Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə49/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   45   46   47   48   49   50   51   52   ...   97

Qaraçay  ədəbiyyatı
153
sində dövr  üçün son dərəcə aktual olan dağlı qadınının şəriətin 
yabançı qayda və adətlərindən azad olmasını ortaya atır. Qadının 
hüquqsuzluğunu  göstərmək  üçün  müəllif  bütün  nəzər-diqqətini 
dağlı  ailəsinin  məişətinin  əks  olunmasına    həsr  edir.  Zuli  “Al-
lah” sözünü hər şeydən müqəddəs hesab edən kasıb bir qızdır. On 
yeddi yaşında onu tanımadığı şəhərdən gəlmiş bir varlı kişiyə ərə 
vermişlər. Qız buna qarşı çıxmağı heç fikrinə belə gətirməmişdi. 
Taleyinə baş əymə nəinki Zuli, həm də digərləri üçün öyrəşdikləri 
vəziyyət idi. Təkcə ailə yaşasın deyə, Zuli kimilər hər çətinliyə 
dözməyə  razı  idilər.  Zülidə,  demək  olar  ki,  insana  xas  olan  nə 
varsa, hamısı boğulmuşdu, çünki o, lap əvvəllərdən insan ləyaqə-
ti ilə bağlı heç nəyə malik deyildi. Onun xarakteri feodal- patri-
arxal cəmiyyətinin mənfi adət-ənənlərindən gələn törəmə idi. Bu 
cəmiyyətdə insan alqı-satqı predmerinə, mala çevrilmişdir. Zuli 
şəxsiyyətinin təşəkkülü tədricən itaətkarlıqdan üsyankarlığa doğ-
ru  və  daha  qətiyyətləşməyə  istiqamətlənir.  Zulinin  baxışlarının 
dəyişməsində  tarixi  şərait  də  az  rol  oynamır.  Bu  o  dövr  idi  ki, 
bütün Şimali Qafqazda olduğu kimi, Qaraçay-Çərkəzdə də  qa-
dın azadlığı uğrunda qətiyyətli mübarizə gedirdi. Belə bir şəra-
itdə qadının sosial azadlıq əldə etmə imkanları daha da artırdı. 
Zulinin fəallığı əri evə ikinci arvadı gətirəndə daha da güclənir. 
Zulini əri evdən qovur, onu ikinci dəfə ərə verirlər, daha doğru-
su, satırlar. İkinci ər də onu evdən qovur və yalnız Cambota ona 
kömək əlini uzadır. Cambota deyir: “Zuli, qadın şöbəsinə gedək. 
Orada kasıbları, onların hüquqlarını müdafiə edirlər. Gedək, Zuli. 
Orada köməklik göstərərlər. Gedək, bu yolda səni yeni həyat və 
xoşbəxtlik  gözləyir”. 
Zuli hələ mübariz-insana çevrilməmişdi. O, heç bir qəhrəman-
lıq da etmir, folklor qəhrəman-bahadırları, türk qızları (məsələn,  
“Qırx  qız”  dastanındakı  qaraqalpaq  qızı  Gülayim)  kimi  zəngin 
təfəkkürə də malik deyildir. Lakin yazıçı öz qəhrəmanının daxili 
həyatının dərin və adekvat mənzərəsini yaratmaqla onun obrazını 
inandırıcı ştrixlərlə zənginləşdirə bilmişdir.


Nizami Tağısoy
154
“Zuli” pyesi ilə tipoloji cəhətdən X.Bulatukovun “Fatimat” 
(1932) pyesi və H.Urtenovun “Safiyət” (1934) poeması arasında 
xeyli ümumi, oxşar məqamlar görmək mümkündür. Əgər X.Bula-
tukovun “Fatimat” pyesində noğay qadınının azadlıq, müstəqillik 
mübarizəsi  təsvir  olunursa,  H.Urtenovun  “Safiyət”  poemasında 
dağlı-qadının faciəvi taleyi haqqında danışılır. Bütün bu əsərlə-
rin hamısında maraqlı insan xarakrerləri təsvir olunur. Onların bir 
qismi tarixin qurbanı olmuşdursa, digərləri yeni azad insan kimi 
öz  həyat  talelərini  müəyyənləşdirmişlər.  Qadının  sosial,  mənə-
vi  inkişafı,  hər  şeydən  öncə,  onun  öz  taleyi  uğrunda  mübarizə 
aparması, qətiyyətlə məqsədə doğru irəliləməsidir. X.Bulatuko-
vun pyesinin qəhrəmanı Fatimatın keçmiş mürtəce adətlərə qarşı 
dönmədən çıxış etməsi, sevdiyi kişiyə ərə getməsi onun taleyini 
Zulinin taleyindən fərqləndirir. X.Bulatukov tərəfindən qadın ob-
razının bu şəkildə verilməsi o dövr üçün əhəmiyyətli idi. Çünki 
bu tipli əsərlər məhz bu cəhətinə görə böyük ictimai təsir gücünü 
özündə əks etdirirdi.
Beləliklə, nəzərdən keçirdiyimiz dövrdə mühüm tarixi mey-
lləri ifadə edən sosial-fəal qəhrəman obrazının yaradılması gənc 
türk  və  Şimali  Qafqaz  ədəbiyyatlarının  mühüm  vəzifələrindən  
biri kimi ortaya gəlirdi. Çünki qəhrəmanın taleyi burada xalqın 
gələcəyə aparan yolu ilə qırılmaz əlaqədə olduğu kimi nəzərdən 
keçirilirdi.  Yeri  gəlmişkən  qeyd  edək  ki,  belə  yanaşma  nəinki 
Şimali  Qafqaz,  həm  də  Orta Asiya  və  Qazaxıstan  yazıçılarının 
yaradıcılığında özünü büruzə verirdi. Dağlı qadının taleyi üzərin-
də düşüncələr müxtəlif istiqamətlərdə gedirdi. Əgər D.Bayqulov 
“Məryəm və əfəndi” (1932) poemasında avamlığı və dini məh-
dudiyyəti  ifşa  edirdisə,  “Zəlihət”  (1935)  poemasında  o,  köhnə 
mənəvi-əxlaqi dəyərlərlə mübarizəni ön plana çıxarırdı. T.Tabu-
lov isə bir qədər başqa yolla getməyə üstünlük verirdi. Dağ au-
lundakı yüzbaşını, taciri, knyazı tənqid atəşinə tutmaqla, yazıçı 
satirik  komediyasında  aul  hakimiyyətindəki  mənəvi  şikəstliyi 
qamçılayırdı. Kəndli qızı Zərilənin timsalında yazıçı əsasən əmək 


