, nanəcibi-dəhrün ola e`tibarinə,

Ol nanəcib nanəcibə taci-zər verür.

Saqib, şərab dürdinə səccadə ver girov,

Meyxanə piri mey sənə şamü səhər verür.

* * *


Mey sağərin öpər, mana ol məhliqa verür,

Zəhr olsa, nuşi-can edərəm, aşina verür.

Dürdi-şərabi versə mey üftadəsinə kim,

Qılsun yəqin ki, pirün əlinə əsa verür.

Bimar gözlərün eləyüb xəstə könlümi,

Əmma ona bu lə`li-ləbün tez dəva verür.

Kim bağlasa könül xəm zülfün kəməndinə,

Eylər ziyadə ömrini, bəxtin qəra verür.

Qıl ehtiraz qəmzə oxından bu məhvəşün,

142



Ey dil, itər qanun, sana kim xunbəha verür?

Kəsmə gözümdən ol səri-kuyün qübarıni,

Göz mərdüminə sürmə çəkəndə, ziya verür.

Səndən üzəndə dil, kimə mən dinü dil verüm,

Dil heç utanmayur, necə pəndi mana verür?

Təklif məscidə məni, zahid, çox eyləmə,

Başdan-əyağə sən kimi buyi-riya verür.

Tək bir işarə ilə nəlur, imtəhan qıl,

Eşqün yolında canıni Saqib fəda verür.

* * *


 

Əşkim bu sərvi-qədüvə nəşvü nüma verür,

Əmma mana qiyamə gələndə bəla verür.

Lə`lün həvasi çəkdi məni xüm əyağinə,

Gəh dərd artırur mana, gahi dəva verür.

Çəksəm əcəb degül gözə bu xaki-kuyüvi,

Ayinəyə cila, gözə nurü ziya verür.

Sən eylə mahparəsən, ey sərvqamətim,

Hər kim bu tiri-qəmzəvə canın fəda verür.

Qatdı fəğan naləmə ney ahü naləsin,

Hicründə aşinayə səda aşina verür.

Ey mahparə, xəncəri-qəmzön şəhidiyəm,

Qaşun qılıncı istəməmiş xunbəha verür.

Sövdayi-eşqi tərk eylə, ey bəxti qarə dil,

Məcnun başında quşlara viran yuva verür.

Rüsvayi-eşq şikvəyə dil açmasun gərək,

Möhnət yüki kəman kimi qəddin düta verür.

Ey bixəbər, cəhandə təqazayi-eşqdən,

Musayə bax, əsa yerinə əjdəha verür.

Bu buriyani məscidə, gəl çəkmə, zahida,

143



Aldatma xəlqi, sən kimi buyi-riya verür.

Şe`rin Füzulidən eyləmiş Saqib iqtibas,

Bais odur qəzəlləri ruhə səfa verür.

* * *


Nə qədr var qəmü qüssə dili-naşadə gəlür,

Şəbi-hicründə sənün ney kimi fəryadə gəlür.

Mən girov badeyi-gülfamə dilü din verdüm,

Zahidün yadinə təsbih ilə səccadə gəlür.

Sana aci görünür, rəşki-şəkərdür Şirin,

Acı olsa nə qədr, xoş genə Fərhadə gəlür.

Tab vermə, xəmi-əbrulərüvi oynatma,

Taği-mehrab sınar, naləvü fəryadə gəlür.

Etmə sərkeşligi kakil kimi, ey şirinləb,

Görgilən sağərə badə necə üftadə gəlür.

Verdün əğyarə könül, ahım odın gizlətdim,

Heyfim, ey məh, mənim ol hüsni-xudadadə gəlür.

Saqibə tə`n eləyür xəlq, neçün badə içür,

Vay o kəs halinə bir də bu qəmabadə gəlür.

* * *

 

Sənün gümanun əgərçi bu xəttü xalə gəlür,



Mənim gümanım odur qalmasun zəvalə, gəlür.

Görəndə hüsnüvi ayinədə baxub gülmə,

Bu gülməgün dalı vardur, min ahü nalə gəlür.

Demə həmişə qalur gül kimi ləbim, solmaz,

Solar, tələsməgilən bir yerə xəyalə gəlür.

Bu məstlikdən ayıl bir, cəmali-Yusifdür,

Şərab ilə dolu meyxanəyə piyalə gəlür.

Məlahətin yeri qalmaz, olar qübaralud,

144



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə