Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə37/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   33   34   35   36   37   38   39   40   ...   97

Nizami Tağısoy
114
rasim poeziyası (dua, arzu-dilək, ovçuluq və s.); 2. Adət - ənənə 
və təqvimlərlə bağlı nəğmələr (ilin təzələnməsi, mövsüm, ev-e-
şik, fərdi həyat şəraiti və s.); 3. Nart dastanları (Nart eposu). Nart 
nəğmələri, nart tauruxları (əfsanələri, hekayətləri və s.); 4.Nağıl-
lar  (mifoloji  nağıllar,  çaşdırıcı  nağıllar,  sosial  həyatla,  heyvan-
larla bağlı nağıllar və s.); 5.Nağıla aid olmayan xalq ədəbiyyatı 
nümunələri  (mifoloji  hekayələr,  müdrik  sözlər,  nəsihətlər,  das-
tanlar, rəvayətlər, təbiətlə, qədim dövrlə, fövqəlqüvvələrlə bağlı 
hekayətlər və s.); 6. Əmək həyatı, tarixi qəhrəmanlıqla bağlı nəğ-
mələr (zənginlərə, əsilzadələrə,   çar məmurlarına həsr olunmuş 
nəğmələr, sevgi-məhəbbət şərqiləri, iynarlar (bayatılar), sarınlar, 
ağılar,  komik  nəğmələr  və  s.);  7.Xalq  ədəbiyyatının  kiçik  nəğ-
mələrini çevrələyən janrlar (alqışlar (dualar) və qarğışlar (bəddu-
alar), andlar, Nart sözlərlə (atalar sözü) bağlı hekayələr, qanadlı 
ifadələr, təkərləmələr, sayaçı sözlər) və s. (18,72).
Lap  qədim  zamanlardan  qaraçaylılar Teyriyə  (Tanrıya)  gö-
yün, yerin, suların, daşların, ayrı-ayrı varlıqların mövcudluğuna 
inanırdılar. Onların əski inanclarında Tanrıya tapınmaq, müxtəlif 
bədbəxtliklər, xəstəliklər, faciələr, quraqlıqlar, qıtlıqlar və s. kimi 
çətin vəziyyətlərlə bağlı qurban kəsmək, dilək diləmək mövcud 
olmuşdur. Bu adətlərin izləri qaraçaylıların müasir həyatında bu 
gün də özünü əks  etdirməkdədir:
Bir Teyrini atı bla başlayma      
Ak koy başı, kara koy başı,     
Culduz kütgen – kök başı. 
Barından da Teyri aşhı, 
Barından da Teyri aşhı! 
Ak koy başı, kara koy başı,
Kalturavuk – çöp başı.
Barından da Teyri aşhı!
Barından da Teyri aşhı! (3, 64)


Qaraçay  ədəbiyyatı
115
Bu bəndin tərcüməsi dilimizdə aşağıdakı kimi səslənir:
Bir Tanrının adı ilə başlayıram
Ağ qoyun başı, qara qoyun başı,
Ulduz gündən – göy başı.
Hamısından da Tanrı yaxşı,
Hamısından da Tanrı yaxşı!
Ağ qoyun başı, qara qoyun başı,
Titrək – çöp başı.
Hamısından da Tanrı yaxşı,
Hamısından da Tanrı yaxşı!
Qaraçaylılar Qurban üçün yandırdıqları ocağın üstündən at-
lanmaqla  digər  dünya  xalqlarında  olduğu  kimi  odun  insanlara 
güc-qüdrət verməsinə, onun köməyi ilə  xəstəliklərdən, fəlakət-
lərdən hifz olunmaya, qorunmaya və s. kimi ayinlərə çox inanar-
dılar. Belə ayinlər icra olunan zaman qaraçaylılar qurban ətinin 
qaynadığı  qazan  ətrafında  halay  vurub  oynayar,  özlərinin  tox-
luğunu nümayiş etdirər, göy gurultusu, şimşək çaxması ilə bağ-
lı    Tanrıların  (Çoppanın,  İliyanın,  Sibilanın)  şərəfinə  nəğmələr 
deyərdilər. 
Bütpərəstlik dövründə qaraçaylıların əksəriyyəti ağaclara da 
səcdə qılmışlar. Elə buna görə də Qaraçayda Ayterek və Canqız 
Tereke (Yalqız Ağac) tapınma daha çox özünü göstərməkdədir. 
İnsanlar bu ağacları Tanrılarla eyniləşdirər, onları toxunulmaz he-
sab edərdilər (3,49). 
Qaraçaylılar  Canqız Terekin  ətrafına  dolananda  arzu-dilək-
ləri  həyata  keçsin  deyə  onun  üstünə  al-qırmızı  parçalar,  lentlər 
bağlayar, dəmir parçalar taxar, dualar və nəğmələr oxuyardılar. 
Toyu tutulmuş qızlar, gəlinlər və oğlanlar Canqız Terekin üstünə 
öz  cehizlik  əşyalarından  qoyardılar. 
Qədim qaraçaylılar baharın gəlişi ilə bağlı yenə də Canqız Te-
rekə üz tutar, onu ziyarət edər, qurbanlar kəsib diləklər dilərdilər:


Nizami Tağısoy
116
Adamları ondurğan Terek!
Kesin kimgeda suydurgen Terek!
Adamlağa boluşhan Terek! 
Hatalardan kaldırğan Terek!   
Sabahları oldurğan  Terek! 
Canmırlanı cavdurğan  Terek! (3,66)  
 
 
Bu bəndin tərcüməsi dilimizdə aşağıdakı kimi səslənir:
 
Adamları gücləndirən ağac!
Özünü hər kəsə sevdirən ağac!  
Adamlara yardım edən ağac!
Fəlakətlərdən hifz edən ağac!
Tarlaları biçdirən ağac! 
Yağmurları yağdıran ağac!
Elə buna görə də qaraçaylılar Canqız Tereke məqsədsiz toxu-
nanların lənətlənəcəyinə, öləcəyinə inanırdılar. Onlar Canqız Te-
rekin  ətrafında  rəngarəng  törənlər  təşkil  edər,  həm    birgə,  həm 
də ayrı-ayrılıqda ağaca yaxınlaşıb dərdini söylər, ondan kömək 
dilərdilər. Qaraçaylılar əkin-biçin işlərinə başlamazdan əvvəl də 
Yalqız Ağacın yanına gedər, rəqs edər, nəğmələr qoşar, kəsdikləri 
qurbanlardan başqa, yeni qurbanlar kəsməyi vəd edər, ürəkdə ar-
zular tutardılar: 
Biz sabanizğa çıxa bız!         
Biz tarlaya çıxırıq!
Kalaçüknü sındırmayın,  
Qarasabanı qırmadan,
Sabanъu bıznı sen sürdür,        Tarlamızı sən sürdür,  
Urluğubuznu sen bittir! (3,49)   Toxumları yaxşı bitir!
Qaraçaylılarda daşlara və qayalara da tapınma ayrıca yer tu-
turdu. Onların inancına görə belə daşlar və qayalar sanki Tanrıla-
rın yerində durur, onları əvəz edirdi.  Məsələn,  qaraçaylılar hər 


Qaraçay  ədəbiyyatı
117
hansı məlum bir qayaya Tanrılardan birinin adını qoyar, xalq dü-
şüncəsinə görə həmin daşlar və qayalar da daim konkret Tanrının 
xidmətində dayanırdı. 
Qaraçaylılarda başlıca Tanrı Teyri idi. Elə buna görə də on-
lar öz diləklərini yalnız ondan dilərdilər. Teyrilərin arasında yağış 
Teryisi də vardı ki, xalq məhz yalnız ondan yağış istəyərdi:
Ullu Teyri! CanTeyri!        
UluTanrı! CanTanrı!
Bulutlanı iy Teyri!    
 
Buludları göndərTanrı!
Cavunları cavdur Teyri! (3,50)  Yağmurları yağdırTanrı!
Yuxarıda bəhs etdiyimiz kimi, qaraçaylıların etnoqrafik hə-
yatında ovçuluqla bağlı xeyli ayinlər də vardır. Elə buna görə də 
xalq ədəbiyyatında dağların, ormanların, vəhşi heyvanların sahi-
bi, ovçuluq Tanrısı (Teyrisi) Absatıya tapınma və inanclar mühüm 
yer tuturdu. Absatının surəti, görkəmi, siması xalq düşüncəsində 
daim dəyişib yenilənirdi. Absatı qaraçaylılarda uzun ağsaqqallı, 
qorxunc sifətli, ixtiyar yaşlı Tanrı kimi təsvir olunurdu. O, keyik-
lərin sahibi olaraq anılırdı. Qaraçay ovçuları həm də Absatının 
qızı Badimat-Fatimata da tapınır, onun qarğışlarından qorxub çə-
kinirdilər.
Ovçular Absatıya  qurbanlar  kəsər,  dualar  edər,    bu  dualarla 
onu öz tərəfinə çəkməyə çalışardılar. Təsadüfi deyildir ki, Qaraçay 
şifahi xalq yaradıcılığında Absatı və onun övladlarıyla bağlı xeyli 
qorxulu hekayətlər də mövcuddur. «Absatı qonağı» hekayəsi də 
onlara nümunə ola bilər. Bundan başqa Absatıya həsr olunan ov-
çuluqla bağlı «Cantuvğan», «Biynögerin nəgməsi» və s. kimi nəğ-
mələr də qaraçaylılarda lap keçmişdən bu günə qədər qalmaqdadır.
Qaraçay – malkar mifoloji-mərasim poeziyası nümunələri bu 
xalqların folklor  baxışlarını tədqiq edən alimlər tərəfindən geniş 
və  dərin  şəkildə  təhlillərə  cəlb  edilmişdir.  Bu  baxımdan A.Qa-
rayevanın «Qaraçay-malkar xalqının folklor irsi» (4),  M.Xubi-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə