Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə41/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   37   38   39   40   41   42   43   44   ...   97

Nizami Tağısoy
128
hıyaalmasına gorə bu zaman Qaraçayda cəmi 535 savadlı vardı.
Təbiidir ki, belə bir şəraitdə bəy (knyaz, uzden) dağlı ailə-
sindən olan uşaqlar təhsillərini davam etdirmək imkanına malik 
idilər. Yalnız onlara kadet korpuslarına daxil olub dünyəvi təhsil 
almaq hüququ verilirdi. Bununla belə dağlılara Dağlı leybqvar-
diya yarımeskadronundakı konvoyda xidmət etməyə razılıq ve-
rilmişdi (16, 148). Bu yarımeskadrona 16 yaşlı İslam bəy Krım-
şamxalov da qəbul edilmişdi. Üç il ərzində Peterburqda xidmətdə 
olan  İ.Krımşamxalov  rus  dilini  mukəmməl  oyrənməklə  yanaşı, 
həm  də  bir  sıra  digər  elmlərə  yiyələnə  bilmişdir.  Elə  buradaca 
onun əsl sənətkarlıq istedadı özünü büruzə vermişdir.
XX  əsrin  əvvəllərində  fəaliyyət  gostərmiş  Qaraçay  maarif-
çilərinin başlıca vəzifəsi xalq arasında savadsızlığın ləğv edilmə-
sindən və Qaraçay yazılı ədəbiyyatını inkişaf etdirməkdən ibarət 
idi. Təbii ki, belə təşəbbüsün həyata kecirilməsi üçün həm də bu 
dövrdə real imkanlar ortaya çıxırdı. 20-ci illərdən başlayaraq, ana 
dilində mətbuat, məktəb, teatr, klub, kitabxana işi və mədəni-ma-
arif müəssisələrinin inkişafı ilə bağlı işlər həyata keçirilirdi. 30-
cu illərdən başlayaraq isə bu istiqamətdə aparılan işlər daha da 
intensivləşirdi.
1928-ci ildə ərəb əlifbası latın qrafikalı əlifba ilə əvəzləndi. 
On ildən sonra – 1938-ci ildə latın qrafikalı əlifba  kiril əlifbasına 
dəyişdirildi. Latın qrafikalı yazıya kecildikdən sonra savadsızlı-
ğın ləğv olunması, ana dilində kitab nəşri işi xeyli dərəcədə qay-
daya salındı. 1930-cu ildə artıq Qaraçay balaları kütləvi şəkildə 
ana  dilində  təlim  almaq  imkanına  malik  idilər.  Pedaqoji  texni-
kumlar, fəhlə-gənclər məktəbləri, sonralar isə yaranan pedaqoji 
muəllimlər institutları Qaraçay ziyalı kadrlarının hazırlanması və 
onların ətrafında yaradıcı quvvələrin birləşməsi üçün münbit şə-
rait yaradırdı.
Qaraçay  yazıçılarının  ilk  qələm  təcrubələri,  hec  şubhəsiz 
ki, dövrü mətbuat orqanlarının yaranması ilə bağlı idi. Həm rus 
«Dağlı kasıbları» (“Qorskaya bednota”) (1922), «Dağlı həyatı» 


Qaraçay  ədəbiyyatı
129
(“Qorskaya jizn”) (1924), həm də Qaraçay dilində nəşr olunan 
«Dağlı həyatı» («Taulu Caşau» (1924)), «Dağlı Carlılar» (“Tau-
lu Carlılar”) (1928) kimi qəzetlər yenicə yaradıcılıq fəaliyyətinə 
başlayan Qaraçay şair, nasir və dramaturqları İssa Qaragetovun, 
Abidət  Botaşevanın,  Həzrət  Urtenovun,  Davud  Bayqulovun  və 
digərlərinin şeir, felyeton, hekayə və pyeslərini dərc edirdi. Ad-
larını  cəkdiyimiz  qəzetlərin  ardınca  bu  dövrdə  Qaraçay-malkar 
dilində – əlifba və oxu kitabları nəşr olunmağa başlayırdı.
Oxu kitablarının və dərsliklərinin tərtibçiləri burada şeir və 
hekayələrdən  nümunələr  verir,  bədii  tərcumələr  edir,  nağılları, 
tapmacaları,  nəğmələri  yenidən  işləyib  hazırlayaraq  özləri  də 
ədəbi prosesin iştirakçılarına çevrilirdilər. Nəğməkarlar əsərlərin-
də yeni hadisələri əks etdirərək, gənc Qaraçay ədəbiyyatına yeni 
ruh, yeni nəfəs gətirmək, xalq yaradıcılığının bütün imkanların-
dan istifadə etməklə, onu bədii-ifadə vasitələri ilə zənginləşdirir 
və, beləliklə, yazılı ədəbiyyatın yeni janr və növlərini formalaş-
dırmağa can atırdılar.
XX əsrin 30-cu illərində qaraçaylıların tarixinin, folklorunun 
və dilinin öyrənilməsi ilə bağlı tədqiqat mərkəzinin təşkilinin zə-
ruriliyi ortaya cıxırdı. Bu işi 1935-ci ildə Qaraçayda yaradılmış 
Elmi-Tədqiqat İnstitutu həyata kecirirdi.
Qaraçayda gedən mədəni yüksəliş, həm də insanların yaradı-
cı enerjisinin artması ilə əlamətdar idi. Gənc Qaraçay ədəbiyya-
tının yüksəlişinə öz töhfəsini həm də xalq nəğməkarları – Kasbot 
Koçkarov,  Appa  Canıbəyov,  İbrahim  Qozayev  və  b.  verməklə 
doğma ədəbiyyata yeni ictimai-mədəni məzmun kəsb edən mo-
vzular  gətirirdilər.
Ədəbiyyatın  belə  kutləvi  xarakter  aldığı  bir  dövrdə Yazıçı-
lar Birliyinin yaranmasına ehtiyac duyulurdu. Bunun nəticəsində 
Qaraçay Yazıçılar Təşkilatının formalaşdırılması bu istiqamətdə 
səmərəli addım kimi qeyd edilməlidir.
Tədricən Qaraçay səhnələşdirilmiş xalq tamaşaları da fəaliy-


Nizami Tağısoy
130
yət gostərməyə başlayırdı ki, onların ilk numunələri toy-düyün 
xarakterli, «təkə» xalq tamaşalarının elementləri, impovizasiyalı 
məqamlarla ilə zəngin idi. 
A.Qorxmazovun «Qırmızı komandir kadet əsrində», A.Bat-
çayevin  «Əhməd-Batır»  kimi  pyesləri  Qaraçayda  xalq  təəssüb-
keşliyinin müdafiəsinə həsr olunmaqla, həm də dastan və nəğmə 
qəhrəmanları  obrazların  həmahəngliyi  ilə  secilirdi.  Əgər A.Bo-
taşevanın «Savadlı qadınla savadsız qadın» pyesi oz illüstrativ-
liyi və ritorikliyi ilə secilirdisə, Gemma Gebenovun «Gücümüz 
birlikdədir» pyesində daha çox sosial-psixoloji dram elementlə-
ri özünü büruzə verirdi. Bu cəhət, bu istiqamət qadın azadlığına 
həsr  olunmuş  digər  bir  «Kohnə  adətlər  və  qanunlar»  pyesində 
daha qabarıq şəkildə əks olunurdu.
Dramaturji  ustalığın  yüksəlişini  biz  Şəhərbəy  Ebzeyevin 
«Uğurlu» adlı orijinal pyesində görürük. Əsərin mərkəzində saf 
əqidəli  kəndli  obrazı  dayanır.  Bu  əsər  sosial  məişət  komediya-
sıdır.  Pyes  öz  dövrü  üçün  populyar  olmaqla  bir  sıra  şəhərlərdə 
numayiş  etdirilmiş  və  onun  sonuncu  variantı  1937-cı  ildə  nəşr 
olunmuşdur. Bütün bunlar 30-cu illər Qaraçay dramaturgiyasında 
xalq yaradıcılığından professional ədəbiyyata keçidin baş verdi-
yini sübut edirdi. 
30-cu illərdə digər xalqlarda olduğu kimi Qaraçay ədəbiyya-
tında da poeziya ön planda dayanırdı. Bu illərdə onun inkişafına 
öz töhvəsini verənlər sırasında İssa Qaragetov, Həzrət Urtenov, 
Davud Bayqulov və başqalarını göstərmək olar.
Qeyd edək ki, XIX əsrin ikinci yarısı - XX əsrin əvvəlləri Qa-
raçay  ədəbiyyatında  maarifçi-demokratik  islahatlar  gedən  dövr 
kimi  xarakterizə  olunur.  Çünki  XIX  əsrin  son  onilliklərinə  qə-
dər Qaraçay mədəni həyatı məhz köhnə gerilik və mühafizəkarlıq 
ənənələrinə söykənərək davam edirdi. 
Yuxarıda qeyd etdiyimiz kimi, bu dövrdə xalqın təhsil alma 
hüququ son dərəcə məhdud idi. Bununla belə Rus İmperiyasının 
digər əyalətlərində olduğu kimi, Şimali Qafqazda da XIX əsrin 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə