Azərbaycan miLLİ elmlər akademiyasi nizami adina əDƏBİyyat institutu



Yüklə 4,61 Mb.
Pdf görüntüsü
səhifə55/182
tarix11.04.2018
ölçüsü4,61 Mb.
#37905
1   ...   51   52   53   54   55   56   57   58   ...   182

 

- 134 - 

 

elmi-tədqiqat  institutunda  aparılan  yeniləşmə  və  dəyişikliklər  müstəqillik  dövrü  Azərbaycan  ədə-

biyyatşünaslıq  eıminin  daha  dərindən  və  əsaslı  şəkildə,  ölkənin  milli  maraqlarına  və  dünya  elmi-ədəbi 

mühitində gedən proseslərlə əlaqəli şəkildə öyrənilməsinə geniş şərait yaradır. Bu mənada 2013-cü ildə 

yaradılmış  Müstəqillik  dövrü  Azərbaycan  ədəbiyyatı,  Azərbaycan  mühacirət  ədəbiyyatı,  Ədəbi  tənqid 

şöbələri, 

Nizamişünaslıq, 

Füzulişünaslıq 

sektorları 

ədəbiyyatşünaslıq 

elminin 

nüfuzunun 

genişləndirilməsinə  yeni  imkanlar  açır...  Nizami  adına  Ədəbiyyat  İnstitutunda  XXI  əsrdə  Azərbaycan 

ədəbiyyatşünaslıq elminin milli və bəşəri dəyərləri əsasında  inkişaf etdirilməsinə xüsusi diqqət yetirilir.  

Ədəbiyyat  İnstitutunun  böyük  elmi  ənənələri  və  mühüm  elmi  nailiyyətləri    bu  elmi-tədqiqat  ocağının  

nüfuzunu daha da artırır.  Ölkənin müasir inkişaf prinsiplərinə və istiqamətlərinə uyğun olaraq Nizami 

adına Ədəbiyyat İnstitutu ədəbiyyatşünaslıq elmini irəli aparan  əsas elmi mərkəz funksiyasını  layiqincə 

və daha məsuliyyətlə  yerinə yetirməyə ciddi səy göstərir.  

«Nizami adına Ədəbiyyat İnstitutu: davamlı ənənələr və müasirləşmə yollarında» 

 

Görkəmli  dövlət  xadimi  Heydər  Əliyevin  Azərbaycanda  dövlət  rəhbərliyinə  gəlməsi  ilə 



ölkəmizdə cəmiyyət həyatının digər sahələri ilə yanaşı, elmin də inkişafında yeni mərhələ başlanmışdır. 

Azərbaycan  elminin  inkişaf  etdirilməsinə  dövlət  səviyyəsində  böyük  qayğı  göstərilmiş,  ölkədə  alimin  və 

elmin  nüfuzu yüksəldilmişdir.  Azərbaycan Respublikasının elm siyasətinin həyata  keçirilməsində Elmlər 

Akademiyası  ön  mövqeyə  çəkilmişdir.  Azərbaycanda  yarımkeçiricilər  fizikası  elmi  məktəbini  yaratmış 

Həsən  Abdullayev  (1918-1993)  Azərbaycan  Elmlər  Akademiyasının  prezidenti  kimi  böyük  təşkilatçılıq 

qabiliyyəti  nümayiş  etdirmişdir.  Bu  zaman  Azərbaycan  Elmlər  Akademiyasında  elmin  bütün  sahələrinin 

inkişafına xüsusi diqqət yetirilmişdir. İctimai və humanitar elmlər Azərbaycanda milli ideyaların, ictimai 

proseslərin  inkişafına  xidmət  etmişdir.  Dövrün  görkəmli  alimlərindən  Ziya  Bünyadov,  Məmməd  Arif 

Dadaşzadə, Əhməd Mahmudov, Məmməd Cəfər Cəfərov, Əlisöhbət  Sumbatzadə, Həmid Araslı,  Mikayıl 

Hüseynov, Asəf Nadirov, Məmmədağa Şirəliyev, Firudin Köçərli və başqaları keçmiş Sovetlər İttifaqında 

və ölkəmizdə böyük nüfuz sahibi kimi qəbul edilən görkəmli alimlər olaraq böyük elmi məktəblərin və yeni 

elmi nəsillərin formalaşmasında mühüm rol oynamışlar. Haqlı olaraq 1970-1983-cü illəri əhatə edən bu 

tarixi mərhələ Azərbaycan elminin qızıl dövrü adlandırılır. Həmin tarixi mərhələdə Azərbaycanda elmin 

bütün  sahələrinin  görkəmli  liderləri  meydana  çıxmışdır.  Aqrar  elmin  və  biologiya  elmlərinin  nəticələri 

ölkənin  iqtisadi  potensialının  güclənməsində  əsas  faktora  çevrilmişdir.  Akademik  Cəlal  Əliyevin  kənd 

təsərrüfatının  inkişafına  xidmət  edən  tədqiqatları  əsasında  Azərbaycanda  yeni  seleksiya  elmi  məktəbi 

yaranmışdır. Akademik Zərifə xanım Əliyeva keçmiş Sovet İttifaqı miqyasında görkəmli oftalmoloq alim 

kimi böyük ad-san qazanmışdır. Yer elmləri üzrə Həsən Əliyev, Ələşrəf Əlizadə, Şəfayət Mehdiyev, Azad 

Mirzəcanzadə, Akif Əlizadə, Şirəli Məmmədov, Budaq Budaqov, Sübhi Salayev, Mustafa Hüseynov, fizika-

riyaziyyat  elmləri  sahəsində  Əşrəf  Hüseynov,  İbrahim  İbrahimov,  Arif  Paşayev,  İsmayıl  İbrahimov, 

Maqsud Cavadov, Qoşqar Əhmədov, Yəhya Məmmədov, kimya elmləri üzrə Murtuza Nağıyev, Əli Quliyev, 

İzzət Orucova, Həbibulla Şaxtaxtinski kimi görkəmli alimlərin səmərəli elmi fəaliyyəti respublikanın ümumi 

inkişafına təkan vermiş, cəmiyyət həyatında böyük əks-səda doğurmuşdur.  

Azərbaycan Milli Elmlər Akademiyası: tarix və müasirlik 

 

С  периодом  Независимости  связано  начало  нового  этапа  в  деятельности 

Института  Литературы.    Основные    направления  данного  этапа  определяют 

такие  приоритеты,  как  разработка  литературоведческой  проблематики  в  аспекте  идеологии 

азербайджанизма, национальных  интересов, расширение связей с ведущими мировыми научными  

центрами,  привлечение  к  исследованию  нераскрытых  страниц  истории  отечественной 

литературы… Коллектив Института Литературы им. Низами НАН Азербайджана опираясь на 


 

- 135 - 



 

пложотворные традиции и опыт предшествующих поколений ученых, сформировавшихся в стенах 

данного  научного  центра,  используя  возможности    периода    Независимости,  трудится  над 

решением проблем закономерностей национального историко-литературного процесса на путях 

прогресса научно-литературной и общественной мысли. 

«Институт Литературы имени Низами» 

 

Ayrı-ayrı xalqların qüdrətli yazıçıları ümummilli vəzifələrin həyata  keçirilməsinin təkamül proseslərini, 

keçid  dövrlərini,  dəyişmə  və  dönüş  məqamlarını  ədəbiyyatda  canlandırmaqla  tarixi 

epoxalar  və  nəsillər  arasında  varisliyin  qorunub  saxlanılmasına,  gələcəyə  əmanət 

edilməsinə  xidmət  etmişlər.    Belə  məsuliyyətli  və  şərəfli  tarixi  missiyanı  Rusiya  üçün  Lev  Tolstoy  rus 

ədəbiyyatında böyük dahiyanəliklə yerinə yetirmişdir. M.S.Ordubadinin tarixi romanları da, ümumiyyətlə 

müxtəlif  janrlarda  yazılmış  qiymətli  əsərləri  də  Azərbaycan  xalqının  çoxəsrlik  tarixinin  və  keşməkeşli 

taleyinin  ədəbiyyatı  olaraq  ümummilli  mənafelərin  ədəbi  yaddaşda  həkk  olunması  ilə  yanaşı,  həm  də  

gələcəyə işıq salmaq missiyasına xidmətin ifadəsidir.  

«Böyük ədəbiyyat nəhəngi Məmməd Səid Ordubadi»   

 

Ədəbiyyatşünaslıq elminin şöbələri içərisində  nisbətən daha çox  mübahisə doğuran  ədəbi 

tənqiddir.    Ciddi  elmi-nəzəri  yanaşmalardan    çıxış  edənlər    ədəbi  tənqidi 

ədəbiyyatşünaslığın  üzvi tərkib hissəsi olaraq  qəbul edir və ona elmi istiqamət kimi baxırlar. Ədəbi tənqid 

müasir  ədəbiyyatşünaslıq  elminin    ədəbi  prosesi  öyrənən,  izləyib  araşdıran,  ümumiləşdirib  proqnozlar 

verən konkret bir sahəsidir.  Buna baxmayaraq, ədəbi tənqidi  elm deyil, bədii yaradıcılıq sahəsi sayanlar, 

hətta bəzən   publisistika ilə eyniləşdirənlər  də vardır.  Bizə görə,  ədəbi tənqidə belə yanaşma daha çox  

yazıçı  tənqidinə    aid  edilə  bilər.  Yazıçı  tənqidində    elmi  təhlillərdən  çox  ümumi  yanaşmalar,  zamanla 

səsləşmələr, müəyyən təsvir və mülahizələr öz əksini tapır. Ədəbi tənqid elmində  isə konkret bədii əsərlər

yaxud da ədəbi proses müasir həyatın və sənin, hətta sənətkar fəaliyyətinin işığında təhlil edilib  sistemli 

şəkildə ümumiləşdirir, nöqsanlar, çatışmazlıqlar müəyyən olunur, yazıçıya çıxış yolları da göstərilir. Ədəbi 

tənqidin  vəzifəsinin  yalnız  bədii  ədəbiyyatı  tənqid  etməkdə  görənlər    də  məsələyə  birtərəfli  yanaşırlar. 

Ədəbi tənqidin və tənqidçinin ana işi  bədii əsərin həm üstünlüklərini, özünəməxsusluqlarını aşkar edib 

dəyərləndirməkdən, həm də nöqsanlarını müəyyən edib   aradan qaldırılmasına   köməklik göstərməkdən 

ibarətdir. Bizim fikrimizcə,  bədii əsərin özünəməxsusluqlarını, novatorluğunu elmi şəkildə müəyyən etmək  

onun nöqsanlarını görüb  göstərməkdən daha çətindir.  Əsl tənqidçi  bədii əsərə  yanaşmada hər iki cəhətə 

eyni səviyyədə diqqət yetirməlidir. Bu məqamda ədəbi tənqid elmdir.  

 «Böyük ədəbiyyatşünaslıq uğrunda» 

 

XX əsr Azərbaycan romantik lirikasında yeni forma və məzmun kəsb edən şeir şəkillərindən 

biri  də  qəsidə  idi.    Qəsidə  Allahı  tərənnüm  edən  minacat,  peyğəmbəri  tərifləyən  nət, 

hökmdarı ilahiləşdirmək hüdudlarından çıxa bilməyən mədhiyyə, şairin özünün vəziyyətini mənalandıran 

fəxriyyə, matəm, kədər motivlərindən danışan mərsiyələrin şəkli əlamətlərindən getdikcə təmizlənərək, yeni 

keyfiyyətli vətəndaşlıq məzmunu qazanmış, daha konkret sosial-fəlsəfi  xarakter almışdı. Yeni məzmunlu 

qəsidə ustası olan M.Hadinin bu janrda yazılmış şeirlərində Allahın və  peyğəmbərlərin tərifi büsbütün tərk 

edilmişdi. Hökmdarın mədhini isə  köhnəlmiş idarə üsulunun, yaramaz adət və ənənlərin, həyat tərzinin 

tənqidi əvəz etmişdi. 

«Romantik lirikanın imkanları»  

 

Ədəbiyyatın tədqiqi və təhlili baxımından Məmməd Cəfər  Cəfərov üçün dövr, seçilmiş mərhələ, zaman, 

sənətkar məhdudiyyəti yoxdur.  Hansı tarixi dövrün yazıçılarından və ədəbiyyatından  bəhs 


Yüklə 4,61 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   182




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə