Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə19/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   15   16   17   18   19   20   21   22   ...   135

Bilür qədrini ol kəs, səcdeyi-xaki-səbu eylər.

Ləbi-yar ilə mən həmsöhbətəm ayineyi-dildə,

Durub mehrabdə zahid kim ilə göftügu eylər?

Əcəbdür eyləsəm izhari-nifrət gülsitanlardan,

Sevər cənnət gülin, rüxsari-yarı kim ki, bu eylər.

Dili-divanədən sordum neçün böylə pərişansan,

Dedi, çünki pərişan zülfini ol mahru eylər.

Dedim zəncirə, bir dəm əl gətür divanələrdən, keç,

Nigarun dutdı tari-zülfini göstərdi bu eylər.

Bu möhnətxaneyi-qürbətdə bilməz kimsə əhvalım,

Kimə izhar qılsam dərdimi, tez biabiru eylər.

Cəhanda, Saqiba, heç incimə yarun cəfasından,

Zəmanə əhli-hali incidür, bağrıni su eylər.

* * *


        

Dəri-meyxanədən zahid keçəndə hayü hu eylər,

Çəkər damən xərabi-badeyi-nabə, tufu eylər.

Edər təkfir camü badəni mehrab küncində,

Gedər xəlvətdə əmma badə dürdilə vüzu eylər.

Gəlür buyi-riya məscid yolında buriyasindən,

Qurar təzviri-damən xəlqçün, hur arizu eylər.

Könül, ta var ömrün, çəkmə əl meyxanə küncindən,

Qəmü ənduhə çarə saqi camü səbu eylər.

Şikayət eyləmə namərd dəhrün inqilabından,

Dəvam et, tərki-adət eyləməz cövrin, ədu eylər.

Könül, bir badə ver gülzari-hüsni heç xəzan olmaz,

Görəndə qamətini sərvi-novrəs sərfiru eylər.

Cəmalun əksi ilə eylərəm ayinədə söhbət,

Fəqihi-mədrəsə bica özilə göftügu eylər.

Dolanur başuva, göstərmə, növki-tiri-müjganun,

81



Dəmadəm aşiyani-zülfüvi dil cüstücu eylər.

Məlamət etmə, naseh, ney kimi Saqib fəğan etsə,

Sana cövrin dəmadəm, hər nəfəs bu mahiru eylər.

* * *


Müftiyi-şəhr badəni gərçi həram edər,

Saqi, gözün fədası, gətür, fikri-xam edər.

Gördüm fəqihi dün dutub əldə piyaləni,

Sandum şərabi-köhnəni meyli-təmam edər.

Əhsən dedim fəqihə əcəb badəxarsən,

Ərvahi-ənbiya sənə gögdən səlam edər.

Verdi cəvab, badə degül, xuni-xəlqdür,

İçsəm şərabi həq mənə duzəx məqam edər.

Ümmil-xəbaisi içsə hər kim əlacı yox,

Məhşər güni cəhənnəm anı kamə ram edər.

Xuni-dili-yətimi, get iç, gər hərifsən.

Bir qətrəsi səhihi-rəmimi-izam edər.

Övqaf qanı içgilə, abi-həyatdür,

Lə`nət şərabə həzrəti-xeyrül-ənam edər.

Əstəğfürüllah ilə alur həşt cənnəti,

Ol kimsə ki, cəhandə gedüb qətli-am edər.

Meyxanə naz, saqiyi-gülçöhrə damdür,

Rindi-şərabxarə fəribi-əvam edər.

Sufi həram edübdü bizə sərfi-badəni,

Saqib ki, heyf, saqiyə təklifi-cam edər.

* * *

Çox ahü nalə, könül, etmə xoş zəmanə yetər,



Ki, şəm` dövrinə pərvanə yanə-yanə yetər.

Gəhi gədadən, gəh şahidən zühur eylər,

82



Sifati-məzhəri-həq ki, şəbanə yetər.

Nə ruhi-Məryəmə nəfx oldı, diqqət eyləgilən,

Məbada eyləyəsən səhv, kim gümanə yetər.

Təvafi-Kə`bəyə, zahid, çağırma Məcnuni,

Rəhi-kuyi-Leylidən üz, görək nə yanə yetər.

Çox açma balü pər əflakə abü daneyçün,

Hüma kimi qanadun tiri-xunçəkanə yetər.

Gədadə, şahdə yox fərq, iksi də birdür,

Kəmal şərtidür, əhli-kəmal kanə yetər.

Qəfəsdə eyləmə çox ahü naləni, bülbül,

Qarışdı xarə, gülü gülistan xəzanə yetər.

Əcəb degül dili-divanə dami-zülfündə,

Əsir düşsə, qaçan quşlar aşiyanə yetər.

Xəbər alanda nolur hali-aşiqi-zari,

Fəğanım hər gecə hicründə asimanə yetər.

Rəqib vəslinə yetdi bu məhvəşün, ey dil,

Şəbi-fəraq sana naleyi-şəbanə yetər.

Gözümdə məskən edüb tiri-navəki-qəmzön,

Əyağuvi, qoy öpüm, bari, xunbəhanə yetər.

Qəzəldə zövq nədür zahid anlamaz, Saqib,

Bu rütbə şövqi, bu e`caz nüktədanə yetər.

* * *


Şərab içün mana, saqi, dolı qürabə yetər,

Nədür piyalə, məni-xanimanxərabə yetər.

Sual etsön əgər dürdi-badə müzdindən,

Gümanımız bu sınıq sağərü şərabə yetər.

Yapuşsa kim əlimə bir əyaği-badə ilən,

Gər olsa həşr güni, hədsiz səvabə yetər.

Dağıtma arizə giysuyi-ənbərəfşani,

83



Dutulsa gün yüzi, aləmlər iztirabə yetər.

Yanan od içrə ilan kimi qıvrular könlüm,

Haçan ki, şanə bu giysuyi-piçü tabə yetər.

Şərareyi-rüxüvə lalə yandı gülşəndə,

Bu şö`lənün odı axırda afitabə yetər.

Əsir qıl dili-divanəmi, kəmanəbru,

Bu kakilündə durubdur tənab-tənabə yetər.

Bu şuxun eyləsə kim xalunun təmənnasın,

Cəhani məhv eləyən tazə inqilabə yetər.

Bu mahparənün ağzından öpsə kim, Saqib,

Tapar xəzineyi-Qarunı, lə`li-nabə yetər.

* * *


 

Tökər bu qəmzə oxun qanımi bəhanə yetər,

Dəgən zəmanda mana, naləm asimanə yetər.

Olanda pir biri qanıni tökərlərmi məgər?

Tələsmə, növbəti qan tökməgün cəvanə yetər.

Fəğan ilə gülə yetmək olarmı, ey bülbül,

Ki, şəm`ə, gör, necə pərvanə yanə-yanə yetər.

Xəm oldı qamətim əbrulərün xəyalilə,

Kəmanəbru, qəmi-kəman gümanə yetər.

Könül bu tiri-müjönlə əlaqə etmədədür,

Çifaydə, bu oxun çeşmi-xunçəkanə yetər.

Qaşun qılıncına hökm eylə qanımi töksün,

Gözündə qəsdi-can eylər məgər ki, anə yetər.

Xərabə məscidi, Saqib, verür sana zahid,

Əlində cam ona ancaq şərabxanə yetər.

Təfaxür etməgilən bir də hüsnüvün gülünə,

Əsər xəzan yeli, axır bu gül xəzanə yetər.

Qılınc bağlamaq ilə deməzlər sən kişisən,

84



Kişilik aləmi meydanda imtəhanə yetər.

Şikayət eyləmə çox, e`tibarımız getdi,

Tələsmə, səbr elə, xoşbəxt bir zəmanə yetər.

* * *


    

Kim içsə mey ləbün fikrilə qanə düşər,

Qanı aradən itər, mən kimi ziyanə düşər.

Rəqibə vermə könül, qoyma kuyüvə gəlsün,

Əlinə gündə onun gəlməgə bəhanə düşər.

Vıranda tab qaşun tiğinə, kəmanəbru,

Xəbər ki, dutmayacaqsan nə lərzə canə düşər.

Bu tiri-qəmzəvi çox vırma könlümün quşına,

Ona bu künci-ləbündə bu qarə danə düşər.

Batanda ay, yanıma gəlgilən mənim, ey məh,

Gözün fədası olum, xəlq bədgümanə düşər.

Vəli bu pərtövi-hüsnün deyir bu gülməgüvi,

Günəş çıxanda onun nuri hər məkanə düşər.

Təvaf etməgə pərvanə şəm`i-rüxsarun,

Əyağinə odın ol dəmdə yanə-yanə düşər.

Dağıtma səfheyi-rüxsarə zülfi-pürçinün,

Ki, tazədəb genə aşub bu cəhanə düşər.

Qəzəldən hər yetən hər ləhzə dəm vırar, Saqib,

Dəxi xəyal eləməz naşi nüktədanə düşər.

* * *


 

Badə içdim ləbüvün fikrilə sağər-sağər,

Qoy desün zahidi-bixud mana, kafər-kafər.

Könlümi qəmzə oxıyla elə parə-parə,

Bu dəli, ləblərüvi öpməgin istər, istər.

Can alur, baxsa gözün hər kəsə heyran-heyran,

85



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə