Qaraçay ədəbiyyatı
103
və s. Nümunə gətirdiyimiz bu obrazlı tapmacalar dağlı heyvan-
dar-insanların və çobanların dünyasını əks etdirir. Başqa sözlə
desək, bu tipli obrazlılıq Qaraçay folkloru üçün səciyyəvidir.
Qaraçaylılarda «Nart sözle» («Atalar sözü») xalq ədəbiyya-
tının ən əski janrlarından biri hesab edilməkdədir. Nart deyimləri
həm də dağlıların söz demək bacarığını, ustalığını, duyğularını,
təfəkkür zənginliyini, həyat təcrübəsini, rəngarəng adət-ənənələ-
rini, mədəniyyətinin çeşidliliyini əks etdirən mühüm göstəricidir.
Onlardan bir neçəsinə nəzər salaq: «Curtun sathan, betin satar –
Yurdunu satan, namusunu satar»; « İt toyğun cerine, er tuvğan
cerinə – Köpək doyduğu yerə, igid doğulduğu yerə»; «Tovqan
cerden, tuvğan cerigidi – Doyulan yerdən, doğulan yer yaxşıdır»;
«Xalkda bolmasa, sende de bolmaz – Xalqda olmasa, səndə də ol-
maz»; «Xalk barğan cerden kalma – Xalq gedən yerdən qalma»;
«Köbge taşatma – Çoxa daş atma»; «Adam sözündən belgeli –
İnsan sözündən bəllidir»; «Cantavnu uzunu aşhı, söznü kıshası
aşhı – Qayışın uzunu yaxşı, sözün qısası yaxşı»; «İgi söznü kılıç
kesmez – Yaxşı sözü qılınc kəsməz»; «Köb söz kömür, az söz
altın – Çox söz kömür, az söz qızıl»; «Bilimi barmin palahdan
kutulur, bilimi az min palaha tutulur – Elmi olan min bəladan qur-
tulur, elmi olmayan min bəlaya tutulur»; «Ölümdən
namus küçlü
– Ölümdən namus güclüdür»; «Kıznı min tiler, bir alır – Qızı mini
dilər, biri alar»; «Kızmı sanna aytama, kelinim sen eşit – Qızım
sənə deyirəm, gəlinim sən eşit»; «Sabiy körgenin eter – Uşaq gör-
düyünü edər» və s. və i.a.
Nart sözləri (Atalar sözü) mövzu xüsusiyyətlərinə görə vətən,
xalq, əmək fəaliyyəti, sevgi-məhəbbət, etnik düşüncəni, dini, hə-
yatın müxtəlif məqamlarını çevrələməklə, elmə, təhsilə, tərbiyəyə
münasibət baxımından təsnif etmək olar. Qaraçay atalar sözündə
dağlı adətlərinin müxtəlif tərəfləri, davranışları, yaşam təcrübəsi
əksini tapmışdır. Buna görə də qaraçaylılar «Nart sözü – sözün
anası; Nart sözü – sözün qalası», “Nart sözü - paslanmayan söz”
adlandırmışlar.
Nizami Tağısoy
104
Yuxarıda qeyd etdiyimiz kimi, Qaraçay folklorunda xalq
məişətində, ailədə və kollektivdə onun estetik idealını təsdiqləyən
didaktik poeziya janrı kimi tanınan alqışlar xüsusi yer tutur. Qa-
raçaylılar alqışların yaranmasını bütpərəstlik dövrünə aid etməklə
Tanrıların səmaların ən yüksək qatında dayananlarına himni kimi
yarandığını ehtimal edirlər. Məsələn, bunun “Tanrı özü bərəkət
versin” formasında ifadə olunması maraqlıdır. Yeri gəlmişkən
qeyd edək ki, Qaraçay alqışlarının xeyli hissəsi Azərbaycan türk-
lərinin alqışları ilə çoxsaylı oxşar cəhətlərə malikdir. Alqışlar
qaraçaylılarda toy mərasimində qayınata və qayınana yanında
təntənəli, dəbdəbəli məclislərdə gəlinin üzündən duvağın götü-
rülməsi zamanı daha çox söylənilir. Bu, Azərbaycan türklərində
də belədir. Məsələn, qaraçaylıların ənənəvi toy alqışlarında biz
ailə əxlaqı tələblərinə, gəlin-qadın, qadın, ana, ev sahibəsinə gəli-
nin oxşaması ilə bağlı onun obrazını görə bilirik:
Evə gələn gəlinin
Yanağından od yağsın.
Gözündə sevgi olsun,
Sözdə nəvaziş olsun.
Evə gülərək girsin,
Qocaya hörmət etsin.
Həyatı çeşmə tək axsın,
Ulduz kimi bərq vursun.
Qoy üzü parpar yansın,
Qoy əri ilə mehriban,
Ətlə dəri tək olsun.
Qaraçay türkləri, yuxarıda söylədiyimiz kimi, daim xalq sö-
zünün gücünə tapınmışlar. Qorxulu hər hansı bir şey baş verdikdə
onlar «sus, ağzını pisliyə açma» söyləmişlər. Elə buna görə də
dualara, alqışlara daim geniş yer vermiş, hər deyilən sözdə göyü,
yeri yaradan Tanrıya üz tutmuşlar: