Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə44/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   40   41   42   43   44   45   46   47   ...   97

Qaraçay  ədəbiyyatı
137
idi. Qaraçay poeziyasının ilk addımları, söylədiyimiz kimi, H.Ur-
tenov, İ.Qaragetov, Ə.Biçiyev, D.Bayqulov və başqalarının adı ilə 
bağlı idi.
İssa  Qaragetovun  ilk  şeirləri  ”Yeni  şeirlər”  (“Джангы 
джырла”)  Moskvada  nəşr  olunmuşdur.  1939-cu  ildə  isə  şai-
rin  Kislovodskda  “İnqilab  şeirləri”  işıq  üzü  görmüşdür.  İ.Qa-
ragetovun  yaradıcılığında  Şimali  Qafqazda  gedən  dəyişiklik-
lər  həm  də  keçmişin  ağrılı-acılı  günləri  üzərində  duşuncələr-
lə  bağlı  idi.  Bu  baxımdan  İ.Qaragetovun  “Çobanın  ağzından” 
(“Сюрюучюню  аузундан”),  ”Dağlı-qızın  şikayəti”  (“Таулу 
къызны тарыгъыуу”), “Gun cıxdı” (”Kюн тийди”), “Qolçomaq 
və nokər” (”Джудирукъ бла джалчы”) və başqa bu kimi əsərlər 
səciyyəvidir. 
İ.Qaragetov özünü lirik bir  şair kimi “Qafqaz” şeirində daha 
yaxşı göstərə bilmişdir. Peyzaj lirikası bu dövrdə nəinki İ.Qara-
getov, həm də H.Urtenov (“Elbrus”, “Qafqaz dağları”), A.Biçiyev 
(“Qış”, “Yaz”, “Səhər”) və digərlərinin yaradıcılığı  üçün xarak-
terik idi. Lakin daha böyük populyarlığı burada məhz “Qafqaz” 
şeiri ilə İ.Qaragetov əldə etmişdi. Şeir oxucuları yüksək emosio-
nallıq və hisslərin əlvan tərənnümü ilə özünə cəlb etmişdi. Yeri 
gəlmişkən qeyd edək ki, İ.Qaragetov özünü həm də səriştəli tər-
cüməçi kimi təsdiqləmişdir. O, Qaraçay dilinə iki nəğməni “Ürək-
lə, yoldaşlar, irəli” və “İnternasionalı” tərcümə etmişdir.
Qaraçay xalq şairi, qocaman jırçı (şeirci) Kasbot Koçkaro-
vun yaradıcılığı XIX əsrin ikinci yarısı - XX əsrin birinci yarısını 
əhatə edir. Kasbot Qaraçaydakı Üçqulan aulunda kəndli ailəsində 
dunyaya goz acmışdır. Yeddi yaşından məktəbə getmiş və orada 
«Quran»ı  yaxşı mutaliə etmişdir. Erkən yaşlarından şifahi xalq 
yaradıcılığına  böyük  maraq,    xalq  nəğmələrini  əzbərdən  demə, 
ona onları böyük ustalıqla ifa etməyə kömək etmişdir. On iki ya-
şına yetişəndə Kasbot artıq özü şeirlər yazar, nəğmələr qoşardı. 
Kasbot  Koçkarovun  yazdığı  lirik  əsərlər  sırasında  onun  «İlxıçı 
nəğməsi»,  «Xorasan»  və  s.,  «Aycayaq»  («Ayüzlü»)  poemaları, 


Nizami Tağısoy
138
«Kurəkən olmaq istərəm», «Mənə bunumu təklif edirsən» və s. 
kimi numunələr mühüm yer tutur.
Kasbot Koçkarovun «Aycayaq» («Ayüzlü») poemasından bir 
necə bəndi ixtisarla oxuculara təqdim etməyə ehtiyac duyuruq:
Ayüzlü! Gözəl ləçək,
Duruşunsa bir çiçək,
Sinən gul çələngidir –
Sevginsə məst edəcək.
Dağda gəzir qulunlar,
Atlanır, oynayırlar,
Anan mənə qayınana – 
Qonşular susaydılar.
Qəlb evimi axtarsan,
Nə var – onda  taparsan,
Qəbul etməsən – kədər – 
Dönük çıxmamalısan.
Ayüzlü! Dərd-kədərdən,
Təlaşlı fikirlərdən,
Heç zaman qurtulmarıq – 
Teberdaya dön yenidən.
Təpədə – cay aşağı,
Ev göydələn sayağı,
Orda rahat olarıq – 
Dord bir yan sevinc bağı.
Nərdivan ver – göyə qalxım,
Buludları dağıdım,
Ayüzlü sevgisindən – 


Qaraçay  ədəbiyyatı
139
Gələcəkçün pay alım.
Başımdan qalxır alov,
Urəyimə düşür lov,
Kulək - əs. Su – dalğalan – 
Teberdaya gəl bir dov.
Dərələrdə yatmış quş,
Gecələr olur bihuş,
Qəlbin vursun sinəmdə – 
Etmə mənə yalvarış.
Kasbot Koçkarov mukəmməl dini təhsil almasa da, sonralar 
mədrəsə təhsili görmüş, Şərqin din və mədəniyyət mərkəzlərində 
olmuş, müdriklik yolu kecmiş, başqalarından biliklər əxz etmək-
lə  öz  bilik  səviyyəsini  cilalamaqda  davam  etmişdir.  Elə  bu  sə-
bəbdəndir ki, Kasbot Koçkarovun jır və nəğmələrində didaktika, 
islami dəyərlər, nəsihətlər üstünlük təşkil edir. Təsadüfi deyildir 
ki, qocaman jırçının ənənəyə sədaqəti və fitri istedadı sayəsində 
yazdığı  əsərlər  Qaraçay-malkar  poeziyasının  qızıl  fondunu  təş-
kil edir. Şairin yüksək peşəkarlığı onun nəinki Qaraçay-malkar-
lar, həm də noğaylar, çərkəzlər, abazalar, kumuxlar, kabardinlər, 
Qafqazda yaşayan digər xalqlar arasında məhşurlaşdırmışdır (29).
Kasbot Koşkarovun üsyankar ruhlu şeirləri, həcvləri XX əs-
rin əvvəllərində oxucuların diqqətini daha çox cəlb etmişdir. O 
dövrdə bolşeviklər xalq arasında tanınmış sənətkarları öz tərəfinə 
çəkməklə  Kommunist  partiyasına,  Leninə,  Stalinə  mədhiyyələr 
yazdırır, sosializm quruculuğunu tərənnüm etdirirdilər. Belə hə-
yata  keçirilən  mədəni-ədəbi,  siyasi-ideoloji  platformada  ləzgi 
xalq şairi Suleyman Stalski, məşhur qazax akını Cambul Caba-
yev, avar xalq şairi Həmzət Sadasanın yaradıcılığı təqdir edilir, 
onlar rəsmi toplantılara dəvət olunur, mükafatlandırılmaqla siyasi 
quruluşun  məddahına  çevrilirdilər.  İmperiya  düşkünləri  Kaspot 


Nizami Tağısoy
140
Koçkarovla adlarını sadaladıqlarımızla qurulan “beynəlmiləlçilik 
oyunu” oynaya bilmədilər. Bolşeviklərin dinə mənfi münasibə-
tini, milli ayri-seçkilik siyasətini, azad düşüncəli insanları məhv 
etdiyini görüb, Kaspot onların dəvətlərinə “hə” demədi. At üs-
tündə dərvişsayağı ömür sürərək, kəndbəkənd, aulbaaul gəzib öz 
jırlarını,  nəğmələrini  oxumaqda  davam  edirdi.  Bir  əsrdən  artıq 
ömür sürmüş Kaspot Koçkarov 1940-cı ildə 106 yaşında dünya-
sını  dəyişmişdir.   
Qaraçay poeziyasının təşəkkülündə Əsəd Biçiyevin də xid-
mətləri  böyükdür.  Onun  yazdığı  əsərlərin  sayı  o  qədər  çox  ol-
masa da, “Taulu caşau” (“Dağlı həyatı”) qəzetinin səhifələrində 
nəşr etdirdiyi lirik şeirləri, müntəxəbatlara və dərsliklərə salınmış 
əsərləri öz ictimai-siyasi mövzusu ilə diqqəti cəlb edirdi. Bununla 
belə Əsəd Biçiyev yaradıcılığının ilkin illərində qələmə aldığı bir 
sıra şeirlərində (“Ana dili”, “Mən azad oldum” və s.) ritoriklik və 
deklarativlikdən kənarlaşa da  bilməmişdi. Yeri gəlmişkən qeyd 
edək ki, bu çatışmazlıq nəinki Ə.Biçiyevin, həm də digər Qaraçay 
sənətkarlarının yaradıcılığı üçün xarakterik idi. Ə.Biçiyevin yara-
dıcılığının ən parlaq səhifələri onun doğma diyarın təbiətinə həsr 
etdiyi şeirləri idi. Bu şeirlərdə sənətkar ətraf təbiətin gözəlliyini, 
onun qeyri-adi rənglərini əks etdirirdi. Məsələn, yarpaqlarını yarı 
soyunmuş ağaclarda ağ çiçəklərin təsviri (“Yaz”), şehin damcı-
larını udmağa çalışan günəşin ilk şüaları (“Səhər”) və s. maraqlı 
palitralarla təqdim olunmuşdu. Ə.Biçiyev şair-tərcüməçi kimi də 
oxucuların yaddaşında yer almışdır. Onun İ.A.Krılovdan (“Qarğa 
və tülkü”, “Ördək, xərçəng və balıq”), M.Y.Lermontovdan (“De-
mon”), M.Qorkidən (“Şahin haqqında nəğmə”, “Qağayı haqqın-
da nəğmə”) etdiyi tərcümələr Qaraçay oxucularının rəğbətini qa-
zanmışdır. 
Davud Bayqulov qələmini muxtəlif janrlarda – nəğmələr, şe-
irlər, nağıllar və poemalarda sınamışdır. Bayqulovun yaradıcılı-
ğında başlıca mövzu mövcud gerçəklik idi. Şairin doğma diyarda 
olan dəyişikliklərdən (“Bu günkü Qaraçay”) kolxozçu və əməkçi 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə