Azərbaycan miLLİ elmlər akademiyasi nizami adına ƏDƏBİyyat institutu nizami Tağısoy qaraçay əDƏBİyyati



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə46/97
tarix31.10.2018
ölçüsü1,83 Mb.
#76938
1   ...   42   43   44   45   46   47   48   49   ...   97

Nizami Tağısoy
144
olan bu tipli oyunlar bir-biri ilə qarşılıqlı əlaqədə olmaqla teatrın 
yaranması üçün xarakterik elementlər ortaya qoyurdu. 
Qaraçay  dramaturgiyasının  təşəkkülündə  təbliğat  xarakterli 
pyeslər savadsızlığın ləğv olunmasında, köhnəliklə mübarizədə 
və s. böyük rol oynayırdı. XX əsrin 20-ci illərində Teberda au-
lunda “Savadlı qadınla savadsız qadın” (“Джахил тиширыубла 
окъугъан  тиширыу”)  pyesi  ilk  dəfə  məktəb-internatın  zalında 
tamaşaya qoyulmuşdur. Pyesin qoyuluşunda A.Botaşeva, H.Ap-
payev  və A.Kartaşev  iştirak  etmişdilər  (6,21-22)  .  Əlbəttə,  bu 
pyes  ideya-bədii  nöqteyi-nəzərdən  heç  də  mükəmməl  nümunə 
hesab edilə bilməzdi. O sxematikliyi və plakatlığı ilə seçilməklə 
sırf təbliğat   xarakterli idi. Burada əsasən muəllifin məhdud dün-
yagörüşü əksini tapmışdı. Qəhrəmanların sxematikliyi və həddən 
artıq  ideallaşdırılması  tamaşaçı  rəğbəti  qazanmaq  üçün  heç  bir 
şərait də yaratmırdı. 
Qaraçay ədəbiyyatşünaslığında poeziya və nəsr bir ədəbi növ 
kimi müxtəlif rakurslardan təhlillərə cəlb edilsə də, dramatik növ 
bu günə qədər lazımınca tədqiq olunmamış qalır. Bununsa səbəb-
ləri aydındır. Çünki  birinci  adları çəkilən növlərə nisbətən Qara-
çay ədəbiyyatında dramatik  növün XX əsrin 20-ci illərinin sonu 
– 30-cu illərin əvvəllərinə qədər həm ənənələri olmamış, həm də 
olduqca zəif inkişaf etməyə başlamışdır. Dramatur giyanın ədəbi 
növ  kimi öyrənilməsi öz mənbəyini B.Borlakovun «Qaraçay – 
malkar müharibəyə qədərki dramaturgiyası» əsərindən  götürür 
(9).  Bu kitab üç fəsildən  (I fəsil - Qaraçay-malkar dramaturgi-
yasının yaranması” – burada Qaraçay – malkar folklorunda teat-
rallaşmış oyunlarda dramaturgiya; II fəsil – Dram-sosial-məişət 
obrazları Vətəndaş müharibəsi haqqında dramlar, tarixi dramlar; 
III fəsil  - «Komediya» janrı nəzərdən keçirilir) ibarət olmaqla, 
burada Qaraçay dramaturgiyasının  inkişaf yoluna nəzər salınır 
və müəllif Qaraçay-malkar dramaturgiyasının inkişaf qanunauy-
ğunluqları, onun  xalq yaradıcılığı ilə əlaqələri və xalq həyatının 


Qaraçay  ədəbiyyatı
145
müxtəlif  problemlərinə müraciəti araşdırılır.
Qeyd edək ki, Qaraçay-malkar dramaturgiyasının ilkin mən-
bəyi  şifahi  xalq  yaradıcılığı  olmuşdur.  Qaraçaylıların  müxtəlif 
mərasim, nağıl, nəğmə və s. dram janrına daxil olan elementlər 
özünü göstərirdi. İlk dövrlərdə teatr işinin təşkili bu regionda  son 
dərəcə çətin idi. Nə yetkin dram əsərləri, nə dramaturqlar, nə re-
jissor kadrları, nə də aktyorlar yox idi  (29,26). 
Qaraçay  dramaturgiyasının  tarixi  kökləri  əmək  bayramları 
elementlərində özünü göstərirdi. Məsələn, biçin zamanı bu prose-
si təşkil edən  rəhbər (tamada) və ona köməklik göstərən ağsaqqal 
dərin  təfəkkürü,  ağılı  və  hazırcavablığı  ilə  fərqlənməklə    kloun 
(məzhəkəçi) kimi çıxış edib xalqı əyləndirirdi. O, həm də Azər-
baycan teatrlaşdırılmış tamaşalarındakı kimi «təkə» rolunu oyna-
yırdı. «Təkə» çıxış zamanı  keçi başına qara keçədən keçirilmiş 
maskalı, ağzı, gözü və qırmızı parçadan tikilmiş burnu, ağ saqqalı, 
keçədən  buynuzları  olurdu.  «Təkə»  oyun  zamanı  xüsusi  ustalıq, 
ağıl və çoxbilmiş  təsiri bağışlayırdı. Bundan başqa teatrallaşmış 
oyun elementləri Qaraçaylıların digər mərasimləri – xor  nəğmələri 
«iynar» və «küyü»ndə də müşahidə olunurdu. Toy mərasimlərində 
«kübürçək oyun»unda gənc oğlanla gənc qız üz-üzə oturur, qalan 
oğlan və qızlar onların ətrafında rəqs edirdilər. Digər bir teatrallaş-
mış oyun kumuxlardakı kimi «süydüm tayak» (sevdiyim dayaq, 
ağac) mövcud idi. Bütün bunların hamısı sonralar Qaraçay ədəbiy-
yatında dram janrının yaranmasına şərait yaradırdı.
Qemma Qebenov «Eski adetle, colla» («Əski adət və qanun-
lar») pyesində dağlı qadının ailədə və cəmiyyətdə yeri və mövqe-
yi məsələsini diqqət mərkəzinə çəkir və qızın kalıma (başlığa) ve-
rilməsinə  etiraz səsini ucaldır. Vaxtı ilə Kislovodskda  tamaşaya 
qoyulan «Əski adət və qanunlar» dramının iştirakçısı  olan Qem-
ma Qebenov «Qaraçay-malkar müharibəyə qədərki  dramaturgi-
ya» əsərinin müəllifinə ünvanladığı  məktubda (1 dekabr 1972-ci 
il)  tamaşanın  müvəffəqiyyətindən,  Fatimatın  (baş  qəhrəmanın) 


Nizami Tağısoy
146
özünü güllələdiyi zaman zalın hönkürməsindən, özünün də ağla-
masından danışmışdır. 
Qemma Qebenovun bu məktubunda tamaşada tanınmış rus 
yazıçısı S.Serafimoviçin özü, xanımı, Umar Əliyev və digər ya-
zıçıların  iştirakından  və  pyesin  onların  da  xoşuna  gəldiyindən 
söhbət  açılır  (3,35).  Bu  dövrdə  Kislovodskda  oynanılan  pyes-
lər  arasında  M.Borlakovun  altışəkilli  «Nasıbsız  karaçaylı  qız» 
(«Bədbəxt qaraçaylı qızı») dramı maraqlıdır. Əsər dağlı Qaraçay 
qadınının  taleyinə  həsr  olunmuşdur.  Müharibəyə  bir  neçə  gün 
qalmış R.Qelyayev əvvəlki Qaraçaylı dramaturqları kimi ənənəvi 
patriarxal-dini mövzuya müraciət edir.  R.Qelyayev  əsəri əvvəl 
Murad haqqında trilogiya kimi nəzərdə tutub, onu Vətəndaş mü-
haribəsinə həsr edib kollektivləşmə dövründə göstərmək fikrində 
olsa da, onun arzusu həyata keçməmiş qalmışdır. Qelyayev 1943-
cü ildə cəbhədə həlak olmuş, pyesin əlyazması isə itirilmişdir. Elə 
həmin dövrdə prof. M.S.Qriqoryev və İ.Bazorkin bu pyeslə bağlı 
maraqlı məqalələrlə çıxış etmişlər.
Nəzərdən  keçirdiyimiz  illərdə  Batçayev  «Əhməd-  Batır» 
pyesi ilə çıxış edir. Əsərin başlıca ideyası kasıbların və batrakla-
rın yeni hakimiyyət uğrunda mübarizəsini əks etdirmək idi. Pyes 
müəllif tərəfindən sosial-psixoloji dram kimi nəzərdə tutulmuşdu.
XX  əsrin  30-cu  illərində A.Appayevin  “Qaranlıqdan  işığa” 
(”Къарангылыкъдан  джарыклыкъгъа”),  Z.Bulqakova  və  M.
Bayqulovun “İşıqlı həyata” (”Джарыкъ джашаугъа”) pyesləri də 
sujet etibarilə A.Botaşevanın pyesinə yaxın olmaqla, savadsızlığa 
və keçmiş ünsürlərə qarşı  mübarizə mövzusuna həsr olunmuşdu. 
Dağlı  qadının  taleyi  mövzusuna  M.Borlakovun  altıpərdəli 
“Bədbəxt qaraçaylı qız” (”Насыбсыз кърачайлы къыз”) pyesi 
həsr  olunmuşdu.  Pyesdəki  hadisələr  əsasən  20-ci  illər  Qaraçay 
həyatını  əks  etdirir.  Əsərdə  köhnə  adət-ənənələrin  yeniləri  ilə 
əvəzləndiyi  bir  dövr  tamaşacıların  nəzər-diqqətinə  çatdırılırdı.
Qaraçay dramaturgiyasının təşəkkülündə vətəndaş müharibə-


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə