- 56 -
Almaniyanın Humboldt Universitetində fəaliyyət göstərən «Azərbaycan tarixi» kafedrası ilə
Nizami adına Ədəbiyyat İnstitutu arasında müqaviləni imzalamışdır (2 noyabr).
Qazaxıstanın Astana şəhərində Türk Akademiyasının keçirdiyi «Çingiz Aytmatov və müasir türk
dünyası» adlı beynəlxalq simpoziumda «Ədəbiyyatda millilik və bəşəriliyin vəhdətinin Çingiz
Aytmatov modeli» mövzusunda məruzə etmişdir (6 noyabr).
Nizami adına Ədəbiyyat İnstitutu ilə Türk Akademiyası arasında qarşılıqlı əməkdaşlığa dair
müqavilə imzalanmışdır (6 noyabr).
M.V.Lomonosov adına MDU-nun Bakı filialında «Oksford Universiteti nəzdində Azərbaycan və
Qafqazşünaslıq Elmi Mərkəzi» mövzusunda «dəyirmi masa» keçirilmişdir (25 noyabr).
Azərbaycan-Polşa əlaqələrində ədəbiyyat məsələlərinə həsr olunmuş Polşa-Azərbaycan əlaqələri
Beynəlxalq simpoziumunda iştirak etmişdir. (26-27 noyabr, Polşa,Varşava)
Polşa Respublikasının paytaxtı Varşava şəhərində keçirilən Azərbaycan Milli Elmlər
Akademiyası ilə Polşa Elmlər Akademiyası arasında əməkdaşlıq müqaviləsinin imzalanma
mərasimində iştirak etmişdir. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin və Polşa EA-nın
prezidenti, professor Mixal Kleyber əməkdaşlıq protokolu imzalamışlar (3 dekabr).
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət
Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında AR Prezidentinin Fərmanı
ilə yeni tərkibə üzv seçilmişdir (11 dekabr).
AMEA- nın Nizami adına Ədəbiyyat İnstitutunda Xalq şairi Məmməd Arazın 80 illik yubileyinə
həsr edilmiş elmi sessiyada məruzə ilə çıxış etmişdir (18 dekabr).
Nizami adına Ədəbiyyat İnstitutunda Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun
nümayəndə heyəti ilə görüş keçirmişdir. Görüşün sonunda Nizami adına Ədəbiyyat İnstitutu ilə
Gürcüstan Ədəbiyyatı İnstitutu arasında qarşılıqlı əməkdaşlıq haqqında müqaviləni akademik İsa
Həbibbəyli və Şota Rustaveli adına Gürcüstan Ədəbiyyatı İnstitutunun Elmi Şurasının sədri,
filologiya elmləri doktoru Qaqa Lomidze imzalamışlar (23 dekabr).
Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət
Mükafatları Komissiyasına üzv seçilmişdir (dekabr).
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidentləri akademik İbrahim Quliyevin və
akademik İsa Həbibbəylinin təmsil etdiyi nümayəndə heyəti Özbəkistan Elmlər Akademiyasının
yaradılmasının 70 illik yubiley tədbirlərində iştirak etmiş, bir sıra elmi-tədqiqat qurumlarının
rəhbərləri ilə işgüzar görüşlər keçirmiş, akademiyalararası əlaqələrin yenidən formalaşdırılması
istiqamətində danışıqlar aparmışlar. Akademik İsa Həbibbəyli təbrik nitqi ilə çıxış etmişdir. (28
dekabr).
2014-cü il
Azərbaycan Milli Elmlər Akademiyasının Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubiley
tədbiri keçirilmişdir. Tədbirdə Milli Məclisin deputatları, tanınmış elm, ədəbiyyat
və mədəniyyət
xadimləri, xarici ölkələrdən gəlmiş qonaqlar iştirak etmişlər. AMEA-nın vitse-prezidenti,
Ədəbiyyat İnstitutunun direktoru, Mili Məclisin deputatı, akademik İsa Həbibbəyli «Nizami adına
Ədəbiyyat İnstitutu davamlı ənənələr və müasirləşmə yollarında» mövzusunda geniş məruzə ilə
çıxış etmişdir (17 yanvar).
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əsərləri – «Ədəbiyyat məcmuəsi»nin xüsusi
buraxılışı akademik İ.Həbibbəylinin baş redaktorluğu ilə çapdan çıxmışdır (yanvar).
- 57 -
Nizami adına Ədəbiyyat İnstitutunun 80 illik yubileyi münasibətilə İnstitutu akademik İsa
Həbibbəylinin müəllifi olduğu tanıtma kitabı çap olunmuşdur (yanvar).
Naxçıvan MR-nın 90 illiyinə həsr olunmuş tədbir keçirilmişdir. Tədbirdə Nizami adına Ədəbiyyat
İnstitutunun direktoru, akademik İsa Həbibbəyli Naxçıvan Muxtar Respublikasının keçdiyi tarixi
inkişaf yolu haqqında ətraflı məruzə ilə çıxış etmişdir (11 mart).
Salyan şəhərində Əlibəy Hüseynzadənin 150 illik yubileyində iştirak və çıxış etmişdir (26 aprel).
«Məhdimqulu Fəraqi və dünya ədəbiyyatı» mövzusunda beynəlxalq simpoziumda iştirak etmişdir
(Türkmənistan, Aşqabad , 11-13 may).
Astanada türkdilli dövlətlərin «Türk yazı günü» mövzusunda Beynəlxalq forumunda iştirak
etmişdir. Beynəlxalq forumda ölkəmizi AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli də təmsil
etmişdir (Qazaxıstan, Astana, 16-17 may).
Ilyas Əfəndiyevin anadan olmasının 100 illiyi münasibəti ilə Nizami adına Ədəbiyyat İnstitutunda
keçirilən tədbirdə yazıçının həyat və yaradıcılığından bəhs edən giriş nitqi söyləmişdir (23 may).
Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda Naxçıvan Muxtar Respublikasının 90 illik
yubileyinə həsr olunmuş elmi sessiyada «Azərbaycanın çoxəsrlik tarixində Naxçıvanın yeri»
mövzusunda məruzə ilə çıxış etmişdir (10 iyun).
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunda akademik Ramiz Mehdiyevin elmi redaktorluğu
ilə nəşr «Şah İsmayıl Səfəvi: tarixi-diplomatik sənədlər toplusu» kitabının
təqdimat mərasimində
çıxış etmişdir (20 iyun).
Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Cəlil Məmmədquluzadənin Ev-
muzeyində XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, yazıçı-dramaturq,
publisist,
ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 145-ci ildönümünə həsr edilmiş
tədbirdə çıxış etmişdir (27 iyun).
Nizami adına Ədəbiyyat İnstitutunda Macarıstan Elmlər Akademiyası (EA) Türkoloji
Araşdırmalar İnstitutunun direkoru, akademik Georq Xazai və Türkiyə Qafqaz Universitetlər
Birliyinin sədri, professor Ramazan Qorxmazla görüş keçirmiş, görüşün sonunda Nizami adına
Ədəbiyyat İnstitutu və Türkiyə Qafqaz Universitetlər Birliyi arasında anlaşma memorandumu
imzalamışdır.
AMEA Nizami adına Ədəbiyyat İnstitutu «Elektron Naxçıvan-9» adlı beynəlxalq elmi-təcrübi
videokonfransın fəal iştirakçısı olmuşdur. Naxçıvan
Dövlət Universiteti, AMEA İnformasiya
Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə artıq doqquzuncu dəfə keçirilən beynəlxalq
səviyyəli video-konfransa bu il Nizami adına Ədəbiyyat İnstitutu da qoşulmuşdur Akademik İsa
Həbibbəyli humanitar yönlü bir institutun–AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun ilk
dəfə bugünkü beynəlxalq simpoziuma canlı bağlantı vasitəsilə qoşulmasını «Elektron Naxçıvan»
hərəkatının humanitar siyasətinin mühüm uğuru kimi qiymətləndirmişdir (3 iyul).
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində Ulu öndəri Heydər
Əliyevin hakimiyyətə gəlməsinin 45-ci ildönümünə həsr olunmuş «Azərbaycan xalqının Ümum-
milli Lideri Heydər Əliyevin dövlətçilik idealları və müasir dövr» mövzusunda elmi konfransda
AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli «Azərbaycan xalqının Ümummilli Lideri