Azərbaycan miLLİ elmlər akademiyasi naxçivan böLMƏSİ



Yüklə 5,32 Mb.
Pdf görüntüsü
səhifə57/205
tarix06.05.2018
ölçüsü5,32 Mb.
#42063
1   ...   53   54   55   56   57   58   59   60   ...   205

Azərbaycan  Respublikasında  bu  sahə  son  illərdə  daim  diqqət 

mərkəzində  saxlanılmışdır.  Belə  ki,  1990--cı  illərin  əvvələrində 

iqtisadiyyatın  böhran  vəziyyətində  olması  və  onun  aradan 

qaldırılması 

üçün 

səmərəli 



tədbirlərin 

görülməməsi, 

inflyasiyanın 

günbəgün 

artması  əhalinin 

sosial-iqtsadi 

vəziyyətini  daha  da  pisləşdirmişdir.  1991-1994-cü  illərdə 

əhalinin  pul  gəlirləri  3,6  dəfə  aşağı  düşmüş,  ilbəil  Respublika 

əhalisinin  pul  gəlirləri  adambaşına  orta  hesabla  1,4  dəfə 

azalmışdır.  Lakin  iqtisadiyyatın  inkişaf etdirilməsi  və  xalqın 

rifahının  yaxşılaşdırılması  istiqamətində  Ümummilli  Lider 

H.Əliyevin  yeritdiyi  məqsədyönlü  iqtisadi  siyasət  və  tədbirlər 

hesabına  1995-ci  ildən  başlayaraq iqtisadiyyatın  sabit inkişafı 

təmin  olunmuş,  iqtisadi-siyasətin  sosial  yönümlülüyünün 

artırılması  üçün  əlverişli  şərait  yaranmışdır.  1995-ci  ilədən 

başlayaraq  əhalinin  real  pul  gəlirləri  3  dəfə  artmışdır.  Ölkə 

əhalisinin  sosial-iqtisadi  vəziyyətinin  yaxşılaşdırılmasının 

başlıca  istiqamətlərindən  biri  də  son  illərdə  özəl  sektorun  və 

sahibkarlığın inkişaf etdirilməsi sahəsində görülən  ardıcıl  işlər 

və  əhalinin  gəlirlərinin  strukturunda  sahibkarlıq  fəaliyyətin­

dən daxil  olmaların xüsusi çəkisinin artması olmuşdur.

Əməyin  ödənilməsi  sahəsində  də  son  illər  aparılmış 

islahatlar  əmək  haqqı  sistemində  yaranmış  uyğunsuzluqlarm 

aradan  qaldırılmasına  xidmət  etmişdir.  Belə  ki,  xalq 

təsərrüfatında  işləyən  fəhlə  və  qulluqçuların,  idarəetmə 

orqanlarının  işçilərinin  və  hərbi  qulluçuların  əmyəinin 

ödənilməsində  vahid  tarif  cədvəlləri  hazırlanıb  təsdiq 

edilmişdir.

Respublikada  sosial  yönümlü  bazar  iqtsadiyyatının 

yaradılması  məqsədilə  və  əhalinin,  xüsusi  ilə  az  təminatlı 

ailələrin  sosial  müdafiəsinin  yaxşılaşdırılması  ilə  əlaqədar  bir 

çox  əhəmiyyətli  tədbirlər  hazırlanmış  və  həyata  keçirilmişdir. 

Əhalinin  sosial  müdafiəsinin  gücləndirilməsi  ilə  əlaqədar 

1993-cü  ilin  iyun  ayından  etibarən  40-a  yaxın  Qanun  qəbul 

edilmiş,  müvafiq  Fərman  və  sərəncamlar  imzalanmışdır. 

Əhalinin  sosial  müdafiəsinin  istiqamətləri  genişləndirilmiş,

173



təqaüdçülərin,  şəhid  ailələrinin,  əlillərin,  ailə  başçısını 

itirənlərin,  habelə  müxtəlif komitələrdə,  təşkilatlarda,  hüquq- 

mühafizə  orqanlarında  çalışan  fəhlə  və  qulluqçuların  təqaüd 

və 


müavinətlərinin 

təminatında, 

əmək 

haqqlarının 



artırılmasında  ciddi  yeniliklər  və  dönüş  baş  vermişdir.  1993- 

ciı  il  03  sentyabr  tarixdə  qəbul  edilmiş  «Şəhid  adının 

əbədiləşdirilməsi 

və 


şəhid 

ailələrinə 

edilən 

güzəştlər 



haqqında» 

Azərbaycan 

Respublikası 

Qanununun 

və 

«Azərbaycan  Respublikası  ərazisini  erməni  təcavüzündən 



müdafiə  edərkən  əlil  olmuş  şəxslərin  sosial  müdafiəsinin 

yaxşılaşdırılması 

haqqında» 

Azərbaycan 

Respublikası 

Prezidentinin  26  Avqust  1994-cü  il  tarixli  Fərmanı  ilə  20 

mindən  artıq  şəhid  ailəsinə  və  əlillərə  müxtəlif  güzəştlər 

verilmiş,  onların  mənzil-məişət  şəraitinin  yaxşılaşdırılması 

istiqamətində mühüm  tədbirlər  görülmüşdür  (4).  Azərbaycan 

Respublikası  Prezidentinin  «Hərbi  xidmət  vəzifələrini  yerinə 

yetirərkən  əlil  olmuş  hərbi  qulluqçuların  təqaüdünə  əlavə 

aylıq  müavinətlərin  təyin  edilməsi  haqqında»  30  may  1998-ci 

il  tarixli  715  saylı  fərmanı  əsasında  respublika  ərazisini 

müdafiə  edərkən  əlil  olmuş  1-ci,  2-ci  və  3-ci'ı  qrup  hərbi 

qulluqçuların  təqaüdlərinə yenidən  baxılmış və onların  maddi 

rifah halının xeyli yaxşılaşdırılması  təmin edilmişdir.  Əhalinin 

sosial  müdafiəsinin  gücləndirilməsi  məqsədi  ilə  Azərbaycan 

Respublikası 

Prezidentinin 

«Pedaqoji 

işçilərin, 

ahıl 


vətəndaşların,  1-ci  və  2-ci  qrup  əlillərin,  Çernobıl  qəzası 

əlillərinin  sosial  müdafiəsi  haqqında»  17  iyunl997-ci  il  tarixli 

fərmanı  ilə  iqtisadiyyatın  inkişafına 

və  müəssisələrin 

dirçəlməsinə  mənfi  təsir  göstərən  bir  sıra  qeyri-vergi 

güzəştlərinin  ləğv  olunması  zəruriətini  nəzərə  alaraq  və  bu 

güzəştlərdən 

istifadə 

edən 

pedaqoji 



işçilərin, 

əlil 


vətəndaşların,  1-ci  və  2-ci  qrup  əlillərin,  Çernobıl  qəzası 

əlillərinin  sosial  müdafiəsini  təmin  etmək  üçün  1997-ci  il  iyul 

ayının  1-dən  pedaqoji  işçilərin  aylıq  vəzifə  maaşları  30  faiz,

2003-cü  ildən  isə  50  faiz  artırılması  təmin  edilmişdir. 

Azərbaycan  Respublikası  Prezidentinin  13  iyul  1999-cu  il

174



tarixli  fərmanı  ilə  dövlət  büdcəsindən  maliyyələşdirilən  bir 

qrup  komitə  və  nazirliklərdə  çalışan  fəhlə  və  qulluqçuların 

aylıq  vəzifə  maaşları  01  avqust  1999-cu  ildən  etibarən  1,8 

dəfə,  2001-ci  il  04 yanvar  tarixli  sərəncamı  əsasında  isə  dövlət 

büdcəsindən  maliyyələşdirilən  icra  və  məhkəmə  hakimiyyəti 

orqanları  işçilərinin  aylıq  vəzifə  maaşları  2001-ci  il  fevral 

ayının  1-dən  1,5  dəfə,  dövlət  qulluğu  haqqında  qanuna  görə 

isə 2004-cü  ilin  sentyabr ayından etibarən  dövlət  büdcəsindən 

maliyyələşən  icra  orqanları  işçilərinin  vəzifə  maaşları  üç 

dəfədən 


çox 

artırılmışdır. 

«Azərbaycan 

Respublikası 

Regionların  sosial-iqtisadi  inkişafı  Dövlət  Proqramında 

(2004-2008-ci  illər)»  nəzərdə  tutulmuş  tədbirlərin  həyata 

keçirilməsi  ölkənin  sosial-iqtisadi  inkişafında  vacib  mərhələ 

olacaqdır.  Belə  ki,  qarşıdan  gələn  5  il  müddətində  ölkədə 

ümumilikdə  600.000  yeni  iş  yeri  yaradılacaq  və  əhalinin  orta 

aylıq  əmək  haqqı  3,1  dəfə  artırılacaqdır.  Bü  isə əhalinin  rifah 

halının yaxşılaşdırılmasında mühüm rol oynayacaqdır (3).

Bütün 


bunlar 

əhalinin 

rifahının 

daha 


da 

yaxşılaşdırılması  məsələlərinin  ön  planda  durmasını  və 

əhalinin  sosial-iqtisadi  təminatının  daim  dövlətin  nəzarətində 

olmasını göstərir.

İstehal  infrastrukturunun  formalaşması  və  inkişafına 

təsiri  baxımından  ölkədə  mövcud  olan  demoqrafik  vəziyyət 

tədqiq edilərkən aşağıdakı nəticələr əldə edilmişdir:

1.  Makroiqtisadi  səviyyədə  istehsal  infrastrukturunun 

formalaşması  və  inkişafına  ölkənin  demoqrafik  vəziyyətinin 

təsiri müstəsna əhəmiyyətə malikdir;

2.  Azərbaycan  üçün  əhalinin  doğum  səviyyəsinin  aşağı 

düşməsi,  ölüm  səviyyəsinin  yuxarı  olması,  əhalinin  artım 

sürətinin  azalması,  gözlənilən  ömür müddətinin  aşağı  olması, 

sağlamlığın  pisləşməsi,  miqrasiya  saldosunun  mənfi  olması, 

istehsal  sahələrində  çalışan  əhalinin  sayının  azalması  və  s. 

xarakterikdir;

3.  Ölkədə demoqrafiya  prosesinə  təsir göstərmək üçün 

aparılan dövlət siyasəti tələb olunan səviyyədə deyildir;

175



Yüklə 5,32 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   205




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə