Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə30/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   26   27   28   29   30   31   32   33   ...   135

Əbrulərin kəmanilə həmnişindür.

Adəmfərib daneyi-xalun əsiriyəm,

Künci-ləbündə qibleyi-əhli-yəqindür.

Saqi, şərabi eyləmə təklif zahidə,

İçməz meyi, həram bilür, əhli-dindür.

Mən xanimanxərabi meyün yıx əyağinə,

Məstü xərab eylə məni, qəm kəmindür.

Dəryayi-eşqə girməgilən, Saqib, et həzər,

Qərq oldı kim ki, düşdi zibəski, dərindür.

* * *


Xəlqün nə içün həmişə işi ahü nalədür,

Hər bir dəqiqədə nə olub qəm həvalədür.

Sordum bu sirri əldə sınıq camü badədən,

Vaqif bu sirrə, get, dedi dinmə, piyalədür.

Kimdən edim sorağıni sordum piyalədən,

Verdi cəvab kuzəgər əgər bu halədür.

Bir pir kuzəgər mən ilə oldı həmnəfəs,

Bilmədi xəyalımi mənim ondan sualədür.

Səndə piyalə varmı mənimçün dedim, dedi,

Neyçün sənün bu xahişün əmri-məhalədür.

Sağərü piyalənün adı vardur ki, yox özi,

Xəlqün əbəs yerə həvəsi qeylü qalədür.

Sağər cəmali-Yusifədür, cami-Keyqubad,

Əmma piyalə nisbəti əbru hilalədür.

Kimdür səbuyi-xüm deyərəm tab etmisən,

Cəmşididür, Skəndər heyran bu halədür.



Sövdayi-dami-zülfinə düşmə bu məhvəşün,

Fəxri əgərçi ay kimi hüsnü cəmalədür.

* * *



 Etməzsən



135


 

Arizün, sərvqədim, lalə kimi rəngindür,

Təlxdür, içmə meyi-nabi, ləbün şirindür.

Oldı qan müşki-tər ahuyi-Xəta nafındə,

Bəs ki, bu türreyi-pürpiçlərün mişkindür.

Mən necə vahimə etmüm, gözüvün qurbani,

Gözləründən biri cəllad, biri şahindür.

Qoyma minnət, mana verdün bu ləbündən busə,

Mənə nə ləzzəti ilə şəkəri-Maçindür.

Dili-divanəmün hərgiz sana yoxdur dəxli,

Mübtəla qul kimi səndə bu qəra saçindür.

Qamətün sərv, qiyamət eləyür hər saət,

Qaşlarun tiğ, ləbün lə`l, rüxün pərvindür.

Zahidün məscidini meykədəyə döndərdün,

Saqiba, səndə əcəb dinü əcəb ayindür.

* * *


 

Qəmzön xədəngi ilə könül parə-parədür,

Min parə etməgə onı kimdən işarədür?

Salmış cəhanə fitnəni bu məst gözlərün,

Əlbət ki, fitnə zahir edər, bəs ki, qarədür.

Zülfün kəməndinə dili-divanələr əsir,

Bu xali-gəndümün nə deyürsən, nəkarədür.

Sən eylə mahparəsən, ey sərvqamətim,

Hüsnündə ayü gün işığı aşikarədür.

Sordum təbibə zəxmi-dili-parə-parəmi,

Bir ah çəkdi, baxdı dedi, bu nə yarədür?

Əl çəkdi, bildi navəki-müjgan yarasıdur,

Ey şux, çarəsi genə bir ox dübarədür.

Saqib, bu mahparələrün e`tibari yox,

136



Uymış rəqibə qəlbləri səngxarədür.

* * *


 

Xəm zülfində əsir oldı dil, itmək kimidür,

Heç kim əhvalıni bilməz, işi bitmək kimidür.

İçmə qan olmışı, qan oldı bu qan olmış dil,

Rəşkdən sağərü mey ləblərün əmmək kimidür.

Yıxma, sındırma dili-aşiqi, ey qaşı kəman,

Səngdil, urma cəfa daşıni eynək kimidür. 

Sinəmi çak eləyüb qəmzə oxun, mahvəşim,

Parə-parə dağılan min yerə könək

 kimidür.



Dedim əğyarə, gedürsən səri-kuyi-yarə,

Getmərəm, yox dedi, gördüm məni əkmək kimidür.

Necə xırxun sitəmindən eləmüm mən nalə,

Bitirübdür işimi, un kimi əzmək kimidür.

Yügürür məscidə zahid, gedüb əldən vətəni,

Bilməyür heç nə gəlür başinə, eşşək kimidür.

Ey deyən bilməyəcəksən nə olur iş axir,

Bilürəm mən nə olar, lap hələ bilmək kimidür.

Qiblə də qiblənüma də gedüb əldən, gedəcək,

Örtmə Qur`an ilə imanuvi, ölmək kimidür. 

* * *

Səndən yetən hər ləhzə mana cövrü sitəmdür,



Hicründə mana həmnəfəs ənduh ilə qəmdür.

Peyğam elədim könlümə səndən həzər etsün,

Əl çəkmədi, bu cövrün onunçün genə kəmdür.

Tərk etmədün, ey dil, bu kəmanqaşlarun eşqin,

Möhnət yükilə qəddimi, gör, bir necə xəmdür.

Hökm eylədi qəmzön oxına qanımi töksün,

 Köynək


137


Əbrulərüvün tiği əcəb əhli-kərəmdür.

Ey şux, həmişə bu gözəllik sana qalmaz,

Çox da bu rüxün bərgi-güli-baği-İrəmdür.

Dön bir əyağun altına bax, qaşı kəmanım,

Toprağə dönüb, Xosrovü Cəmşid ilə Cəmdür.

Bu deyri-dənidə nə səfa var, nə umursan,

Saqib, bizə hasil olanı dərdü ələmdür.

* * *


 

Tə`n etməgilə ol kəsə meyxanənişindür,

Şahid bu sözə ayeyi-Qur`ani-mübindür.

Gözlə özüvi, qeyri qiyas etmə özündən,

Pərdə dalısından xəbərün yox, o çətindür.

Sən yaxşılıq eylə, vəli pisdən həzər eylə,

Bir bəhrdü kim, qərq olusan, girmə dərindən.

Ey Leylini gögçək deməyən, gör, necə Məcnun,

Bilmiş anı kim, huriyi-firdovsi-bərindür.

Məcnun kimi mən də nola səhralərə düşsəm.

Bu mahi-cəbin fitnədü, qarətgəri-dindür.

Kim qan elədi bağrımi sordum çün o məhdən,

Göstərdi iki ləblərini, qatil həmindür.

Bu sərvi-qədün kuyinə, ey dil, güzər etmə,

Can qəsdinə əbrulərüvün tiği kəmindür.

Saqib baş əgüb səcdə edər vaizi görcək,

Təhtül-hənəkin eylə bilür həblül-mətindür.

* * *


Kim desə hüsnün sənün nisbət məhü xurşidədür,

Mən anı təhqiq qıldum, şübhəsiz, nadidədür.

Ey deyən, əl çək bu məhvəşdən, könül ver qeyriyə,

138



Ruzədarun dideyi-ümmidi mahi-eydədür.

Gözlərün kim, meypərəstlərtək xumaralud olub,

Mülki-Çin içrə Xəta ahusi ya xabidədür.

Bəsdür, ey zahid, bu qədri getmə, bəsdür, məscidə,

Bir rəhi-meyxanə dut, orda nələr, gör, çidədür.

Həqpərəstlik naşidür batinpərəstlikdən, vəli,

Aləmi viran qoyub təsbihə kim çəsbidədür.

Deyr içində səcdə eylər kim bütə, kafər demə,

Öz gözilə görgilə anı, nə sahibdidədür.

Eyləmək, Saqib, kəlimullahlıq izharıni.

Sanma asandur, həzaran tifli-sərbüridədür.

* * *


Təmənnayi-dili-zarım əgərçi məhliqalərdür,

Nə bilsün mahvəşlər rəsmini, ol bivəfalərdür.

Məlamət guşəsində kimsə bilməz necədür aləm,

Bilən əhvalımi hər sübhdəm badi-səbalərdür.

Könüldə daği-firqət, künci-qəm, qəmdür həmrazım,

Mənə cövr eyləyən əğyardür, yox, aşinalərdür.

Dəmadəm hicridə xunabi-çeşm altında pünhanəm,

Ənisim, munisim, həmdəm mənə bu ahü valərdür.

Qaşun fikrilə, cana, guşeyi-mehrabə meyl etdüm,

Təriqət əhlinə ol iki qaşun rəhnümalərdür.

Girəh dutdıqca zülfün, ey pəri, dil piçü tab eylər,

Əsiri-dilşikəstə zülfüvə bəxti qəralərdür.

Təmənna etmə hərgiz, Saqiba, bu mahvəşlərdən,

Mürüvvət rəsmini meyxanə dut, darüs-səfalərdür.

* * *

Könül bağındə qəddün cənnətün növrəs nihalidür,



139


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə