6
I FƏSİL. KÜLTƏPƏDƏ 2013-CÜ İLDƏ APARILMIŞ ARXEOLOJİ
TƏDQİQATLAR
1
Cənubi Qafqazda, o cümlədən Azərbaycanda erkən əkinçilik
mədəniyyətlərinin öyrənilməsində mühüm əhəmiyyəti olan abidələrdən biri
də Naxçıvanda yerləşən Kültəpə yaşayış yeridir. Yaşayış yeri arxeoloji
ədəbiyyata həmçinin I Kültəpə adı ilə daxil olmuşdur. Məlum
olduğu kimi, bu
abidənin tədqiqi XX əsrin 50-ciillərində başlanmışdır. O.H.Həbibullayev
yaşayış yerinin ən aşağıda yerləşən “1a” təbəqəsini Neolit dövrünə, “1b”
təbəqəsini isə Eneolit dövrünə aid etmişdir (Həbibullayev, 1959: 14). Lakin
tədqiqatçı sonrakı əsərlərində bu fikirdən imtina edərək hər iki təbəqəni
Eneolit dövrünə aid etmişdir (Абибуллаев, 1982: 24). Kültəpənin “1a”
təbəqəsi bir müddət arxeoloji ədəbiyyatda Eneolit mədəniyyəti kimi
xarakterizə edilsə də (Мунчаев, 1982: 93-131) hazırda abidənin bu təbəqəsi
Neolit dövrünə aid edilməkdədir (Нариманов, 1987: 133; Kushnareva, 1997:
30-40; Seyidov, 2003: 21, 39-40). Kültəpə son vaxtlaradək Naxçıvanda
Neolit
dövrünə aid edilən yeganə abidə idi
2
. Kültəpənin Neolit dövrünə aid
təbəqəsinin materialları yaxşı nəşr edilmədiyindən və karbon analizlərinin
nəticələri köhnəldiyindən Azərbaycanın bu qədim diyarının Neolit dövrü
haqqında bitkin məlumat əldə etmək olduqca çətindir. Buna görə də Kültəpə
yaşayış yerində 1951-1964-cü illərdə aşkar olunan arxeoloji materialların
yenidən araşdırılaraq nəşr edilməsi nəzərdə tutulmuşdur
3
. Digər tərəfdən
2006-cı ildən Duzdağda aparılan araşdırmalar qədim duz mədənlərinin daha
çox Naxçıvançay vadisində yerləşən abidələrlə bağlı olduğunu göstərmişdir.
Belə ki, Duzdağda aşkar olunan əmək alətlərinin bənzərləri I Kültəpə və II
Kültəpə yaşayış yerlərində daha çox rast gəlinir. Mədən sənayesinin meydana
gəlməsi və inkişafı tarixinin öyrənilməsi üçün də Kültəpə yaşayış yerinin
tədqiqinə ehtiyac vardır. Kültəpə yaşayış yerinin Neolit və Eneolit dövrü
1
Bu iş Azərbaycan Respublikası Prezidenti yanında Elmin İnkişafı Fondunun
maliyə yardımı ilə yerinə yetirilmişdir, qrant № EİF-2012-2(6)-39/28/5/.
Araşdırmalara həmçinin Fransa Milli Araşdırmalar Mərkəzi maliyə yardımı
etmişdir.
2
Hazırda Naxçıvanda Neolit dövrünə aid yeni abidələr aşkar olunmuşdur. Bax:
Bakhshaliyev V., Seyidov A. New Findings from the Settlement of Sadarak
(Nakhchivan-Azerbaijan) // Anatolia Antiqua, XXI, 2013, p. 1-21.
3
Bu iş AMEA NB və Fransa Milli Araşdırmalar Mərkəzinin xüsusi layihəsi
əsasında yerinə yetiriləcəkdir.
7
haqqında geniş məlumat əldə etmək və təbəqələrin necə saxlandığını
aydınlaşdırmaq məqsədi ilə 2013-cü ildə burada kəşfiyyat xarakterli
araşdırmalar aparılmışdır. Araşdırmalar Fransa Milli Elmi Araşdırmalar
Mərkəzinin əməkdaşları ilə birlikdə aparılmışdır. Yaşayış yerində 2013-cü
ildə aparılan araşdırmaların məqsədi Neolit və Eneolit dövrünə aid sağlam
qalmış təbəqələri müəyyənləşdirmək və gələcək araşdırmalar üçün təməl
yaratmaqdan ibarət idi.
Kültəpə yaşayış yerində 2013-cü ildə iki sahədə qazıntı aparılmış, iki
sahədə isə təmizləmə işləri aparılmışdır
4
. Birinci qazıntı sahəsi
O.H.Həbibullayevin vaxtilə tədqiqat apardığı sahənin kənarında (
A kvadratı,
sahəsi 5x5m) qoyuldu. Bu sahədəki qazıntılar zamanı abidənin üzərində
qazılmış çuxurların müasir dövrə aid məişət qalıqları ilə dolduğu müəyyən
olundu. Məişət qalıqları təmizləndikdən sonra Neolit dövrünə aid maddi-
mədəniyyət qalıqları ilə zəngin olan təbəqə aşkar olundu. Qazıntı sahəsi uçub-
tökülmüş kərpic tikintinin qalıqları ilə örtülmüşdü. Tədqiqat zamanı bir-birini
əvəz edən bir neçə tikinti qatının olduğu müəyyən edilmişdir. Eyni rəngli
təbəqədə divar qalıqlarını aşkar etmək çətin olsa da 1, 5 m dərinlikdə dairəvi
formalı kərpic divarın qalıqlarını müəyyən etmək mümkün oldu. Divarın
yalnız bir hissəsi salamat qalmışdı. Kəsikdə gildən hazırlanmış kərpic və
möhrə bloklar aydın şəkildə seçilirdi. Divar qalığı 0,8 m hündürlükdə
saxlanmışdı. Otaq qalığının iç tərəfində saxlanan mədəni qatlar onun uzun
müddət istifadə olunduğunu və döşəmənin tədricən yüksəldiyini göstərir.
Onun içəri tərəfində Neolit dövrünə aid maddi-mədəniyyət qalıqları, o
cümlədən dairəvi formalı ocaqlar aşkar olundu. Ocaqların içərisi boz rəngli
küllə dolmuşdu. Onların müxtəlif dərinlikdə yerləşməsi ocaqların tez-tez yer
dəyişdiyini göstərirdi. Ocaqların ətrafında sərt gil döşəmənin üzərinə kül
yayılmış, bəzi yerlərdə döşəmə qızarmışdı. Bununla belə bu sahədə maddi-
mədəniyyət qalıqları, o cümlədən keramika məmulatı olduqca az idi. Erkən
Tunc dövrünə aid az miqdarda keramika yalnız
üst laylarda aşkar olunmuş, alt
laylarda isə ona rast gəlinməmişdir. Beləliklə müəyyən olundu ki, abidənin bu
hissəsində Tunc dövrü təbəqəsi O.H.Həbibullayevin tədqiqatları zamanı
tamamilə tükənmişdir. Bu isə Neolit dövrünə aid təbəqənin bir qisminin
toxunulmaz qaldığını göstərirdi.
4
Qazıntı sahələri müəyyənləşdirilərkən yerli əhalinin, o cümlədən 1951-1964-cü il
qazıntılarında iştirak edən sakinlərin fikirlərindən yararlanılmışdır. Bizə kömək
etdiklərinə görə Kültəpə kəndinin sakinlərinə minnətdarlığımızı bildiririk.