62
Şəkil 43.
Bu səviyyədən aşağıda qazıntı sahəsinin şərq tərəfində böyük oval
ocağın qalıqları, cənub tərəfdə isə kiçik həcmli dairəvi ocağın
bir hissəsi aşkar
olundu. Ocağın diametri 40 sm-idi. Hər iki ocağın müəyyən hissəsi qazıntı
sahəsindən kənara çıxdığı üçün onların tam planını müəyyən etmək mümkün
olmamışdır. İkinci ocağın (E206) kənarları ensiz badla əhatə olunmuş və
odun təsirindən qızarmışdı. Sahənin qərb tərəfində oval formalı iri ocağın
qalıqları da aşkar olundu. Onun diametri 1, 2 m idi. İçərisi boz rəngli küllə
dolmuşdu.
Sahədə aşkar olunan döşəmə qalıqları və qapı daşı götürüldükdən
sonra, sahənin mərkəzi hissəsində diametri 45 sm olan ocaq aşkar olundu
(E210). İçərisi boz rəngli kül və kömür qalıqları ilə dolmuşdu. Ocağın
ətrafında döşəmə üzərində müxtəlif keramika nümunələri var idi. Keramika
çəhrayı rəngdə bişirilmiş qabın parçalarından ibarət idi. Qazıntı sahəsinin şərq
və qərb divarı yaxınlığında kiçik həcmli ocaqların qalıqları qeydə alındı.
Tədqiqat zamanı 947.06 m dərinlikdə insan skeletinin skelet qalıqları
(E214), onun ətrafında həsir qalıqları aşkar olundu (Şəkil 44). Skeletin kəlləsi
qərb, ayaqları şərq istiqamətində idi. Bükülü halda əlləri üzünə qaldırılmış
halda dəfn edilmişdi. Skeletin boğaz hissəsində muncuqlardan ibarət
boyunbağı, kəlləsinin altında oxra olduğu müəyyən olundu. Skeletin
sümükləri qırmızı rəngdə idi. Ehtimal ki, dəfn zamanı mərhumun üzərinə də
oxra səpilmişdir. Onun yaxınlığında sahənin şimal tərəfində buynuzdan