Qaraçay  ədəbiyyatı
155
adamının mənəvi təmizliyini tərənnüm edirdi. Komediyanın ma-
raqlı cəhəti ondan ibarətdir ki, müəllif əsəri folklor süjeti üzərində 
yerləşdirməklə, qadın obrazını folklor motivləri əsasında əsərləri-
ni yazan digər sənətkarlardan fərqli olaraq tamamilə yeni şəkildə 
ortaya  qoymuşdu.  Əgər  H.Urtenov  D.Bayqulov, A.Şogensukov 
və başqaları əsərlərində tamamilə zəif, geridə qalmış qadın obraz-
ları yaratmışlarsa, T.Tabulov fəal, təşəbbüskar, azad dağlı qadını 
obrazı ortaya qoymuşdur. Müəllif Zərilə obrazını yaradarkən qa-
dın-anaya sevgi və məhəbbət ifadə edən məqamlarda xalq-poetik 
ənənələrindən  istifadəyə  üstünlük  vermişdi.  Lakin  real  həyatda 
isə hər şey tamamilə mürəkkəb idi. Folklor süjeti əsasında əsərini  
quran T.Tabulov onu yeni realist məzmunla doldururdu. Zərilə-
nin iyirmi yaşı var. O, ərdədir, ərini sevir. Lakin bu gənc qadının 
gözəlliyi  knyazın,  yüzbaşının  və  tacirin  də  diqqətini  cəlb  edir. 
Onlardan hər biri gizli olaraq Zəriləyə yaxınlaşmaq istəyir. Zərilə 
isə  məsələ  barədə  ərinə  bildirir.  Ərlə  arvad  aul  başçılarının  əsl 
simasını açmaqla xalqın gözü qarşısında onları ifşa etmək istəyir 
və bunu böyük ustalıqla həyata keçirirlər. Qaraçaylılarda olduğu 
kimi abazalarda mövcüd olan ənənəvi folklor süjeti yazıçının belə 
təsvirində mühüm sosial əks-sədaya səbəb olurdu. 
XX əsrin 20-40-cı illərində Qaraçay-Çərkəz ədəbiyyatında, 
xüsusən poeziyada yaradıcı pafos, romantik vüsət üstünlük təş-
kil edirdi. Nəzərdən keçirdiyimiz dövrdə yeni insan tipi ortaya 
çıxır, humanizm probleminin məzmunu dəyişir, xəlqiliyə, haqqa, 
ədalətə inam möhkəmlənir. Qəhrəmanlar ədəbiyyata öz fərdi bi-
oqrafiyaları  ilə  gəlirlər.  Şimali  Qafqaz  yazıçılarının  əsərlərində 
azad əməyə, fabrik və zavod işçilərinə, yeni həyat mövzularına, 
yeni məişət qayğılarına yer verilirdi. Bu kontekstdə İ.Tabulovun 
“Cərəyanda”, P.Tsekovun ”Azad olmuşlar nəğməsi”, M.Malxozo-
vun  “Xoşbəxtliyin doğulması”, İ.Qaragetovun “Kolxoz nəğmə-
si”, “Neftanası-Qaraçay”, “Həzrətdən nümunə götürün”, “Kolxoz 
kollektivinə”, “Tereza aulunda kolxoz”, X.Karasovun “Taxıl uğ-
runda mübarizə”, A.Kazakovun “Zərbəçi və onun manqası” və s. 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə