Pazvari qayış ötürməsi



Yüklə 16,85 Kb.
tarix24.12.2023
ölçüsü16,85 Kb.
#158349
rəsulaqil


Pazvari qayış ötürməsi

Qayış — dartıcı birləşmədə dartı qüvvəsini və fırlanma sürətini ötürmək üçün tətbiq olunan yastı, pazvari, pazvari dişli formalı elastiki maşın hissəsidir. Zaman keçdikcə qayışların hazırlanmasında qədimdə yastı qayış üçün nəzərdə tutulmuş gön əvəzinə süni materialdan istifadə edilməyə başlamışdır. Süni material daha yüksək sürtünmə əmsalı, genişlənməyən daxili və qoruyucu məqsədilə tətbiq olunan xarici qatlardan ibarətdir. Yastı qayışlar bir və ya bir neçə neylon və ya poliamid qatlardan hazırlanır. Eyni ilə yastı qayışlar bu materiallardan ibarət kord sapların sonsuz burulması ilə də hazırlana bilir. Yüksək elastiklik tələb olunan kiçik diametrli qasnaqların tətbiqində hər iki tərəfi rezinlə örtülmüş poliyestr parçadan olan qayışlardan istifadə edilir. Yastı qayışların möhkəmliyi σ_b≈450 MPa həddində yerləşir.


Pazvarı qayışlar tətbiq məqsədindən asılı olaraq üzvi materiallardan hazırlanırlar. Tipik material kimi o rezin içlik və rezin oturacaqda yerləşdirilmiş, vulkanlaşdırılmış və yeyilməyə davamlı xlorofendə hopdurulmuş pambıq materialla bürünmuş poliyestr çubuqdan (və ya kord saplarından) hazırlanır. Yan tərəfi açıq olan pazvari qayışlarda polyestr çubuq xüsusi qarışıqdan ibarət əsasda oturdulur. Qayışın oturaq hissəsi polixlorofen-rezin qarışığından ibarətdir. Qoruyucu üst qat parçadan hazırlanır. Yüksək sürətlərdə işləyən pazvari qayışların xarici səthi əlavə olaraq rezinlə hopdurulmuş parça ilə örtülür.

Dişli qayışlar şüşə-lifli materialdan hazırlanmış ipləri rezin-xlorofen qarışığı ilə əhatə etməklə hazırlayırlar. Dişlər əlavə olaraq yeyilməyə davamlı olan neylon parça qatı ilə örtülür. Bəzi hallarda isə bu rezin qarışığının içərisinə metal məftillər də yerləşdirilir. Bu qayışların parametrləri İSO 5296-da verilir.

Qayışların ölçüləri standartlaşdırılmışdır, ona görə də, hesabat zamanı aralıq ölçülər nəzəri-emprik düsturların köməyi ilə hesablanır və sonra verilmiş cədvəllərdən lazım olan parametrlər seçilir.

Qayış ötürməsi qayış keçirilmiş aparan və aparılan qasnaqlardan ibarətdir. Yük qasnaq və qayış arasında yaranan sürtünmə qüvvələri ilə ötürülür. Qayışın eninə kəsiyinin formasından asılı

Olaraq ötürmələr yastı qayış ötürməsinə və pazvarı qayış ötürməsinə ayrılır. Yastı qayış ötürməsi konstruksiyasına görə sadədir və qayışın böyük elastikliyinə görə uzun müddət işləməsi ilə fərqlənir. Qayışın materialı kifayət qədər möhkəm, yeyilməyə davamlı, elastik, uzunömürlü olmalı və qasnaqla
yaxşı ilişməlidir. Qayışlar bir neçə pambıq parçadan – vulkanlaşdırılmış rezinlə toxunmuş araqatlarından ibarətdir.
Pazvarı qayış ötürməsi bir və ya bir-neçə qayışla işləyir. Qasnağın qanovu paz şəklində olduğuna görə qayışın qasnaqla ilişmə
Qüvvəsi bu ötürmədə yastı qayış ötürməsindəkinə nisbətən böyükdür, bunun nəticəsində də pazvarı qayış ötürməsi böyük gücü ötürə bilir və oxlararası məsafə kiçik olur. Pazvarı qayış ötürməsinin yastı qayış ötürməsinə nisbətən çatışmayan cəhəti qayışların xeyli qalın olması nəticəsində tez xarab olmasıdır.
Qayış ötürməsinin işləməsinin zəruri şərti qayışın əvvəlcədən tarımlanmasıdır ki, bu da əksər hallarda dartıcı diyircəklərin köməyilə əldə edilir.
Qayış ötürməsi vallar üzərində oturdulmuş aparan 1 və aparılan 2 qasnaqlardan və onları birləşdirən qayışdan 3 ibarətdir.

Bir qasnaqdan digər qasnağa hərəkət qayış və qasnaqlar arasında yaradılan sürtünmə qüvvəsi hesabına ötürülür. Sürtünmə qüvvəsi yaratmaq üçün qayış qasnaqlara müəyyən qüvvə ilə sıxılmalıdır. Sıxıcı qüvvə yaratmaq üçün qayış gərilməlidir. Qayışda gərilmə qüvvəsi yaratmaq üçün ya mərkəzlərarası məsafə a artırılır və ya xüsusi gərilmə qurğusundan istifadə olunuraq qayış, mərkəzlərarası məsafədən asılı olmayaraq, sabit bir qüvvə ilə daima gərilmiş vəziyyətdə saxlanılır. Bunu əldə etmək üçün aparan çarxın oxu üzərində oturdulmuş 5 linginin ucundakı 4 diyircəyi ling üzərindəki 6 yükünün ağırlıq qüvvəsi hesabına qayışa sıxılaraq onda, qayışın uzanmasından asılı olmayaraq sabit gərilmə qüvvəsi yaradılır.


İstifadə olunan qayışların en kəsikləri, yastı, pazşəkilli və dairəvi olur.

Qayışlar dəridən, rezinlə örtürülmüş parçadan, pambıq parça və kord şnurlu təbəqəli rezindən hazırlanır. Qayış ötürmələri qayışın en kəsiyinin formasına görə yastı, pazvari (bir və ya çoxsıralı) və dairəvi qayış ötürmələri adlanırlar. Bütün bu ötürmələrdə hərəkət, göstərdiyimiz kimi, sürtünmə qüvvəsi hesabına ötürülür. Dairəvi qayış ötürməsindən əsasən cihazlarda qısa məsafələrə hərəkət (güc) ötürmək üçün istifadə olunur. Maşınqayırmada əsasən yastı və pazvari ötürmədən istifadə olunur. Bu ötürmələrin üstün cəhətləri onların yüksək sürətlə işləyə bilməsi (V≤ 30m/san ) hərəkətin böyük məsafəyə ötürülməsi (a≤ 15m/san) səssiz işləməsi, sadəliyi, yük artdıqda, qayışın sürüşməsi hesabına ötürmənin dağılmaması, yağlama sisteminin olmaması, faydalı iş əmsalının böyük olması ( , = 0,92 ÷ 0,98 ), ötürmə nisbətinin böyüklüyü ≤ 7, çox kiçik və çox böyük (6 ≤ 507) güc ötürə bilməsidir.


Yuxarıdakı ötürmələrin qayışlarının səthləri, göründüyü kimi hamar idi. Odur ki, ötürülən güc qayışın çarxa sıxılması nəticəsində onlar arasında yaradılan sürtünmə qüvvəsi hesabına mümkün olurdu. Bu səbəbdən dayaqlarda böyük reaksiya qüvvələri meydana çıxır, sürtünmə qüvvəsi kifayət etmədikdə qayışın sürüşməsi baş verir. Bu mənfi cəhətlər son illərdə geniş istifadə olunan dişli qayış ötürməsində yoxdur. Bu ötürmənin qayışı trapesoidal dişli olur. Dişli qayış içərisində metal troslar olan neopren və ya poliuretandan hazırlanır. Dişlər yeyilməni azaltmaq məqsədilə neylon parça ilə örtülür.

Belə ötürmədə hərəkət sürtünmə qüvvəsi hesabına deyil ,qayısın çarxların dilərinin ilisməsi hesabına bas verir.Bu ötürmə daha böyük sürətlə isləyir və daha böyük güc ötürə bilir.Ötürmə nisbəti U12, <12,is əmsalı η=(0.94,/0.97) olur.


Ötürmənin mənfi xüsusiyyəti dəqiqliyin az olması,ölçülərin nisbətən böyük olması,vallara təsir edən qüvvənin disli çarx ötürməsindəkindən 2/3 dəfə çox olmasıdır.

Dişli qayışlar şüşə-lifli materialdan hazırlanmış ipləri rezin-xlorofen qarışığı ilə əhatə etməklə hazırlayırlar. Dişlər əlavə olaraq yeyilməyə davamlı olan neylon parça qatı ilə örtülür. Bəzi hallarda isə bu rezin qarışığının içərisinə metal məftillər də yerləşdirilir. Bu qayışların parametrləri İSO 5296-da verilir.



Qayışların ölçüləri standartlaşdırılmışdır, ona görə də, hesabat zamanı aralıq ölçülər nəzəri-emprik düsturların köməyi ilə hesablanır və sonra verilmiş cədvəllərdən lazım olan parametrlər seçilir.
Yüklə 16,85 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə