Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə30/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   26   27   28   29   30   31   32   33   ...   97

Qaraçay  ədəbiyyatı
93
lə nəsrin birləşməsini, uyğunlaşmasını özündə əks etdirir. Mal-
kar-Qaraçay nartları da bu baxımdan istisna deyildir. Türk eposu 
dastançıları epik şeir, onun ənənəvi obrazlılığı, ölçüsü, qafiyəsi 
və digər cəhətlərə daim üstünlük vermişlər. Nartların malkar-Qa-
raçay versiyasında ənənəvi üslub elementləri mətnə daxil edilir. 
Və məhz bu cəhət də nartların malkar-Qaraçay versiyasını digər 
versiyalardan  fərqləndirir.
Qeyd edək ki, hələ XX əsrin 30-cu illərindən başlayaraq, Ka-
barda-Malkar  Elmi-Tədqiqat  İnstitutunda  «Kabardin  folkloru» 
kitabının  nəşrinə  başlanılmışdı  və  bu  dövrdə  kabardin-malkar 
folklorşünasları, tədqiqatçıları müxtəlif  ərazilərə ekspedisiyala-
ra getmiş, dastançı-söyləyicilərlə görüşmüş, qoca söyləyicilərin 
konfransını  təşkil etmişdilər. Nart eposunun tərtibçiləri burada 
adıq eposunun da əsrin əvvəllərindən yazıya alınmasını da nəzər-
dən qaçırmamış, eposun oxşar və fərqli cəhətlərinə diqqət yetir-
mişlər (12).
Ümumiyyətlə, malkar, Qaraçay, osetin, adıq, çeçen və inquş-
ların nart dastanları hələ XX əsrin 20-ci illərinə qədər nəinki bu 
xalqların ana dillərində mövcud olmuş, həm də rus tərcümələrin-
də ayrı-ayrı hissələrlə nərş olunmuşdur. Onların rus tərcümələri 
isə heç də bir-birinə bərabər deyildir. Məsələn, malkar-Qaraçay 
eposu  S.  –  Ə.Urusbiyev, A.N.Dyaçkov  –  Tarasov,  S.P.Tulçins-
ki mətni əsasında, çeçen-inquş eposu Ç.Axriyev, T.Elderxanov, 
B.K.Dalqat  yazıyaalmaları  əsasında  aparılmışdır.
Nartlarda hər bir dastan müstəqil süjet xəttinə malikdir. Das-
tanlar öz aralarında səbəb-məqsəd əlaqələri ilə birləşmir: bu və 
ya digər batırın «epik tərcümeyi-halının» müxtəlif epizodları heç 
də dastanlar söylənildikdə ciddi məntiqi əlaqə ardıcıllığı ilə izah 
olunmur. Bütün sikllər üçün ümumi yalnız qəhrəmanların özünün 
çıxış etməsidir. Yeri gəlmişkən qeyd edək ki, mətndə belə vol-
yuntarizmə yol verilməni biz qazax qəhrəmanlıq eposu «Koblan-
dı-babır»da da görə bilirik.
“Nart” dastanlarının adları çəkilən xalqlar üçün mühüm xü-


Nizami Tağısoy
94
susiyyəti «Nartiada»nın dəyərli və ardıcıl tədqiqatçısı A.Əliyeva-
nın fikrincə bütpərəstlik allahları haqqında hekayətlərdən təşkil 
olunmasıdır. Məsələn, malkar-Qaraçay eposunda bu Debetdirsə, 
osetinlərdə Kurdalaqon, adıqlarda Tlepş, abxazlarda – Aynar-ijiy-
dir. Qeyd etmək yerinə düşər ki, biz Tlepşlə (Telepinu kimi) həm 
də hettlərin Allahlar panteonunda rastlaşırıq və, heç şübhəsiz ki, 
bu tamamilə fərqli bir mövzunun söhbətidir. Bununla belə əgər 
tədqiqatçılar nartların yaranmasını olduqca əski dövrlərlə – mat-
riarxatla, Qafqaz xalqlarının etnik tərkibində sak-sarmat – massa-
get tayfalarının köçüb gəlib məskunlaşması ilə bağlayırsa, demə-
li, müasir Anadolu, Suriya ərazilərində yaşamış hettlərin eposun 
hansı hissəsinəsə təsirindən, yaxud dastanın müxtəlif məqamları-
nın onlardan qaynaq almasından da danışmaq olar.
Bütün  Qafqaz  xalqlarının nart  qəhrəmanları üçün  nağıl sü-
jeti, sehr, əfsun  geniş yer tutur. Məsələn, qəhrəmana bir şallaq 
dəyməklə itə, ya eşşəyə çevrilir. «Nart» dastanlarına malik bütün 
xalqların hətta nartlarla bağlı lətifələri də mövcuddur. Kitabda bu 
barədə də ayrıca danışılmışdır.
Sosuruk siklindəki «Emegənin mədəsi» dastanında bir neçə 
süjetlər  vardır  ki,  onlar  yalnız  malkar-Qaraçay  eposu  üçün  xa-
rakterikdir.  Məsələn,  “Sosuruk  və  adamyeyən  hörümçəklər” 
dastanında Sosuruk insanları yeyən iri hörümçəklərdən nartların 
xilasedicisi kimi çıxış edir. Sosuruk «Üç nart və üç emegən» das-
tanında məhz çoxbaşlı emegənlərin məhvedicisi kimi diqqəti cəlb 
edir. 
Malkar-Qaraçay eposunda Raçıkan silkində (osetinlərdə Be-
dzenrqin oğlu Araxsau, adıqlarda Pşi Badınoko, abxazlarda Nar-
cxeu)  bir  neçə  nart  nəğmələri  və  dastanları  vardır.  Malkar-Qa-
raçay eposunda Raçıkan nəhəng nart kimi təsvir olunmaqla nart 
çaylarını qurudan yeddibaşlı emegənlə mübarizə aparır və qalib 
gəlir, nart Raçıkan bir dəfəyə dörd kisə undan bişirilmiş çörəyi 
yeyir, qırx igidin güclə qaldırdığı küpədəki suyu bir dəfəyə içir və 
s. Raçıkan malkar-Qaraçay eposunda digər nartlardan iştahalıdır. 


Qaraçay  ədəbiyyatı
95
O, batırlıqda da, rəqsdə də onlardan yüksəkdə dayanır. Bu cəhət 
də malkar-Qaraçay versiyasını digər versiyalardan fərqləndirir.
Malkar-Qaraçay eposunda «yerli» qəhrəmanların adı ilə bağ-
lı  dastanlar  vardır.  Gülahsırtan,  Sozar,  Şırdan,  Nöger,  Güyerdi, 
Bora-batır və b. bunlara misaldır. 
Bu dastanların başlıca xüsusiyyəti ənənəvi motivlərin türk-
monqol aləmi ilə əlaqəsini göstərir. Malkar-Qaraçay eposunda iki 
epik ənənənin (ümumiQafqaz və türk-monqol düşüncə tərzinin) 
mövcudluğunu nart qəbilələrinin taleyini təsvir edən dastanlarda 
görə bilirik.
Bundan başqa malkar-Qaraçay eposunda elə orijinal özü nə-
məx sus  nəğmə  və  dastanlar  vardır  ki,  onların  Nartiadada  digər 
milli versiyalarda paralellərinə rast gəlinmir. Onlar əsasən epika-
nın arxaik qatlarına aid olmaqla, bu xalqların antropomorfik və 
dini-təsəvvürləri ilə bağlı olub XIX əsrə qədərki dövrdə ibtidai 
icma forması ilə xristianlığın mövcud olduğunu göstərir.
Malkar-qaraçaylılar  da  digər  türk  xalqları  kimi  oda,  suya, 
səmaya,  səma  cisimlərinə,  heyvanlara,  ağaclara,  daşlara  sitayiş 
etmişlər və onların təsəvvürüncə hər bir hadisə, predmet öz Tan-
rısına malikdir. Bütün onlar nart eposunda öz müfəssəl əksini tap-
mışdır.
Malkar-qaraçaylıların  əcdadları,  məlum  olduğu  kimi,  türk 
olduqlarından onlar da Tanrı şərəfinə qurbanlar kəsirdilər. Qeyd 
edək ki, Qam-şaman ənənələrinin daşıyıcıları olan Sibir türklə-
rində  bu  cəhət,  bu  xüsusiyyət  bu  gün  də  saxlanılmaqdadır.  Bu 
ayinlər  yerinə  yetirildikdə  Sibir  türkləri  kimi,  malkar-Qaraçay 
türkləri də Tanrını köməyə çağırır və sanki bununla nartlar bildir-
mək istəyirlər ki, onların damarında axan qan da Tanrı qanıdır və 
nartların özü isə Tanrı bədəninin bir hissəsidir, daha dürüst ifadə 
etmiş olsaq – türkdürlər.
Malkar-Qaraçay  dastanlarında  nartların  emegenlərlə  müba-
rizəsi  bir  neçə  süjetdən  ibarətdir.  Bu  məqamları  «Nartiada»nın 
malkar-Qaraçay  versiyasını tanınmış tədqiqatçılarından biri T.M.


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə