Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə36/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   32   33   34   35   36   37   38   39   ...   97

Qaraçay  ədəbiyyatı
111
“Ağüzlü Batay” və s. nəğmələri nümunə gətirə bilərik. Bu nəğ-
mələrdə sevgiyə inam, hisslərin gücü və s. cəhətlər xüsusilə qa-
barıq verilir. Sevgi nəğmələrində sosial bərabərsizlik motivləri öz 
dramatizmi ilə fərqlənir. Bədii təsvir vasitələri burada sadəliyi, 
aydınlığı    və  emosionallığı  ilə  seçilir.  Bu  nəğmlərdə  həm  lirik 
hisslər, həm patetika, həm satira, həm də yumor uğurla çulğaşır.    
Qaraçay şifahi xalq ədəbiyyatında sevgi-məhəbbət nəğmələri 
kimi  iynarlar  (bayatılar)  daha  mühüm  yer  tutur.  Gözəlliyi  vəsf 
edən «Kemisxan», «Tavkan», «Aktamak», «Kulina» və s. kimi 
nəğmələrdə qızların öz sevgililərinə qovuşub qovuşmaması, qar-
şısız sevgi motivləri və s. səsləndirilir. Burada zəmanədən şikayət, 
varlıların xalqa sitəm verməsi və s. daha görümlü təqdim olunur. 
Xalq arasında «Eşq ağısı» (“Suymeklikküy”) adlanan nəğmədə 
qızın zorla başqa birisinə – sevmədiyinə verilməsi təsvir edilir. 
Qaraçay iynarlarını  üç qrupa bölmək olar: qızların söylədiyi 
iynarlar; igidlərin, gənclərin söylədiyi iynarlar; qızların və gənc-
lərin birgə söylədiyi iynarlar. İynarların üçüncü qrupu «aytış» ad-
lanır (digər türk xalqlarında olan «aytıs», «atışma», “müşayirə” 
ilə müqayiə et). İynarlar alqışlar kimi bədahətən söylənən lirik 
nəğmələrdir:
Cırımı aytayım sanna,    
Nəğməmi söyləyim sənə,
Sen kerek edin manna,   
Sən gərəkiydin mənə
Sarı ayaklı kuşladan –    
Sarı ayaqlı quşlardan - 
Salam ciberdim men sanna.  
Salam göndərdim sənə.
Suvuk, katı selkel gendi,   
Soyuq, sərt ruzgar gəldi
Subanlanı çaçara.  
 
Sisləri dağıtmaqçün.
Allah karuv berse idi,       
Allah mənə güc verəydi,
Seni alıb kaçara.     
 
Səni alıb qaçmaqçün.
Kabkaradı qaşların, 
 
Qapqaradır qaşların,
Kümüş miyala közlerin,   
Gümüş piyalə gözlərin,


Nizami Tağısoy
112
Kurannı hatın aythanlay –       Quran yazısı kimi
Avzundan çıkan sözlerin.   
Ağzından çıxan sözlərin.
   
 (1,194-195)
Yuxarıda qeyd etdiyimiz kimi, dağlıların, xüsusən Qaraçay 
və malkar türklərinin həyatı yazılı mənbələrdə  öz əksini az tap-
mışdır. Elə buna görə də onların tarixi müxtəlif əşyaların,  daha 
çox oraqların, at nallarının və məzar daşlarının köməyi ilə yazıl-
dığını qeyd etməliyik. Bəlkə Qaraçay nəğmələrinin qələmlə de-
yil, qan və göz yaşları ilə yazıldığını söyləmək də mümkündür. 
Buna nümunə kimi «Açey oğlu Açemez» nəğməsini göstərə bilə-
rik. Bu nəğmənin baş qəhrəmanı ovçu Açemez öz ailəsinin na-
musunu qorumaqla yanaşı, həm də xalq azadlığı uğrunda müba-
rizə aparmışdır. Xalq da öz oğlunun qəhrəmanlığını vəsf etməklə 
onu dünyaya gətirən ananın şərəfinə nəğmə qoşaraq aşağıdakıları 
söyləmişdir:
Cannetni ceti eşiyi boş bolsun,  
Açemezni biz getapqa ana (1,55) 
Bu misraların tərcüməsi:
Cənnətin yeddi qapısı açıq olsun
Açemezi bizə doğan anaya.
XVIII əsrin son onilliyi XIX əsrin ilk iki onilliyi dövründə 
Qaraçay və Malkariyada insanlar daha çox kütləvi şəkildə vəba 
xəstəliyinə  tutulmuş  və  dünyalarını  dəyişmişlər.  Bu  xəstəlik-
lə  bağlı  insanlar  «Birinci  vəba»  («Alemina»)  və  «İkinci  vəba» 
(«Ekinçi emina») ağı-nəğmələr düzüb-qoşaraq onları gözyaşları 
içində  ifa  etmişlər.
Qaraçaylılar Qafqazda gedən müharibələrlə bağlı da müxtəlif 
nəğmələr qoşmuşlar. Bu baxımdan rus əsgərləri ilə qaraçaylıla-
rın döyüşlərini yada salan, onları göz önündə canlandıran  «Ha-


Qaraçay  ədəbiyyatı
113
savka», «Umar» və digər nəğmələr səciyyəvidir. Məlum olduğu 
kimi, XIX əsrdə ardı-arası kəsilməyən basqı və müharibələr nə-
ticəsində Qaraçay və malkar türkləri Türkiyəyə mühacirət etmək 
zorunda qalmışlar. Bununla bağlı «İstanbula gedənlərin nəğməsi»  
(«Stanbulğa ketkenleni cırları»), «Köçkünlər» («Mühacirle») və 
s. bu insanların çəkdiyi əzab-əziyyətləri, fəlakətləri, ana yurddan 
ayrılmağın ağırlığını, çətinliyini, vətənsizlik kimi dözülməz dərdi 
dilə gətirmişlər. Qaraçaylıların başı əsrlər boyu min bir bəlalara 
düçar olmuşdur. Bu, onların vətəninin yağmalanması və müha-
ribələri  əks  etdirən  məqamlarda  daha  üzücüdür.  Elə  buna  görə 
də  onlar  belə  vəziyyətlərlə  bağlı  neçə-neçə  nəğmələr  qoşmuş, 
şərqilər söyləmişlər. Onların sırasında «Tatarxan», «Sarıbiylə Qa-
rabiy», «Candar», «Zaurbek», «Kobanların qoyun sürüsü», «Gü-
yerdi», «Bekmirzalar» və s. qeyd etmək olar.
ƏDƏBİYYAT 
1.  Başlanğıcından Günümüze Kadar Türkiye Dışındakı Türk 
Edebiyatları Antolojisi (Nesir-Nazım). 22. Karaçay-Mal-
kar Edebiyatı. Ankara, T.C.Kültür Bakanlığı, 2002.
2.8.Qaraçay şifahi xalq yaradıcılığının janr 
təsnifatı və tədqiqi problemləri
Qaraçay  etnik-milli  mənəviyyatının,  həyat  fəlsəfəsinin, 
psixologiyasının, ədəbiyyatının gəlişməsində şifahi xalq yaradı-
cılığının rolu əvəzsizdir. Nəinki qaraçaylılar, həm də digər dağ-
lılar bütün zamanlarda xalq sözünə böyük dəyər vermişlər. Xalq 
nəğmələri, Nart əfsanələri və hekayələri, beşik nəğmələri (layla-
lar), alqışlar, qarğışlar və s. Qaraçay türklərinin uzun əsrlər boyu 
fikir və düşüncəsinin ifadəçisi kimi çıxış etmişdir. Bu müstəvidə  
qaraçaylıların  şifahi  xalq  poeziyasının  zəngin  nümunələrini  və 
janrlarını aşağıdakı kimi təsnifləndirmək olar: 1. Adət-ənənə, mə-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə