Müdafiəyə çıxarılan müddəalar:
1. Azərbaycan leksikoqrafiyasının zəngin tarixi var. Azərbaycan lüğət-
çiliyində ilk öncə “Azərbaycan dilinin izahlı lüğəti”(4 cildlik), “Azərbaycan
dilinin orfoqrafiya lüğəti”,“Azərbaycan dilinin dialektologiya lüğəti”, “Azər-
baycan dilinin frazeologiya lüğəti” və digərləri ən vacib və lazımlı lüğətlər
kimi hazırlanıb nəşr olunmuşdur. Bundan başqa, ikidilli tərcümə lüğətləri,
ensiklopedik lüğətlər, terminoloji lüğətlər və digər lüğətlər çap olunmuşdur.
2. 1990 – 2000-ci ilə qədər çap olunmuş lüğətləri tədqiq etmədən lek-
sikoqrafiyamızın inkişaf tarixi və inkişaf dövrləri barəsində dəqiq elmi təhlil
aparmaq mümkün deyildir.
3. Lüğətlər, onların hazırlanması elmi-nəzəri hazırlıqla yanaşı, geniş
və ciddi təşkilati iş tələb edir.
4. 1990 – 2000-ci illərdə çap olunmuş lüğətlər leksikoqrafik
tədqiqatlar olmaqla lüğətşünaslığın müstəqil mövzularıdır.
5. 1990 – 2000-ci illərdə çap olunmuş lüğətlər (izahlı, tərcümə,
terminoloji və s.) tərtibinə və nəşrinə böyük ehtiyac duyulan lüğətlərdir.
Dostları ilə paylaş: |