Nizami Tağısoy
108
süjet xəttində qəhrəman və müəllifin hekayətinin burada digər iş-
tirak edən şəxslər arasındakı dialoqları da maraqlıdır. Birinci şəxs
tərəfindən nəql olunan hekayət və dialoq hadisələrə daha böyük
dinamizm və dramatizm verməklə, qəhrəmanın daxili vəziyyə-
tini əks etdirir. Eyni zamanda burada süjetdənkənar lirik izah-
lar əfsanənin təsir gücünü daha da artırır. Təhkiyədəki canlılıq,
konkretliyə meyl - əfsanədə bütün bunların hamısı, bədii-təsvir
vasitələri dağlı məişəti ilə bağlıdır. Əfsanədə Fatimə ilahə fantas-
tik canlı kimi ağ ceyran obrazında təsvir olunur; sevgilisi isə atlı
oğlana bənzədilir. Nəğmənin süjet xətti müxtəsər olmaqla usta-
lıqla inkişaf etdirilir; ekspozisiyada Biynögerin ağ ceyranın axta-
rışına necə getməsi göstərilir; əfsanənin zavyaskası qəhrəmanın
üçayaqlı ağ ceyran simasında Fatimə ilahə ilə görüşü; onun ar-
dınca təlaş içində çətinliklə qaçması, ilahənin onu lənətləməsi ilə
öz kulminasiya nöqtəsinə çatır, burada lənətin həyata keçirilməsi,
Biynögerin xilas edilməsi, Biynögerin ölümü və s. təsvir olunur.
Əfsanənin süjetində Biynöger ovçu ilə ceyranların xilasedi-
çisi Apsatının qızı arasında ziddiyyət mühüm yer tutur. Süjetin
peripetiyası Biynögeri xilasetmənin yüksələn xətlə inkişaf etdi-
yini göstərir.
Sevgi ölümdən öncəki qorxuya qalib gəlir. Biynögerin tərəd-
düdü, onun qəsdən özünə çəkilməsi və özü üzərində qələbəsi bu
obrazı son dərəcə insaniləşdirir, xarakterinə təkrarolunmaz fərdi
xüsusiyyətlər əlavə edir. Biynöger cigit tək doğulduğu kimi hə-
yatda da, ölümdə də cigit kimi qalır. Sevgilisi də onun kimidir.
Biynöger ən yaxın və əziz adamı haqqında “O, əmr eləsə, qa-
yadan atlanaram” deyir. Atlı ilə yanaşı qaçan qadının müqayisə-
si onun əsl cəsurluğunu və məğrurluğunu göstərir. Beləliklə, bu
qəhrəman qadın xalq idealının bariz təcəssümü təsirini bağışlayır.
Bununla bağlı biz qaraçaylıların el məsəli olan “Qadın kişinin qa-
nadıdır” deyimini yuxarıda xatırlatmışdıq.
Biynögerin qardaşı Umar, qonşu kəndlərdən olan dağlılar –
bütün bu insanların hamısı Biynögerə hər bir vasitə ilə kömək
Qaraçay ədəbiyyatı
109
etmək istəyirlər. Onlar hamısı həmrəylik hissi ilə birləşdirdiyin-
dən monolit kollektiv kimi çıxış edirlər. Sonda Biynöger ani bir
zaman kəsiyində canını tapşırır. O, heç də ilahənin istədiyi kimi
üzücü, biyabırçı və əzablı ölümlə dünyaya vida demir, onu kişi
kimi tərk edir.
Qaraçay şifahi xalq yaradıcılığında və yaddaşında tarixi-qəh-
rəmanlıq nəğmələri də xüsusi yer tutur. Bu nəğmələrdə milli-a-
zadlıq və sosial mübarizə daha qabarıq şəkildə öz əksini tapmış-
dır. Belə tarixi-qəhrəmanlıq nəğmələrində sayca kiçik xalqın
əzab-əziyyət dolu taleyi əks olunur. Məsələn, nəğmələrdə qeyd
olunur ki, arzu-istəyimiz Elbrusdan uca olsa da, gücümüz olduq-
ca azdır. Krım xanlığının özbaşınalığı ilə bağlı (“Açey oğlu Açe-
mez”), dağlı feodallarla (“Qara Musa”) mübarizə nəğmələrində
bu, xüsusilə relyefli verilir. Tarixi-qəhrəmanlıq nəğmələrinin ən
böyük qrupunu Qaraçay torpaqlarına edilmiş basqınlar təşkil edir.
Buna nümünə olaraq biz qədim “Tatarxan”, “Candar”, “İlyas”,
“Batır Basxanuk”, “Zaurbəy”, “Səlimgirey”, “Sarıbəy və Qura-
bay”, “Qaysınlar” və digər qədim nəğmələrin adını çəkə bilərik.
Bu nəğmələrin başlıca leytmotivi gücün və qocaqlığın vəsf olun-
ması, qəhrəmanın öz tayfası, qəbiləsi, kəndi-aulunun, el-obasının
marağı uğrunda, düşməni cəzalandırması kimi məsələlərə mey-
dan verməkdən ibarətdir.
Ağıl və idrakın gücünü nümayiş etdirən nümunələr sırasında
“Tatarxan” nəğməsini göstərmək olar. Üçkulan kəndindən olan
Bahadırov soyadlı Tatarxan evdə olmayan vaxt qızılbəylər onun
tayfasından olanları əsir alır, heyvanlarını da sürüb aparırlar. On-
ların arasında Tatarxanın süd anası da olur. Bunu bilən Tatarxan
başına döyüşçülər yığıb onların dalınca gedir. Düşmənlərə o Duut
çayının digər sahilində çatır. Tatarxan burada təmkinlilik və dö-
zümlülük nümayiş etdirir. Tatarxanın süd anası saçındakı tüklərə
işarə edərək ona başa salır ki, qızılbəylərin sayı-hesabı yoxdur.
Tatarxan isə cavabında öz başındakı saçını və saqqalındakı tük-
ləri göstərərək bildirir ki, güya bizim sayımız onlardan da çox-
Nizami Tağısoy
110
dur. Tatarxan başına çıraq bərkidib qaranlıqda çayı keçərək əks
sahildə kəməndin ikinci ucunu bərkidir ki, onun da vasitəsi ilə
öz yoldaşlarına o biri sahilə keçməyə kömək edir və sağsağan
səsi çıxarmaqla şərti işarə verir. Beləliklə, düşməni çaşbaş salan
Tatarxan insanları azad edib, heyvanları geri qaytarır.
Bu nəğmə Tatarxanın qoçaqlıq və qəhrəmanlığını vəsf etmək-
lə eyni zamanda İmmolat bəyin satqınlığını da ifşa edir. Çünki
Tartarxanı yarı yolda tək buraxan İmmolat bəy yolun yarısından
geri dönür. Nəğmədə tarxi yerlər və adlar da öz əksini tapmışdır.
Burada Naxıt zirvəsi, Duut çayı, Sxanat, Tatarxanın döyüş dost-
ları Bayçaqar, Mukanın oğlu, digər adlar və etnonimlər maraq
doğurur.
“Qanamat haqqında nəğmə” – çar məmurlarının qurbanı ol-
muş, xalq içindən çıxmış günahsız insan haqqında ağıdır. Nəğ-
mədə həm də satqın aul yüzbaşılarının nəfsgirliyi, hərisliyi güclü
tənqid atəşinə tutulur.
Nəğmənin ana xəttini abrek kimi tutulub zindana salınmış
Qanamat haqqında söhbət təşkil edir. O, zindandan qaçaraq dağ-
larda gizlənir. Bir müddət sonra öz günahsızlığını təsdiqləməklə
Qanamat yenidən aula qayıdır. Bu arada o, knyazlardan mükafat
almaq əzmində olan satqınlar tərəfindən yenidən ələ keçirilir və
öldürülür.
Qanamat haqqında nəğmədə konkret faktik material, əsərdəki
hadisələrin cərəyan etdiyi yer və adlar vardır. Nəğmə son dərəcə
lakonikdir. Əsərin bütün bədii təsvir vasitələri xalqın vicdan və
ləyaqətini alçaltmış satqınlara və irticaçılara barışmaz mövqeyi
əks etdirir (məsələn, “qadınabənzər”, “kukla kimi soyundurul-
muş”, “tülkü kimi sığallanan”, “qaniçənliyə görə makafat alan”
və s. tipli ifadələrdən istifadə buna bariz nümunədir).
Qaraçay məişət nəğmələrində sevgi-məhəbbət nəğmələri,
beşik nəğmələri və s. xalq həyatının müxtəlif tərəfləri öz əksi-
ni tapmışdır. Ailə, sevgi, məhəbbət, insanlar arasında qarşılıqlı
münasibətləri əks etdirən nəğmələrə biz “Ağbiyçə və Ramazan”,
Dostları ilə paylaş: |