40
таблица VI, 7] Neolit dövrünün xüsusiyyətlərini özündə əks etdirir. Abidə
çoxtəbəqəli olması, arxitektura və digər artefaktların timsalında arxeoloji
mədəniyyətlərin varislik qanunauyğunluğu baxımından diqqəti cəlb edir.
Aparılan tədqiqatlar Neolit mədəniyyətinin mənşəyi, istehsal təsərrüfatının
formalaşması və təkamülü prosesini sistematik olaraq izləmək baxımından
abidənin xüsusi əhəmiyyətə malik olduğunu göstərir.
41
Şəkil 11. Kültəpədə qazıntı sahələrinin planı (2015).
Şəkil 12. Qazıntı sahələrinin ümumi görünüşü.
42
Şəkil 13. F və D sahələrinin ümumi görünüşü.
Şəkil 14. F sahəsində aşkar olunan manqal tipli qab.
43
Şəkil 15. F sahəsində aşkar olunan dairəvi binanın qalıqları.
Şəkil 16. D sahəsində aşkar olunan dairəvi binanın qalıqları.
44
Şəkil 17. F sahəsində aşkar olunan divarın və ocağın qalıqları
Şəkil 18. E sahəsində aşkar olunan tikinti qalıqları və ocaqlar.
45
Şəkil 19. E sahəsində aşkar olunmuş təsərrüfat çuxuru.
Şəkil 20. E sahəsində aşkar olunmuş daşla çevrili ocaq.
46
Şəkil 21. İçərisində qırmızı boyaq olan gil qab.
Şəkil 22. E sahəsindən aşkar olunmuş gil qablar.
47
Şəkil 23. D sahəsindən aşkar olunmuş gil qab.
Şəkil 24. E kvadratının relyef bəzəməli keramikası.
48
Şəkil 25. G sahəsinin planı.
Şəkil 26. A sahəsində döşəmə qalıqları.
49
Şəkil 27. I Kültəpənin Neolit dövrünə aid dəfn adəti.
Şəkil 28. Kültəpədə yoxlama qazıntısı.
50
IV FƏSİL. KÜLTƏPƏ YAŞAYIŞ YERİNDƏ 2016-CI İLDƏ APARILAN
AXEOLOJİ ARAŞDIRMALAR
2016-cı ildə A, D, F, J, G və E sahələrində araşdırmalar aparılmışdır.
D və F sahələrində başlıca olaraq təmizləmə işləri aparılmış A, G, J və E
sahələri isə geniş tədqiqatlarla öyrənilmişdir.
A sahəsi
A sahəsində aparılan qazıntıların məqsədi əvvəlki illərdə aşkar
olunmuş iki binanın strukturunu müəyyən etməkdən ibarət idi. Birinci bina
qazıntının cənub tərəfində yerləşirdi və onun yalnız bir hissəsi aşkar olunmuş,
digər hissəsi isə qazıntı sahəsindən kənarda qalmışdı. Bu binaya aid divarların
bir qismi 2013-cü ildə aparılan qazıntılar zamanı aşkar olunmuşdu. İkinci
bina 2013-cü ildə sahənin şimal hissəsində kəsik təmizlənərkən müəyyən
edilmişdi. 2015-ci ildə bu binaya aid divarların yalnız üst qismi aşkar
olunmuşdu.
Şəkil 29. A sahəsində döşəmə qalıqları.
2015-ci ildə bu sahədəki qazıntılar içərisinə daş döşənmiş böyük
ocağın qazıntısı ilə başa çatmışdı (A165). Bu ocaq binaların xaricində
51
yerləşirdi və xronoloji baxımdan bu iki binadan sonrakı dövrə aid idi. 2016-cı
ildə bu ocaq götürülərək ondan aşağıdakı təbəqə qazılmağa başladı. Qazıntı
zamanı müəyyən olundu ki, ocaq təqribən 15 sm qalınlığı olan gil təbəqənin
üzərində inşa olunub. Bu qalın gil təbəqədən altda biz yeni məskunlaşma
təbəqəsi ilə rastlaşdıq. Bu məskunlaşma sahəsi üzərinə kül dağılmış, ağac
kömürünün qalıqları səpələnmiş tünd rəngli döşəmə, əmək fəaliyyətinin əks
etdirən xüsusiyyətlərlə, məsələn kiçik ocaqlar, döşəməyə basdırılmış
küpələrlə xarakterizə olunurdu. Belə hesab edirik ki, bu sahə evdən kənarda
qurulan iş yeri olmuşdur (Şəkil 29).
Şəkil 30.
Qazıntı zamanı müəyyən olundu ki, bu sahə uzun müddət istifadə
olunmuş və bir neçə dəfə təzələnmişdir. Bu həmçinin bir birini kəsən
ocaqlardan və yan yana basdırılmış üç küpənin vəziyyəti ilə də müəyyən
olunurdu. İkinci küpə basdırılarkən ilk məskunlaşma zamanı basdırılmış
küpənin bir tərəfi dağıdılmışdı. İkinci banka isə bu sahədəki döşəmənin
təmizlənərək yenidən qurulması və üçüncü küpənin basdırılması zamanı
52
dağıdılmışdı. Ona görə də biz deyə bilərik ki, bu iş sahəsi uzun müddət
istifadə olunmuş və ən azından üç mərhələdən keçmişdir. Stratiqrafiq
baxımdan dəyərləndirsək bu evdən kənar iş sahəsinin iki bina ilə eyni dövrdə
fəaliyyət göstərdiyini demək olar.
Şəkil 31.
Bu iş sahəsindən aşağıda əvvəlki təbəqəni örtən gil təbəqədə qazılmış
qəbir aşkar olundu (A229). Bu qəbir iki binaya aid yaşayışın kəsilməsindən
sonrakı dövrə aiddir (Şəkil 30). Bu qəbirdəki skelet yeniyetmə insana aid idi
və yaxşı saxlanmamışdı.
Qazıntı sahəsinin şimal tərəfində əsas məqsəd binanın içəri tərəfini
araşdırmaq idi. İlk tədqiqatlar zamanı arxitektura qalığı olmayan bir neçə
məskunlaşma mərhələsi binanın tərk edildiyi dövrdən sonrakı mərhələyə aid
Dostları ilə paylaş: |