TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
la”, tarra
“taxıl” (277, II, 345-347), qədim uyğur dilində
taraγ “toxum” (ЭСТЯ, III, 158) mənalarını ifadə etmişdir.
Dem
əli, tari- biçimi *tar+i formasında kök+şəkilçi
birikm
əsinə uğramışdır. E.V.Sevortyan *tar kök morfemini
“
əkin yeri, tarla” anlamında bərpa edir (ЭСТЯ, III, 158).
A.R
əhimov M.Kaşğarinın “Divanı”nda işlənən tarıq “əkin,
bitki, buğda” və müasir Azərbaycan dilində işlənən darı sö-
zünün d
ə *tar kök morfemindən yarandığını göstərir (65,
67). B.A.
Əhmədov türk dillərindəki tarlaq “əkin sahəsi”,
tartın “məhsul” sözləri ilə tarla sözünün qohum olduğunu
qeyd edir (ADQEL, 266). Dem
əli, darı // tarı sözü də mor-
fonoloji
inkişaf nəticəsində sonuncu samitini itirən sözlər-
d
ən biridir. Yəni darı sözünün ilkin forması tarığ olmuş,
sonradan
tarı // darı şəklinə keçmişdir. Qədim qaynaqlarda
darı sözünün daha çox tarı variantında işlənməsi də sübut
edir ki, h
əmin sözün kar anlautu daha qədimdir.
Göründüyü kimi, bütün derivatlarda sabit t
ərəf, də-
yişməz komponent tar hissəsidir. Ümumiyyətlə, bu üsulla,
y
əni analoji derivatları müqayisə etməklə ilkin kök morfe-
mi v
ə ya söz yuvasını müəyyənləşdirmək mümkündür. Bu
metodda semantik meyar da n
əzərə alınmalıdır. Qədim
türk ya
zılı mənbələrində tarı- “əkin əkmək”, tarığçı “kənd
t
əsərrüfatı işçisi”, tarığ “əkin sahəsi, taxıl, darı, toxum,
m
ənşə, soy” mənalarındadır (64, IV, 440). XIV əsrdə türk
dill
ərində taramak- “taxıl səpmək”, tarlağ “əkin sahəsi”
anlam
larını ifadə etmişdir (ИССТЯ, 85). M.Kaşğarinın lü-
ğətində tarıt- sözü “əkinçilik etmək” mənasında verilmiş-
dir (DLTT, IV, 579).
Tarla sözünün m
ənşəyini digər köklərlə də bağlayan-
lar olmuşdur. Məsələn, Ş.Sami tarla sözünün kökünü tara-
197
BABA MƏHƏRRƏMLİ
mak- “daramaq, t
əmizləmək” feili ilə əlaqələndirir (KT,
1168). Ancaq bu f
ərziyyə digər analoji derivatların təh-
lilind
ə özünü doğrultmur. N.Budayev yapon dilindəki tane
“ta
xıl, dən” sözü ilə türk dillərindəki tarı “darı” sözünü qar-
şılaşdırır (129, 185). Yapon mifologiyasında Ta-no Kami
“tarla Al
lahı”dır (МНМ, 493). Müqayisə edək: qəd.yap. ta
“tarla” (262, 20, 71), kor. tta “torpaq”, kom.
tı “tarla” (106,
125), Sib.tat. tara, tuv. tara “çör
ək, taxıl”, tof. dara “taxıl
əkini”, ev. tari “əkmək”, rus.dial. tara “darı” (ЭСРДС,
533), kalm. taran
“taxıl” (СНГТ, 544), mon.-xal. taria, ev.
taria “çör
ək, taxıl” (СНГТ, 544), qəd.mon. tariyan “çörək”
(КП, 157), mon.-xal. tarix “əkmək” (ИССТЯ, 85). Tarla
sözünün q
ədim forması tarlaγ- dır (ЭСТЯ, II, 158).
Dünya dill
ərində analoji faktlara nəzər salaq: kom.
turun “ot, quru ot, saman”, protoperm. tarna, fin. taarna //
tarna, est. tarn “ot, sa
man, quru ot” (КЭСКЯ, 287), sansk.
dorn “ot”, mon. tari “toxum
əkmək” (MTS, II, 1205), taria
“toxum, çör
ək, taxıl, məhsul” (MTS, II, 1205), tarialan
“tarla,
əkinçilik” (MРС, 392), kalm. tarān “toxum, çörək”
(ЭСТЯ, III, 159), soy. tarı “taxıl, dən səpmək”, tarığ “məh-
sul”, taryaa “
əkin”, bury. taryan “çörək, taxıl” (241, 106),
xak.
taarığ “əkin, əkin-biçin”, taarığçı “əkinçi” (XРС,
567), sol., daq. tarran
“şumlamaq”, tarqan “əkin yeri,
şum”, qəd.mon. tariya “əkmək” (MTS, II, 1206), ər. drr,
sam. trr “s
əpmək, tökülmək” (193, 152).
XI-XIV
əsrlərə aid türkmən yazılı abidələrində tarıq
sö
zü “darı” anlamını bildirmişdir. Z.Muxamedova qeyd
edir ki,
tarıq sözü “darı” anlamında ancaq oğuz türklərinin
dilind
ə işlənir, digər türklərin dilində isə “arpa” anlamını
ifad
ə edir (222, 162). Bu kökün ən qədim morfemlərdən
198
TÜRK DİLLƏRİNİN QƏDİM LEKSİKASI
olma
sını Misir mifologiyasında Taru teoniminin “əkin-bi-
çin Al
lahı” anlamında işlənməsi faktı da sübut edir. Qədim
Mi
sir heroqlif yazılarında tar // taar “əkinçi, kəndli” anla-
mındadır (EHie.D, 867). Slavyan mifologiyasında Taru //
Tara “me
şə ilahəsi”dir. Qədim slavyanlar həmin ilahənin
şərəfinə torpağın oyandığı dövrdə – mart ayının sonlarında
bayram keçirirdil
ər. Vaxtilə Sakit Okeandan Atlantik Oke-
anına qədər olan geniş ərazidə As Tarı teonimi “Yer ilahə-
si” m
ənasında işlənmişdir. Slavyan mifologiyasında Tara
“şumlanmış yer” anlayışını ifadə edir. Rus kazaklarının
dilind
ə isə tarançı sözü “pay torpağı” mənasındadır (300).
Dem
əli, *tar ən qədim kök sözlərdən biridir, çünki mifo-
loji m
ənbələr dilin ən arxaik leksik layını inikas etdirir.
B.M.Yunus
əliyev bu kök morfemi türk-monqol ümumlek-
sika
sına aid edir (295, 147).
Faktlar göst
ərir ki, qədim türk dillərində *tar- “ək-
m
ək”- *tar “əkin yeri” sinkretik kökü olmuşdur. Hind-Av-
ropa dill
ərində də bu kökün paraleli var: litv. ar “şumla-
maq” (118, 231). H
əmin leksik paraleldə anlautda t reduk-
siya
sını fərz etsək, tar- və ar- “əkmək, şumlamaq” köklə-
rinin morfonoloji v
ə fonosemantik uyğunluğu onların ho-
mogenliyini t
əsdiq edir. Ehtimal ki, aratlamak, arat etmək
sözl
əri də bu kök yuvasındandır. Müqayisə edək: hind.-
Avr. *aru “tarla”, lat. aruum “tarla” (139, II, 477), ar “
ək-
m
ək”, qot. arjan “əkmək”, ta “səpmək” (195, 65, 83), drav.
da:u “yer
əkmək, yer sürmək” (157, 110). Bütün bu analoji
paralell
ərdə d // t anlautu və səs reduksiyası müşahidə edi-
lir. A.fon Qaben q
ədim türk dilində tarığ // tarağ sözünün
“
əkin”, tarığlağ sözünün isə “tarla” anlamında işləndiyini
qeyd edir (86
, 297). Əgər bu qədim kök türk dilləri üçün
199
Dostları ilə paylaş: |