Azərbaycan miLLİ elmlər akademiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 460,01 Kb.
Pdf görüntüsü
səhifə17/23
tarix19.03.2022
ölçüsü460,01 Kb.
#84597
1   ...   13   14   15   16   17   18   19   20   ...   23
QULİYEVA XALİDƏ PƏNAH QIZI AZƏRBAYCAN

“Azərbaycan  dilinin  1990 

– 

2000-ci  illərdə 



çap  olunmuş  lüğətləri”

  adlanır.  1990  –  2000-ci  illər  arasında  Azərbaycan 

dilinin  leksikoqrafiyasında  bir  çox  lüğətlərin  nəşrinə  nail  olunmuşdur. 

Bunları ardıcıl sistemləşdirəsi olsaq, aşağıdakı kimi göstərə bilərik. 

1.  1990-cı  ildə  nəşr  olunmuş  Azərbaycan  dilinin  linqvistik  lüğətləri  : 

“Rusca-azərbaycanca  lüğət”.  I  cild,  “Rusca-azərbaycanca  lüğət”.  II  cild, 

“Azərbaycanca-ingiliscə lüğət”, “Azərbaycan dilinin sinonimlər lüğəti”. 

2.  1991-ci  ildə  nəşr  olunmuş  Azərbaycan  dilinin  linqvistik  lüğətləri: 

“Rusca-azərbaycanca  lüğət”.  III  cild,  “Rusca-azərbaycanca  idarə  terminləri 

lüğəti”,  “Ərəb  mənşəli  qohum  sözlər  lüğəti”,  “Azərbaycan  dilinin  paroni-

miya  və  paronomaziya  lüğəti”,  “Azərbaycanca-rusca,  rusca-azərbaycanca 

lüğət”, “Azərbaycan, ingilis və rus dillərində şəkilli sözlük lüğəti”.  

3.  1992-ci  ildə  nəşr  olunmuş  Azərbaycan  dilinin  linqvistik  lüğətləri: 

“Məktəblinin talışca-azərbaycanca lüğəti” , “ Türkcə-azərbaycanca lüğət”. 

4.  1993-cü  ildə  nəşr  olunmuş  Azərbaycan  dilinin  linqvistik  lüğətləri: 

“Azərbaycan  klassik  ədəbiyyatında  işlədilən  adların  və  terminlərin  şərhi”, 

“Rusca-azərbaycanca  izahlı  hərbi  terminlər  lüğəti”,  “Vurğu  lüğəti”,  “Talış 

toponimlərinin  qısa  izahlı  lüğəti”,  “Rusca-azərbaycanca  bazar  iqtisadiyyatı 

terminləri lüğəti”, “Azərbaycanca-almanca lüğət”. 

5.  1994-cü  ildə  nəşr  olunmuş  Azərbaycan  dilinin  linqvistik  lüğətləri:  

“Radiotexnika terminləri lüğəti”, “İngiliscə-azərbaycanca lüğət”, I hissə. 

6.  1995-ci  ildə  nəşr  olunmuş  Azərbaycan  dilinin  linqvistik  lüğəti:  

“Azərbaycan bədii dilinin epitetləri lüğəti”. 

7.  1996-cı  ildə  nəşr  olunmuş  Azərbaycan  dilinin  linqvistik  lüğətləri: 

“Geologiya terminləri lüğəti”, “Orfoqrafiya-orfoepiya lüğəti”. 

8.  1997-ci  ildə  nəşr  olunmuş  Azərbaycan  dilinin  linqvistik  lüğətləri: 

“İzahlı ekologiya lüğəti”, “Azərbaycanca-rusca lüğət”. III cild, “Azərbaycan 

dilinin izahlı lüğəti”. I cild, “Azərbaycanca-gürcücə və gürcücə-azərbaycan-

ca lüğət”, “Rusca-azərbaycanca tədris lüğəti”. 

9.  1998-ci  ildə  nəşr  olunmuş  Azərbaycan  dilinin  linqvistik  lüğətləri:  

“Ermənistanda Azərbaycan mənşəli toponimlərin izahlı lüğəti”, “Azərbaycan 



 

17 


dilində  izahlı  fizika-riyaziyyat  terminləri  lüğəti”,  “Azərbaycanca-ingiliscə 

lüğət”, “Azərbaycan-türk şəxs adlarının izahlı lüğəti”. 

10. 1999-cu ildə nəşr olunmuş  Azərbaycan dilinin linqvistik lüğətləri: 

“Azərbaycan dialektoloji lüğəti”, “İzahlı psixoloji lüğət”, “İngiliscə-azərbay-

canca  pedaqoji-psixoloji  lüğət”,  “Azərbaycan  dilinin  izahlı  lüğəti.  II  cild, 

“Azərbaycan dilinin qısa etimoloji lüğəti”, “Azərbaycanca-ingiliscə lüğət”. 

11.  2000-ci  ildə  nəşr  olunmuş  Azərbaycan  dilinin  linqvistik  luğətləri: 

“Azərbaycan  dilinin  izahlı  lüğəti”.  III  cild,  “Rusca-azərbaycanca  hüquq 

lüğəti”,  “Azərbaycanca-rusca  lüğət”.  IV  cild,  “Azərbaycanca-rusca  ərəb 

mənşəli kökdaş sözlər lüğəti”, “Azərbaycan yalvarışları lüğəti”. 

1990  –  2000-ci  illər  Azərbaycan  Respublikasının  həyatında  elə  bir 

dövrdür  ki,  iqtisadi,  siyasi,  ictimai,  mədəni  həyatımızda  baş  verən 

dəyişmələr  dilin  lüğət  tərkibinə  yeni-yeni  sözlərin  gəlməsinə  geniş  imkan 

yaratmışdır. Bu da yeni-yeni anlayışları ifadə edən terminlərin lüğətlərdə əks 

olunması zərurətini meydana gətirmişdir. A.A.Axundov bunu belə qeyd edir: 

“İqtisadi,  siyasi,  ictimai,  mədəni  həyatımızda  baş  verən,  mən  deyərdim, 

gündəlik  dəyişmələr  və  bununla  bağlı  yeni  yaranan  bazis  və  üstqurum 

səciyyəli  anlayışlar  dildə  də  öz  inikasını  tapır  və  tapmalıdır”

1

.  Ancaq  “yeni 



yaranan  bazis  və  üstqurum  səciyyəli  anlayışlar”ın  hamısını  özündə  tam 

şəkildə  əks  etdirən  lüğətlər  çap  etdirmək  o  qədər  də  asan  iş  deyildir.  Bu 

mənada,  1990  –  2000-ci  illər  lüğətşünaslığımızın  tarixində  xüsusi  bir 

mərhələdir. Bu mərhələdə lüğətşünaslığımızın nailiyyəti hesab ediləcək xeyli 

lüğətlər  çap  olunmuşdur.  Təsadüfi  deyil  ki,  90-cı  illərin  əvvəllərində 

M.Mahmudov yazır: “Təbiidir  ki,  dili  öyrənərkən lüğət tərkibini təşkil  edən 

bütün  sözləri  yadda  saxlamaq  mümkün  deyildir.  Buna  görə  də  ən  mühüm 

sözləri  yadda  saxlamaq  daha  əlverişlidir.  Ən  mühüm  sözlər  isə  nitq 

prosesində və yazılı mətnlərdə daha çox işlənən sözlərdir”

2



Dissertasiyanın  II  fəsli  V  paraqrafdan  ibarətdir.  Bu  fəslin  I  paraqrafı 

“Azərbaycan dilinin izahlı lüğətləri” adlanır. Ə.Ə.Orucov söyləmişdir ki, hər 

bir izahlı lüğətin vəzifəsi yalnız ayrı-ayrı sözləri mənalarını şərh etmək deyil, 

habelə  dilin  leksik  sistemində  onların  tutduğu  mövqeyi,  leksik-qrammatik 

əlaqələrini açıb göstərməkdir. Leksik-qrammatik cəhət isə təriflər sistemində 

sözlərin  bu  və  ya  digər  qruplarının  birtipli  izah  üsullarının  tətbiqində  öz 

                                                             

1

 



Axundov A.A. Dil və ədəbiyyat. II, cild, Bakı: Gənclik, 2003, s. 300. 

2

 



Mahmudov  M.Ə.  Tezlik  lüğətləri  dil  tədrisində  //  Azərbaycan  Elmlər  Akademiyasının 

Xəbərləri. Ədəbiyyat, dil  və incəsənət seriyası, 192, s. 99-100. 




 

18 


əksini tapır

1



1990 – 2000-ci illərdə çap olunmuş izahlı lüğətlər aşağıdakılardır : 

“Azərbaycan  dilinin  izahlı  lüğəti”.  I  cild.  “Çıraq”,  Bakı,  1997; 

“Azərbaycan dilinin izahlı lüğəti”. II cild. “Çıraq”, Bakı, 1999; “Azərbaycan 

dilinin izahlı lüğəti”. III cild. “Çıraq”, Bakı, 2000; “Talış toponimlərinin qısa 

izahlı  lüğəti”.  Bakı,  1993;  “İzahlı  ekologiya  lüğəti”.  “Elm”,  Bakı,  1997; 

“Azərbaycan-türk şəxs adlarının izahlı lüğəti”. “Nərgiz”, Bakı, 1998; “İzahlı 

psixoloji  lüğət”.  “Azərnəşr”,  Bakı,  1999;  “Ermənistanda  Azərbaycan  mən-

şəli toponimlərinin izahlı lüğəti”. “Oğuz eli”, Bakı, 1998.  

Azərbaycan  dilinin  izahlı  lüğətinin  I  cildi  1997,  II  cild  1999,  III  cildi 

isə 2000-ci ildə “Çıraq” nəşriyyatında nəşr olunmuşdur. “Azərbaycan dilinin 

izahlı lüğəti” (üç cilddə) 1966 – 1987-ci illər arasında görkəmli  Azərbaycan 

leksikoqrafı  mərhum professor Ə.Ə.Orucovun redaktorluğu ilə çap olunmuş 

Azərbaycan  dilinin  məşhur dördcildli  izahlı lüğətinin təkrar nəşri deyil. Hər 

iki lüğət arasında oxşar cəhətlərlə yanaşı, lüğətin redaktoru A.A.Axundovun 

qeyd etdiyi kimi, ciddi fərqlər də var

2

:



 

Lüğətlərin  sözlüyü  kəmiyyət  baxımından  müxtəlifdir.  Yeni  lüğətdə 

sözlərin  sayı,  təbii  olaraq,  artıqdır.  İlk  lüğətin  əlyazmasının  hazır  olduğu 

vaxtdan  30  il  keçməsi  təbii  olaraq  onun  sözlüyünün  xeyli  böyüməsini  tələb 

edir.  Belə  ki,  baş  verən  dəyişikliklər  dilimizin  lüğət  tərkibinə  yeni  sözlərin 

daxil  olmasına,  mövcud  leksik  vahidlərin  məna  tutumunun  genişlənməsinə 

səbəb  olmuşdur.  “Təsadüfi  deyil  ki,  Dilçilik  İnstitutu  lüğət  şöbəsinin  əmək-

daşları  dilimizin  lüğət  tərkibində  həmin  dövrdə  baş  vermiş  dəyişikliklərlə 

bağlı  olaraq,  qırx  müəllif  vərəqi  həcmində  “Yeni  sözlər  lüğəti”  (22000  söz 

və ifadə) hazırlamış və çapa təqdim etmişlər

3

”. 


Hər  iki  lüğət  sözlərin  şərhi  baxımından  da  fərqlənir.  Mənaların 

normativliyi  və  həcmin  yığcamlığını  təmin  etmək  üçün  tərtibçilər  müxtəlif 

müəlliflərin  əsərlərindən  seçilmiş  illüstrativ  materialları  verməkdən  imtina 

etmiş,  yalnız  zəruri  hallarda  misal  göstərməklə  kifayətlənmişlər.  Buna  görə 

də yeni lüğət daha kütləvi səciyyədədir

4

.  



Dördcildliyin  nəşrindən  sonra  mətbuatda  yazılan  və  şifahi  göstərilən 

bütün  qeydlər  nəzərə  alındığından  yeni  lüğət  istər  kəmiyyət,  istərsə  də 

                                                             

1

 Azərbaycan dilinin izahlı lüğəti / Ə.Ə.Orucovun redaktəsi ilə. IV cilddə, I c., Bakı: 1964, s. 6. 



2

 Azərbaycan dilinin izahlı lüğəti / A.A.Axundovun redaktəsi ilə. I cild, Bakı, Çıraq, 1997, s. 5. 

3

 

Yenə orada, s. 5.



 

4

 



Yenə orada, s. 5.

 



 

19 


keyfiyyət baxımdan daha mükəmməldir

1



 Lüğəti lüğət və terminologiya şöbəsinin əməkdaşlarından şöbə müdiri, 

filologiya  elmləri  doktoru  İ.O.Məmmədov  (




Yüklə 460,01 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə