Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə35/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   31   32   33   34   35   36   37   38   ...   97

Nizami Tağısoy
108
süjet xəttində qəhrəman və müəllifin hekayətinin burada digər iş-
tirak edən şəxslər arasındakı dialoqları da maraqlıdır. Birinci şəxs 
tərəfindən nəql olunan hekayət və dialoq hadisələrə daha böyük 
dinamizm  və  dramatizm  verməklə,  qəhrəmanın  daxili  vəziyyə-
tini  əks  etdirir.  Eyni  zamanda  burada  süjetdənkənar  lirik  izah-
lar əfsanənin təsir gücünü daha da artırır. Təhkiyədəki canlılıq, 
konkretliyə meyl - əfsanədə bütün bunların hamısı, bədii-təsvir 
vasitələri dağlı məişəti ilə bağlıdır. Əfsanədə Fatimə ilahə fantas-
tik canlı kimi ağ ceyran obrazında təsvir olunur; sevgilisi isə atlı 
oğlana bənzədilir. Nəğmənin süjet xətti müxtəsər olmaqla usta-
lıqla inkişaf etdirilir; ekspozisiyada Biynögerin ağ ceyranın axta-
rışına necə getməsi göstərilir; əfsanənin zavyaskası qəhrəmanın 
üçayaqlı ağ ceyran simasında Fatimə ilahə ilə görüşü; onun ar-
dınca təlaş içində çətinliklə qaçması, ilahənin onu lənətləməsi ilə 
öz kulminasiya nöqtəsinə çatır, burada lənətin həyata keçirilməsi, 
Biynögerin xilas edilməsi, Biynögerin ölümü və s. təsvir olunur.
Əfsanənin süjetində Biynöger ovçu ilə ceyranların xilasedi-
çisi Apsatının qızı arasında ziddiyyət mühüm yer tutur. Süjetin 
peripetiyası Biynögeri xilasetmənin yüksələn xətlə inkişaf etdi-
yini  göstərir.
Sevgi ölümdən öncəki qorxuya qalib gəlir. Biynögerin tərəd-
düdü, onun qəsdən özünə çəkilməsi və özü üzərində qələbəsi bu 
obrazı son dərəcə insaniləşdirir, xarakterinə təkrarolunmaz fərdi 
xüsusiyyətlər əlavə edir. Biynöger cigit tək doğulduğu kimi hə-
yatda da, ölümdə də cigit kimi qalır. Sevgilisi də onun kimidir. 
Biynöger  ən  yaxın  və  əziz  adamı  haqqında  “O,  əmr  eləsə,  qa-
yadan atlanaram” deyir. Atlı ilə yanaşı qaçan qadının müqayisə-
si onun əsl cəsurluğunu və məğrurluğunu göstərir. Beləliklə, bu 
qəhrəman qadın xalq idealının bariz təcəssümü təsirini bağışlayır. 
Bununla bağlı biz qaraçaylıların el məsəli olan “Qadın kişinin qa-
nadıdır” deyimini yuxarıda xatırlatmışdıq. 
Biynögerin qardaşı Umar, qonşu kəndlərdən olan dağlılar – 
bütün  bu  insanların  hamısı  Biynögerə  hər  bir  vasitə  ilə  kömək 


Qaraçay  ədəbiyyatı
109
etmək istəyirlər. Onlar hamısı həmrəylik hissi ilə birləşdirdiyin-
dən monolit kollektiv kimi çıxış edirlər. Sonda Biynöger ani bir 
zaman kəsiyində canını tapşırır. O, heç də ilahənin istədiyi kimi 
üzücü, biyabırçı və əzablı ölümlə dünyaya vida demir, onu kişi 
kimi tərk edir.
Qaraçay şifahi xalq yaradıcılığında və yaddaşında tarixi-qəh-
rəmanlıq nəğmələri də xüsusi yer tutur. Bu nəğmələrdə milli-a-
zadlıq və sosial mübarizə daha qabarıq şəkildə öz əksini tapmış-
dır.  Belə  tarixi-qəhrəmanlıq  nəğmələrində  sayca  kiçik  xalqın 
əzab-əziyyət dolu taleyi əks olunur. Məsələn, nəğmələrdə qeyd 
olunur ki, arzu-istəyimiz Elbrusdan uca olsa da, gücümüz olduq-
ca azdır. Krım xanlığının özbaşınalığı ilə bağlı (“Açey oğlu Açe-
mez”), dağlı feodallarla (“Qara Musa”) mübarizə nəğmələrində 
bu, xüsusilə relyefli verilir. Tarixi-qəhrəmanlıq nəğmələrinin ən 
böyük qrupunu Qaraçay torpaqlarına edilmiş basqınlar təşkil edir. 
Buna  nümünə  olaraq  biz  qədim  “Tatarxan”,  “Candar”,  “İlyas”, 
“Batır Basxanuk”, “Zaurbəy”, “Səlimgirey”, “Sarıbəy və Qura-
bay”, “Qaysınlar” və digər qədim nəğmələrin adını çəkə bilərik. 
Bu nəğmələrin başlıca leytmotivi gücün və qocaqlığın vəsf  olun-
ması, qəhrəmanın öz tayfası, qəbiləsi, kəndi-aulunun, el-obasının 
marağı uğrunda, düşməni cəzalandırması kimi məsələlərə mey-
dan verməkdən ibarətdir. 
Ağıl və idrakın gücünü nümayiş etdirən nümunələr sırasında 
“Tatarxan”  nəğməsini göstərmək olar. Üçkulan kəndindən olan 
Bahadırov soyadlı Tatarxan evdə olmayan vaxt qızılbəylər onun 
tayfasından olanları əsir alır, heyvanlarını da sürüb aparırlar. On-
ların arasında Tatarxanın süd anası da olur. Bunu bilən Tatarxan 
başına döyüşçülər yığıb onların dalınca gedir. Düşmənlərə o Duut 
çayının digər sahilində çatır. Tatarxan burada təmkinlilik və dö-
zümlülük nümayiş etdirir. Tatarxanın süd anası saçındakı tüklərə 
işarə edərək ona başa salır ki, qızılbəylərin sayı-hesabı yoxdur. 
Tatarxan isə cavabında öz başındakı saçını və saqqalındakı tük-
ləri göstərərək bildirir ki, güya bizim sayımız onlardan da çox-


Nizami Tağısoy
110
dur. Tatarxan başına çıraq bərkidib qaranlıqda çayı keçərək əks 
sahildə kəməndin  ikinci ucunu bərkidir ki, onun da vasitəsi ilə 
öz  yoldaşlarına  o  biri  sahilə  keçməyə  kömək  edir  və  sağsağan 
səsi çıxarmaqla şərti işarə verir. Beləliklə, düşməni çaşbaş salan 
Tatarxan insanları azad edib, heyvanları geri qaytarır. 
Bu nəğmə Tatarxanın qoçaqlıq və qəhrəmanlığını vəsf etmək-
lə eyni zamanda İmmolat bəyin satqınlığını da ifşa edir. Çünki 
Tartarxanı yarı yolda tək buraxan İmmolat bəy yolun yarısından 
geri dönür. Nəğmədə tarxi yerlər və adlar da öz əksini tapmışdır. 
Burada Naxıt zirvəsi, Duut çayı, Sxanat, Tatarxanın döyüş dost-
ları  Bayçaqar,  Mukanın  oğlu,  digər  adlar  və  etnonimlər  maraq 
doğurur. 
“Qanamat haqqında nəğmə” – çar məmurlarının qurbanı ol-
muş, xalq içindən çıxmış günahsız insan haqqında ağıdır. Nəğ-
mədə həm də satqın aul yüzbaşılarının nəfsgirliyi, hərisliyi güclü 
tənqid atəşinə tutulur.
Nəğmənin  ana  xəttini  abrek  kimi  tutulub  zindana  salınmış 
Qanamat haqqında söhbət təşkil edir. O, zindandan qaçaraq dağ-
larda gizlənir. Bir müddət sonra öz günahsızlığını təsdiqləməklə 
Qanamat yenidən aula qayıdır. Bu arada o, knyazlardan mükafat 
almaq əzmində olan satqınlar tərəfindən yenidən ələ keçirilir və 
öldürülür.
Qanamat haqqında nəğmədə konkret faktik material, əsərdəki 
hadisələrin cərəyan etdiyi yer və adlar vardır. Nəğmə son dərəcə 
lakonikdir. Əsərin bütün bədii təsvir vasitələri xalqın vicdan və 
ləyaqətini alçaltmış satqınlara və irticaçılara barışmaz mövqeyi 
əks  etdirir  (məsələn,  “qadınabənzər”,  “kukla  kimi  soyundurul-
muş”, “tülkü kimi sığallanan”, “qaniçənliyə görə makafat alan” 
və s. tipli ifadələrdən istifadə  buna bariz nümunədir).
Qaraçay  məişət  nəğmələrində  sevgi-məhəbbət  nəğmələri, 
beşik  nəğmələri  və  s.  xalq  həyatının  müxtəlif  tərəfləri  öz  əksi-
ni  tapmışdır. Ailə,  sevgi,  məhəbbət,  insanlar  arasında  qarşılıqlı 
münasibətləri əks etdirən nəğmələrə biz “Ağbiyçə və Ramazan”, 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə